Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Trigun
Trigun (yap. トライガン) — Satoşi Nişimura tərəfindən yaradılmış yapon anime serialı. Trigun "Vaş Qasırğa" adlanan qəhrəmanın və "Bernardelli Sığorta Cəmiyyəti"-nin iki işçiləri olan Meril Strayf və Milli Tompsonun macəralarının üstündə əsaslanıb. Vaş Qasırğa (ヴァッシュ・ザ・スタンピード, Vasshu za Sutanpīdo, ingilis versiyasında Vash the Stampede) seriyanın baş qəhrəmanı və "Humanoid Qasırğa" adlanan enerji mənbəyi. Meril Strayf (メリル・ストライフ, Meriru Sutoraifu, ingilis versiyasında Meryl Stryfe) və ya "Darrincer Meril", Bernardelli Sığorta Cəmiyyətinin işçisidir. Milli Tompson (ミリィ・トンプソン, Mirī Tonpuson, ingilis versiyasında Milly Thompson) və ya "Bayıltıcı silah Milli", Bernardelli Sığorta Cəmiyyətinin işçisi və Merilin köməkçisidir. Nikolas D. Vulfvud (ニコラス・D・ウルフウッド, Nikorasu Dī Urufūddo, ingilis versiyasında Nicholas D. Wolfwood), bəzən "Cəzalandırıcı Nikolas" kimi tanınır, Mayklın Gözü təşkilatının üzvüdür. 5 Centimeters Per Second Ninja Scroll Cowboy Bebop Trigun — Internet Movie Database saytında.
Teğut
Tuğut, Teğut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Erməni mənbələrində kəndin adı Teğut formasında qeyd edilir. Toponim qıpçaq türk tayfasından olan tuq etnoniminə qədim türk dilində cəmlik bildirən -ut şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. "Tuğlara, yəni tuğ tayfasına mənsub kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Tuğut rayon mərkəzindən 11–13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi. Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir.
Mao Tsedun
Mao Tszedun həmçinin Sədr Mao (26 dekabr 1893[…], Şaoşan[d], Tzin sülaləsi – 9 sentyabr 1976[…], Çjunnanhay[d]) — Çin Xalq Respublikasının ilk lideri. == Həyatı == Mao, 1893-cü ildə Cənubi Çində kəndli ailəsində dünyaya gəlib. Uşaqlığından bəri həmişə Pekini görməyi, orada yaşamağı xəyal edib. 15 yaşı olduqdan sonra paytaxtda nəşr olunan gənclik jurnallarını izləməyə başlayıb. O, Yeni Mədəniyyət hərəkatının nəşrlərindən biri olan Yeni Gənclik jurnalını sevərək oxuyub. Bu jurnal, Yan Fu və Ding Wenjiang kimi Darvinist ideoloqların məqalələrindən ibarət olub. Gənc Mao həmişə görmək istədiyi Pekinə 1918-ci ildə gedib. Burada, Pekin Universitetində müəllim olan Yang Changzhi ilə tanış olub. Maonu qabiliyyətli gənc olaraq görən Yang Changzhi, onun universitet kitabxanasında işə götürülməsini təmin edib. Mao, kitabxanada rəfləri yığışdırma, kitabların tozunu alma, otaqları təmizləmə kimi işlər görməyə başlayıb.
Turqun Almas
Turqun Almas(30 oktyabr 1924, Qaşqar şəhəri — 11 sentyabr 2001) — Uyğur şairi, dramaturqu. Turqun Almas 30 oktyabr 1924-cü ildə Qaşqar şəhərində doğulmuşdu. İlk təhsilini doğulduğu şəhərdə alan şair sonra Qulca şəhərinə gedərək orada oxuyur. Urumçi şəhərindəki Darülmuəllimini bitirən Almas Qaraşəhərə müəllim işləməyə göndərilir. 1947-ci ilin mayında Turqun Almas və dostları Kaşqarda mitinq təşkil edirlər. Mitinqin təşkilatçılarını həbs edirlər. 1948-ci ilin aprelin 8-də xalqın təzyiqi altında Turqun Almas və yoldaşlarını həbsdən buraxmaq məcburiyyətində qalırlar. Həbsdən çıxan şair həmin il Qulca şəhərinə gedərək orada "Alma" qəzetində işə girir. Sora da isə Urumçi şəhərindəki "Tarım" jurnalında əmək fəaliyyətini davam etdirir. 1990-cı ildə Aktu rayonunun Barın kəndində baş verən silahlı toqquşmalardan sonra senzor nəzarəti artır və yazıçı, şair, jurnalistlər və sənət adamlarına qarşı təqiblər başlayır.
Tutqun ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
Tuyqun (Təbriz)
Tuyqun (fars. طويقون‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 313 nəfər yaşayır (79 ailə).
Tequ
Tequ (kor. 대구 [tɛ̝.ɡu]) — Cənubi Koreyanın dördüncü böyük şəhəri (Seul, Busan və İnçxondan sonra). Rəsmi olaraq, Tequ şəhər-metropolis (kor. 대구 광역시 Daegu-gwangyeoksi) adlanır və 2016-cı ilə qədər Könsan-Pukto əyalətinin paytaxtı idi. Atlanta, ABŞ; Almatı, Qazaxıstan; Sindao, ÇXR; Hiroşima, Yaponiya; Sankt-Peterburq, Rusiya; Milan, İtaliya; Plovdiv, Bolqarıstan.
Basıl Tegin
Basıl Tegin — bir neçə ay hakimiyyətdə qalmış Qərbi Göytürk xaqanı.
Sequn Toriola
Sequn Toriola (18 sentyabr 1974) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. Sequn Toriola Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Teque Software
Teque Software (əvvəllər Krisalis Software) — videooyun istehsalçısı və nəşrçisi. Studiya 1987-ci ildə Toni Kavana, Piter Harrap və Şon Hollinqvort tərəfindən yaradılmışdır. Şirkətin adı "Chrysalis Software Ltd." olacaqdı, ancaq yaranmış hüquqi mübahisədən sonra dəyişdirilmişdir. Studiya 2001-ci ilin aprel ayında yenidən strukturlaşdırlmış və orijinal "Teque Software" adını işlətmişdir. Teque Software" 60-dan çox videooyun üstündə işləmiş, 30 noyabr 2001-ci il tarixində bağlanmışdır.
Tol Toeun
Toygün bəy Qacar
Toygün bəy Qacar (?-?) — Qacar elinin nümayəndəsi, Qızılbaş əmiri, Şəki hakimi (1551-1555). 1551-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Qacar elinin qatıldığı Qızılbaş ordusu Şəkini tutub, Səfəvilər dövlətinə birləşdirdi. Toygün bəy Qacar Şəkinin hakimi təyin edildi. Toygün bəy Qacar Qızılbaşlar ordusunun sərkərdələrindən biri kimi bəzi yürüşlərdə iştirak etmişdi. 1551-ci ildə I Şah Təhmasibin əmri ilə Qızılbaş ordusu asi gürcülərə qarşı yürüş edir. Qızılbaş ordusunun başçılarından biri Şahverdi sultan Ziyadoğlu-Qacar Qarabağ ordusunun başında mərkəzi hökumətə qarşı çıxmış Gürcüstan valilərini cəzalandırmışdı. 1552-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə soxuldu. I Şah Təhmasib düşmən ordusuna qarşı bir neçə istiqamətdə qoşun tərtib etdi. Dəvil istiqamətində Bayram bəy Qacar, Toygün bəy Qacar, başqa istiqamətində isə Şahverdi sultan öz qoşunları ilə vuruşurdu.
Ozmış Teqin xan
Ozmış Teqin xaqan — İkinci Göytürk xaqanlığının VII xaqanı. Bilgə Qutluq xanın devrilməsindən sonra hərc-mərclik dövrü başlamış, Basmıllar, Karluklar və Uyğurlar tərəfindən dəstəklənən İrtəriş xaqan taxta çıxmışdı. Göytürklərin bir hissəsi isə Pan Kül Teginin oğlu Ozmışı xaqan elan etmişdilər. Xaqan Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və bir ilə Çin tərəfindən məğlub edilərək qovulmuş, İrtəriş xaqan tərəfindən isə öldürülmüşdür.
Yanq Soux Tegin
Yanqsu Tigin (鞅素特勤) — Göytürk şahzadəsi, Muğan xaqanın oğlu. Biçurin isə onu Tardu xaqanın oğlu sayır. Lakin Takeşi Osava Monqolküre yazılarını oxuyaraq Nili xaqanın atasının Yanqsu, babasının isə Muğan xaqan olduğunu isbatlamışdır. 587-ci ildə Apa xaqanın Tarduya qarşı gəlib Buxaranın 40 km qərbindəki Paykəndi ələ keçirib orada möhkəmlənməsi əhali arasında ciddi narazılıq yaratmışdı. Tardunun göndərdiyi orduya qoşulan və qalib gəldikdən sonra Tardu tərəfindən Buxara və Paykəndin yabqusu təyin olunan Yanqsu Mamastin, Sakmatin, Samtin və Fərab şəhərlərini saldırmışdı. 589-cu ildə Bəhram Çubin tərəfindən öldürülən Savə şahın o olduğu güman olunur.
Tequ stadionu
Tequ stadionu (kor. 대구스타디움, ing. Daegu Stadium, alternativ ad — Blue Arc («mavi tağ»), keçmiş adı — Daegu World Cup Stadium) — Cənubi Koreyanın Tequ şəhərində yerləşən futbol və yüngül atletika üçün nəzərdə tutulmuş stadion. Tequ futbol klubunun ev arenasıdır. Stadionda 2002 FİFA Dünya Kubokunun , 2003 Yay Universiadasının və 2011 Yüngül Atletika üzrə Dünya Çempionatının oyunları keçirilib. Stadionun tikintisi 2001-ci ilin may ayında başa çatdırılmış, açılışı isə 28 iyun 2001-ci ildə baş tutmuşdur. Baş podratçı Samsung korporasiyası idi. İşlərin dəyəri 265 milyon dollar hesablanmışdı ki, bu, 2002 Dünya Kuboku oyunlarına ev sahibliyi edən Cənubi Koreyanın ən böyük stadionu idi. 2003-cü ildən Tequ futbol klubunun ev oyunları keçirilir. İlkin adı Daegu World Cup Stadium, 5 mart 2008-ci il tarixində indiki adına dəyişdirildi.
Teun Biyleveld
Teun Biyleveld (27 may 1998-ci ildə Niderlandda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. Biyleveld AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. Biyleveld öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə Ceymi Yakobsu əvəz etmişdir. Həmin görüşdə Yonq AZ liqa görüşündə AFC-ya 1-0 hesabı ilə qalib gəlmişdir. Biyleveld 1 iyul 2017-ci ildə Yonq Ayaks klubuna transfer olmuşdur. O, klub ilə debütünü 18 avqust 2017-ci ildə etmişdir. O, 72-ci dəqiqədə Matusiva ilə əvəz olunmuşdur. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə Kambuura 2-1 hesabı ilə qalib gəlmişdir. 22 sentyabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
63-ün tutqun payızı (film, 2003)
63-ün tutqun payızı qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. == Məzmun == Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. 1963-cü il noyabrın 7-də Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayiş zamanı Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstədən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya sarı getmiş, mədəniyyət evinin fasadından Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı. Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.