TƏQTİ

is. [ ər. ] ədəb. Şerin hər misrasında durğuya, fasiləyə əsaslanan bölgü (həm heca və əruz vəznlərində, həm də sərbəst nəzmdə olur).
TƏQSİRSİZLİK
TƏQVİM
OBASTAN VİKİ
Təqti
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.

Digər lüğətlərdə

завко́мовский отте́нка парообра́зно гипокси́я завя́зывать нама́тываться неправосла́вный ну и что? скита́льчество сколо́ться паут педант пымать ройки рядчандать ask out bastardly cachexy chorded coronoid effluxion el Horae page footer уберечь