Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.
Güləzi
Güləzi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Etimologiyası == Güləzi oyk., mür. Keçmiş adı Güləziqışlaq olmuşdur. Əvvəllər Afurca kəndinə məxsus qışlaq yeri idi. Tədqiqatçılara görə, kəndin adı gül (gil) və zi (tat. "yer", "sahil", "kənar") sözlərindən düzəlib (-ə birləşdirici saitdir), "gilli yer" mənasındadır. Kəndin ərazisinin torpağı həqiqətən gillikdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 910 nəfər əhali yaşayır.
Üləma
Üləma (ərəb. علماء‎) — islamda dini biliklərin, o cümlədən islam doktrinasının və hüququnun qoruyucuları, ötürücüləri və tərcüməçiləri. Tarixi ənənəyə görə, üləmalar dini müəssisələrdə, yəni mədrəsələrdə təhsil alırlar. Quran və sünnə ənənvi islam hüququnun müqəddəs qaynaqlarıdır. Guy Burak. The second formation of Islamic Law. The Hanafi School in the Early Modern Ottoman Empire. Cambridge, UK: Cambridge University Press. 2015. ISBN 978-1-107-09027-9.
Ələşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Uleks
Uleks (lat. Ulex) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Üveit
Üveit – gözün orta hissəsinin iltihabıdır: qüzehli qişa, kirpikli cisim (siliar), xorioid və şüşəvarı cisim.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Klet
Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür.
Ləzə
Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Üvəz
Quşarmudu (lat. Sorbus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanın dağ-meşə rayonlarında quşarmudunun 11 növü yayılmışdır.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.
Ulex
Uleks (lat. Ulex) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Alett Siybrinq
Alett Siybrinq (20 mart 1982) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Alett Siybrinq, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Aleut adaları
Aleut adaları (ing. Aleutian Islands) — Alyaska yarımadasının cənub-qərb ucundan Kamçatka yarımadasının ətəyinə qədər qövs əmələ gətirən vulkanik mənşəli arxipelaq. Adalar Berinq dənizinin cənub sərhəddidir. ABŞ-nin Alyaska ştatının tərkibindədir. == Coğrafiyası == Arxipelaq 110 adadan və çoxlu qayalardan ibarətdir. Ümumi sahəsi 17,7 min km²-dir. Arxipelaq 5 qrupa bölünür: 1) Near adaları - Attu adası, Aqattu adası və Semiçi adaları. 2) Siçovul adaları- Buldır, Kıska, Balaca Kıska, Sequla, Siçovul, Xvostov adası, Piramida, Davıdov adası, Kiçik Sitkin, Amçitka, Yeddiçəkməli adalar 3) Andreyanov adaları: Qarelıy, Kanaqa, Kaqalaska, Adak, Tanaqa, Atka adası, Amlya, Siquam və s. 4) Dörd Dağ adaları: Amukta, Çaqulak, Yunaska, Qerbert, Karlayl, Çuqinadak, Uliaqa və Kaqamil adaları. 5) Tülkü adaları: Unimak, Akutan, Unalaşka, Umnak və Din xadimi adası.
Aleut burnu
Aleut burnu — Rusiya, Primorsk diyarı ərazisində yerləşən burun. == Adı == Burun öz adını 7 noyabr 1877-ci ildə Yaponiya sahillərində qəzaya uğramış «Aleut» şxunundan almışdır. == Coğrafiya == Burun Minonosok buxtasının cənub-şərqində yerləşir. Böyük Pyotr körfəzi, Poset körfəzinin qərbində yerləşən Reyd Pallada buxtasına doğru uzanır.
Aleut dili
Aleut dili və ya Unangan dili (öz dilində olan adı: Unangam Tunuu) – Amerika Birləşmiş Ştatlarında Alyaska ştatının Aleut adaları ilə Pribilof adalarında və Rusiya Federasiyasının Kamçatka diyarına bağlı Komandor adalarında Aleut xalqı (Unangan xalqı) tərəfindən danışılan və Eskimos-Aleut dil ailəsinin iki qolundan birini təşkil edən dil. == Dialektləri == Dialekt və etnosları: Uzak Qərb Aleutçası Sasignan Aleutçası (öz adı Sasignan; Doğu lehçesinde Sasxinan; Batı lehçesinde Sasxinas; İngilis dilində Attuan): Attu, Agattu, Semichi adalarında danışılır. Rus Aleutçası (öz adı Kasakam Unangangis 'Rus Aleutları'; İngilis dilində Copper Island Aleut; Rus dilində медновский язык): Rus dili bazlı Sasignan kreolü olup Rusiya Federasyonuna bağlı Komandor adalarında (Остров Беринга и Медный Остров) danışılır. Orta Qərb Aleutçası (öz adı Aliguutax̂; İngilis dilində Atkan, Western Aleut) Naahmiĝus: Delarof (Amatignak, Tanaga) adalarında yaşayırlar. Niiĝuĝis: Andreanof (Kanaga, Adak, Atka, Amlia, Seguam) adalarında yaşayırlar. Şərq Aleutçası (İngilis dilində Eastern Unangan, Eastern Aleut) Akuuĝun ya da Uniiĝun: Four Mountains (Amukta, Kagamil) adalarında yaşayırlar. Qawalangin: Fox (Umnak, Samalga, Unalaska'nın batısı) adalarında yaşayırlar. Qigiiĝun: Krenitzen (Unyalaskanın doğusu, Akutan, Akun, Tigalda) adalarında yaşayırlar. Qagaan Tayaĝungin: Sanak (Unimak, Sanak) adalarında yaşayırlar. Taxtamam Tunuu: Belkofskide danışılır.
Aleut susüpürəni
Aleut xalqı
Aleut xalqı və ya Unangan xalqı (öz dilində olan adı: Unangax̂ tək, Unangax iki, Unangan cəm/şərqi, Unangas cəm/qərbi ) — aborigen xalqlarından olan bu xalq Aleut adaları, Komandor adaları, ABŞ (Alyaska), Rusiya (Kamçatka) ərazisində yaşayan qədim etnos. İrq və xarici görünüşə görə Eskimoslara bənzəsələrdə, bu iki xalqın dili və mədəniyyətləri ayrı-ayrıdır. == Tarixi == Aleutlar XVIII əsrə kimi Avopalı və ya digər xalqlarla heç bir əlaqə qurmamışlar. XVIII əsrdə avropalılara dünyada belə bir xalqın yaşadığı məlum deyildi. Bu dövrə qədər Aleutlar İqlo adlı buzdan hazırlanan evlərdə yaşayır və əsasən balıqçılıqla məşğul olurdular. Aleutlar əsas fəaliyyətləri balıqçılıq olduğundan, onlar günü bu gündə mahir balıq ovcuları hesab olunurlar. Əsasən balina, suiti və müxtəlif növ balıqlar ovlanmışdır. Daha sonralar Aleutlar quruda yaşayan bəzi heyvanları, maral, tülkü və ayı ovu ilə vəziyyətlərini xeyli yaxşılaşdırmış və yeni ov etmə üsulları mənimsəmişlər. 1750-ci illərə kimi yəni ruslar adaya gələnə qədər, Aleutlar öz sakit həyatlarını yaşayırdılar. Əslində ruslarla ilk təmaslar çox uğurlu olmuşdur, Aleutlar ruslara yeni ov etmək üsullarını öyrətmiş, bunun əvəzində isə ruslar özləri ilə gətirilən bəzi ədviyatları Aleutlara vermişlər: Sea otter hunters.
Aleut çökəkliyi
Aleut çökəkliyi — Sakit okeannın şimalında yerləşən çökəklik. Çökəklik Alyaska yarımadası sahillərindən başlayaraq Kamçatka sahillərinə qədər uzanır. Çökəklik 3400 km məsafədə uzanır və maksimal dərinliyi 7679 metrdir. Litosfer tavalarının sərhəddində yerləşir. Çökəklik Sakit okean plitəsi Şimali Amerika plitəsinin altına keçdiyi ərazidə formalaşmışdır. Çökəkliyin qərbində yerləşən Komandor adalarında cənub istiqamətində Kuril-Kamçatka çökəkliyi başlayır.
Güləzi bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pyer Bulez
Pyer Bulez (d. 26.3.1925, Luara departamenti, Monbrizon) — fransız bəstəkarı, dirijor, pedaqoq, musiqi nəzəriyyəçisi, musiqi yazıçısı. 1942–45-ci illərdə Paris konservatoriyasında O. Messianın yanında (harmoniya) oxumuş A. Voraburdan (kontrapunkt) özəl dərslər almışdır. Darmştadt beynəlxalq musiqi institunda (1954–65, fasilələrlə), Bazel Musiqi Akademiyasında (1960–63-cü illərdə professor), Harvard Universitetində (1963) kompozisiyadan dərs demişdir. “Domaine musical” cəmiyyətinin müasir və qədim musiqi konsertlərinin (1954–67, Paris) dirijoru olmuşdur; öz əsərlərini ifa etmişdir; 20-ci əsr bəstəkarlarının (xüsusən də İ.F. Stravinski, A. Vebern, A. Berq və Messianın) əsərlərinin interpretasiyası ilə məşhurlaşmışdır. 1970-ci illərin əvvəllərindən klassikanı da ifa etmişdir (R. Vaqnerin “Nibelunq üzüyü” opera tetralogiyasının dirijoru, Bayroyt, 1976). 1971–74-cü illərdə Bi-Bi-Si simfonik, 1971–77-ci illərdə Nyu-York filarmonik orkestrlərinin baş dirijoru olmuşdur. Dodekafoniyadan elektron musiqiyə qədər bəstəkarlığın ən yeni texnikalarından istifadə etmişdir. 18 solist üçün “X polifoniyası” (1951), 2 fp. üçün “Strukturlar” (1-ci dəftər – 1952, 2-ci dəftər – 1961) total serializm texnikasında yazılmışdır.
Bülənt Arınc
Bülənt Arınc (25 may 1948) – Türk siyasətçi və vəkil. Keçmiş prezidentin səlahiyyətlərini icra edib, TBMM-in 22-ci sədri və baş nazirin müavini. 2002–2007-ci illərsə 22-ci dönəmdə TBMM-nin sədri vəzifəsində çalışıb. TBMM-ə sədrlik etdiyi müddətdə prezident kimi çıxış edib. 2009–2015-ci illərdə 61 və 62-ci hökumətlərdə baş nazirin müavini vəzifəsində çalışıb. 2019-cu ildən üzvü olduğu Prezidentin Ali Məşvərət Şurasından 24 noyabr 2020-ci ildə istefa verib. O, ilk dəfə 24 dekabrda keçirilən ümumi seçkilərdə Rifah Partiyası Manisa millət vəkili olaraq parlamentə daxil olub və 19,5 il fasiləsiz millət vəkili kimi fəaliyyət göstərib. O, həm də AĞ Partiyanın qurucularından biridir. == Erkən həyatı və təhsili == Əslən Böyüksümbüllər Yunus Əmrə kəndindən olan Arınc 25 may 1947-ci ildə Jandarma çavuşu İbrahim Arınc və Sevdiyə Arıncın (1919–2003) dördüncü övladı olaraq atasının xidmət etdiyi Dəmirdaş, Osmanqazidə doğulub. 12 yaşında olarkən atasını itirib.
Bülent Kaya
Bülent Kaya (1973, Diyarbəkir ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Bülent Kaya 1973-cü ildə Diyarbəkir ilinin Ergani ilçəsində anadan olub. İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Müstəqil hüquqşünas və hüquq məsləhətçisi olaraq çalışıb. Anadolu Gənclər Dərnəyində, həmçinin Mədəniyyət və Təhsil Vəqfində çalışıb. Səadət Partiyası sədrinin hüquq məsələləri üzrə müavini vəzifəsində çalışır. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səadət Partiyası qrupunun sədr müavini vəzifəsində təmsil olunub. Evli və 4 uşaq atasıdır.
Darçınlı rulet
Darçınlı rulet və ya darçınlı burma (isv. kanelbulle) — Avropa (Skandinav ölkələri, Almaniya və Avstriya) və Şimali Amerika ölkələrində yayımlamış un məmulatı. == Mənşəyi == Darçınlı burmanın ən erkən resepti Birinci Dünya Müharibəsi sonra İsveçdə qeyd olunub. Halbuki, o zaman qida qıtlığına görə, o, geniş yayılmamış. Populyarlığı 1950-ci ildə başlamışdı.