Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ümüd
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Umud Mirzəyev
Umud Mirzəyev (tam adı: Umud Rəhim oğlu Mirzəyev; fevral 1961, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü. Mirzəyev Umud Rəhim oğlu 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968–1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. Ailəlidir, üç övladı var. Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989–1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir.
Umud Rəhimoğlu
Umud Mirzəyev (tam adı: Umud Rəhim oğlu Mirzəyev; fevral 1961, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü. Mirzəyev Umud Rəhim oğlu 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968–1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. Ailəlidir, üç övladı var. Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989–1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir.
Ümüd Niftəliyev
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Ümüd Qasımzadə
Ümüd İlqar oğlu Qasımzadə (13 aprel 2001; Cəlilabad rayonu, Azərbaycan — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ümüd Qasımzadə 2001-ci il aprelin 13-də Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Subay idi. Ümüd Qasımzadə uşaq yaşlarından idmanın ağırlıqqaldırma növü ilə məşğul olub. Cəlilabad rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də məşq edirdi. Məşqçisi beynəlxalq dərəcəli məşqçi Qadir Babayev idi. Ümüd Qasımzadə gənclər arasında Azərbaycan Çempionatında 2019 və 2020-ci illərdə gümüş medalların sahib olub. 2020-ci ildə isə Azərbaycan Çempionatında II pillənin sahibi olub. Ümüd Qasımzadə 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ümüd Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Ümüd Xəncəlov
Umud Ağdoğan
Umud Ağdoğan (1986, Ankara) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Umud Ağdoğan 1986-cı ildə Ankarada anadan olub. Atılım Universiteti Hüquq bölməsindən məzun olub. Bir çox universitetlərdə "Hüquq Peşəsində Karyera Planlaması", "Uğurlu Hüquq Bürosunun İdarə Edilməsi", "Bir Hüquqşünasın Mental Dəftəri" adlı layihələri icra edib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü, Baş Katib, Hüquq məsələlərindən məsul sədr müavini vəzifələrində təmsil olunub. 2012 və 2020-ci illərdə CHP Məclisinin üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda Konstitusiya Komissiyasının üzvü olub. Evli və 2 uşaq atasıdır.
Umus
Li Siçonq (Uyğ. — Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Urud
Urud (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Urud (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Ümid
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Əmud
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Mud
Mud — İranın Cənubi Xorasan ostanının Sərbişə şəhristanının Mud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,451 nəfər və 695 ailədən ibarət idi.
Musa Urud
Musa İsa oğlu Quliyev (25 noyabr 1961, Urud, Sisian rayonu) – Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist. Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə təyinatla göndərildiyi Gəncə şəhərində həkim kimi başlamışdır. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasında həkim-intern (1984–1985), Gəncə şəhər 1 saylı poliklinikasında sahə həkimi (1985–1986), Gəncə rayonlararası narkoloji dispanserində həkim-narkoloq vəzifəsində (1986–1990) çalışmışdır. Musa Quliyev 1990–1994-cü illərdə Bakı şəhərində 7№-li poliklinikada həkim nevropatoloq, Yasamal rayon həkim əmək ekspertiza komissiyasının ekspert nevropatoloq işləmişdir. 1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş həkim-əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışmışdır. Musa Quliyev bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak etmişdir. Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
Umid Məmmədzadə
Umid Məmmədzadə (4 oktyabr, 1996, Bakı şəhəri) — " King Kong " ləqəbli Azərbaycanlı qaydasız döyüş üzrə World Maxmix Ratings Fights kəmərinin sahibi, WPKA dünya çempionatında gənclər arası dünya çempionu, Uşu sanda idman növü üzrə idman ustası. Umid Akif oğlu Məmmədzadə 4 oktyabr 1996-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. 2002–2013 illərdə orta təhsilini Xarici Dillər Təmayüllü Gimnaziyada almışdır. Təhsilinin son illərində idmana maraq göstəmişdir. Uşu sanda idman növü ilə məşğul olmuşdur. Yeniyetmələr arasında respublika çempionu olduqdan sonra, 2013-cü ildə idman növünü kickboxing olaraq dəyişmişdir . 2013–2014-cü illər gənclər arası 86 kq da respublika çempionu olmuşdur. 2013-cü ildə Polşada keçirilən WAKO Avropa çempionatında 3-cü yerə çıxmışdır. Azərbaycan Dövlət İqtisad Universiteti təhsilə başladığı müddətdə məşqlərə ara vermişdir. 2015-ci ildə yenidən döyüşə qayıtmışdır .
Urud (Loru)
Urud, Urut (erm. Ուռուտ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Urud bələdiyyəsi"ni (erm. Ուռուտ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.020 nəfərdir.
Urud (Zəngəzur)
Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir. Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir. Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər, 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Urud abidələri
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Urud livası
Urud livası — Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Urud idi. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livası dörd nahiyəyə bölünürdü.
Ümid Həsənov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Urud körpüsü
Urud körpüsü — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonunun Urud (03.07.1968-ci ildən - Vorotan) kəndində, Bazarçay çayı üzərində birtağlı körpüdür. Körpü Bədir və Qala qayalarının arasında iki iri daşın üzərində 1855-ci ildə bölgənin müsəlman bəyləri tərəfindən inşa edilmişdir. 15-20 addım uzunluğunda olan bu körpü Urud azərbaycanlı kəndini onun tarlaları, bağları ilə birləşdirir, mahalın Şam, Dərəbas, İrmis, Bəhrülü, İlizin və s. azərbaycanlı kəndlərinə gediş-gəlişi təmin edirdi. Körpünün tikintisində çay daşları, əhəng, yumurta sarısından və s. təbii tikinti materiallarından istifadə olunmuşdur. Qədimdən Türk-Oğuz boylarının yurdu olan Urud kəndində 1988-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Kəndə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il deportasiyasından sonra köçmüşlər.
Ümid (dəqiqləşdirmə)
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman. Ümid (qəzet) — Ümid (Qaradağ) — Ümid (film, 1977) — 1977-ci ildə istehsal olunmuş Çin filmi. Ümid (film, 1992) — Ümid (film, 1995) — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi.
Ümid (ad)
Ümid — ad. Ümid Bəsən — Türk musiqiçi. Piyanist. Ümid Cizrə — Türkiyə akademiki Ümit Erdim — teatr və kino aktyoru.
Ümid Cizrə
Ümid Cizrə (türk. Ümit Cizre; 1946, Türkiyə) — Türkiyə akademiki və Türkiyədə mülki-hərbi əlaqələr üzrə ekspert. İstanbul Şəhər Universitetində siyasət elmləri və beynəlxalq əlaqələr üzrə professor olmuşdur. O, Türkiyədə ictimaiyyətin diqqətini cəlb edən "Almanac Turkey 2005 – Security Sector and Its Democratic Oversight" (2006) jurnalının redaktoru olmuşdur. Ümid Cizrə 1946-cı ildə anadan olmuşdur. O, 1968-ci ildə London Universitetini bitirdikdən sonra 1982-ci ildə Orta Şərq Texniki Universitetində magistr, 1987-ci ildə Ankara Universitetində doktorluq dərəcəsi almışdır. Cizrə Ankarada Bilkənd Universitetində idi, daha sonra 2010-cu ildə İstanbul Şəhər Universitetində Müasir Türk Araşdırmaları Mərkəzinin direktoru olmuşdur. Secular and Islamic politics in Turkey. The making of the Justice and Development Party (London and New York: Routledge, 2008) Almanac Turkey 2005 – Security Sector and Its Democratic Oversight (2006), TESEV AP-Ordu İlişkileri-Bir İkilemin Anatomisi, Istanbul: İletişim Yayınları, Second Edition, November 2002.
Ümid Səmədov
Ümid Səmədov (7 oktyabr 2003) Azərbaycan Premyer Liqasında "Kəpəz" də yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == Səmədov 2022-ci il sentyabrın 1-də Azərbaycan Premyer Liqasında "Kəpəz"in heyətində "Qarabağ"la oyunda debüt edib.
Urud nahiyəsi
Urud nahiyəsi və yaxud Urud nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə. Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livasının Urud nahiyəsində ümumilikdə 36 kənd var. Onlardan 6-i erməni, 30-si türk kəndidir. Türklər yaşayan kəndlərdən 30-i dağıdılıb. Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır. Urud nahiyəsi 1593 Kəndləri 5. Ağakəndi azərb. kəndi (dağıdılıb) 6. Şataq azərb. kəndi (dağıdılıb) 8.
Ümid Bulud
Ümid Bulud (15 mart 1983[…], Yaşılhisar, Kayseri ili) — 1-ci Liqa komandalarından biri olan "Eyüpspor"da hücumçu kimi çıxış edən türk milli futbolçudur. Qalatasaray İdman Klubunun Rəsmi Saytı — Umut Bulut Profili 22 Ağustos 2012 tarihinde -də Ümid Bulud at the Turkish Football Federation Ümid Bulud — transfermarkt.com saytında.