Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anilin
Anilin (aminobenzol, fenilamin) – C6H5NH2 formulasına malik olan üzvi birləşmədir, sadə aromatik amindir. == Ümumi məlumat == Rəngsiz, yağa bənzər maye olub xarakterik iyə malikdir. Suda yaxşı həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Havada tez oksidləşərək tünd qırmızı rəng alır. Zəhərlidir. “ Anilin “ sözü tərkibi “ İndigofera anil “ adlı bitkidən götürülüb (bitkinin müasir beynəlxalq adı “ İndigofera suffruticosa “-dır). == Tarixi == Anilin ilk dəfə 1826-cı ildə alman kimyaçısı Otto Unferdorben tərəfindən indiqo ilə əhəngin qovulmasından alınmışdır ki, o da ona “ kristalin “ adını vermişdir. 1834-cü ildə Fridlib Ferdinand Runge daş kömür qətranında anilini kəşf edib və “ kianol “ adlandırıb. 1840-cı ildə Yuliy Fritsşe indiqo ilə KOH məhlulunu qızdırmaqla anilin almışdır və “ anilin “ adlandırmışdır. 1841-ci ildə Nikilay Zinin nitrobenzolu (NH4)2S təsirində reduksiya etməklə anilin almışdır və onu “ benzidam “ adlandırmışdır.
Unity
Unity - Canonical tərəfindən Ubuntu üçün yaradılan qrafik istifadəçi interfeysdir. KDE, GNOME, Xfce, LXDE qrafik interfeyslərindən fərqli olaraq, Unity proqramlar toplusu deyil, mövcud proqramları istifadə etmək üçün sistemdir.
İnili
İnili — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. İnilli (oyk.) — Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd, ovalıq ərazidə yerləşir. Kəndin adının əsli böyük ehtimalla İnallıdır. 12–13 əsrlərdə oğuz tayfalarından biri kimi adı çəkilən inallılar (həmçinin "eynallı", "eynalı", və "inanlı" adlarıyla da tanınırlar) Səlcuq hökmdarı İbrahim İnalın (XII əsr) nəsli hesab edilir. Orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yaşayan inallılar 17-ci əsrdə şahsevənlərin dəmirçili qolunun tərkibinə daxil olmuşlar. 19-cu əsrdə Lənkəran qəzasında 12 ailədən ibarət bir el olan inallılar, görünür, bu yaşayış məntəqəsində məskunlaşmışlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 595 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Betula utilis
Betula utilis (lat. Betula utilis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Euseius utilis
Euseius utilis (lat. Euseius utilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Nectandra utilis
Nectandra utilis (lat. Nectandra utilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Syzygium utilis
Syzygium utilis (lat. Syzygium utilis) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Salvia utilis
Salvia virgata (lat. Salvia virgata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Nilin axarları
Nilin axarları — Xartum və Əsvan arasında Nil çayının altı axarından ibarət silsilə. Nil çayının ənənəvi nömrələnməsi aşağıdan yuxarıya, Əsvandan Xartuma doğru gedir. Nubiya birinci və dördüncü axarlar arasında yerləşir (digər mənbələrə görə, birinci və altıncı arasında). Aşağı (1-2 eşik) və Yuxarı olaraq bölünür. İkinci, üçüncü və dördüncü axarlar Nubiya dağlarının ərazisində, Nil çayının güclü şəkildə əyildiyi, kursunun istiqamətini dəfələrlə dəyişdirən dağlıq ərazidə yerləşir. Burada çay səhra-ərəb plitəsinin zirzəmisinin kristal süxurlarından keçir. Region seysmik aktivliklə səciyyələnir.
Nilay Aydoğan
Nilay Aydoğan (6 may 1992, İstanbul – 12 fevral 2023, Malatya) – Türkiyə qadın basketbolçu. Aydoğan basketbol karyerasına "İstanbul Universiteti" komandasında başlamışdır. Daha sonra Türkiyənin "Gənclik və İdman", "Orduspor", "Güre Bələdiyyəsi", "İzmit Bələdiyyəspor", "Mersin Böyükşəhər Bələdiyyəspor", "Samsun Basketbol İhtisas", "Yalova VİP" basketbol klublarında çıxış etmişdir. Sonuncu klubu Türkiyə çempionatında çıxış edən "Çankaya Universiteti" komandası idi. Aydoğan Türkiyə milli qadın 3×3 basketbol komandasının üzvü olmuş və milli komanda ilə 17 oyuna çıxmışdır. 2022-ci ildə Konya şəhərində baş tutmuş İslam Həmrəyliyi Oyunlarının 3x3 basketbol turnirinin heyətinə seçilsə də, COVID-19 testi pozitiv çıxdığı üçün heyətdən çıxarılmışdı. 2023-cü ilin fevralında nənəsinin evini ziyarət etmək üçün Malatyaya getmiş və baş verən Türkiyə–Suriya zəlzələsi zamanı bina dağıntılarının altında qalaraq ölmüşdür. Onun bədəni 12 fevralda dağıntıların altından çıxarılmışdır. Kasımpaşa Kulaksız məzarlığında dəfn olunmuşdur. Qadın basketbolu üzrə Türkiyə çempionatının 2022/23 mövsümünə onun adı verilmişdir.
Nili xaqan
Nili xaqan — Tardu xaqanın yerinə bir il xaqanlıq etmiş bir neçə il də Buxarada yabqu olmuşdu. 604-cü ildə Basıl Tegin tərəfindən əvəz olundu. Nili xaqanın heykəli 2003-cü ildə Yapon tədqiqatçı alim Osava Takaşi tərəfindən tapılmışdır. Üzərində soğd əlifbası ilə "Muğan xaqanın nəvəsi Niri xaqan dovşan ilində böyük xaqan oldu" yazılıb. Heykəl Sintzyan Uyğur Muxtar regionunda yerləşir.
Pantu Nili yabqu
Pantu Nili Yabqu (阿史那般都泥利, əsl adı Aşina Babu 阿史那拔布) — Toxaristanın üçüncü yabqusu. Aşina Mişenin ikinci oğlu idi. 693-700-cü illərdə qardaşı oğlu Tuçi xaqanın tərəfində olmuş, məğlubiyyətdən sonra Tibetə qaçmışdır. Təbərinin məlumatına görə 705-ci ildə Toxarıstan yabqusu idi. Çox güman Tibet dəstəyi ilə hakimiyyətə gəlmişdi. Qardaşı Aşina Buğra Tigini 705-ci ildə Çinə səfir kimi göndərmiş, ərəblərə qarşı müharibədə kömək istəmişdi. 719-cu ildə həbs olunmuş, Dəməşqə aparılmışdı.