Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arbat
Rusiya
Arcut
Arçut (rus. Арчут) — Pəmbək mahalında, indiki Quqark rayonunda kənd. == Tarixi == Arçut İrəvan quberniyasının Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdir Toponim artuç (ardıc) bitki adı əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası və iqlimi == Kəndi Arçut çayı 2 bölür.Bazum daglarının ətəyində yerləşir.Soyuq kontinental iqlimi var yayi +18,+28 qışı +4,-25 dərəcə olur. == İqtisadiyyatı == Əkinçilik və heyvandarlıq daha geniş yayılıb. Tikiş fabrikasında 1230 nəfər işçi olub. 2240 nəfər basqa yerlərdə işləyənlər olub.
Arhat
Arhat (sanskritcə: ləyaqətli, hörmətli, məşhur) — buddizmdə "nirvanaya daxil olmağa layiqli" olan; Budda müqəddəsi, ilk dəfə Budda Şakyamuni özünü arhat adlandırmış, ondan sonra şagirdləri va ardıcılları da bu adı ("Buddadan sonrakı Buddalar") daşımışlar. Hinayana məktəblərində, xüsusilə therevadada arhatliq ruhani kamilliyinin yüksək pilləsidir; arhat həyatını başa vurduqdan sonra bir daha yenidəndoğulma vərhələsini yaşamır, birbaşa nirvanaya keçir. İnsan təbiətinin bütün qeyri-kamilliklərindən, "mən" haqqında yanlış fikirlərdən tam azad olmuş arhat (kişi, yaxud qadın) üçlü biliyə (özünün əvvəlki doğulmaları, başqa şəxslərin doğulmaları və əqli pozuntunun aradan qaldırılması haqqında) malikdir. Mahayana ədəbiyyatinda arhatlarin "Budda torpaqlarında (buddha-kşetra) yaşamasında bəhs olunur. Mahayana ikonoqrafiyasında arhatın təsvirinə tez-tez rast gəlinir: məsələn, "Budda 16 böyük arhatın əhatəsində" adlı məşhur əsərdə.
Arçan
Arçan — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Arçan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 101 nəfər əhali yaşayır.
Curcas
Yatrofa (lat. Jatropha) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Cürcan
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. == Tarix == Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev — Nicat Rəhimov Nicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor) Nicat Kazımov Nicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
Nurlat
Nurlat (tatar. Нурлат; rus. Нурлат) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Trdat
Trdat (parf 𐭕𐭉𐭓𐭉𐭃𐭕, Tīridāt; qra. Տրդատ, Trdat) — İran mənşəli söz. Mənası – "tanrı Tir tərəfindən verilmiş". I Tiridat (Parfiya çarı) (e.ə. 211). II Tiridat, hakimiyyəti təq. e.ə. 30–26. III Tiridat, hakimiyyəti təq. e.ə.
Uacet
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Uacit
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
İrçan
İrçan — Azərbaycan Respublikasının Laçın rayonu İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun İrçan kəndi Köhnəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İrçan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Oykonim arçan (ardıc ağacı) sözündən olub, "ardıclı yer" mənasındadır. Türk dillərində ardıc ağacına "arça" da deyilir. Türkdilli xalqların toponimiyasında Arçan toponimi geniş areala malikdir. Kənd dağlıq ərazidə yerləşir. 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Ercan Yazgan
Ercan Yazgan (4 aprel 1946, Sinop – 8 mart 2018, İstanbul) ― Türk teatr, kino və serial aktyorudur.
Heyinriç Urban
Heyinriç Urban (27 avqust 1837, Berlin – 24 noyabr 1901, Berlin) – Alman violonçel ifaçısı və bəstəkarı. == Həyatı və karyerası == Heinrich Urban Berlində anadan olub və Ferdinand Laub, Hubert Ries və Richard Hellmann ilə birlikdə təhsil alıb. Königlich Domchor və Königlich Kapelle-də alt mahnı oxudu. Daha sonra Parisdə təhsilinə davam etdi və daha sonra skripkaçı, bəstəkar və musiqi müəllimi olaraq çalışdı. Berliner Dilettanten Orchester Verein (Həvəskar Orkestrlər Cəmiyyəti) dirijoru kimi də xidmət etmişdir. Qeyd olunan tələbələr arasında klavesist Wanda Landowska, Polşalı pianoçu və bəstəkar Ignace Jan Paderewski, Polşalı bəstəkar Mieczysław Karłowicz, Amerikalı bəstəkar Fannie Charles Dillon, Amerikalı bəstəkar Maurice Arnold Strothotte və Polşalı musiqişünas Henryk Opieński var. Berlində öldü.
II Urban
II Urban (təq. 1035 – 29 iyul 1099 və ya 1099, Roma, Papa dövləti) — əsil adı Otho de Lagery (ya da: Otto, Odo or Eudes), 12 mart 1088-ci ildən ömrünün sonuna qədər papalıq etmişdir. Papa II Urban və bir çox din adamının rəhbərliyi ilə 1095-ci ildə Klermon (Clermon) konseyi yəni Klermon kilsə məclisi çağrılır və bələliklə Xaç yürüşlərinə çağırış başlıyır, bu çağırışa qoşulan ordular I Xaç yürüşünə başlıyırlar. XI əsrdə İslamiyyətin böyük bir sürətlə yayılması, müsəlmanların Suriya, Fələstin və Anadoluya hakim olaraq yeni bir dövlət qurması xristian aləminin dini lideri papanı və xristianlığın hamisi hesab edilən Bizans imperatorunu ciddi narahat edirdi. Buna görə həm islamın yayılmasının qarşısını almaq, həm də sosial və iqtisadi cəhətdən böhran keçirən Avropanı bu vəziyyətdən qurtarmaq üçün Vatikan kilsəsi geniş fəaliyyətə başlayır. Bu məqsədlə 1095-ci ildə 18 – 28 noyabr tarixləri arasında Fransanın Klermon şəhərində Avropanın siyasi və dini başçılarının iştirakı ilə yığıncaq keçirilir. Klermon yığıncağında minlərlə cəngavər, yüksək rütbəli dini şəxslər, sadə camaat iştirak edirdi. Nümayəndələrin çoxluğu səbəbindən yığıncaq şəhər ətrafındakı düzənlikdə keçirilir. Bəzi mənbələrə görə yığıncaqda 200 nəfərdən çox yepiskop və 400 abbat iştirak edirdi. (3.s.48.) Bəzilərində isə yığıncaqda iştirak edənlərin sayı göstərilmir.
IV Fraat
IV Fraat (parf 𐭐𐭓𐭇𐭕, Frahāt; e. ə. I əsr – e.ə. 2) — Arşakilər sülaləsindən olan Parfiya çarı. O, eramızdan əvvəl 38–32-ci illərdə hökmranlıq etmişdir. II Orodun oğlu olan Fraat Roma ilə müharibədə irsi şahzadə I Pakorun ölümündən sonra varis təyin edilmişdir. O, taxtın varisi təyin edilsə də, atası padşah II Orodu öldürərək taxta çıxmış, ardınca bütün qardaşlarını öldürmüşdür. IV Fraat eramızdan əvvəl 2-ci ildə həyat yoldaşı və oğlu gələcək padşah V Fraatın başçılıq etdiyi sui-qəsdçilər dəstəsi tərəfindən öldürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Bigwood, J. M. "Queen Mousa, Mother and Wife(?) of King Phraatakes of Parthia: A Re-evaluation of the Evidence". Journal of the Classical Association of Canada.
I Trdat
I Trdat və ya I Tiridat (erm. Տրդատ Ա, lat. Tiridatus) — 53–72-ci illər arasında fasilələrlə hakimiyyətdə olmuş Ermənistan çarı. Parfiya çarı II Vononun oğlu olan Trdat Arşakuni sülaləsindən olan ilk Ermənistan çarı idi. Onun hakimiyyəti ilk dəfə 54-cü ildə başlamış, lakin 58-ci ildə taxtından enmişdir və bu vəziyyət 63-cü ilə qədər davam etmişdir. Demək olar ki, yalnız Roma müəlliflərinin qələmə aldığı mənbələrin azlığı onun hakimiyyətinin bir çox aspektlərinin naməlum olduğunu göstərir. 66-cı ildə Roma ilə Parfiya arasında Ermənistan haqqında bağlanmış müqaviləyə əsasən, Parfiya hakimi I Vologezin qardaşı Trdat Ermənistanın çarı olmuş, Romada imperator Neron tərəfindən taclandırılmışdır. Razılaşmanın şərtlərinə görə, onun varisləri Parfiya şahzadələri olacaqdı, lakin onların Ermənistan taxtına çıxması üçün Romanın razılığı alınmalı idi. Beləliklə, Ermənistan həm Romanın, həm də Parfiyanın vassalına çevrilmişdi. Dövrün bir sıra Roma müəllifləri Neronun Ermənistanı de-fakto olaraq Parfiyaya verdiyini düşünürdü.
Jatropha curcas
Jatropha curcas (lat. Jatropha curcas) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin yatrofa cinsinə aid bitki növü.
Kürcan (Təbriz)
Kürcan (fars. كرجان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 602 nəfər yaşayır (141 ailə).
Kürşat Duymuş
Kürşat Duymuş (d.1 fevral, 1979) - Türkiyə futbolçusu. == Karyerası == Kürşat peşəkar futbolçu kimi ilk addımlarını 1998-ci ildə Etimesgut Şekerspor klubunda atıb. Növbəti illərdə Çaykur Rizəspor, Trabzonspor, Beşiktaş, Ankaraspor, Kayserispor, Kartalspor kimi klubların heyətində çıxış edib. 2009-cu ilin sonunda Bakı ilə 1.5 illik müqavilə imzalayıb. Duymuş peşəkar futbolçu karyerası ərzində iki dəfə U-18, 18 dəfə U-21, 3 dəfə Türkiyə milli komandalarının formasını geyib.
Mobil sursat
Mobil sursat (həmçinin intiharçı pilotsuz uçuş aparatı, intiharçı dron, kamikadze pilotsuz uçuş aparatı, rouminq silahları və ya kamikadze dron kimi tanınır) sursatların müəyyən müddət ərzində hədəf ərazinin ətrafında fırlandığı və yalnız hədəf aşkar edildikdən sonra hücum etdiyi hava silah sistemidir. Mobil sursatlar, yüksək dəyərli platformalar hədəf əraziyə yaxın yerləşdirildikdən qısa müddət sonra görünən gizli və ya məxfi hədəflərə qarşı daha sürətli cavab müddətlərini təmin edir və həmçinin də hücum əmri asanlıqla ləğv oluna bilindiyi üçün daha seçici olaraq vacib hədəflərə tuşlanmağa imkan yaradır. Mobil sursatlar qanadlı raketlər ilə silahlı pilotsuz uçuş aparatları (SPUA) arasında qəbul edilir və hər ikisi ilə eyni xüsusiyyətlərə malikdir. Onlar qanadlı raketlərdən hədəf ərazinin ətrafında nisbətən uzun müddət dövrə vurması üçün nəzərdə tutulması, SPUA-lardan isə mobil sursatın bir hücumda sərf edilməsinin nəzərdə tutulması və daxili döyüş başlığına malik olması ilə fərqlənirlər. Buna görə də onları qeyri-ənənəvi mənzilli silahlar da hesab etmək mümkündür. Mobil silahlar ilk dəfə 1980-ci illərdə yer-hava raketlərinə (SAM) qarşı Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi (SEAD) rolunda istifadə üçün ortaya çıxmışdırlar və 1990-cı illərdə bir sıra hərbi hava qüvvələrində SEAD rolunda çıxış etməsi üçün yerləşdirilmişdirlər. 2000-ci illərdən başlayaraq, rouminq silahları nisbətən uzun mənzilli hücumlardan və atəş dəstəyindən tutmuş kürək çantasına sığan bir taktiki döyüş vasitələrinə və hətta çox qısa mənzilli döyüş sistemlərinə qədər əlavə rollar üçün hazırlanmışdır.
Murat Bardakçı
Murad Gökhan Bardakçı (25 dekabr 1955, İstanbul) — Türkiyəli jurnalist, yazıçı və aparıcı. Murad Bardakçı 25 Dekabr 1955-ci ildə jurnalist Nemika Bardakçının tək uşağı olaraq İstanbulda doğulub. 1966-cı ildə Ankara Atatürk Lisesindən məzun olub. 1978-ci ildə Ankara Universitetində İqtisadiyyat bölməsindən məzun olub lakin İqtisadiyyat üzrə deyil jurnalistikaya yönəlmişdir. Jurnalistikanın maqazin və digər bölmələrini deyil, tarixi araşdırmalar üzərində jurnalistdir. Televizya proqramlarında tarixi hadisələr əsasən Osmanlı İmperiyasının dağılma dövrü haqqında fikirlər irəli sürür. Bir çox kitab müəllifidir. Bir müddət bəzi tarixçi professorlarla birlikdə " Tarihin Arka Odası " adlı proqramın aparıcısı olub . Bir çox qazetlərdə məqalələri yayımlanır. əsasən tarix sahəsi üzrə ixtisaslaşmış jurnalist, yazıçı və televiziya aparıcısı.
Murat Baymakanov
Murat Baymakanov (qaz. Баймахан Мұрат Тәжімұратұлы; 1 noyabr 1933, Almatı) — alim, hüquq elmləri doktoru (1973), professor (1993), Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki. 1957-ci ildə Moskva Dövlət Universitetini bitirib. 1962–92-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun tədqiqatçısı, elmi katibi, şöbə müdiri, direktor müavini və müdiri olmuşdur. 1992-95 - Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri. 1995-ci ildən "Kainar" Universiteti və "Adilet" Hüquq Fakültəsi prorektorudur. Qazaxıstan Konstitusiyasının və dövlət orqanları haqqında qanun layihəsinin yaradılmasında iştirak etmişdir. 1978-93-cü illərdə - ABŞ, Fransa, Braziliya və digər ölkələrdə keçirilən beynəlxalq konqreslərdə təqdimatla çıxış etmişdir. Tədqiqatın əsas sahələri: konstitusiya hüququ, dövlət və hüquq nəzəriyyəsi, politologiya. "Sosializm dövründə qanunun aliliyinin inkişafındakı ziddiyyətlər" mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi.