Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Uzboy
Uzboy — Mərkəzi Asiyanın səhralıq ərazisində keçən qurumuş çay yatağı. Türkmənistan ərazisində Sarıqamış çökəkliyindən başlayaraq Xəzər dənizi istiqamətinə istiqamətlənir. Onun zunluğu 550 kilometrdir. Həmdə axmaz göllər üçün ümumi ifadə kimi istifadə edilir. Bu qol enli bir yatağa malik olaraq, çoxlu sayda terrasvari enişlərə sahibdir. Bu terraslar nə vaxtsa mövcud olan şəlalələrin yerləridir. Bu çayın olduqca gursulu olmasına dəlalət edir. Qurumuş yataq boyunca çoxlu sayda su calılarının qalıqları müşahidə edilir. Bəziləri bu çayın Amudəryanın bir qolu olmasını deyirlər. O nə zamansa Xəzər dənizinə tökülürmüş Vladimir Afanasiev Obruçev Özünün Xəzər arxası regiona ekspedisiyası zamanı 1886 ildə Uzboy haqqında belə yazırdı: «Bala-İşem quyusundan 200 addım qərbdə, Sərdar Xivə karvan yolunun üzərində 40°15 ş.
İsnov
İsnov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. İsnov oyk., sadə. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. İstinov adının təhrif formasıdır. Kəndin ərazisində müalicə əhəmiyyətli çoxlu min. bulaq var. Keçmişdə bu bulaqların yaxınlığında müalicə üçün hovuzu əvəz edən novlar düzəldilirdi. Bunun üçün çala qazılır, içərisi daşla hörülürdü. Bulaqların suyu arxla bu novlara doldurulur, kənarda qızdırılmış daşlar oraya tökülürdü.
Sony
Sony Corporation (yap. ソニー Sony) — transmilli şirkət. Mənzil qərargahı Yaponiya və ABŞ-dadır. 1946-cı ildə yapon mühəndisləri Akio Morita və Masaru İbuka tərəfindən Yaponiyada yaradılıb. "Sony" sözü latın dilindən sonus (“səs”) və ingilis sözlərindən “sunny boys” (“günəşli oğlanlar”) sözlərindən yaradılmışdır. Morita dünyanın heç bir dilində olmayan sözü tapmaq istəyirdi. Yapon dilində “Sonny” sözünün tələffüzü (“sonni”) uğursuz biznesi xatırladan söz mənasını verdiyindən, o, “n” hərflərindən birinin pozulmasına qərar verir. Hazırda Sony Corporation — Sony Group holdinqin tərkibinə daxildir. Sony Group əsas əməliyyat seqmenti: Sony Corporation Sony Computer Entertainment (Sony Playstation, video oyunlar ) Sony Pictures Entertainment Sony Music Entertainment (musiqi alətləri). Sony Financial Holdings (maliyyə sferasında əməliyyatlar — sığorta, banklar) Sony (mobil telefonlar) Sony Vaio (noutbuklar) Sony Bravia (televizorlar) 2005-ci il üçün əməkdaşlarının sayı 151400 nəfər olmuşdur.
Şnox
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
Alabəzək usneya
Alabəzək usneya (lat. Usnea florida) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomu kolşəkilli, dəstəvari-dikduran, uzunluğu 5-10 sm-ə qədər, sarı-yaşılımtıl, bozumtul –yaşıl rənglidir, dixomik yaxud simpodial şaxələnmişdir. Budaqları silindrik, qabıq təbəqəli, üst hissəsi sıx məməcik və fibrillərlə örtülüdür. Apotesilər çoxsaylıdır, diski açıq rəngli, kənarları kirpiklərlə əhatə olunmuşdur. Tallom və özək KOH təsirindən saralır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Mezofitdir, sporla çoxalır. Antimikrob xüsusiyətinə görə qədim xalq təbabətində və tibdə dərman bitkisi kimi istifadə olunur. == Yayılması == Zaqatala rayonu (Zaqatala Dövlət Qoruğunda), Qusar rayonu (Hil kəndin cənub –qərb hissəsi), Göygöl rayonu (Göygöl Dövlət Təbiət Qoruğu 1700-1800m).
Cevdət Sunay
Əhməd Cövdət Sunay (türk. Cevdet Sunay, 10 fevral 1899, Trabzon – 22 may 1982, İstanbul) — Türk hərbi və dövlət xadimi, Türkiyə Silahlı Qüvvələrinin 12-ci Baş Qərargah rəisi, Türkiyə Respublikasının 5-ci prezidenti. == Hərbi həyatı == Cövdət Sunay 1899-cu il fevralın 10-da Ərzurumda anadan olub. Bəzi mənbələrdə onun doğulduğu yer Ataköy kimi qeyd edilir. Atası Hacı-İslamoğullarından Alay müftisi İslam Səbri Əfəndi, anası Məhəmmədoğullarından Xədicə xanımdır. İbtidai və orta təhsilini Ərzurum, Kərkük, Ədirnə və Kuleli Hərbi Liseylərində almışdır. Birinci Dünya müharibəsi illərində 1917-ci ildə zabit namizədi kimi təlim düşərgəsinə qatılır. Həmin il Sinay və Fələstin cəbhəsində iştirak edir. 1918-ci ildə ingilislər tərəfindən əsir götürülən sunay Misirə aparılır. Əsirlikdən qayıtdıqdan sonra Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edərək, Cənub cəbhəsində xidmət göstərir.
Cövdət Sunay
Əhməd Cövdət Sunay (türk. Cevdet Sunay, 10 fevral 1899, Trabzon – 22 may 1982, İstanbul) — Türk hərbi və dövlət xadimi, Türkiyə Silahlı Qüvvələrinin 12-ci Baş Qərargah rəisi, Türkiyə Respublikasının 5-ci prezidenti. == Hərbi həyatı == Cövdət Sunay 1899-cu il fevralın 10-da Ərzurumda anadan olub. Bəzi mənbələrdə onun doğulduğu yer Ataköy kimi qeyd edilir. Atası Hacı-İslamoğullarından Alay müftisi İslam Səbri Əfəndi, anası Məhəmmədoğullarından Xədicə xanımdır. İbtidai və orta təhsilini Ərzurum, Kərkük, Ədirnə və Kuleli Hərbi Liseylərində almışdır. Birinci Dünya müharibəsi illərində 1917-ci ildə zabit namizədi kimi təlim düşərgəsinə qatılır. Həmin il Sinay və Fələstin cəbhəsində iştirak edir. 1918-ci ildə ingilislər tərəfindən əsir götürülən sunay Misirə aparılır. Əsirlikdən qayıtdıqdan sonra Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edərək, Cənub cəbhəsində xidmət göstərir.
Kunoy adası
Kunoy(far. Kunoy) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 135 nəfər yaşayır. Sahəsi 35.5 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 830 m-dir. == Şəxsiyyətləri == Simun av Skardi — farerli şair, siyasətçi və yazışı. Farer adalarının himnini yazmışdır.
Minoy sivilizasiyası
Minoy sivilizasiyası — Krit adasında qədim sivilizasiya. Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV əsrin birinci yarısına təsadüf edir. Krit mədəniyyətinin (yaxud da Minoy mədəniyyətinin) yaranması Kritin əfsanəvi hökmdarı Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə təsadüf edir. İngilis arxeoloq Artur Evans 1899-cu ildə “Minos”u axtarmağa başladı. Evans yunan adası Kritdə qazıntı işlərinə başladı, əfsanəyə görə Minos adlı hökmdarın idarə etdiyi qüdrətli imperiyanın paytaxtı Knos Krit adasında yerləşirdi. Evans tezliklə Henrix Şlimanın (Mikena mədəniyyətini aşkarlayan arxeoloq) tapdığı qalıqlardan daha zəngin və daha gözəl xarabalıqlar aşkarladı. Evansın apardığı qazıntı işlərinin Şlimandan sonra həyata keçirlməsinə baxmayaraq, onun Knosda aşkarladığı sivilizasiya Şlimanın aşkarladığı yunan sivilizasiyasından daha qədim idi. Bu nailiyyəti Evansa cəngavərlik titulu qazandırdı.
Pustoy adası
Pustoy adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasından 700 metr qərbdə yerləşir. Jiloy yarımadası ilə Paris Kamunası yarımadası arasında kiçik adalar vardır: Kolosov adaları 9 km cənubda, Zabor 6,4 km cənubda və Blizkiy adası 4,5 km cənub-şərqdə yerləşir. Şimal-qərbdən cənub-şərqə 1,3 km uzunluğa, 800 metr enə malikdir. Hündülüyü böyük deyil. Ada alcaqboylu otlarla örtülü olur.
Sunay Erdem
Sunay Erdem (d. 1971, Bolqarıstan) — Dünya tərəfindən məşhur Türk Landşaft memarı və öz özünü yetişdirmiş memar. Sunay Erdem qardaşı Günay Erdem ilə 1998-ci ildə Erdem Memarlar firmasını qurdular. İki qardaş 90-cı illərdən günümüzə 40 dan çox ölkədə layihə inkişaf etdirib, 50-ə yaxın mükafat almışdır. Günümüzün memarlıq sahəsində nadir sərbəst əl istifadə tasarımcılardan biri olan Sunay Ərdəmin 1992-ci ildən bu yana 700'e yaxın çəkdiyi sərbəst əl perspektivləri var. Amerika Memarlıq İnstitutu (AIA) Philadelphia Bölümü tərəfindən təşkil edilən 2013 Sketch Showdown Yarışmasında akvarel eskizi birinci oldu. 2014-ci ildə İtaliyada açılan və Napolyonun məşhur La Spezia Limanı silah-sursat istehsalı şəhər çevrilməsi yarışmasında layihəsi birinci olmuşdur. Oxşar il İngiltərədə açılan və Wimbledon turnirinin edildiyi qəsəbənin şəhər çevrilməsi yarışmasında isə layihəsi finala qalmışdır. Sunay Erdem, TMMOB Memarlar Odası tərəfindən iki ildə bir verilən və 2010 ili Milli Memarlıq Sərgisi və Mükafatları, Fikir təqdimatı sahəsi Müvəffəqiyyət Mükafatı sahibidir. Ayrıca TMMOB Landşaft Memarlar Odası tərəfindən hər il verilən və 2009, 2010, 2013 Yılllar Milli Landşaft Mimarlığı Mükafatları sahibidir.
Suxoy Loq
Suxoy Loq — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Suxoy adası
Suxoy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şərq sahillərində yerləşir. Maksimal hündürlük 29 metrdir. Naydyonış adasından 1,8 km cənub-şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 1,8 km təşkil edir. Sahilləri düzdür. Burada göl və çay yoxdur.
Uzun usneya
Uzun usneya Elmi adı - Usnea longissima Ach. (usnea laricina Vain.) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür. Tallomu kolşəkilli, uzundur, sallaqdır, uzunluğu 60 sm-ə qədər, açıq oz-yaşıl və ya sarımtıl –boz rənglidir, sadə və ya zəif budaqlanandır. Budaqları nazikdir, diametri 1 mm-ə qədər, uzunluğu 1-3 sm-ə qədərdir, fibrilli və azsaylı soredilidir. Özəyi zəif inkişaf edib, mərkəzi silindr möhkəmdir, tallomu yarıya qədər doldurur. Yodun təsirindən rəngi göyərir. Apotesilər bizim nümunələrdə yoxdur. Mezokserofitdir, işıqsevəndir, sporla və soredillərlə çoxalır. Antimikrob xüsusiyyətinə görəqədim xalq təbabətində, cərrahiyədə, ginekologiyada yaraların sağalmasında istifadə olunur.
Minoy dili
Minoy dili — Krit adasında Minoan sivilizasiyası ilə əlaqəli və müxtəlif dövrlərdə mövcud olmuş bir neçə dilə aid toplu ad. Yazılar (e.ə. XX–XV əsrlər, Kritin erkən və orta saray dövrləri) müxtəlif növ Egey yazısı ilə hazırlanmışdır (yalnız qismən deşifrə edilmişdir). Yalnız bir neçə söz etibarlı şəkildə şərh olunur (məsələn, ku-ro – hər şey), eləcə də sonrakı yazılarda analoqu olan şəhərlərin adları. Misir heroqlifləri ilə yazılmış bir neçə Krit ifadəsi də salamat qalmışdır.
Minoy keramikası
Minoy keramikası — Kritdə Tunc dövrünə aid Minoy mədəniyyətinin xarakterik keramika. O, müxtəlif bədii üslublar, yəni həm vaza rəngkarlığı, həm də qab dizaynı ilə seçilir. Bu müxtəlifliyə görə, ilk dəfə XX əsrin əvvəllərində Artur Evans tərəfindən irəli sürülmüş Minoy mədəniyyətinin inkişaf dövrlərinin tarixləşdirilməsi Minoy keramikasının üslublarına (sonralar N. Platon tərəfindən Knoss sarayının tarixinə əsaslanaraq) əsaslanır. Knossos Sarayının inkişafı). Hazırda keramika məmulatlarının qaba, adətən bəzədilməmiş fraqmentlərinin geoloji analizinə əsaslanan yeni üsul geniş yayılmaqdadır.
Mustafa Münip Uzsoy
Mustafa Münip Uzsoy (türk. Mustafa Münip Uzsoy; d. 1878, İstanbul, Osmanlı İmperiyası – ö. 1950, İstanbul, Türkiyə) — Türk əsgəri. 1888-ci ildə hərbi məktəbə daxil olmuş və 1892-ci ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində , Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 4 may 1921-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə təltif edildi. 25 fevral 1931-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 29 iyul 1950-ci ildə İstanbulda vəfat etdi.
Suxoy Elançik çayı
Suxoy Elançik çayı (əvvəlki adı Srednı Elançik) — Ukrayna və Rusiya ərazisindən axan çay. Mokrıy Elançik çayının sağ qolunu təşkil edir. Azov dənizi hövzəsinə aid bir çaydır. Çayın uzunluğu 77 kilometr təşkil edir. Su toplayıcı hövzəsinin sahəsi 515 km² təşkil edir. Enişi 1 km 1 metr təşkil edir. Vadisi V şəkilli formaya malikdir. Vadisinin evi 3 kilometrə qədər genişlənir. Eni isə 200 km-dir. Çaydan həm əkinçilik həm də balıqçılıqda istifadə edirlər.
Suxoy Nos burnu
Suxoy Nos burnu — Şimal adasının cənub-qərbində yerləşir. Burunda bir çox quşlar yuva qurur. Sovet dönəmində burada nüvə sınaqları həyata keçirilmişdir. Bu paliqon Yeni Torpaq arxipelaqında yerləşən iki sınaq meydancasından biri olmuşdur. 1958–1961 illəri arasında sınaqlar davam etmişdir.
Suxoy Su-1
Suhoy Su-1 (rus. Сухой Су-1), Suxoy tərəfindən istehsal olunan SSRİ mənşəli bir qırıcı prototipidir. Təyyarə İkinci Dünya müharibəsi ərəfəsində yaradılmışdı və inkişaf etdirilmiş versiyası Su-3 adı altında tanınırdı. Hər iki təyyarə test mərhələsindən keçsə də, kütləvi istehsalına başlanılmamışdır.
Suxoy Su-11
Suxoy Su-11 (Сухой Су-11; NATO kod adı: Fishpot-C), Suxoy şirkəti tərəfindən istehsal olunan SSRİ mənşəli reaktiv önləmə təyyarəsidir. Təyyarə 1960-cı illərdə istehsal edilmişdir və Suxoy Su-9 qırıcı təyyarələrinin təkmilləşdirilmiş versiyasıdır.
Suxoy Su-15
Suxoy Su-15 (Сухой Су-15; NATO kod adı: Flagon), Suxoy şirkəti tərəfindən istehsal edilmiş SSRİ mənşəli reaktiv önləmə təyyarəsidir. Təyyarə ilk uçuşunu 30 may 1962-ci ildə həyata keçirmişdir. 1965-ci ildə xidmətə qəbul edilmişdir. Suxoy Su-9 və Suxoy Su-11 təyyarələrinin yerini tutmuş və 1990-cı illərə qədər ön cəbhə təyyarələrindən biri hesab olunmuşdur. Mənbə: Ekipaj: 1 Uzunluq: 19.56 m Qanad eni: 9.43 m Hündürlük: 4.84 m Qanad sahəsi: 36.6 m² Boş çəkisi: 10,760 kg Maksimum yükgötürmə qabiliyyəti: 17,900 kg Motor: 2 ədəd Tumansky R-13-300 turbojet Silahlar: 2 ədəd 23 mm GŞ-23L topu Müxtəlif raketlər, döyüş raketi və bombalar.