Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ulçi dili
Ulçi dili — ulçilərin dili. Tunqus-mancur dillərinə aiddir. Rusiyanın Xabarovsk diyarının Uliç rayonunda yayılıb. Rusiyada 2010-cu ildə danışanların sayı — 154 nəfər idi. 2002-ci ildə isə danışanlar 732 nəfər idi. Uzun müddət uliç dili nanay dilinin dialekti hesab edilirdi, 1990-cı illərdən öz əlifbasını və ayrı dil statusunu alıb. İbtidai məktəbdə dərslər keçilir, tədris ədəbiyyatı var. «Амурский маяк» rayon qəzetində materiallar dərc edilir. Bədii dili formalaşmayıb. == Ulçi əlifbası == İlk dəfə dil üçün əlifba variantı latın qrafikası əsasında hazıtlansa da qəbul edilməmişdi Aşağıdakı hərfləri ar idi: A a, ā, B в, C c, D d, Ӡ ӡ, E e, ē, Ә ә, ә̄, F f, G g, H h, I i, ī, J j, K k, Ǩ ǩ, L l, M m, N n, Ņ ņ, Ŋ ŋ, O o, ō, P p, R r, S s, T t, U u, ū, Ụ ụ, ụ̄, W w.
Almaz Ülvi
Almaz Ülvi (Almaz Qasım qızı Binnətova; 8 avqust 1960, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycanlı ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru (2010). Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri. == Həyatı == Almaz Ülvi 1960-cı il avqustun 8-də Göyçə mahalının Kəsəmən kəndində müəllim ailəsində doğulmuşdur. Həmin kənddə orta məktəbi fərqlənmə ilə tamamlamış (1967–1977) və Bakı Dövlət Universitetində ali təhsil almışdır (1978–1984). 1986–1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili kurslarını bitirmişdir. Almaz Ülvi AMEA Nizami adına Ədəbiyyat İnstitunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifəsində çalışıb (şöbə yaranan gündən). 1995-ci ildə "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi" mövzusunda namizədlik dessertasiyası müdafiə etmişdir. 2010-cu ildə Almaz Ülvi "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1984–1993-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, 1993–1997-ci illərdə "Dövlət Əmlak Komitəsi"ndə mətbuat xidmətinin rəhbəri kimi və 1997-ci ildən hal-hazıra kimi "Xalq qəzeti"nin "Ədəbiyyat və incəsənət" şöbəsində çalışır.
Luici Pulçi
Luici Pulçi (15 avqust 1432, Florensiya – 11 noyabr 1484, Padova) — XV əsr italyan şairi. == Həyatı == Lorenso Mediçi və Ancelo Politsiano ilə birlikdə Luici Pulçi (1432–1484) Kvatroçento dövrünün Florensiya şairlərinin triumviratını (üçlük) təşkil edir. Bu şairin ən məşhur əsəri olan "Nəhəng Morqante" — yeni tipli epopeya Lorenso Mediçinin via Larqa adlı malikanəsində yazılmışdır. Görkəmli italyan şairi Luici Pulçi qədim qvelf ailəsində anadan olmuşdur. Gənc yaşlarından başlayaraq o, taleyini Mediçi ilə bağlamışdır. 1467-ci ildə Pulçi diplomatik missiya ilə Pizaya, sonra isə Neapol kralının sarayına getmiş, burada araqonluları türklər əleyhinə ittifaq bağlamağa dəvət etmişdir. 1473-cü ildə o, Lukretsiya dela Albitsi ilə evlənmiş, ancaq bu da onun narahat həyatına təsir etməmişdir. Onun səfərləri davam etmiş, bu səfərlərin birində o, Paduyada vəfat etmişdir. == Yaradıcılığı == L.Pulçi öz gücünü müxtəlif janrlarda sınamışdır. O, 1469-cu ildə Lorensonun yarışda qələbəsi şərəfinə "Kostra Lorenso" adlı poema yazmışdır.
Luçi Sulla
"Luçi Sulla" ( it. Lucio Silla Lucio Silla ) — musiqili dram (it. dramma per musica ), V.A. Motsartın operası, J. da Gamerra'nın librettosu. P. Metastasio tərəfindən redaktə edilmişdir. Premyerası: 26 dekabr 1772-ci il Milan, Reggio Ducale Teatrında baş tutmuşdur. Lutsi Korneli Sulla eramızdan əvvəl 138–78-ci illərdə yaşamış Roma diktatorudur. Eyni zamanda I.K.Bax və P. Anfossinin eyni adlı operalarının qəhrəmanı olmuşdur. == Süjet == Motsartın əsərinin əsası İtalyan opera seriyasına xas olan məcburiyyət və hisslərin ziddiyyətindən götürülmüşdür.. Baş qəhrəman Luçi Sulla, Senator Cecilionun nişanlısını əlindən alıb özünü isə Romadan qovur. O, geri qayıdaraq qızın namusu uğrunda mübarizəyə başlayır.
Mikania ulei
Mikania ulei (lat. Mikania ulei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Trichilia ulei
Trichilia ulei (lat. Trichilia ulei) — meliekimilər fəsiləsinin trichilia cinsinə aid bitki növü.
Typhlodromus ulmi
Typhlodromus ulmi (lat. Typhlodromus ulmi) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus ulmi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ülvi Abışov
Ülvi Bayram oğlu Abışov (23 aprel 1997; Şəki rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Abışov 1997-ci il aprelin 23-də Şəki rayonunun Turan qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ülvi Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Abışov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Alışov
Ülvi İlham oğlu Alışov (11 yanvar 2000; Cəlilabad rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Alışov 2000-ci il yanvarın 11-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Alışov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Axundlu
Ülvi Axundlu — Avropa Şurası Baş Katibinin Moldovada xüsusi nümayəndəsi. == Həyatı == == Fəaliyyəti == Ülvi Axundlu 2002–2007-ci illərdə ATƏT-in Bakı ofisinin KİV siyasəti məsələləri üzrə müşaviri olub. 2007-ci ildə Strasburqda Avropa Şurası Mərkəzi Aparatına keçirilib və Kommunikasiyalar Departamentində KİV monitorinqi şöbəsinə rəhbərlik edib. 2010-cu ildən AŞ və Aİ-nin Moldovadakı birgə layihələrinə rəhbərlik edib. 2011-ci ildə Avropa Şurasının baş katibi Torborn Yaqland Azərbaycan vətəndaşı Ülvi Axundlunu özünün Moldovada xüsusi nümayəndəsi, qurumun Kişinyov ofisinin rəhbəri təyin edib. Ülvi Axundlu Avropa Şurası strukturlarında bu cür yüksək vəzifəyə təyin edilən ilk Azərbaycan vətəndaşı olub.
Ülvi Azayev
Ülvi Maqsud oğlu Azayev (4 dekabr 2001; Kürdəmir rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Azayev 2001-ci il dekabrın 4-də Kürdəmir rayonunun Ərəb Qubalı kəndində anadan olub. == Hərbi xidməti == Ülvi Azayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Azayev oktyabrın 2-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Azayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Azayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ülvi Azayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Ağayev
Ülvi Valeh oğlu Ağayev (9 mart 1993, Göyçay rayonu – 8 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Ağayev 1993-cü il martın 9-da Göyçay rayonunun Şahsoltanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ülvi Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Ağayev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub.
Ülvi Bacarani
Ülvi İlqar oğlu Bacarani (27 yanvar 1995, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2013). == Həyatı == Ülvi Bacarani 27 yanvar 1995-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Şahmatla beş yaşından məşğul olmağa başlayıb. Birinci dərəcəni 7 yaşında alıb, 9 yaşda olarkən Bakı çempionatında qalib olub, daha sonra 10 yaşında Avropa və Dünya çempionatlarındakı medallarına görə FİDE ustası olub, 14 yaşında Beynəlxalq usta adını və 16 yaşında ən yüksək şahmat titulunu – Beynəlxalq qrosmeyster titulunu qazanıb. İlk müəllimi atası - İlqar Bacarani (beynəlxalq usta, beynəlxalq hakim, əməkdar məşqçi) olub. == Uğurları == Respublika Şahmat Mərkəzində keçirilən U14 pempionatının qalibi, Bakı (Noyabr, 2004) 10 yaşa qədər oğlanlar arasında Bakı çempionu (2004, 2005) U12 kateqoriyasında 3 dəfə çempoin, Əbu-Dabi, BƏƏ (Avqust, 2005, 2006 və 2007) U10 kateqoriyasında beynəlxalq şahmat turnirinin qalibi, Tehran, İran (Fevral, 2005) U14 kateqoriyasında "Prezident kuboku" beynəlxalq şahmat turnirinin qalibi, Bakı (May, 2006) Açıq şahmat turnirinin mükafatçısı, Əbu-Dabi (BƏƏ, Avqust, 2006) U16 kateqoriyasında "Xəzər kuboku" beynəlxalq şahmat turnirinin qalibi, Rəşt, İran (Dekabr, 2007) Dubay-U12 kateqoriyasının qalibi (İyul, 2007) U20 kateqoriyasında beynəlxalq "Ramazan kuboku" şahmat turnirinin qalibi, Əbu-Dabi, BƏƏ (Sentyabr, 2008) U14 kateqoriyasında "Capella La Grande" açıq şahmat turnirinin qalibi, Fransa (Mart, 2009) U14 və U20 Azərbaycan Gənclər Çempionatının qalibi, Baku (Aprel, 2009) U14 kateqoriyasında "Dubay-Open" şahmat turnirinin qalibi, BƏƏ (İyul, 2009) U18 kateqoriyasında "Aeroflot-Open" beynəlxalq şahmat turnirinin qalibi, Moskva (Fevral, 2010) "PETROVSKAYA LADYA" turnirində ikinci yer, Peterhof, Rusiya (İyul, 2010) "Dünya gənc ulduzlar" turnirinin mükafatçısı, Kirişi, Rusiya (May, 2011) "İbn-Sina kuboku" turnirinin mükafatçısı, Həmədan, İran (İyun, 2011) U18 kateqoriyasında "Baku-Open" qalibi, Bakı, Azərbaycan (Avqust, 2011) Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə bağlı turnirinin qalibi, Bakı, Azərbaycan (Dekabr, 2011) Azərbaycanın birini liqasının qalibi Bakı, Azərbaycan (Noyabr-Dekabr, 2012) U18 kateqoriyasında Azərbaycan Gənclər Çempionatının qalibi, Bakı, Azərbaycan (Mart, 2013) Ramazan blitz turnirinin qalibi, Əbu-Dabi, BƏƏ (İyul, 2013) Alushta GM Payız turnirinin qalibi, Ukrayna (Sentyabr, 2013) Milli müstəqillik günü münasibətilə Açıq turnirinin qalibi, Bakı, Azərbaycan (Oktyabr, 2013) Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Blitz turnirinin qalibi, Bakı, Azərbaycan (Dekabr, 2013) Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatının qalibi (İyun, 2014) Fuad Cəfərov xatirə turnirinin qalibi (play off) Bakı, Azərbaycan (Noyabr, 2014) U20 kateqoriyas;nda Najdorf Open A 2014 xatirə turnirinin qalibi, Varşava, Polşa (İyul, 2015) Blitz turnirinin mükafatçısı Arad, Rumıniya ( Avqust, 2015) Brasschat Open turnirinin qalibi, Belçika (Avqust, 2015) Fuad Cəfərov xatirə turnirinin qalibi (blitz), Bakı (Dekabr, 2015) Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə sürətli şahmat turnirinin qalibi, Bakı (İyun, 2016) Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə blitz turnirinin qalibi, Bakı (İyun, 2016) == İstinadlar == == Xarici keçidlər == Qrossmeyster Ülvi Bacarani: Şahmatda hələ çox inkişaf edəcəm – MÜSAHİBƏ (az.) Rəsmi saytı (az.) Ulvi Bajarani. Chess-DB.com Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine (ing.) Ulvi Bajarani. 365chess.com (ing.) Ulvi Bajarani. fide.com (ing.) Ulvi Bajarani.
Ülvi Bünyadzadə
Ülvi Yusif oğlu Bünyadzadə (23 sentyabr 1969, Kəsəmən, Vardenis rayonu – 20 yanvar 1990, Bakı) — Azərbaycan şairi, publisist, "20 Yanvar şəhidi". == Həyatı və fəaliyyəti == Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı bir ailədə dünyaya göz açmışdır. Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yazmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində almışdır. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən şəhərinə köçmüşdür.12–13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarırdı.1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə vermiş, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmiş, Daşkəsən şəhərinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləmişdir. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilmiş, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınmışdır.
Ülvi Cəfərov
Ülvi Habil oğlu Cəfərov (16 yanvar 1998; Kəngərli rayonu, Azərbaycan — 31 oktyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Cəfərov 1998-ci il yanvarın 16-da Kəngərli rayonunun Xok kəndində anadan olub. Nişanlı idi. == Hərbi xidməti == Ülvi Cəfərov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Cəfərov oktyabrın 31-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunun Xok kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Cəfərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ülvi Cəfərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Hacıyev
Ülvi Şirin oğlu Hacıyev (13 noyabr 1994; Suraxanı rayonu, Azərbaycan — 19 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Hacıyev 1994-cü il noyabrın 13-də Suraxanı rayonunda anadan olub. 2001-2012-ci illərdə Suraxanı rayonunda R. Ənnağıyev adına 141 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "iqtisadiyyat" üzrə ali təhsil alıb. 2016-2018-ci illərdə isə həmin universitetdə "biznesin idarə edilməsi" üzrə magistr dərəcəsi alıb. 2019-cu ildən Dövlət Gömrük Komitəsinin (DGK) Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin postunda çalışırdı. Subay idi. == Hərbi xidməti == Ülvi Hacıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Hacıyev oktyabrın 19-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Ülvi Həsənov
Ülvi Natiq oğlu Həsənov (31 dekabr 2001; Mingəçevir, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Həsənov 2001-ci il dekabrln 31-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ülvi Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Həsənov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ülvi Həsənov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Kərimov
Ülvi Rövşən oğlu Kərimov (11 sentyabr 1988, Salahlı, Yevlax rayonu – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Kərimov 1988-ci il sentyabrın 11-də Yevlax rayonunun Salahlı kəndində anadan olub. 1994-2005-cü illərdə B. Alıyev adına Salahlı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Ülvi Kərimov 2005-2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Ağstafa rayonu yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Bir müddət sonra cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edib. 2016-cı ildən "N" saylı hərbi hissədə snayperçi idi. 2018-ci ildən isə Manqa Komandiri idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ülvi Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Kərimov oktyabrın 16-da Madagizin azad edilməsi zamaı şəhid olub.
Ülvi Mehdiyev
Ülvi Ramiz oğlu Mehdiyev (30 yanvar 1985, Bakı) — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri. == Həyatı == Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib. Həmçinin ABŞ-nin Duke Universitetinin Adaptiv strateji idarəetmə proqramı üzrə təhsil alıb. 2005–2006-cı illərdə hərbi xidmət keçib. 2006–2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, 3 uşağı var. == Fəaliyyəti == Ülvi Mehdiyev 2009–2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.
Ülvi Mirzoyev
Ülvi Mirzoyev (11 avqust 1976, Bakı) — Azərbaycan alimi, invaziv kardioloq, Azərbaycanda koronar angioqrafiya sahəsindəki fəaliyyətləri ilə tanınır. == Həyatı == Mirzoyev Ülvi Əhəd oğlu 11 avqust 1976-cı ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuş və 1999-cu ildə məzun olmuşdur. 1999–2000-ci illərdə Elmi Tədqiqat Kardiologiya İnstitutunda internatura keçmişdir. 2000–2004-cü ildə Türkiyənin Ankara Universitetinin tibb fakültəsində təhsil almış və uzmanlıq dərəcəsi almışdır. 2009-cu ildə ABŞ-nin Ohayo ştatında yerləşən Klivlend klinikasında koronar müdaxilələrin İVUS ilə optimizasiyası, transkateter aortal qapaq implantasiyası üzrə ixtisaslaşmışdır. 2011-ci ildə Almaniyada Heydelberq Universitetində transkateter renal denervasiya üzrə ixtisaslaşma keçmişdir. 2015–2017-ci illərdə Türkiyənin Hacettepe Universitetində səhiyyənin təşkili və idarəçiliyi üzrə təhsil almışdır. 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2018–2021-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində səhiyyə idarəçiliyi, 2019–2021-ci illərdə Oksford Universiteti təşkilati rəhbərlik diplomu proqramı üzrə təhsil almışdır.
Ülvi Müseyibli
Ülvi Şakir oğlu Müseyibli (27 noyabr 1991; İsmayıllı rayonu, Azərbaycan — 5 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Müseyibli 1991-ci il noyabrın 27-də İsmayıllı rayonunun Xəlilli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ülvi Müseyibli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Müseyibli noyabrın 5-də Hadrutun azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Müseyibli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Məmmədov
Ülvi Məmmədov Razim oğlu (10 fevral 1999, Sumqayıt) — azərbaycanlı karateçi, Dünya çempionu, avropa çempionu, dünya və Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı, Beynəlxalq turnirlərin qalibi və mükafatçısı, dəfələrlə Azərbaycan çempionu, 1-ci dan qara kəmər ustası, yüksək nəticələrinə görə, Dünya Fudokan Federasiyası tərəfindən Azərbaycan üzrə 2022-ci ilin idmançısı fəxri adına layiq görülüb. == Həyatı == Ülvi Məmmədov 10 fevral 1999-cu ildə Azərbaycan respublikasının Sumqayıt şəhərində anadan olub.
Ülvi Nüsrətbəyli
Ülvi Arif oğlu Nüsrətbəyli (14 fevral 1999; Masallı rayonu, Azərbaycan — 12 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Nüsrətbəyli 1999-cu il fevralın 14-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 2016-2020-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ülvi Nüsrətbəyli 2020-ci ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Nüsrətbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Nüsrətbəyli oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Nüsrətbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Nüsrətbəyli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Nəsirov
== Həyatı == Ülvi Nəsirov 2000-ci ildə Saatlı rayonunun Qaranuru kəndində doğulub. == Hərbi xidməti == Hərbi xidmətini başa vurduqdan sonra Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələrində kiçik gizir kimi xidmətini davam etdirib. Vətən müharibəsi iştirakçısı olan Ülvi Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə də qəhrəmanlığı ilə fərqlənib. == Dəfni == Ülvi Nəsirov kənd qəbiristanlığında torpağa tapşırılıb.Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150–200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.
Ülvi Pənahov
Ülvi Nizami oğlu Pənahov (4 mart 2001; Nizami rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Pənahov 2001-ci il martın 4-də Nizami rayonunun Keşlə qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Ülvi Pənahov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Pənahov oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Nizami rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Pənahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Pənahov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.