Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fibroz
Fibroz — fibrotik çapıq kimi tanınan, birləşdirici toxumanın normal parenximal toxumanı nəzarətsiz qaldığı dərəcədə əvəz etdiyi, toxumaların əhəmiyyətli dərəcədə yenidən qurulmasına və qalıcı çapıq toxumasının əmələ gəlməsinə səbəb olan patoloji yara sağalmasıdır. Təkrarlanan xəsarətlər, xroniki iltihab və təmir fibroza həssasdır, burada kollagen kimi hüceyrədənkənar matris komponentlərinin təsadüfən həddindən artıq yığılması fibroblastlar tərəfindən istehsal olunur və daimi fibrotik çapıq əmələ gəlir. Zədəyə cavab olaraq buna skarlasma deyilir və əgər fibroz tək bir hüceyrə xəttindən yaranırsa, buna fibroma deyilir. Fizioloji olaraq, fibroz birləşdirici toxuma çökdürmək üçün hərəkət edir, bu da əsas orqan və ya toxumanın normal quruluşuna və funksiyasına müdaxilə edə və ya tamamilə maneə törədə bilər. Fibroz lifli toxumanın həddindən artıq çökməsinin patoloji vəziyyətini, həmçinin şəfada birləşdirici toxuma çökmə prosesini təsvir etmək üçün istifadə edilə bilər. Hüceyrədənkənar matriks zülallarının patoloji yığılması ilə müəyyən edilən fibroz, təsirlənmiş toxumanın çapıqlaşması və qalınlaşması ilə nəticələnir, bu, mahiyyət etibarilə normal orqan fəaliyyətinə mane olan şişirdilmiş yara sağalma reaksiyasıdır. == Fiziologiya == Fibroz skarlasma prosesinə bənzəyir, çünki hər ikisi kollagen və qlikozaminoqlikanlar da daxil olmaqla birləşdirici toxuma salan stimullaşdırılmış fibroblastları əhatə edir . Proses makrofaqlar kimi immun hüceyrələr fibroblastları stimullaşdıran həll olunan amilləri buraxdıqda başlayır. Ən yaxşı xarakterizə olunan pro-fibrotik vasitəçi makrofaqlar və interstitium adlanan səthlər arasında hər hansı zədələnmiş toxuma tərəfindən buraxılan TGF betadır. Fibrozun digər həll olunan vasitəçilərinə , trombositdən əldə edilən böyümə faktoru və interleykin 10 daxildir .
Sistik fibroz
Sistik fibroz xəstəliyi ağciyərdə olan və irsən keçən bir xəstəlikdir. Bu xəstəlik nəfəs alma, həzm sistemi problemləri yaradır. Ağciyərlərin təmiz qalmasını sağlayan salğı bezlərinin incə və axışqan olan maye, sistik fibroz xəstələrində daha çox yoğunlaşaraq axıcılıqları azalır.
Qıbrız
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Sirroz
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Firon
Firon (yun. Φαραώ / pharaōn) — qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik.
Eucalyptus fibrosa
Eucalyptus fibrosa (lat. Eucalyptus fibrosa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eucalyptus bowmanii F.Muell. ex Benth. Eucalyptus siderophloia var. rostrata Benth.
Kibron yarımadası
Kibron (fr. Presqu’île de Quiberon) — Bretan yarımadasının cənubunda, Atlantik okeanın Biskay körfəzi daxilinə hərəkət edən Moriban departamenti ərazisində yerləşən yarımada. == Kommuna == Yarımada əhalisi iki kommunada yaşayır: Kibron (Quiberon) Sen-Per-Kibron (Saint-Pierre-Quiberon) == Tarixi == Kibron yarımadası 1795-ci ildə təşkil olunan Kibron ekspedisiyası zamanı tanınmışdır. Burada əhali Vandey üsyanını dəstəkləməyə getmişlər.
Ambroz Birs
Ambroz Qvinnet Birs (ing. Ambrose Gwinnett Bierce; 24 iyun 1842[…] – güm. 1914, güm. Çiuaua şəhəri[d]) — ABŞ yazıçısı, jurnalisti, yumoristik və qorxulu hekayələrin müəllifi. ABŞ vətəndaş müharibəsi (1861–1865) iştirakçısı olan Birs bir növ reportyor kəskinliyi, barışmazlığı və sadəliyi ilə seçilmişdir. Bu, təkcə məqalə və esselərində yox, həm də bədii ədəbiyyatda və poeziyada özünü göstərmişdir. Buna görə o, "Mərhəmətsiz Birs" (ing. Bitter Bierce) ləqəbini qazanmışdır. Birs şair Corc Sterlinq və qorxu hekayəsi yazıçısı Vilyam Çemberz Morrou kimi gənc yazıçıları dəstəkləmişvə onları həvəsləndirmişdir. Ömrünün sonunda iki oğlunun vaxtsız ölümü, həyat yoldaşından boşanma, işəgötürənlərlə problemlər səbəbilə darmadağın olan Birs vətəndaş müharibəsinin davam etdiyi Meksikaya getmişdir.
Viktor Ambroz
Viktor Ambroz (ing. Victor R. Ambros; 1 dekabr 1953) — Amerika Birləşmiş Ştatlarından olan molekulyar bioloq və mikroorqanizmin ilk kəşfçisi. “2024-cü ildə mikro RNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimləməsindəki roluna görə Fiziologiya və Tibb üzrə Nobel mükafatçısı. (Qari Ravkan ilə birgə) == Həyatı == 1 dekabr 1953-cü ildə Hannoverdə (Nyu-Hempşir əyalətində) anadan olub. O, Qari Ravkanla birlikdə 2024-cü ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatını qazanıb. O, həmçinin Genetika üzrə Qruber Mükafatı, Luiza Qross Horovitz Mükafatı, Benjamin Franklin Medalı, Həyat Elmləri üzrə Brictrow Mükafatı, Qardiner Mükafatı, Tibb üzrə Volf Mükafatı və sonda Fiziologiya və Tibb üzrə Nobel Mükafatı kimi mükafatlara layiq görülüb.
Firuz Baxor
Firuz Baxor (tac. Фирӯз Баҳор; əsl adı – Firuz Hacıyeviç Əhmədov; 19 noyabr 1942, Düşənbə) — Tacikistan və SSRİ bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının (1971-ci ildən) və SSRİ Kinematoqrafçılar İttifaqının (1976-cı ildən) üzvüdür. Tacikistan Bəstəkarlar İttifaqının katibi (1976-cı ildən). Tacikistan SSR əməkdar mədəniyyət işçisi (1990). Tacikistan "Lenin komsomolu" mükafatı laureatı (1977). == Həyatı == Firuz Baxor 19 noyabr 1942-ci ildə Düşənbə şəhərində, opera müğənnisi ailəsində anadan olmuşdur. O, 1963–1966-cı illərdə Moskva Musiqi Pedaqoji İnstitutunda fortepiano ixtisası üzrə təhsil almışdır. 1976-cı ildən Tacikistan Bəstəkarlar İttifaqının katibidir. 1986-1996-cı illərdə SSRİ-də (Moskva, Kiyev, Novosibirsk, Düşənbə) və xaricdə (İngiltərə) bir sıra konsertlər vermiş, İtaliyada sovet bəstəkarlarının konsertlərində iştirak etmişdir.
Firuz Kazımzadə
Firuz Kazımzadə (27 oktyabr, 1924, Moskva - 17 may, 2017, ABŞ ) — Amerika tarixçisi, Yel Universitetinin tarix üzrə əməkdar professoru, əslən azərbaycanlıdır . == Həyatı və təhsili == Firuz Kazımzadə 1924-cü il oktyabrın 27-də Moskvada anadan olub. Atası İran səfirliyinin əməkdaşı olub. İlk təhsilini Moskvada alan Firuz Kazımzadə sonradan ABŞ-yə gedərək 1944-cü ildə Stenford Universitetinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə ilə bitirib. Bir il sonra elə həmin universitetdə magistraturanı bitirib. 1950-ci ildə Harvard Universitetində Rusiya tarixi dair doktorluq dissertasiyasını müdafiə edib. == Fəaliyyəti == 1954-1956-cı illərdə Harvard Universitetində işləyən Firuz Kazımzadə sonradan Yel Universitetində fəaliyyətini davam etdirib O, "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" adlı kitabını qısa müddətdə tamamlamışdır. 1951-ci ildə həmin kitab "Fəlsəfi kitabxana" nəşriyyat şirkəti tərəfindən nəşr olunmuşdur. Kitaba Harvard Universitetinin əməkdar professoru Maykl Karpoviç ön söz yazmışdır.
Firuz Mustafa
Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev; 18 fevral 1952, İsalı, Gədəbəy rayonu) — Azərbaycanlı nasir, dramaturq, esseist, filosof. Fəlsəfə elmləri doktoru (2002), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019). == Həyatı == 18 fevral 1952-ci ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi, 1971-ci ildə Bakıdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. Əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmiş, 1975–1977-ci illərdə təyinatla Saatlı rayonunda müəllim işləmişdir. 1977–1978-ci illərdə hərbi xidmətdə olmuş, tank komandiri və zabit kimi ordu sıralarından tərxis edilmişdir. 1978–80-ci illərdə Azərbaycan Televiziyasında müxbir, Kinolaşma idarəsində sərəncamçı direktor, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir. 1980–84-cü illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sonrakı illərdə elmi işçi, baş elmi işçi, habelə fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır. Firuz Mustafa Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müxtəlif illərdə "Maarifçi" və "Mədəniyyət" qəzetlərinin baş redaktoru vəzifəsində çalışmışdır.
Firuz Mustafayev
Firuz Mustafa
Firuz Məlikov
Firuz Əli oğlu Məlikov (7 yanvar 1902, Salyan, Cavad qəzası – 12 noyabr 1965, Bakı) — professor (1935), Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü (1948). == Həyatı == Firuz Məlikov 7 yanvar 1902-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1921-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olunmuş, lakin burada təhsilini yarımçıq qoyub, sənədlərini Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə vermiş və 1927-ci ildə həmin ali məktəbi bitirmişdir. == Əmək fəaliyyəti == Firuz Məlikov Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əvvəlcə Xüsusi heyvandarlıq kafedrasının müdiri, sonra isə Zootexnika-bitkiçilik fakültələrinin dekanı vəzifələrində çalışmışdır. O, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti vəzifəsini icra etmişdir. Firuz Məlikovun əməyi nəticəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 6 elmi tədqiqat institutu, 20-ə yaxın təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyət göstərməyə başlamışdır. Akademik Kənd Təsərrüfatı İnstitutunda prorektor, kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetində isə Genetika kafedrasında professor kimi çalışmışdır. Firuz Məlikov 1962–1965 illərdə Bakı Dövlət Universitetində Genetika və davrinizim kafedrasının professoru olmuşdur. O, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Firuz Qureyşli
Firuz Qureşli
Firuz Sadıqzadə
Firuz Sadıxzadə
Firuz Səxavət
Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) (23 avqust 1972, Gülablı, Ağdam rayonu) — xanəndə, muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2005). Məşhur xanəndə Səxavət Məmmədovun qardaşıdır. == Həyatı == Firuz (Fehruz) Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. 1979–1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır. 1985–1990-cı illərdə ilk musiqi təhsiliniXan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur. 1984–1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir. 1990–1992-ci illərdə Hərbi xidmət keçmişdir. 1994–1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır. 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Firuz Xudaverdiyev
Firuz İslam oğlu Xudaverdiyev — Azərbaycanın tanınmış teatr, kino və televiziya aktyoru, Azərbaycanın əməkdar artisti (2002). == Həyatı == Firuz Xudaverdiyev 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində anadan olub.1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub.1969-1976-cı illərə kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb.1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışıb.2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb.Aktyor səhnə yaradıcılığından əlavə bir sıra tele tamaşalar və bədii filmlərdə rol alıb bunlardan "Dəvətnamə" (Müəllim), "Həmyerlilər" (Sarı Sarızadə), "Ordan burdan" (Müəllim), "Pəncərədə işıq" (Firuz) və digərlərinin adlarını çəkmək olar. Firuz İslam oğlu Xudaverdiyev 28 mart 2017-ci ildə dünyasını dəyişmişdir.Uzun müddət mədə xərçəngindən əziyyət çəkib. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb. == Teatr səhnəsində ifa etdiyi rollar == Mingəçevir Dövlət Dram Teatrı(1969-1976) Fuad ("Almaz", Cəfər Cabbarlı) Şəmsi bəy ("Eşq və intiqam", Süleyman Sani Axundov) Vəzir ("Fərhad və Şirin", Səməd Vurğun) Ədalət ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev) Assistent ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət) Akademik Milli Dram Teatrı(1976-2017) Bir kişi ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə) Qoca ("Fitnə", Abdulla Şaiq) Əsgər ("Maqbet", Uilyam Şekspir) Xəstə ("Biganələr oteli", Rüstəm İbrahimbəyov) N.Kokin ("Daşqın", A. Safronov) Çolaq ("Yad adam", L. Frank) 1-ci polis ("Səhra yuxuları", Anar) Ter Vahan və Mamayı ("Xurşidbanu Nətavan", İlyas Əfəndiyev) Mola ("Mirzə Şəfi Vazeh", Nəbi Xəzri) Hans ("Gecənin sirri", A. Safronov) 1-ci Qanun ("İblis", Hüseyn Cavid) Kərbəlayı Bəndalə ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev) Aşpaz Abbas ("Sehrli alma", Y. Lada) 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov) Qulam ("Aydın", Cəfər Cabbarlı) Həkim ("Kəllə", Nazim Hikmət) Molla ("Brüsseldən məktublar", Həsən Həsənov) Reynaldo ("Hamlet", Uilyam Şekspir) Kərbəlayi Vəli ("Ölülər", Cəlil Məmmədquluzadə) Hacı Hüseyn ("Dirilən adam", Mir Cəlal) Müəllim ("Nazirin xanımı", Branislav Nuşiç) Yaşlı kişi ("21:15 qatarı", Toyqun Orbay) Hacı Kazım ("Ölülər", Cəlil Məmmədquluzadə) Xristian İvanoviç Gibner ("Müfəttiş", Nikolay Qoqol) == Filmoqrafiya == Kişilər (film, 1979) Mənim günahım (film, 1985) Ordan-burdan (film, 1987) Pəncərədə işıq (film, 1987) Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: kənd sakini "Fransız" (film, 1995) Bağdada putyovka var... (film, 2000) Qeybdən gələn səs (film, 2002) Dəvətnamə (film, 2003) Sonuncu şahid (film, 2004) Cavid ömrü (film, 2007) Biz qayıdacağıq (film, 2007) Günaydın, mələyim! (film, 2008) Vəkil hanı? (film, 2011) Mürafiə vəkillərinin hekayəti (film, 2011) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: baba) Bir ovuc torpaq (teleserial, 2013) Ümid işığı (film, 2014) Azərbaycan tarixinin parlaq epizodları.
Firuz Şirinzadə
Firuz Böyükağa oğlu Şirinzadə — general-leytenant, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işləri üzrə müavini (2020–2023). == Fəaliyyəti == Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Vətən uğrunda" medalı ilə təltif edilib. Firuz Şirinzadə 2010-cu ildə Dövlət Sərhəd Xidmətinin Baş Əməliyyat-Axtarış İdarərə rəisinin müavini — Kəşfiyyat İdarəsinin rəisi olub. Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2010-cu il tarixli Sərəncamı ilə Firuz Şirinzadəyə general-mayor ali hərbi rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2011-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "İgidliyə görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2016-cı il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Firuz Şirinzadə 2020-ci ildə Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işləri üzrə müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadəyə general-leytenant ali hərbi rütbəsi verilib.
Firuz Əhmədov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Firuz Əliyev
== Həyatı == Firuz Əliyev 1950-ci il iyunun 4-də Abşeron torpağında, mavi Xəzərin sahilində, Buzovna qəsəbəsində anadan olub. 1957-ci ildə 206 nömrəli məktəbədaxil olub, 1965-ci ildə 8-ci sinifi bitirib və həmin ildə indiki Asəf Zeynallı adına musiqi kollecinə daxil olub, 1969-cu ildə oranı bitirib, 1970-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsinə daxil olub, 1975-ci ildə oranı bitirib. Əmək fəaliyyətinə 1967-ci ildən Əzizbəyov rayonundakı mədəniyyət evində müəllim kimi başlayıb. bir qədər sonra isə 19 nömrəli və Buzovnadakı 4 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1983-cü ildən mərhum müğənni, xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi instrumental ansamblda konsertmeyster kimi fəaliyyət göstərməyə başlayıb. 1992-ci ildən Azərbaycan Dövlət Milli Musiqi Akademiyasında, hal-hazırda Milli Konservatoriyada baş müəllim, dosent vəzifəsində çalışır. Eyni zamanda "Abşeron" instrumental ansamblının bədii rəhbəridir. 2002-ci ildə Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Müxtəlif illərdə çoxsaylı xarici ölkələrdə: ABŞ-da, Kanadada, Fransada, Braziliyada, Yunanıstanda, Türkiyədə, İranda, Hollandiyada, Almaniyada, Avstraliyada, Macarıstanda, Rumuniyada, Belçikada, və s. yerlərdə qastrolda olmuşdur.
Hacı Firuz
Hacı Firuz vəya Hacı Piruz ( {{Dil-fa|حاجی فیروز), İranın yeni ili Novruzun ənənəvi xəbərçisidir. Üzünü qurumla boyanmış haldadır, parlaq qırmızı paltarı və başındakı papaq ilə diqqəti çəkir. Novruza girərkən, Hacı Firuz bir dəf çalar və "Hacı Firuzam, sali yek ruzəm" (Hacı Firuzam, ildə bir günəm) deyər. Hər yaşdan insan onun və musiqiçilərin ətrafında toplanar, çaldıqları nağara, tar və kamançanı dinləyərək rəqs edərlər. Eyni zamanda Əmi Noruz (Nevruz əmi)də deyərlər.
I Firuz
I Firuz (fars. پیروز یکم‎ tərcümədə "Qalib" deməkdir) — Sasanilər nəslinin 17-ci hökmdarı. (459–484), II Yezdəgirdin böyük oğlu. == Həyatı == Ağsuvar xan Sasani şahı I Yezdəgirdi özündən asılı vəziyyətə saldı və 459-cu ildə himayə etdiyi sasani vəliəhdi Firuzu Sasani taxtına çıxartmağa nail oldu. Firuz Ağ hunlardan asılılığı qəbul edərək, hər il onlara vergi verirdi. O, eyni zamanda Seyhun çayı ətrafındakı torpaqları Ağ hunlara güzəştə getmışdi. Lakin az sonra Firuz öhdəsinə götürdüyü şərtləri pozaraq, ağ hunlara qarşı yürüşə başladı. Sasani hökmdarlarının ikiüzlü siyasətinə bələd olan Ağsuvar xan bu yürüşün qarşısını almaq üçün əvvəlcədən tədbirlər görmüşdü. O, bütün hərbi qüvvələrini bir yerə toplayaraq döyüşə xeyli qoşun çıxardı, onları dağlıq əraziyə saldı. Onlar Turan taktikası ilə sasaniləri dar keçiddə tutdular.