Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Futbolçu
Futbolçu — İdmanın futbol növü ilə məşğul olan şəxs.
Futbol
Futbol (ing. foot — ayaq, ball — top) — hər biri 11 oyunçu olmaqla iki komanda arasında sferik topla komanda şəklində oynanılan idman növü. Dünyanın 200-dən çox ölkəsində 250 million futbolçu tərəfindən oynalınır, bu da onu dünyanın ən populyar idman növü edir. Oyun hər sonunda qapı olan düzbucaqlı meydanda oynanılır. Oyunun məqsədi rəqibin qapısından mümkün qədər çox qol keçirtməkdir. Qapıçılar əllə oynamaq icazəsi olan yeganə oyunçulardılar. Ancaq onlar bunu öz qapılarının önündəki cərimə meydançasının daxilində edirlər. Digər oyunçular zərbə vurmaq və ya pas vermək üçün əsasən ayaqlarından istifadə edirlər. Həmçinin onlar başlarını və bədənlərinin qoldan başqa hissələrini də istifadə edə bilərlər. Oyunu ən çox qol vuran komanda qalib gəlir.
Futbol, Futbol... (1979)
Danilo (futbolçu)
Danilo da Silva (15 iyul 1991[…]) — Braziliyalı futbolçu. Yuventus klubunun və Braziliya Milli komandasının sağ cinah müdafiçəsi.
Fernando (futbolçu)
Fernando Fransisko Reyes və ya qısaca Fernando (d. 25 iyul 1987, Braziliya) — Türkiyə Super Liqası təmsilçilərindən Qalatasarayda oynayan braziliyalı futbolçu. == Klub karyerası == === Vila Nova === Fernando peşəkar karyerasına bu klubda başladı. === Portu === 2007-ci ildə Portu ilə 5 illik müqavilə imzaladı. === Estrela Amadora === Fernando Portu’ya transfer olundu, lakin ilk ilini Estrela Amadora’da keçirdi. === Mançester Siti === 2014-cü ildə Fernando £12 milyon qarşılığında Mançester Siti’yə transfer olundu. === Qalatasaray === Futbolçu 2017-ci ildə 5.25 milyon avro qarşılığında Türkiyənin ən böyük klubu Qalatasarayla 3 illik müqavilə imzaladı. == Milli Komanda karyerası == Fernando Brazilya (20 yaşlılar) millisində 3 matçda çıxış edib.
Futbolun tarixi
== Tarixöncəsi (e.ə 7000- b.e.1200) == E.ə 7000 - İlk top oyunları meydana çıxdı. E.ə. III əsr - Çində futbola bənzər "Tsutsyu" oyunu yarandı. E.ə. 100 - Yunanıstanda "Episkires" oyunu ortaya çıxdı. 600 - Kiotoda futbola bənzər "Kemani" oyunun yaradılması. X əsr - Türklərin "Təpük" oyununu oynamağa başladı. 1170 - İngiltərə arxivləri ilk dəfə futbol oyunundan bəhs etdi. == Orta Əsrlər (1200-1863) == 1314 13 aprel - İngiltərə kralı II Edvard Londonda futbolu qadağan etdi. 1365 - İngiltərə kralı III Eduard futbolu qadağan etdi.
Heron (futbolçu)
Heron Krespo da Silva (br-port. Heron Crespo da Silva; 17 avqust 2000, Rio-de-Janeyro) və ya sadəcə Heron — Braziliya futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın müdafiəçisi. == Klub karyerası == Heron Krespo da Silva Rio-de-Janeyroda anadan olmuşdur. O, 30 aprel 2017-ci ildə "Osvaldo Kruz"un heyətində debüt etmiş, komandası "Qremio Prudente" ilə qarşılaşmada 3:0 hesablı qələbə əldə etmişdir. Heron 16 yaşında klubda meydana çıxan ən gənc oyunçu olmuşdur. O, 16 fevral 2018-ci ildə "Qoyas"a transfer olmuş və daha sonra gənclər komandasına qayıtmışdır.21 avqust 2021-ci ildə Heron Danimarka "Superliqa"sında çıxış edən klubuna "Vayle Boldklub"a qoşulmuşdur.21 iyun 2022-ci ildə "Şerif Tiraspol" Heronun kluba qoşulduğunu açıqlamışdır.
Kadi (futbolçu)
Kadi Luri Borqes Malinovski (2 may 1996, Kuritiba) — Braziliyalı futbolçu. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir. Rusiya Premyer Liqasında çıxış edən Krasnodar futbol klubunun oyunçusu. Daha çox Kadi adı ilə tanınır. == Karyerası == Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır.2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir.2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir. "Eştoril"də qısa müddətdə 6 oyuna çıxıb bir qol vuran futbolçu, digər bir Portuqaliya klubu olan "Vilafranquense" klubuna keçir. Burada ilk mövsumdə cəmi 4 oyuna çıxaraq 2019/20 mövumunu orada bitirir. Kadinin "Vilafranquense"nin heyətində keçirdiyi ikinci mövsumundə, 29 oyunda meydana çıxır və 5 qol vurur.
Marselo (futbolçu)
Marsello Virera Da Silva Cuniyor (12 may 1988[…], Rio-de-Janeyro) — Braziliya milisinin və "Fluminense" komandasının müdafiəçisi. == Klub karyerası == === Fluminense === Marsello peşəkar karyerasına "Fluminense" klubunda başlayıb. Burada 30 oyuna 6 qol vurub. === Real Madrid === Marsello 2007-ci ildə "Real Madrid"ə "Fluminense" komandasından transfer olub. İndiyə qədər "Real Madrid"də 386 oyuna çıxaraq rəqib qapılarına 26 qol vurub. Madrid təmsilçisi ilə 4 dəfə Çempionlar liqasının qalibi və 2 dəfə "Laliqa" çempionu olub.
Marta (futbolçu)
Marta Vieyra da Silva (port. Marta Vieira da Silva; 19 fevral 1986, Dois Riaços, Alaqoas) — qısaca Marta kimi tanınan braziliyalı qadın milli futbolçu. Amerikan liqası WPS komandalarından Western New York Flash klubunda hücumçu mövqeyində oynayır. 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə beş dəfə FİFA Dünyada İlin Futbolçusu seçilmişdir. 2010-cu ildə bu mükafat ləğv edildikdən sonra yerinə gələn FIFA Ballon d'Orun da ilk sahibi olmuşdur. 2004 və 2008 yay Olimpiya oyunlarında gümüş medal qazanan Braziliya Qadın Milli Futbol Komandasının heyətində yer almışdır. 2004-cü ildə FİFA U-20 Qadınlar Dünya Kubokunda Ən Dəyərli Oyunçu (MVP) seçilərək Qızıl Top mükafatını qazanmışdır. 2007 FİFA Qadınlar Dünya Kubokunda həm ən yaxşı oyunçu olaraq Qızıl Top mükafatı, həm də Qol kralı olaraq Qızıl Buts mükafatına layiq görülmüşdür. == Klub Karyerası == === Vasco da Gama === Marta hələ 14 yaşında ikən tanınmış qadın məşqçi Helena Paçeko tərəfindən kəşf edilmişdir. Marta 2001-ci ildə klubun qadın komandasına qatılana qədər "Rio de Janeiro" klubunda oynadı və məşqlərində iştirak etdi.
Naço (futbolçu)
Naço — İspaniyanın Real Madrid futbol klubunun müdafiəcisi. Naço 1990-cı il 26 yanvarda İspaniyanın paytaxı olan Madrid şəhərində doğulub. Karyerası boyunca sadəcə Real Madrid klubunun formasını geyinib. İspaniya milli futbol komandasının heyətində çıxış edib. Real Madriddə 89 oyunda 3 qol vurub. Birinci qolunu Santyaqo Bernabeu stadionundakı Real Madrid-Alaves FK oyununda vurub. Oyun Real Madrid klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 2-ci qolunu isə 37-ci turda Sevilya ilə oyunda cərimə zərbəsindən vurub. Oyun Real Madridin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda qolları Ronaldo (2), Naço və Toni Kroos vurub.
Pepe (futbolçu)
Kepel Laveran Lima Fereyra vəya Pepe (26 fevral 1983, Maseyo[d]) Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş"ın və Portuqaliya millisinin müdafiəçisi. Pepe əslən braziliyalı portuqal futbolçudur. == Klub karyerası == === Maritimo === Pepe 18 yaşında bu kluba gəldi. 2001/2002 mövsümünün ikinci hissəsində Portuqaliya 3-cü liqasında oynayan B komandasında oynadı. 20 yanvar 2002-ci ildə CSD qarşısında karyerasının ilk matçına çıxdı və 90 dəqiqə oyunda qaldı. Qısa vaxt ərzində A komandasının diqqətini çəkdi. 12 aprel 2002-ci ildə "Boavişta" ilə oynanan matçda oyuna start heyətdə çıxaraq ilk dəfə "Maritimo" formasını geyindi. 2002/2003 mövsümündə isə A komandasının dəyilməzlərindən oldu. 29 matçda oynayan futbolçu mövsümü 16 sarı və 2 qırmızı vərəqə ilə bitirdi.9 noyabr 2002-ci ildə "Braqa" ilə oynanan və "Maritimo"nun 3-0 qalib gəldiyi matçda karyerasının ilk qolunu atdı. Mövsüm bitdikdə Pepe "Sportinq Lissabon" ilə məşqlərə çıxmağa başladı.
Qabi (futbolçu)
Qabiel Fenandes Areal "Atletiko Madrid"in yarımmüdafiəçisi. Qabieli biz Qabi kimi də tanıyıyır.
Qavi (futbolçu)
Pablo Martin Paez Qavira (İspanca tələffüz: [ˈpa.βlo maɾˈtim ˈpa.eθ ɣaˈβiɾa]; 5 avqust 2004) — Qısaca olaraq Qavi (İspanca tələffüz: [ˈɡaβi]) kimi də tanınan, La Liqa təmsilçilərindən olan "Barselona" klubunda və İspaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusu.
Xuanfran (futbolçu)
Xuan Françesqo Torres Belen qısaca Xuanfran - "Atletiko Madrid"in sol çinah müdafiəçisi. Xuanfran 9 yanvar 1985-ci ildə İspaniyanın Krefild şəhərində doğulub. Hal-hazırda həm "Atletiko Madrid"in həm də İspaniya milli futbol komandasının şərəfini qoruyur. 32 yaşı var. "Atletiko Madrid"də 20 nömrə ilə çıxış edir. İspaniya milli futbol komandasında isə 16 nömrə ilə çıxış edir .
Adrian (futbolçu)
Adrian (3 yanvar 1987, Sevilya) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun ispan əsilli qapıçısı.
Futbol, futbol... (film, 1979)
Afrika futbolu
Afrika qitəsinin istedadlı, qeyri-adi bacarığa malik qaradərili oyunçuları heç bir məktəb keçmədən, dünyanın hansı ölkəsində çıxış etməsindən asılı olmayaraq, fiziki və atletik hazırlıq baxımından, istənilən futbolçudan üstündür. Bu fakt reallığın aşkar nümunəsidir. Kimsə afrikalılarda olan qeyri-adi istedadı dana bilməz. "Qaralar" düşdüyü məkanın yaratdığı müəyyən problemlərə rəğmən, ilk gündən özlərini sevdirməyi bacarırlar. Bir qismini xatırlasaq, kifayət edər: Corc Veah (Liberiya), Rojer Mila (Kamerun), Abede Pele (Qana), Lahdar Bellami (Əlcəzair), Rabah Macer (Əlcəzair), Teofil Abeqa (Kamerun), Loran Roku (Kot d"İvuar), Fransua Omam Biyik (Kamerun), Əhməd Faras (Mərakeş), Corc Finidi (Nigeriya), Mahmud Əl-Xətib (Misir), Yapet N"doram (ÇAD), Yusif Fofana (Kot d"İvuar), Əbdül Əziz (Mərakeş), Tarek Dyab (Tunis), Daniel Amokaçi (Nigeriya), Auqustin (Cey-Cey), Okoça (Nigeriya), Əli Bençeh (Əlcəzair), İbrahim Yusuf (Misir), Larbi Ben Barek (Mərakeş), Sequn Odeqbair (Nigeriya). Bunlar hələ keçmiş oyunçulardır. Hazırkı dövrdə isə Avropanın aparıcı klublarının formasını geyinən qaradərili futbolçular bununla müqayisədə, 3-4 dəfə çoxdur. Nəzərə alaq ki, o vaxt ölkədən kənara çıxmaq hələ müəyyən qədər çətin idi. Samuel Eto"O (Kamerun), Cey-Cey Okoça (Nigeriya), Əl Haci Diuff (Seneqal), Kvinton Forçun (CAR), Didye Droqba (Kot d"İvuar) kimi nəhəng futbolçular da "qara qitə"nin kainata bəxşidir. Afrikanın dünya çempionatlarında debütü 1970-ci ilə təsadüf edir.
Amerika futbolu
Amerika futbolu — kontakt idman növüdür. ABŞ-də və Kanadada yayılmışdır. Oyunun məqsədi uzunsov topu rəqibin hal zonasına doğru yürütməlidir. Topu əllərdə saxlamaq və ya yoldaşlara ötürmək olar.On bir oyunçudan ibarət iki komanda arasında, özünə xas oyun sahəsi olan düzbucaqlı bir sahədə oynanan komanda idman növüdür. Oyunun əsas məqsədiː müəyyən qaydalar və mexanika çərçivəsində daha çox bal toplayan tərəf olmaqdır. Bu hədəfə hücum edən komanda topu ötürmə və ya qaçışla irəlilətməklə nail olur. Topu irəli aparan zaman hücum komanda on metrlik məsafəni keçmək üçün dörd hücum hüquqlarına malikdir, və bu dörd qarşıdurma içərisində on metr məsafəni keçərsə, hücum komandası dörd yeni hücum haqqı qazanır. Müdafiə komandasının məqsədi hücum komandasının irəliləməsinə mane olmaqdır. Xal qazanmağın əsas yolları isəː topun sahənin sonuna çatması, yəni touchdown və ya topun müəyyən bir nöqtədən vurularaq sayı dirəkləri arasından keçirilməsidir. Bir touchdownun dəyəri 6 xal, bir field qolun dəyəri 3 xaldır.Amerika futbolu reqbi və futbolun erkən formalarından inkişaf edən, hansı ki, adətən ABŞ-də "Sokker"(futbol) adlandırırlar.
Amerikan futbolu
Amerika futbolu — kontakt idman növüdür. ABŞ-də və Kanadada yayılmışdır. Oyunun məqsədi uzunsov topu rəqibin hal zonasına doğru yürütməlidir. Topu əllərdə saxlamaq və ya yoldaşlara ötürmək olar.On bir oyunçudan ibarət iki komanda arasında, özünə xas oyun sahəsi olan düzbucaqlı bir sahədə oynanan komanda idman növüdür. Oyunun əsas məqsədiː müəyyən qaydalar və mexanika çərçivəsində daha çox bal toplayan tərəf olmaqdır. Bu hədəfə hücum edən komanda topu ötürmə və ya qaçışla irəlilətməklə nail olur. Topu irəli aparan zaman hücum komanda on metrlik məsafəni keçmək üçün dörd hücum hüquqlarına malikdir, və bu dörd qarşıdurma içərisində on metr məsafəni keçərsə, hücum komandası dörd yeni hücum haqqı qazanır. Müdafiə komandasının məqsədi hücum komandasının irəliləməsinə mane olmaqdır. Xal qazanmağın əsas yolları isəː topun sahənin sonuna çatması, yəni touchdown və ya topun müəyyən bir nöqtədən vurularaq sayı dirəkləri arasından keçirilməsidir. Bir touchdownun dəyəri 6 xal, bir field qolun dəyəri 3 xaldır.Amerika futbolu reqbi və futbolun erkən formalarından inkişaf edən, hansı ki, adətən ABŞ-də "Sokker"(futbol) adlandırırlar.
Avstraliya futbolu
Avstraliya futbolu, əksərən "Aussie qanunları",danışıq dilində "footy" və yaxud da tarixi adı ilə Avstralasiya futbolu və ya Viktoriya futbolu kimi tanınır. 2 komanda və 18 oyunçu arasında açıq havada geniş, ovalşəkilli yarış meydanında oynanılır. Bəzən kriket meydanında da keçirilir. == Tarixi == Avstraliya futbolu 1858-ci ildə idmançı Tom Willis tərəfindən kriket oyunçularının qış ayları ərzində formada qalması məqsədi ilə yaradılmışdır. Tarixə keçən ilk qarşılaşma elə həmin ildə bir şotland kollecinin tələbələri ilə Melburn şəhərinin qrammatika dərslərini tədris edən məktəblərindən birinin tələbələri arasında baş tutdu. 1896-cı ildə ilk proffesiyonal liqa sayılan Viktoriya Futbol Liqası (VFL) yaradıldı və cəmi bir il sonra rəsmi qaydada oyunlar keçirilməyə başladı. 1987-ci ildən etibarən beynəlxalq xarakter daşımağa başladı və 1994-cü ildə Avstraliya Futbol Liqası adını aldı. == Qaydaları == Bir oyun hər biri 20 dəqiqədən ibarət olmaqla 4 setdə oynanılır. Oyun 2 yan xətt hakimi, 3 meydan hakimi və qapılar arxasında 2 köməkçi hakim olmaqla 7 referi tərəfindən idarə olunur.Hər komanda meydanda 18 iştirakçı ilə çıxış edir. Komandaların 4 əlavə ehtiyat skamiya oyunçuları ola bilər.
Azərbaycan futbolu
== Yaranması == 1911-ci ildə Azərbaycanda ilk futbol komandaları yaranmağa başlayıb. Həmin dövrdə ingilislərin neft yataqlarına meyl etməsi futbolun inkişafına müsbət və mənfi təsirlərini göstərib. Futbolun vətəni İngiltərə olduğundan onların Bakıya gəlməsi yerli əhali arasında da bu idman növünü populyarlaşdırdı. Elə Bakıda ilk futbol komandasının da adı "Britaniya klubu" oldu. Əvvəlcə burada oyunlar keçirən "Britaniya klubu" 1912-ci ildə Gürcüstana yola düşərək ilk beynəlxalq oyununu keçirib. Tbilisidə keçirilən qarşılaşmada, yerli "Sokol" Bakı təmsilçisinə 2:4 hesabıyla məğlub olub. Azərbaycanda sovet hökuməti qurulanadək gürcülərlə Bakı komandalarının 11 görüşü baş tutub və ümumi hesab Azərbaycan komandalarının xeyrinə olub. 1914-cü ildə Bakı Futbol İttifaqı (BFİ) yaransa da, bu təşkilatın ömrü çox sürməyib. 1917-ci ildə sovet hökuməti qurulandan sonra 20 komandanı birləşdirən BFİ süquta uğrayıb. 1920-ci ildə futbol həyatı Bakıya qayıdıb və ilk şəhər birinciliyinin qalibi "Sokol" olub.
Belarus futbolu
Belarusda futbol xokkeydən sonra ən populyar idman növüdür. Ölkənin futbol federasiyası FİFA və UEFA-ya üzvdür. Belarus futbolu tarixində ən məşhur futbol klubu Dinamo Minsk komandasıdır.
Ermənistan futbolu
Ermənistanda futbol — Ermənistanda idmanın aparıcı növlərindən biri
Estoniya futbolu
== İlkin mərhələsi ==