Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xunta
Xunta (isp. junta, tərcümədə "toplantı", "komitə") - İspaniyada və ispandilli ölkələrdə dövlət idarəetmə orqanlarını bildirən söz. Lakin, bu söz digər dillərə də keçmiş və beynəlxalq aləmdə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmiş hərbi diktaturaları bildirmək üçün istifadə olunur. Məsələn, Pinoçet xuntası, yunan hərbi xuntası ("Qara polkovniklər"), Myanma xuntası və s.
Hanta Virus
Hantavirus (lat. Orthohantavirus) - Bunyavirales dəstəsinin Hantaviridae ailəsindən olan tək bir qapalı RNT virusu növüdür. Ümumiyyətlə gəmiricilərə təsir edən viruslar bu canlılarda xəstəlik yaratmır. Gəmiricilərin nəcisi demək olar ki, hantavirusun insanlara yoluxmasının səbəbidir və 2005 və 2019-cu illərdə insandan-insana hantavirusun yoluxması halı Cənubi Amerikada iki dəfə bildirilmişdir.
Hunza türkləri
Hunzalar və ya Hunza türkləri — Pakistanda əslən hun türklərindən olan azsaylı xalq. == Ümumi məlumat == Soyları hun türklərindən gələn hunzalar əsasən Pakistan və Hindistanın sərhədində məskunlaşıblar. Bir çox maraqlı xüsusiyyətləri olan hunzalar elm adamlarının araşdırma mərkəzindədirlər. Belə ki, hunza türklərinin ortalama ömür müddəti 110-120 il arasında dəyişir. Müsəlman olan bu xalq üçün orta yaş dövrü 65 sayılır. Hətta qadınlar 65-70 yaşında belə ana ola bilirlər. Hunza türklərinin digər maraqlı xüsusiyyəti isə onlarda xərçəng xəstəliyinə heç vaxt rast gəlinməməsidir. Bu türklərdə eyni zamanda, indiyə qədər digər xəstəliklər də müşahidə olunmayıb. Buna səbəb kimi onların dənizdən 6 min metr hündürlükdə, bol oksigen olan bir bölgədə məskunlaşmaları göstərilir. Elm adamları hesab edirlər ki, hunzaların buz kimi su içib, öz əkdikləri məhsullardan yemələri onların sağlam qalmasını təmin edir.
Zaviyyət-Kunta
Zaviyyət-Kunta (ərəb. زاوية كنتة‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1090 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Zaviyyət-Kunta kommunası Tinduf vilayətinin Tamest, İn-Zqmir, Timokten və Umm əl-Assel kommunaları ilə həmsərhəddir. Sahəsi 9140 km2-dir. == Əhalisi == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 17,116 nəfər idi. Kişilər əhalinin 49,99%-i, qadınlar isə 50,01%-i təşkil etmişdir. Əhalinin savadlılıq səviyyəsi 73,3% olmuşdur.
Kunta Kinteh adası
Kunta Kinteh və ya köhnə adları ilə Ceyms və ya Müqəddəs Andrev adası — Qambiyadakı Qambiya çayında ada. Çayın mənsəbindən 30 km (19 mil) məsafədə yerləşən adada Ceyms qalası yerləşir. == Tarix == Adanın Avropa ilə qarşılıqlı əlaqəsi 1456-cı ilin mayında, italyan kəşfiyyatçılar Alvis Kadamosto və Antoniotto Usodimarın rəhbərlik etdiyi Portuqaliyalı bir ekspedisiyanın adaya çıxması ilə başlamışdır. Ekspedisiyya dənizçilərdən Andrev adındakı birini adada basdırır və ona ilk avropa adını, Müqəddəs Andrev adını verir. Həmçinin Dioqo Qomez də, 1458-ci il ekspedisiyasında Müqəddəs Andrev adasına lövbər salmışdır. Portuqaliyalı bir yaşayış məskəni olan San Dominqo 15-ci əsrdə, Qambiya çayının şimal sahilində, St Andrew adası ilə üzbəüz qurulmuşdur. == Miras == Ada Qərbi Afrika qul ticarətində əhəmiyyətli bir tarixi yer olaraq, əlaqəli ərazilərlə birlikdə UNESCO-nun Ümumdünya irsi olaraq siyahıya alınmışdır. Kunta Kinteh adası ağır eroziya keçirir və qalanın aktiv olduğu bu müddət ərzində ölçüsünün təxminən 1/6 hissəsi qalmışdır. Adada hələ də ingilislərin bir neçə inzibati binasının dağıntıları, kiçik bir bənd və bir neçə baobab ağacı qalmışdır. Dağıntılar bir qədər sabitləşdirilmişdir və qorunur.
Punta del Este
Punta del Este — Uruqvayın dənizkənarı kurort.
Haroldson Lafayette Hunt
Harold Lafayette Hunt (d.17 fevral 1889-V.29noyabr 1974) Texas neft milyonçusu və siyasi fəal. == Həyatı == Ramsey yaxınlığında Karson kəndində doğulub. Səkkiz uşağın ən kiçiyi olub. Tanınmış sahibkar fermer olan atası Haroldson Lafayette Hunt ölümündən sonra bu ad doğulan uşağa verilib. Ailə daxilində təhsil alıbdır. Sonralar qumarbaz kimi tanınmağa başladı. 1957-ci ildə neft işinə girir və Amerika Birləşmiş Ştatlarının səkkizinci ən varlı şəxsi olur. == Ailəsi == Iki dəfə evlənib. Ümumilikdə on dörd uşağı var. Ilk həyat yoldaşının adı Lida Banker olub.
Buxta
Buxta (körfəz) — coğrafi obyektlərdə sahil və ya qayalıqlarla qorunan su sahəsi. Buxta (kənd) — Rusiyada kənd. Buxta (film) — film.
Cunya
Cunya — Yaponiya adı. Cunya Tanaka — Yaponiya futbolçusu. Cunya İto — Yaponiya futbolçusu. Cunya Enoki — Yaponiya aktyoru.
Dunqa
Dunqa Tam adı Carlos Caetano Bledorn Verri (31 oktyabr 1963, İjui[d], Riu-Qrandi-du-Sul) — Braziliyalı keçmiş futbolçu. == Həyatı == 31 oktyabr 1963-cü ildə anadan olub.
Dünya
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Fanta
Fanta (alm. Fantasie‎) - The Coca Cola kompaniyasına məxsus sərinləşdirici alkoqolsuz içkinin markasıdır. Dünyada "Fanta" içkisinin istehsalına görə 1-ci yeri Braziliya tutur. == Tarixi == 1940-cı ildə Üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur. Bu hazırlanmışyeni sərinləşdirici alkoqolsuz içkinin adı "Fanta" (azərb. Fantaziya‎) qoyulur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır. Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Hansa
Hansa Records (Hansa, Hansa Musik Produktion və ya Hansa International) – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma leyblı. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Honda
Honda — avtomobil, yük maşını, motosiklet və robotlar olan bir Yapon avtomobil markası. Firma ayrıca ATVlər, dəniz mühərrikləri, elektrik generatorları, bağça maşınları da istehsal edir. İldə 14 milyon ilə Dünyanın ən böyük mühərrik istehsalçısıdır. Mərkəzi Tokioda olan Honda, dünya səviyyəsində çox ölkədə istehsal və satış ilə məşğuldur. == Honda Tarixçəsi == 1946 - Soiçiro Honda tərəfindən Hamamatsuda quruldu 1947 - İlk motosiklet mühərrikini çıxardı 1948 - Honda Motor Co. adını aldı 1949 - Dream D-type adlı 2 silindrli 98 cc motosikleti çıxardı 1952 - Mərkəz ofisini Tokioya keçirtdi 1959 - Motosiklet yarışlarındakı ilk əhəmiyyətli müvəffəqiyyətini İngiltərədə əldə etdi. Isle Of Man Tourist Trophy GP yarışlarında 6, 7 və 8-ci sıraları tutaraq 125 cc markalar çempionu oldu. 1959 - American Honda Motor Co. Quruldu 1960 - Motosiklet istehsalı üçün Suzuka fabriki quruldu 1946-1963 - İlləri arasında dəyişik motosikletlər çıxarmış və motoyarışlarda əhəmiyyətli nəticələr əldə etmişdir 1963 - İlk idman avtomobili S500-ü və kiçik pikap T360-ı çıxardı 1963 - Belçikada motosiklet istehsalına başladı 1964 - İlk dəfə girdiyi Formula 1 yarışlarında 9-cu oldu 1965 - Mexiko GP-ində ilk zəfərini qazandı 1965 - Portativ generator istehsalına başladı 1966 - S800 modeliylə ixracat hücumuna başladı 1967 - Suzuka fabrikində kiçik vasitələrin istehsalına başlandı 1972 - Civic modelinin istehsalına başlandı 1976 - Braziliyada motosiklet istehsalına başlandı 1976 - Civic modelinin istehsalı 1.000.000 ədədə çatdı 1976 - Accord modeli çıxarılmağa başlandı 1982 - Amerikada Civic çıxarılmağa başlandı.
Hunlar
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Hənza
Hənza — İranın Kirman ostanının Rabor şəhristanının Hənza bəxşində şəhər və bu bəxşin mərkəzi.
Çanta
Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar. Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır. Daşıyacaqları əşyalardan asılı olaraq çantalar müxtəlif görünüşlərdə və növlərdə olurlar. Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərlər muzey eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə unudulur və hətta adları da dildən itir. Çanta mənasına yaxın olunan sözlər bunardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil. Eyni zamanda texnologiyaların inkişafı ilə və yeni fəaliyyət sahələrin yaranması yeni-yeni çanta növlərinin ortaya çıxmasına səbəb olur. Bununla da dilimizə adətan başqa dillərdən xarici köklü adlar daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və s. İndiki dövrdə çantalar hər bir yaş insanların müxtəlif vəziyyətlərdə lazım gəlir: məktəblilərə — məktəbli çantası, iş adamına — keys, səyyaha — çamadan, idmançıya — idman çantası, qadına — qadın çantası.
Humea
Calomeria (lat. Calomeria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Agathomeris Delaun. === Heterotipik sinonimləri === Humea Sm. Oxiphoeria Dum.Cours. Razumovia Spreng.
Achyrocline hirta
Achyrocline hirta (lat. Achyrocline hirta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Antik dünya
Ağ Hunlar
Ağ Hunlar və ya Eftalitlər — Hunların qərb qolu. Tenqriçilikdəki simvolizmə görə qərbi ağ rəng simvolizə edirdi. Xan Çao dövlətinin dağılmasından sonra Xarəzmə gələn hunlar iki hissədən ibarət idi. Qərbdə, Xəzər dənizinin şərq sahillərində yaşayan Ağ Hunlar və cənubda Hindistanın şimalı və Əfqanıstanda yaşayan Qırmızı Hunlar. Qırmızı hunlar, Ağ hunlar, Avarlar, Kutriqurlar və Onoqurlar qərblilər tərəfindən Xionitlər adlandırıldılar. Ağ hunlar əvvəllər Qırmızı Hunların yaratdığı dövlət olan Kidar imperiyasında yaşayırdılar. Onların dövləti sonralar Sasanilər, Kabulşahlar və Göytürklər arasında bölündü. == Etimologiya == Ağ Hunların adları fərqli dillərdə fərqli səslənir. Çinlilər Yanda (嚈噠) deyirdilər . Koreyalılar isə onlara Yeoptal deyirdi.
Baccharis hirta
Baccharis hirta (lat. Baccharis hirta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banksia hirta
Dryandra hirsuta (lat. Dryandra hirsuta) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Bidens hirta
Bidens pilosa (lat. Bidens pilosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü. == Sinonimləri == Bidens abadiae DC. Bidens abadiae var. abadiae abadiae Bidens abadiae var. pilosoides Sherff Bidens adhaerescens Vell. Bidens africana Klatt Bidens alausensis Kunth Bidens alba (L.) DC. Bidens alba var. radiata (Sch.Bip.) Ballard ex Melchert Bidens arenaria Gand. Bidens arenicola Gand. [Invalid] Bidens aurantiaca Colenso Bidens barrancae M.E.Jones Bidens bimucronata Turcz. Bidens bonplandii Sch.Bip.
Bizsiz Dünya
Bizsiz Dünya — təbiətə və ətraf mühitə həsr edilmiş kitab. Müqəddəs Martin mətbuatında nəşr edilmişdir.