HUNT

hunt1

n 1. ov; ovçuluq; to have a ~ ova çıxmaq, ov etmək, ovlamaq; 2. axtarma; ~ for a job iş axtarma; to be on the ~ of smth. bir şeyi təkidlə axtarmaq, bir şeyin dalınca düşmək; 3. təqib etmə, dalma düşmə, izləmə, güdmə

hunt2

v 1. ovlamaq, ova çıxmaq, ov ovlamaq; ovçuluq etmək; tutmaq; to ~big game iri quş ovlamaq; to ~ in packs sürü ilə ova çıxmaq (canavar və s. haq.); 2. qovmaq, təqib etmək; qovub çıxarmaq; 3. məc. rədd etmək (həm də to ~ away); to ~ a thief oğrunu təqib etmək; 4. axtarmaq, özünü ora-bura vurmaq, vurnuxmaq, dolaşmaq, dalınca qaçmaq, arxasınca düşmək; to ~ for a book kitab axtarmaq; to ~ up / out evidence sübut t dəlil axtarıb tapmaq; to ~ smth. high and low bir şey üçün yeri-göyü / hər yeri axtarmaq

HUNKY-DORY
HUNTER
OBASTAN VİKİ
Haroldson Lafayette Hunt
Harold Lafayette Hunt (d.17 fevral 1889-V.29noyabr 1974) Texas neft milyonçusu və siyasi fəal. == Həyatı == Ramsey yaxınlığında Karson kəndində doğulub. Səkkiz uşağın ən kiçiyi olub. Tanınmış sahibkar fermer olan atası Haroldson Lafayette Hunt ölümündən sonra bu ad doğulan uşağa verilib. Ailə daxilində təhsil alıbdır. Sonralar qumarbaz kimi tanınmağa başladı. 1957-ci ildə neft işinə girir və Amerika Birləşmiş Ştatlarının səkkizinci ən varlı şəxsi olur. == Ailəsi == Iki dəfə evlənib. Ümumilikdə on dörd uşağı var. Ilk həyat yoldaşının adı Lida Banker olub.
Demon Hunter
Demon Hunter — 2000-ci ildə Ryan Klark və Don Klark qardaşları tərəfindən Sietldə yaradılan ABŞ metal musiqi qrupu. == Haqqında == Qardaşların ilk qurduqları qrup "Training for Utopia" qrupu olmuşdur. 1996–2000-ci illərdə fəaliyyət göstərmişdir. "Demon Hunter" də Don Clark daha sonra ailəsi ilə çox vaxt keçirtmək üçün 2009-cu ildə qrupdan ayrıldı. Qrupun üslubu müxtəlifdir, Melodik Metalcore və Alternativ metal tərzin də ifa edir.2002-ci ildə "Solid State" albom şirkəti ilə ilk "Infected", "Through the Black" sinqllərini və "Demon Hunter" albomlarını çıxartdılar, albom 10 trekdən ibarət idi. Qrupun 2010-cu ilə qədər artıq yarım milyon albom diskləri satılmışdır.
Huntington xəstəliyi
Huntington xəstəliyi — genetik bir nevroloji xəstəlikdir. Xəstələrdə bəzi hərəkət pozuntuları, eləcə də zehni dayanıqlılıq var. 1872-ci ildə ilk olaraq xəstəliyin irsi olduğunu izah edildi. Adını Jorj Huntington'dan alır. Otozomal dominant bir xəstəlikdir və beyin və sinir sisteminə təsir göstərir. Xəstələr adətən heterozigotdur. Xəstəliyin ilk simptomları 30–50 yaş arasındadır. Xəstənin bu dövrdə uşaqları olmasına baxmayaraq, bu xəstəliyi uşaqlarına ötürmək riski 50% -dir. Xəstəlik ölümcül olmasa da, bu xəstəliyin inkişafından asılıdır. Xəstəliyin səbəbi Huntington proteininin istehsal pozuqluğu səbəb olur.
The Hunting Party
The Hunting Party — Amerikalı rok qrupu Linkin Parkın 6-cı studiya albomudur. Albom 2013-cü ilin may ayından 2014-cü ilin aprel lentə yazılmışdır. Albomun ilk sinqlı Guilty All The Same 6 may 2014 tarixində çıxmışdır. İkinci sinqıl Untill It`s Gone 1 iyun 2014 tarixində çıxmışdır. Bu albomda rəhbərliyi Mike və Brad etmișdilər. = Albomun hazırlanması və yayımlanması = 26 mart 2014 Mike öz twitterində yeni albomun çıxışını bildirib. Albomun ilk sinqılı "Guilty All The Same" olmuşdur, trek reper Rakim ile birlikə oxunmuşdur. Həmçinin ikinci sinqlın çıxışı məlum olmuşdur — "Until It’s Gone", singıl rəsmi relizi — 30 may 2014. 8 aprel 2014, Complex TV üçün olan müsahibədə Mike təsdiqlədi ki yeni albomun adı "The Hunting Party" olacaq. Üstəlik öyrənildi ki, albomda 12 trek olacaq, 4 mahi isə başqa ifaçılar ilə duet olacaqdır (Rakim, Daron Malakian (System Of A Down), Tom Morello və Page Hamilton (Helmet).
The Huntingdon
The Huntingdon — ABŞ Texas ştatının Hyuston şəhərində yerləşən 34 mərtəbəli yaşayış evidir. Hündürlüyü 153 metrdir, Hyustonun ən hündür yaşayış evidir.
Vampire Hunter D: Bloodlust
Vampire Hunter D: Bloodlust (吸血鬼ハンターD ブラッドラスト, Banpaia Hantā Dī: Buraddorasuto, azərb. Vampir ovçusu D: Qana susama‎) – 2000-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Personajlar == == Xarici keçidlər == Vampire Hunter D: Bloodlust — Internet Movie Database saytında.
Hunter × Hunter
Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır. Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.
Hunter × Hunter personajlarının siyahısı
Yoşihiro Toqaşi tərəfindən yaradılan Hunter × Hunter manqa serialında çox sayda personaj mövcuddur. Olaylar Ovçular adlandırılan lisenziyalı mütəxəssislərin xəzinə ovçuluğundan assassinliyədək geniş bir intervaldakı özəl işləri alaraq dünyanı gəzdikləri uydurma bir əvrəndə baş verir. Hekayə, əsasən, Qon Fırikısı və özü də məşhur bir ovçu olan atası Cinqi tapmaq üçün bir Ovçu oluşuna fokuslanır. Yolda Qon Kirıa Zorıdikkı, Kurapika və Leorio Paradinayt ilə tanışır və dostlaşır. Baxmayaraq obrazların çoxu insandır, onların çoxu Nen — birinin öz həyat enerjisi və yaxud aurasını idarə edə bilmə gücü sayəsinda superinsani güc və (yaxud) supernatural bacarıqlara sahibdirlər. Serialın dünyası həmçinin Kimera Qarışqaları kimi fantastik varlıqları da ehtiva edir. == Baş rollarda == === Qon Fırikısı === Səsləndirən: Rica Matsumoto (1998 film, Japanese), Junko Takeuchi (1999 series, Japanese), Elinor Holt (1999 series, English), Megumi Han (2011 series, Japanese), Erica Mendez (2011 series, English)Qon Fırikısı (ゴン=フリークス, Gon Furīkusu) atletik, sadəlövh və istiqanlı bir oğlandır. Uşaqlığında təbiətdə, xüsusilə meşədə çox vaxt keçirdiyindən heyvanlarla çox yaxşı yola gedə bilir, həmçinin güclü iybilmə və görüş kimi bir sıra superinsan hisslərinə sahibdir. Onu xalası olan Mito böyüdüb, analıq edib. Ovçu olan atasını tapmaq üçün o da ovçu olmağı arzulayır.