Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sadval
Sadval (ləzgi dilində Birlik) — Ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı təşkilat. Sadval təşkilatı 1990-cı ildə Dərbənddə yaradılmışdır. Təşkilatının ilkin məqsədi Rusiyanın cənub və Azərbaycanın şimal bölgələrinin hesabına Ləzgistan adlı dövlət yaratmaq olmuşdur. Politoloq və Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə Sadval təşkilatının Rusiya xüsusi xidmət orqanları tərəfindən yaradıldığını iddia edirdi. Ermənistan dövləti tərəfindən ələ alınan Sadval təşkilatı üzvünün 1994-cü ildə Bakı metrosunda partlayış törətməsi nəticəsində 27 nəfər həlak olmuşdur. 1990-cı illərin ortalarında Azərbaycan hakimiyyəti "Sadval"ın ölkə ərazisində fəaliyyətinin qarşısını aldı. Bakı metrosunda baş verən terror aktına görə təşkilatın bir neçə üzvü həbs edildi. 2015-ci ildə təşkilatın aktiv üzvlərindən biri Ruslan Maqomedrəhimov Dağıstanda öldürüldü. Bir il sonra Sadvalın rəhbəri Nazim Hacıyev də Dağıstanda öldürüldü. Hacıyev 1961-ci ildən etibarən ləzgilərə məxsus muxtar respublikanın qurulmasına çağırışlar edirdi.
Sandal
Sandal — təknəvari quruluşa malik gəmi, su nəqliyyatı vasitəsi. Sandal əsasən, yelkənlə təhciz olunuduğu ucun səmt kuləyinin gucu ilə hərəkət edir. Arxiv sənədləri gostərir ki, hələ XVIII əsrin ikinci yarısında sandal və kirjim inşa etmək ucun Bakıda gəmi tərsanəsi olmuşdur.
Aanval
Aanval xüsusi olaraq Snort, Suricata və Syslog məlumatları ilə istifadə üçün nəzərdə tutulmuş kommersiya SIEM məhsuludur. Aanval 2003-cü ildən aktiv inkişaf mərhələsindədir və sənayedə ən uzun müddət işləyən Snort qabiliyyətli SIEM məhsullarından biri olaraq qalır. Aanval niderland dilində "hücum" deməkdir. == Tarix == Aanval 2003-cü ildə Loyal Moses tərəfindən yaradılmışdır, lakin 2004-cü ilin mart ayına qədər ictimaiyyətə təqdim edilməmişdir və C1-RA1008 özəl kommersiya lisenziyası ilə buraxılmışdır. Proqram təminatının bütün ömrü ona Aanvaldan əlavə OpenAanval və ya ComAanval da istinad edilmişdir. Aanval veb-brauzerdən AJAX üslubunda təhlükəsizlik hadisələrinin monitorinqini və hesabatını təmin edirdi. Aanval yaradılandan bəri o, Snort, Suricata və Syslog məlumatlarının normallaşdırılmasına xüsusi diqqət yetirməklə müdaxilənin aşkarlanması, korrelyasiya və təhlükənin idarə edilməsi konsoluna çevrilmişdir.
Barbaros Şansal
Barbaros Şansal (d. 10 iyul 1959, Ankara), Türk moda dizayneri.
Mustafa Sandal
Mustafa Sandal (11 yanvar 1970, İstanbul) — Türkiyə ifaçısı, söz yazıçısı, bəstəkarı və aktyorudur. Mustafa Sandal 11 yanvar 1970-ci il tarixində Türkiyənin İstanbul şəhərindən Yusuf Sandal və Tülin İlerinin ailəsində dünyaya gəlmişdir. Məktəb illərində musiqi dərslərinə daha çox maraq göstərirdi. Vokal musiqiyə və daha çox gitarada ifa edilən musiqiyə daha çox önəm verirdi. Musiqi eşidəndə, musiqi boyu müxtəlif alətləri və onların melodiyalarını seçə bilirdi. Mustafa Sandal İsveçrənin Cenevrə şəhərində yerləşən "Collège du Léman" kollecini bitirdikdən sonra ABŞ-də yerləşən Hempşir kollecinə (ing. Hampshire College) daxil olur. Buranı bitirdikdən sonra İstanbula qayıdır. Bir müddət sonra bəstəkarlarla çalışaraq bir çox ifaçılar üçün mahnı sözləri yazmağa başlayır. Bu ifaçılar sırasında Ayşegül Aldinç, Hakan Peker, Zerrin Özer və bir çox məşhur türk ifaçıları vardır.
Santal pterokarpusu
Santal pterokarpusu (lat. Pterocarpus santalinus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin pterokarpus cinsinə aid bitki növü.
Şantal Kvesnel
Şantal Kvesnel (ing. Chantal Quesnelle, 1971, Ottava) — Kanadalı aktrisa. Kanadalı Teletoon kanalında yayımlanan cizgi filmi Zeromanda səsləndirərək tanınıb.
Santal xalqı
Santal və ya Santhal Cənubi Asiyada yaşayan avstrasiya dillərində danışan Munda qrupuna daxil olan bir etnik qrupudur. Santallar əhalisayına görə Hindistanın Jharkhand və Qərbi Benqal əyalətində ən böyük qəbilədir və Odişa, Bihar və Assam əyalətlərində daha çox rast gəlinir. Onlar Banqladeşin şimalındakı Rajshahi Diviziyasında və Rangpur Diviziyasında ən böyük etnik azlıqdır. Nepalda da böyük sayda yaşayırlar. Santallar Avstriya-Asiya dil ailəsinin ən çox danışılan Munda dilləri olan Santali dilində danışırlar.
Sanlal Serikov
Serikov Saylau Dosumoviç (rus. Сериков Сайлау Досумович; 24 dekabr 1940, Kostanay vilayəti – 20 noyabr 1991, Azərbaycan) — Qazaxıstan SSR Daxili İşlər Naziri sabiq müavini. Qarakənd faciəsində həyatını itirmişdir. 24 dekabr 1940-cı ildə Qazaxıstan SSR Qostanay vilayətinin Qarasay rayonunda anadan olmuşdur. 1964-cü ildə daxil işlər orqanlarında vəzifəyə başlamışdır. Almatı şəhərinin Frunze rayon şöbəsinin mühafizə milisi diviziyasında siravi polis işçisindən, komandir vəzifəsinə qədər yüksəlmişdir. 1970-ci ildə Almatı şəhəri Lenin rayon polis idarəsinin rəis müavini, 1974-cü ildə isə rəisi vəzifəsinə yüksəlmişdir. 1977-ci ildə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə təltif edilmişdir. 1985-ci ildə, Saylau Serikov Qazaxıstan SSR Daxili İşlər Nazirinin müavini vəzifəsinə çəkilmişdir. Bu zaman o polis-polkovniki rütbəsində olmuşdur.
Bükrek və Sanqal
Bükrek və Sanqal - türk və altay mifologiyasında bibirleriyle döyüşən iki əjdaha. Döyüşərkən, görünüşləri İn və Yan simvolunu xatırladır. == Bükrek == Bükrek - türk və altay mifologiyasında əjdaha. Bükre və yaBukra (Bukrak) olaraq da bilinər. Yaxşı xüsusiyyətlərə malikdir. İnsanlara zərər verməz, hətta köməkçi olar. Kərtənkələ görünüşlüdür. Qanadları yoxdur, bu səbəblə uça bilməz. Bütün dənizləri bir-birinə bağlayan böyük dənizdə (okeanda) yaşayır. Uzun bir boyu və çox güclü pəncələri vardır.
Maxi Sandal 2003
Maxi Sandal 2003 – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı albomdur. == Mahnı haqqında == "Maxi Sandal 2003" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Aşka Yürek Gerek" mahnısının bir neçə versiyası mövcuddur.