Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hamidi
Hamidi (1407, İsfahan – 1485, Konstantinopol) — azərbaycanlı şair, XV əsr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri. == Həyatı == Hamidi türk,fars və ərəbcə müxtəlif janrda şeirlər yazan şair həm də tarixçi idi. "Təvarixi-ali-Osman" adlı elmi əsərin müəllifidir. Geniş oxucu kütləsini nəzərə alaraq "Cami-süxənquy" əsərini yazmışdır.Onun ən böyük xidməti anadilli şeirin inkişafına yardımçı olmasıdır. Onun şeirlərində artıq Füzuli ənənələri yoxdur. 1407-ci ildə İsfahanda anadan olmuş, ilk təhsilini burada alaraq şair kimi yetişmişdir. 20 yaşından etibarən ömrünün 30 ilini səyahətlərdə keçirmişdir. Bu haqda özünün "Həsbi-halnamə" əsərində məlumat vermişdir.Hamidi Azərbaycanda mükəmməl mədrəsə təhsili aldıqdan sonra Fateh dövründə, 1455–1456-cı illərdə Osmanlıya getmişdir. Fars və türk dilində yazdığı şeirləri ilə sarayın diqqətini cəlb etmişdir. 20 il Fateh Sultan Mehmetin sarayında yaşayan şair bu barədə "Vəsf-halnamə" əsərində məlumat vermişdir.
Hayidə
Hayidə (10 aprel 1942, Tehran – 20 yanvar 1990, San-Fransisko, Kaliforniya) — İran müğənnisi. İranın Tehran şəhərində anadan olub və 1990-cı ildə vəfata yetişib. Müğənninin mahnılarının İranda çoxlu pərəstişkarı var.
Haridi
Haridi (ivr. ‏יהדות חֲרֵדִית‏‎) və (ərəb. حريدية‎) — və ya ultra-pravoslav yəhudilik, modernizmdən fərqli olaraq, ənənələrə və Halaxa əmrlərə ciddi riayət etməsi ilə tanınan pravoslav yəhudilik təriqəti daxilində yəhudiliyin bir cərəyanıdır. Onun üzvləri tez-tez ultra-pravoslav adlanır, lakin "ultra-pravoslav" termini bir çox tərəfdarları tərəfindən aşağılayıcı hesab olunsa da Haridi yəhudiləri özlərini ən dindar və həqiqi yəhudi qrupu hesab edirlər, baxmayaraq ki, bu, digər yəhudilər tərəfindən münaqişəli hesab edilir. Haridi uşaqları məktəbdə əsasən Tövrat və Təlmud oxuyurlar. Oğlanlar yetkinlik çağında və hətta ömürlərinin sonuna qədər vaxtlarının çoxunu bu dini mətnləri öyrənməyə sərf etməlidirlər.
Tegenaria halidi
Tegenaria halidi — Tegenaria cinsinə, Çala hörümçəkləri fəsiləsinə aid Hörümçək növü. Azərbaycanın endemik canlısıdır. Kiçik ölçülü hörümçəkdir. Erkəkləri 7,25 mm, dişilərdə isə 8,85 mm uzunluğa malik olurlar. Guseinov, Marusik & Koponen, 2005 : Spiders (Arachnida: Aranei) of Azerbaijan 5. Faunistic review of the funnel-web spiders (Agelenidae) with the description of a new genus and species. Arthropoda Selecta, vol.|14, n. 2, p.|153–177 (texte intégral Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine).
Aldın payını, çağır dayını
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Hacılı
Kəndlər Hacılı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. Hacılı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Hacılı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Sarı Hacılı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Hadılı
Qədili — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Hamədi
Hamədi (ərəb. حمادي‎, fr. Hammedi) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 25 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 27 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 40,546 nəfər idi.
Qayıdış
Qayıdış (film, 1988)
Yayıcı
Azərbaycanda Yayıcı (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunda kənd. Ermənistanda Yayıcı (Göyçə) — Göyçə mahalının Yelenovka rayonunda kənd.
Aldın payını, çağır dayını (teatr tamaşası)
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Ayıhı
Elham Həmidi
Elham Həmidi (fars. الهام حمیدی‎‎) — İran aktrisasıdır. "Solomon kralı" serialında Məryəm, "Həzrəti Yusif" serialında isə Əsnad rolları ilə tanınmışdır.
Eskimos qayığı
Kayak və ya eskimos qayığı — eskimoslar, aleutlar və başqa Arktika xalqları tərəfindən istifadə edilən qayıq növü. Hal-hazırda turizm və idman məqsədləri üçün istifadə edilir. Onların materialları dəniz axımına qarşı bir-birindən fərqlənir. Qayıqlar ağacdan hazırlanır. Onun bir çox plastik növləri də mövcuddur.
Fars palıdı
== Təbii yayılması: == Kiçik Asiyada (Şərqi Türkiyə) 300–1700 m-dək hündürlükdə yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 10 m, gövdəsinin diametri 0,8 m olub, yumru çətirlidir. Yarpaqların uzunluğu 6-12 sm, eni 4-8 sm, dərili, oval və ya uzunsov-oval, ucu biz, yumru və ya ürəkşəkilli, bozumtul-yaşıldır. Tumurcuqların uzunluğu 2-5 sm, konusvari, tükcüklüdür. Saplağın uzunluğu 1-2 sm, ulduzvari tükcüklü, sarımtıl, alt tərəfdən vəzicikli, 8-14 cüt dişli, ucu bizdir. Erkək çiçək qruplarının uzunluğu 4-5 sm, dişi çiçək qruplarının uzunluğu 15 sm-dir. Qozanın uzunluğu 5 sm, qabarıq, təxminən oturaq, yarımyumru və ya konusvari, diametri 4 sm, hündürlüyü 2-3 sm olub, tükcüklüdür. Qabığı yarıqlı, boz, qalın, şaxələnmiş budaqlıdır. == Ekologiyası: == Bütün torpaq tiplərində bitir, ancaq əhəngli torpaqlara daha çöx tələbkardır. Quraqlığa çox davamlıdır, mədəni şəraitdə yavaş böyüyür.
Feyruz Hacılı
Fumiko Hayaşi
Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903, Şimonoseki, Yamaquçi prefekturası – 29 iyun 1951 və ya 28 iyun 1951, Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir. == Həyatı == 1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb. Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb.
Futbol hakimi
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Gələcəyə qayıdış
Gələcəyə qayıdış (ing: Back to the Future) Robert Zemekisin rejissorluq, Bob Qeylin ssenaristlik etdiyi 1985-ci il elmi fantastika, macəra və komediya filmidir. Baş rolda Mayk Cey Foksun oynadığı Marti Makflay və Kristofer Lloydun oynadığı Emmet Braundur. Filmin əsas mövzusu bir gəncin qəza ilə 1985-ci ildən 1955-ci ilə getməsi ilə başlayır. Məktəbdə oxuyan anası və atası ilə tanış olduqdan sonra səhvən anası ona aşiq olur. Anası və atasının bir-birini sevməsini əngəllədiyinə görə səhvini düzəltmədən 1985-ci ilə geri qayıda bilməz.
Hacı Hacılı
Hacılı (Bərdə)
Hacılı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd.
Hüseyn Vahidi
Hüseyn Vahidi — yazıçı, jurnalist, tərcüməçi və Azərbaycan dili və kültürünün xadimidir. O, əsərlərini Azərbaycan dildə yazır. Vahidi, d. 29 oktyabr 1981 ilində İranın Urmiya şəhərində dünyaya gəlibdir. == Həyatı və fəaliyyətləri == Urmiya şəhərində boya başa çataraq təhsilatını bitiribdir. Ana dilinə maraqlı olaraq özü kitablar yardımı ilə Azərbaycan Türkcəsini öyrənib. Hekayələri, məqalələri və şəkilləri, İran Azərbaycanını müxtəlif qəzetə, dərgi və başqa qəzetələrində çap olub. Onlardan ,, Aftab-i Azərbaycan, Şəhamət, Ağrı, Nəvid-i Azərbaycan, Həmşəhri, Bayram, Gülşən-i raz …,, ad çəkmək olar. İndilikdə, Hüseyn Vahidi, Urmiyada "Mahnı" adlı dərgisinin və Açıq yol iki hətəliyin redaktorudur. == Əsərləri == Sevgi yolçuları (سئوگی یولچولاری) (Azərbaycanca) Yabançı(یابانچی), (Alber Kamyunun Yad romanının Yabançı adı ilə tərcüməsi) (Azərbaycanca) Bəyaz gecələr (بیاض گئجه لر), Fyodor Dostoyevskinin əsərini Kiril qrafikasından Ərəb qrafikasına hazırlaması.
Kauçi hasili
Kauçi hasili — riyaziyyatda a n {\displaystyle a_{n}} və b n {\displaystyle b_{n}} şəklində iki ardıcıllığın c n = ∑ k = 0 n a k b n − k {\displaystyle c_{n}=\sum _{k=0}^{n}a_{k}b_{n-k}} formasında ifadə edilən hasilidir. Düstur Auqustin Kauçi tərəfindən kəşf edilmişdir.
Kentaro Hayaşi
Kentaro Hayaşi (d. 29 avqust 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.