Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Sibiu
Sibiu (almanca: Hermanştat, macarca: Nagyszeben) — Rumıniyada Transilvaniya regionunda şəhər, Sibiu administrasiya əyalətinin mərkəzi. Əhalisi 171,5 min nəfərdir (2002). Sibiuda məşhur alman şairi Oskar Pastior anadan olmuşdur.
Sidik
Sidik — böyrəklərdən ürinasiya prosesi ilə ifraz olunan, ümumiyyətlə steril vəziyyətdə, bədənin yan məhsulu olan bir mayedir. Turş mənşəli olan bu maye, məhlullarında saxlayan məməli canlıların bədənlərindəki suyun məzmunundakı mineral, qeyri-üzvi və digər maddələrin tarazlığını təmin etmək məqsədi ilə sidik torbasından çölə əksəriyyətlə cinsi orqanlarda mövcud mexanizmlər köməyiylə atılır. Sidik meydana gəlməsi, bədəndə mineral və digər maddələrin tarazlığının təmin edilməsində təsirlidir. Bədəndə olması lazım olandan çox olan və ya bədənə zərərli olan maddələr sidik yolu ilə çölə atılır. Sidik, içində ərimiş ya da dayandırılması vəziyyətində olan bir çox maddəni uzaqlaşdırar. Eyni zamanda sidik (alınan qidaya bağlı olaraq) 5.0 - 8.0 pH dəyərləri arasındadır.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. == Tarixi == 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Sibi
Sibi (Bəluc və urdu سِبی, puşt. سيوۍ) — Pakistanın Bəlucistan əyalətində şəhər.Sibi rayonunun inzibati-mərkəzi.Əhalisi 157 min nəfərdir.Şəhər 7-ci əsrdə yaranıb.18-ci əsrdə Nadir şah Əfşarın buraya səfəri ilə şöhrət qazanıb.
Aşağı Sirik
Aşağı Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşağı Sirik kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Cənubi Sibir
Cənubi Sibir — qərbdən şərqə Qərbi Sibirdən Zeya-Bureya düzünə qədər uzanan, 3000 kilometr uzunluğu, 200 ilə 800 kilometr arasında eni olan dağlıq region. Şimali Asiyada yerləşən regionun yerli əhalisi ortaq tarixə, sosial-iqtisadi inkişaf və sıx qarşılıqlı əlaqəyə malik olduğundan oxşar mədəni və məişət xüsusiyyətlərini özündə əks etdirir. Ən yeni tektonik hərəkətlər nəticəsində müxtəlif yaşlı strukturlardan əmələ gəlmiş, yüksək və orta dağlardan ibarətdir. Göllər və akkumulyativ düzənliklərlə tutulmuş dərin tektonik çökəklər var. Dağlıq tayqa, cənubunda dağ meşə-çöl landşaftı üstündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Михайлов Н. И. Горы Южной Сибири. — М., 1961. Горы Южной Сибири // Гвоздецкий Н. А., Михайлов Н. И. Физическая география СССР. — М.: Мысль, 1978.
Qərbi Sibir
Qərbi Sibir — qərbdə Ural dağları, şərqdə isə Yenisey vadisi ilə sərhəd olan Sibirin hissəsi. Sahəsi — 2 451,1 min. km² (Rusiya ərazisinin 15%-i). Əhalisi — 14 619 min nəfər.
Sibir məhkumluğu
SSRİ-də yapon müharibə əsirləri – İkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada Sibir məhkumluğu (シベリア抑留, Shiberia yokuryuu) adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir. Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür. Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər. SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər. Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır.
Sibir nərəsi
Sibir nərəsi (lat. Acipenser baerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Sibir porsuğu
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. Fosil sübutları bu cinsin Şimali Amerikada yarandığını və daha sonra Pliosen dövründə bütün Avrasiyaya yayıldığını göstərir.
Sibir qramafonçiçəyi
Sibir qramafonçiçəyi (lat. Ipomoea sibirica) - i̇pomeya cinsinə aid bitki növü.
Sibir quşarmudu
Sibir quşarmudu (lat. Sorbus sibirica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Sibir sidrağacı
Sibir sidrağacı (lat. Pinus sibirica) - şam ağacı cinsinə aid bitki növü. == Arealı == Sibir sidrağacı növü Rusiyanın Avropa hissəsindən Uzaq Şərq hissəsinə qədər ərazidə yayılmışdır. == Sinonim == Pinus arolla Petrov Pinus cembra f. coronans (Litv.) Krylov Pinus cembra var. sibirica (Du Tour) A.E.Murray Pinus cembra var. sibirica (Du Tour) G.Don Pinus cembra subsp. sibirica (Du Tour) Krylov Pinus coronans Litv. Pinus hingganensis H.J.Zhang Pinus sibirica var. hingganensis (H.J.Zhang) Silba Pinus sibirica subsp.
Sibir sinanxumu
Cynanchum sibiricum (lat. Cynanchum sibiricum) - cynanchum cinsinə aid bitki növü.
Sibir südotu
Sibir süsəni
Sibir süsəni (lat. Iris sibirica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Sibir tarixi
Sibir tarixi — Sibirin keçmişi. == Daş dövrü == === Paleolit === === Neolit === == Tunc dövrü == == Dəmir dövrü == == Xaqanlıq dövrü == 709-cu ildə Bilgə xaqanın komandanlığı altında qırğız qəbilələri məğlub edildi. 711–715-ci illərdə qarluqlar üzərində qələbə çaldı. 716-cı ildə Qapağan xaqanı oğuzlar öldürdü. İltərişin oğlu Bilgə xaqan (716–734), qardaşı Gültəkin ordu komandanı, Tonyukuk baş vəzir oldu. Bilgə xaqanın əsas fəaliyyəti türkləri bir xalq kimi qoruyub saxlamaqdan ibarət idi. II Göytürk imperatorluğunun ərazisi şərqdə Sarı dənizə, qərbdə Xəzər dənizinə və Krımın şərqinə, şimalda Sibir buzlaqlarına, cənubda Kəşmirə çatırdı. 726-cı ildə Tonyukuk öldü. 731-ci ildə Gültəkin Doğuz oğuzlarla döyüşdə həlak oldu. 734-cü ildə Bilgə xaqanı zəhərləyib öldürdülər.
Sibir tayaotu
Sibir tayaotu (lat. Crepis sibirica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü.
Sibir xalqları
Sibir əhalisinin 9/10 hissəsini slavyan xalqları təşkil edir. Sibirin daimi qeydiyyatda olan 26 milyonluq əhalisinin 22 milyondan çoxunu ruslar, bir milyondan çoxunu isə ukraynalılar təşkil edir. Sibirin yerli xalqlarının sayı isə 1,3 milyondan artıqdır. 2009-cu il siyahıyaalınmasına görə müasir Sibirdə 40-a qədər yerli xalq yaşayır. Onların bəzilərinin məskunlaşdığı torpaqlar Avropa dövlətlərinin bir çoxunun ərazisindən böyükdür. Məsələn, Saxa Respublikasının (Yakutiya) ərazisi Fransanın ərazisindən 6 dəfə, buryatların yaşadığı ərazisi isə Böyük Britaniya torpaqlarından 1,5 dəfə böyükdür. Sibir xalqları öz saylarına görə 2 qrupa ayrılırlar: böyük və kiçik xalqlar. Buryatlar, yakutlar, tuvalılar, Sibir tatarları, xakaslar və altaylılar böyük xalqlar hesab olunurlar. Qalan xalqların hamısı Sibirin kiçik xalqları sayılırlar. Sibirin şimal-şərqində bir qrup eskimoslar (1500 nəfər) və aleutlar (500 nəfər) da yaşayır.
Sibir xanlığı
Sibir xanlığı (Сибирский юрт, tatar. Себер ханлыгы, Seber xanlığı; Себер йорты, Seber yortı) — Qərbi Sibirdə feodal Türk dövləti. Paytaxtı Qaşlıq şəhəri idi. == Tarixi == "Sibir" sözü "Sabir" adlı türk tayfasının adı ilə bağlıdır. Sibirdə paleolit dövründən qalma 40 min il bundan əvvələ aid ilk insan izlərinə Ob və Yenisey çayları ilə Baykal gölü ətrafında rast gəlinmişdir. Kama-İtil ərazisindəki "Suvar" şəhərinin adı da bu türk tayfasının adı ilə bağladır. Sabirlər V əsrdə İtil (Volqa) çayı boyunca Xəzər dənizinə, daha sonra isə bir qismi Qafqazı keçərək Anadoluya qədər yayılmışlar. Sibir əvvəllər Ob çayının orta və aşağı hissəsinə deyilmişsə, sonradan Sabirlərin İrtış çayı və Baykal gölünə doğru yayılmaları nəticəsində nəhayət Kamçatkaya qədər uzanan bütün Şimali Asiyaya "Sibir" deyilmişdir. Ərəbdilli mənbələrdə bu ölkənin adı "Sibir" və ya "İbir", Çin mənbələrində "Si-bi-rh" və "Bissibur" kimi qeyd edilmiş, rus mənbələrində də "Sibir" kimi göstərilmişdir. Qızıl Orda imperiyasının parçalanmasından əvvəl Sibir xanlığının ilk hökmdarı Mamiq oğlu Taybuğa olmuşdur.
Sibir xoruzgülü
Sibir xoruzgülü (lat. Adonis sibirica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. == Sinonimləri == Sibir xoruzgülünün sinonimləri aşağıdakılardır: : Adonanthe apennina (L.) Sennikov Adonanthe sibirica (Patrin ex DC.) Spach Adonis apennina var. dahurica Ledeb. Adonis apennina var. sibirica (Patrin ex DC.) Ledeb. Adonis apennina subsp. sibirica (Patrin ex DC.) Korsh. Adonis ircutiana Fisch. ex DC. Adonis sibirica Patrin ex Ledeb.
Sibir yupikcəsi
Sibir yupikləri tərəfindən danışılan dil. == Sibir yupikcəsindən Azərbaycan dilində bəzi sözlərin tərcüməsi == == Əlifbası == Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən Müqqədəs Lourens adasında Latın əlifbası, Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində isə Kiril əlifbasında istifadə edilir. Rusiya Federasiyasında istifadə edilən kiril əifbası əsasında tətbiq edilmiş Eskimo əlifbası : Qeydlər: Saitlər uzun və qısa formada olurlar. Lakin bəzi hallarda yazıda əks edilmir. / ӈъ = ŋ İstifadə edilən əlavə şərti işarələr: ӷ = г’ , ӄ = к’ , ӈ = н’ , ў = w , ӽ = х’ * Eskimo dilində istifadə edilmir. Müqqədəs Lourens adasında yaşayan Sibir yupikləri üçün Latın əlifbası əsasında yeni bir əlifbanın yaradılması işinə 1970-ci ildə başlanılmışdır. Feyirbanks Alyaska Universitetinin dil mərkəzində Maykl Krausun rəhbərliyi ilə hazırlanmağa başlanan əlifba 4 aya tam hazır olmuşdur. Əlifbanın hazırlanmasında Maykl Krausa, Linda Aghnaghaghpik Badten, Sharon Pungoviyi Orr və digər Sibir yupikcəsini bilən şəxslər kömək etmişdilər.
Sibir yupikləri
Sibir yupikləri və ya Yuitlər (öz dilində olan adı: Alyaskada (Yupiget); Rusiyada (Юпигыт)) — Sibirdə Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində və Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının Müqqədəs Lourens adasınnda yaşayan Yupik qoluna aid eskimos xalqıdır. Müqqədəs Lourens adasındakı Sibir yupikləri, Alyaskada qohumluq baxımından inyupiklərə ən yaxın xalqdır. Rusiyadakı Sibir yupikləri, çukçaların mədəni assimilyasiyasına məruz qalmış, onların mədəniyyətini mənimsəmişdir. Uzun müddət çukçalarla bir ərazidə yaşamaları Sibir yupiklərinin çukçalaşmasına səbəb olmuşdur. Sahil boyu ərazilərdə yaşayan çukçaların da çukçalaşmış yupik olduqları güman edilir. Yupiklərin böyük bir qismi özlərini çukçalarlarla eyniləşdirilməsinə qarşıdır. Ancaq sibir yupikləri və çukçalar arasında tək fərq dillərinin ayrı-ayrı olmasıdır. Qalan bütün mərasim və mədəniyyətləri isə eynidir. Sibir yupiklərinin sayı 2000 nəfərdən çoxdur. 1980 və 1992-ci illərdə aparılan siyahıya alınmaya əsasən, sibir yupiklərinin 95%-nin sibir yupikcəsində danışdığı məlum olmuşdur.
Kubik Rubik
Rubik kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli kub kimi tanınırdı) — daha kiçik ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kub. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun. == Tarixi == Rubik Kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır. Bu gün Rubik Kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd.
Sabir Hacıyev (fizik)
Sabir Əbdülmənaf oğlu Hacıyev (23 sentyabr 1928, Urud, Zəngəzur qəzası – 24 iyun 2013, Bakı) — fizika üzrə elmlər doktoru (1974), AMEA-nın müxbir üzvü (1983), professor (1975) == Həyatı == Sabir Hacıyev 23 sentyabr 1928-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində ziyalı ailəsində anadan olub. 1946-cı ildə Naxçıvan şəhərinin 1 saylı məktəbini bitirdikdən sonra Naxçıvan Dövlət Müəllimlər İnstitutuna daxil olub. 1948-ci ildə Müəllimlər İnstitutunu bitirərək ilk pedaqoji fəaliyyətinə Culfa rayon orta məktəbində başlayıb. Sabir Hacıyev 1951-ci ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. 1956-cı ildə universiteti Nəzəri ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən Sabir Hacıyev Elmi Şuranın qərarı ilə Universitetdə gələcək elmi-tədqiqat fəaliyyətini davam etdirmək üçün Nəzəri fizika kafedrasında saxlanılır. == Əmək fəaliyyəti == Sabir Hacıyev 1956–1960-cı illərdə Bakı Dövlət Universitetində müəllim, 1960–1968-ci illərdə dosent, 1972–1990-cı illərdə Maddə quruluşu kafedrasının müdiri, 1978–1988-ci illərdə Fizika fakültəsinin dekanı vəzifələrini icra edib. == Elmi fəaliyyəti == Aspiranturanı 1960-cı ildə bitirən Sabir Hacıyev Lomonosov adına Dövlət Universitetinin professoru A. Sokolov və Azərbaycan Dövlət Universitetinin dosenti A. Muxtarovun rəhbərliyi ilə "Mezonların parçalanmasında polyarizasiya effektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika üzrə fəlsəfə doktoru, 1974-cü ildə "Dördfermionlu qarşılıqlı təsirin və bəzi qeyri-elastikli proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 1975-ci ildə professor elmi adını alan Sabir Hacıyev 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçilib. Sabir Hacıyev Nəzəri fizika bölməsində kvant nəzəriyyəsi üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Onun apardığı tədqiqatlar xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.