Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seara
Seara (port. Ceará) — Braziliyanın şimal-qərbində yerləşən ştat. İnzibati mərkəzi Fortaleza. == Coğrafiyası == Ştatın Atlantik okean sahili əraziləri əsasən düzənlik relyefə malikdir. Şimal-şərqi isə Braziliya alcaq dağlığıdır. Sahəsi 148 920,5 km² təşkil edir. == Əhalisi == Ştatın əhalisi 1970-ci ildə əhalisi 4,5 milyon, 2010-cu ildə isə əhalinin sayı 8,5 milyon nəfərə qədər artmışdır. Qarışıq əhali ştatın 60 % təşkil edir. Qaralar cəmi 3 %, ağlar isə 37 %-dir. Portaleza şəhərinin əhasili əsasən qara dərililərdən və onların hindularla qarışığından ibarətdir.
Siara
Siara Prinsess Vilson (ing. Ciara Princess Wilson; qızlıq soyadı: Harris; 25 oktyabr 1985, Fort Cavazos) — ABŞ müğənnisi.
Soara
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir.Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi. Səlibçilər şəhəri "villa palmarum" adlandırırdılar.
Sara
Sara (film, 1992)
Saara Aalto
Saara Sofiya Aalto (fin Saara Sofia Aalto; d. 2 may 1987, Oulunsalu, Finlandiya) — Finlandiya müğənnisi və bəstəkarı. Saara 2012-ci ildə Finlandiyanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır. Müğənni eyni zamanda Finlandiyanın Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turlarında iki dəfə iştirak etmiş və hər iki cəhdində ikinci yerdə qərarlaşmışdır. Saara ilk dəfə 2011-ci ildə özünün bəstələdiyi "Blessed with Love" mahnısı ilə Avroviziyada ölkəsini təmsil etmək üçün Finlandiyanın Euroviisut mahnı müsabiqəsində iştirak etmişdir. Daha sonra isə 2016-cı ildə müğənni yenə də özü tərəfindən bəstələnmiş "No Fear" adlı mahnı ilə Finlandiyanın Avroviziya üçün keçirdiyi UMK mahnı müsabiqəsində iştirak etmiş və Saara hər iki müsabiqədə ikinci yerdə qərarlaşaraq, Avroviziyada iştirak hüququ əldə edə bilməmişdir. Saara eyni zamanda bir çox xarici cizgi filmlərinin və teleserialların dublyajlarında iştirak etmiş və müxtəlif obrazları səsləndirmişdir. O, Disneyin Donmuş cizgi filminin fin dilindəki versiyasında Şahzadə Anna obrazını səsləndirib. Saara Aalto Adam Lambertlə duet ifa etmiş və eyni zamanda Andrea Boçelli, Xose Karreras və pianoçu Robert Uellslə birlikdə konsertlərdə iştirak etmişdir. Saaranın indiyədək 5 albomu işıq üzü görüb.
Stara Lyubovnya
Stara Lyubovnya (slovak. Stará Ľubovňa, ukr. Стара Любовня, pol. Lubowla / Любовля, alm. Altlublau‎, mac. Ólubló) — Slovakiyanın şərqində şəhər. Poprad çayının hər iki sahilində, yerləşir. Əhalisi 15 minə yaxındır. == Tarix == Stara Lyubovnyanın adı ilk dəfə 1292-ci ildə Libenlərin şəhəri kimi qeyd olunub. 1364-cü ildə macar kralı Böyük Lüdovik Stara Lyubovnaya kral şəhəri hüquqları verdi.
Stara Zaqora
Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir. Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir. == Tarixi == Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur. Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, Karakalla və Diokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır. Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi. Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı. 377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir.
Şhara dağı
Şxara (qaraç.-balk. ушхара, gürc. შხარა — «Zolaqlı») — Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində yerləşən dağ zirvəsi. Şxara Gürcüstanın ən yüksək zirvəsi, eləcədə Qafqazın və Rusiyanın Elbrus və Dıxtaudan sonra üçüncü ən yüksək nöqtəsi hesab olunur. Dağın hündürlüyü - 5193,2 metrdir. İlk dəfə hündürlüyü 2010-cu ildə Piter Şon və Boris Avdeevım tərəfində ölçülüb. Bəzi mənbələrdə dağın hündürlüyü 5203 m göstərilir. Zirvə daxilində qərb zirvəsi — 5068,8 m (42°59′57″ N, 43°05′23″E) (yanılışlıqla bəzən onu əsas zirvə kimi göstərirlər) və şərq zirvəsi — 4866,5 м (43°00′12″ N, 43°07′39″E) müəyyən edilib. İlk dəfə zirvəni ingilis-isveç alpinistləri 1888-ci ildə fəth etmişlər. Zirvəyə səfər üçün ən əlverişli vaxt -iyun, iyul, avqust və sentyabr aylarıdır.
Şxara dağı
Şxara (qaraç.-balk. ушхара, gürc. შხარა — «Zolaqlı») — Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində yerləşən dağ zirvəsi. Şxara Gürcüstanın ən yüksək zirvəsi, eləcədə Qafqazın və Rusiyanın Elbrus və Dıxtaudan sonra üçüncü ən yüksək nöqtəsi hesab olunur. Dağın hündürlüyü - 5193,2 metrdir. İlk dəfə hündürlüyü 2010-cu ildə Piter Şon və Boris Avdeevım tərəfində ölçülüb. Bəzi mənbələrdə dağın hündürlüyü 5203 m göstərilir. Zirvə daxilində qərb zirvəsi — 5068,8 m (42°59′57″ N, 43°05′23″E) (yanılışlıqla bəzən onu əsas zirvə kimi göstərirlər) və şərq zirvəsi — 4866,5 м (43°00′12″ N, 43°07′39″E) müəyyən edilib. İlk dəfə zirvəni ingilis-isveç alpinistləri 1888-ci ildə fəth etmişlər. Zirvəyə səfər üçün ən əlverişli vaxt -iyun, iyul, avqust və sentyabr aylarıdır.
Sara (ad)
Sara — qadınlara verilən addır. Tövratda, Əhdi Ətiqdə və Quranda İbrahimin həyat yoldaşı və İshaqın anasının adıdır. İvrit dilində "Sara" yüksək səviyyəli qadın, xanım deməkdir ki, adətən sadəcə "şahzadə" kimi tərcümə edilir. İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Liviya, Əlcəzair, Livan, Bosniya və Herseqovina, Xorvatiya, Çernoqoriya, Slovakiya, Şimali Makedoniya kimi ölkələrin ən çox qoyulan adlar sırasında yer alır. Müxtəlif dillərdə Sara, Sarah, Sarra kimi yazıla bilir Sara — İbrahimin həyat yoldaşı və İshaqın anası. Sara Aşurbəyli — alim, tarixçi, şərqşünas. Sara Qədimova — Azərbaycanın xalq artisti. Sara xatun — Şərqdə ilk diplomat qadın, Uzun Həsənin anası. Sara Bernar — teatr aktrisası. Sara Braun — Böyük Britaniyanın baş naziri Qordon Braunun xanımı.
Sara Nəzərova
Sara Mollaçı qızı Nəzirova — Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi. == Həyatı == Sara Nəzirova 1944-cü il 29 dekabrda Oğuz rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirmişdir. 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbini müvəffəqiyyətlə başa vurmuşdur. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına qəbul olunmuşdu. S.Nəzirova 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləmişdir. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışmışdır. Sara Oğuz Nəzirova 22 iyun 2014-cü ildə vəfat etmişdir. == Yaradıcılığı == Sara Nəzirovanın əsərləri 1968-ci ildə dövri mətbuatda çap olunmağa başlamışdır. Təsviri incəsənət haqqında məqalələri və nəsr əsərləri "Ədəbiyyat və incəsənət", "Odlar yurdu", "525-ci qəzet", "Vışka", "Bakinskiy raboçiy", "Azerbaydjanskie izvestie", "Mir literaturı", "Den" qəzetlərində, "Qobustan", "Yurd", "Avropa-Asiya", "Gənclik", "Literaturnıy Azerbaydjan", "Pioner", "Kontakt", "Ulduz" jurnallarında, habelə Çexoslovakiyada "Umeniya remesla", Türkmənistanda "Aşxabad", Qazaxıstanda "Prostor" jurnallarında dərc olunmuşdur.
Sara Papi
Sara Papi (5 avqust 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Sara Papi İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Sara Peylin
Sara Peylin — Alyaskanın keçmiş qubernatoru və ABŞ vitse-prezidentliyinə keçmiş namizəd Sara Peylin 2006-ci ildə Alyaska ştatının ilk qadın qubernatoru seçilib. O, 2008-ci ildə Con Makkeynlə bir yerdə vitse-prezident postu uğrunda mübarizə aparıb. Seçkilərdə məğlubiyyətdən sonra 2009-cu ildə Alyaska qubernatoru postunu tərk edib.
Sara Pinciroli
Sara Pinciroli (1 oktyabr 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Sara Pinciroli İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Sara Qədimova
Sara Bəbiş qızı Qədimova (31 may 1922, Bakı – 12 may 2005, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1963). 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur. == Həyat və yaradıcılığı == Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.
Sara Radman
Sara Radman (d. 20 iyul 1993) — Almaniyanı təmsil edən bədii gimnast. Sara Radman 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sara Radman 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer və Katrin Pul ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Sara Ramadhani
Sara Ramadhani (30 dekabr 1987) — Tanzaniyalı marafonçu. Sara Ramadhani Tanzaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sara Ramadhani birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 3 saniyəyə qət edərək 157 marafonçu sırasında 121-ci yeri tutdu.
Sara TV
Sara TV — 16 iyun 1995-ci ildə qurulan Azərbaycanın sayca 4-cü özəl televiziya kanalıdır. Sahibi Rəsul Rauf idi. Kanal Rəsul Raufun qızının adı ilə eyni idi. Telekanalın yayım saatlarını əsasən xəbər, əyləncəli verilişlər, idman verilişləri, filmlər və kliplər təşkil edirdi. Sara TV Salatın Əsgərova küçəsi 85 ünvanında yerləşən binadan yayımlanırdı. Həmçinin, "Radio Sara" radiosu və "Sara Ekspress" qəzeti də Sara TV-yə məxsus idi. Şirkətdə 200 nəfər işləyirdi. 9 oktyabr 1999-cu il tarixində saat 11:30 radələrində məhkəmə qərarı olmadan 70-dək silahlı polis tərəfindən kanala basqın edilmişdi. Və nəticədə kanalın yayımı dayandırılmışdı. Yayımının dayandırılmasına səbəb telekanalda yayımlanan "Qarabağı unutmayaq!" kəlməsinin olduğu bildirildi.
Sara Televiziyası
Sara TV — 16 iyun 1995-ci ildə qurulan Azərbaycanın sayca 4-cü özəl televiziya kanalıdır. Sahibi Rəsul Rauf idi. Kanal Rəsul Raufun qızının adı ilə eyni idi. Telekanalın yayım saatlarını əsasən xəbər, əyləncəli verilişlər, idman verilişləri, filmlər və kliplər təşkil edirdi. Sara TV Salatın Əsgərova küçəsi 85 ünvanında yerləşən binadan yayımlanırdı. Həmçinin, "Radio Sara" radiosu və "Sara Ekspress" qəzeti də Sara TV-yə məxsus idi. Şirkətdə 200 nəfər işləyirdi. 9 oktyabr 1999-cu il tarixində saat 11:30 radələrində məhkəmə qərarı olmadan 70-dək silahlı polis tərəfindən kanala basqın edilmişdi. Və nəticədə kanalın yayımı dayandırılmışdı. Yayımının dayandırılmasına səbəb telekanalda yayımlanan "Qarabağı unutmayaq!" kəlməsinin olduğu bildirildi.
Sara Tommazi
Sara Tommazi(it. Sara Tommasi; 9 iyun 1981, Narni, Umbriya) — italyan aktrisası, teleaparıcısı, fotomodeli. == Həyatı == Sara Tommazi 9 iyun 1981-ci ildə İtaliyanın Umbriya əyalətinin Narni şəhərində anadan olub.Milanda Bokkoni Universitetini iqtisadçı ixtisası ilə bitirib. Sonra Nyu-Yorkda aktyorlar studiyasında oxuyub.
Sara Xatun
Sara xatun — Azərbaycanın ilk diplomat qadını sayılan şəxs. Cəlaləddin Əli bəyin həyat yoldaşı, Uzun Həsənin və Cahangir Mirzənin anası. Əslində Sara xatunun adı Saray xatun olmuşdur, lakin Azərbaycan dilində artıq Sara xatun kimi yazılış normaya çevrilib. == Həyatı == Sara xatunun mənşəyi haqqında bir çox spekulyasiyanın olmasının səbəbi Minorskinin 1930-cu ildə yazdığı bir məqaləsində onun Diyarbəkir xristian ailəsindən olmasıni yazması olub. Ağqoyunlular haqqında ən yaxşı əsərin müəllifi sayılan John E. Woods bu barədə yazır ki, baxmayaraq ki, Minorski özü sonrakı araşdırmalarından sonra, çox bəsit tarixi fakt olan bu məsələnin üzərinə yenidən dönmüş və Sara xatunun əslində Uzun Həsənin atası Cəlaləddin Əli bəyin əmisiqızı olduğunu yazmışdır. Çox təəssüf ki, bu xırda detal bir çox tarixçilərin diqqətindən yayınmış, və Frans Babinger kimi tarixçilər yenə də Sara Xatunun əslən arami xristian qız olub Diyarbəkirdə doğulmasını yazmışdır. Onun Pir Əli Bayandurun qızı olduğu fikri şübhəsizdir. Belə ki, John E. Woods özü Ağqoyunlu sülaləsinin şəcərəsini çıxardıb bu açıq-aşkar Saray Xatunun Ağqoyunlu nəslindən olduğu görsənir. 1465-ci ildə vəfat etdiyi güman edilir. Sara Xatunun nənəsi Maria Komnena Trabzon pontik şahzadəsi olub.
Sara adası
Sarı adası — Lənkəranın şərqində yerləşən yarımada. == Tarixi == 910-cu ildə slavyan(rus) dəstələri bura hücum etmişlər. 1956–cı ildə Sarı adası Liman şəhəri ilə torpaq yolla, bəndlə birləşdirildikdən sonra yarımada şəklini alıb. Torpağı və qumu sarı rəngdə olduğu üçün bu ad verildiyi güman edilir. “Sara” şəxs adı və ya rəng mənalarında da izah edilir. Talışca “Səri” adlanır. “Sə” və “ru” sözlərindən yaranıb. Qırmızı çay, çayın başlanğıcı kimi anlaşılır. Mənası tam açılmayıb. Ada əsasən iki hissədən ibarətdir: Nərimanabad və Balıqçılar qəsəbəsi.
Sara siyənəyi
Sara siyənəyi (lat. Alosa brashnikovi sarensis) — Chordata tipinin növüdür. == Xarakterik morfoloji əlamətləri == Bədənin bel tərəfi göy-yaşıl, yanları və qarnı gümüşü rəngdə olur. Bel üzgəci çox piqmentlənmişdir. Qəlsəmə qapağının gerisində qara ləkə (xal) olur. Yetkin fərdlərinin uzunluğu 20.1-40.0 sm, kütləsi 95.0-1050.0 q arasında dəyişir. == Yaşayış yeri və həyat tərzi == Dəniz balığı olub, çoxalmaq üçün şirin sulara girmir. Orta ömrün uzunluğu: 7 - 8 ildir. Cinsi yetkinliyə çatma müddəti: Cinsi yetkinliyə 2-3 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Sara İbrahimova
Sara İbrahimova (d. 6 yanvar 1940, Lənkəran, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008), Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu (2019), tanınmış kitabxana işi mütəxəssisi. 1984–2020-ci illərdə Bakı Dövlət Universitetinin Elmi kitabxanasının direktoru vəzifəsində çalışmışdır. Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə "Tərəqqi" medalı (2000), həmçinin "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilmişdir. == Həyatı == Sara Hökmulla qızı İbrahimova 6 yanvar 1940-cı ildə Lənkəran şəhərində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var. == Təhsili == Lənkəran şəhər 4 saylı orta məktəbdə (1950–1960) təhsil alıb. 1960-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun mexanika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 1962–1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Kitabxanaçılıq fakültəsində təhsil almışdır.
Sara Şahi
Sara Şahi (ing. Sarah Shahi; 10 yanvar 1980, Euless[d], Texas) — ABŞ aktrisası. == Həyatı == Sara Şahi 1980-ci ildə ABŞ-nin Texas ştatının Oles şəhərində iranlı Abbas Şahi və ispan əsilli Maxmonirin ailəsində anadan olub. O, İranda Qacarlar sülaləsinin ikinci şahı Fətəli şahın nəbibəsidir (törəməsidir). Fətəli şah 1797-ci ildən 1834-cü ilə qədər hakimiyyətdə olub. Qacar sülaləsinin əsasını qoyan Ağa Muhammədin xələfidir. Onun əsl adı Aahoo, fars dilində tərcümədə “Ahu” deməkdir. Valideynləri boşananda onun 10 yaşı olub. Yuxarı siniflərdə Triniti məktəbində sonra isə Dallas Universitetində oxuyub. Sara gözəllik kraliçası kimi karyerasına hələ yeniyetmə yaşlarında başlayıb.