Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaycı çayı
Yaycıçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində çay. == Haqqında == Şərqi Arpaçayın sol qoludur. Mənsəbindən 23 km. məsafədə ona tökülür. Uzunluğu 7 km, hövzəsinin sahəsi 5 km²-dir. Yağış və qrunt suları ilə qidalanır.
Carçı
Carçı (agah edən)
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Yaycı
Yaycı (Culfa) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Yaycı (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Yaycı (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd. Yaycı (Dərəçiçək) — Yaycı (Qırxbulaq) — Yaycı stansiyası — Culfa rayonunda dəmiryolu stansiyası. Yaycı — Culfa rayonu ərazisində çay. Araz çayının sol qoludur.
Çaylı
Çaylı (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Qazax) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Bala Çaylı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.Çaylı (Ağdərə)Nerkin Çaylı (Aşağı Çaylı) — Azərbaycanın ləğv olunmuş Ağdərə rayonunda kənd. Kənd ləğv edilmişdir. Verin Çaylı (Yuxarı Çaylı) — Azərbaycanın ləğv olunmuş Ağdərə rayonunda kənd.
Aşağı Yaycı
Aşağı Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1928-ci ildə keçmiş Yəyci (indiki Yuxarı Yəyci) kəndindən çıxmış bir qrup ailə salmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponenti isə türk mənşəli yaycı tayfasının adını əks eldirir. 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 10 km şimal-şərqdə, Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisi 1599 nəfərdir.
Bala Çaylı
Bala Çaylı (əvvəlki adı: Kommuna) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qazax rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi adlandırılmışdır.Gəncə-Qazax düzənliyindədir. Çaylı kəndin yaxınlığında yerləşir və Çaylı Kommuna da adlanır. == Tarixi == Çaylı Kommuna Qazax rayonunun Çaylı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Kənd XIX əsrin 30-cu illərində Qıraq Kəsəmən və başqa kəndlərdən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Coğaz çayının sahilində yerləşən və Çaylı adlanan bu kəndin adına kollektivləşmə illərində rəmzi olaraq Kommuna (lat. "umumi" mənasında olan bu soz burada "icma" mənasında işlənmışdır) komponenti artırılmışdır. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1089 nəfər əhali yaşayır. Əhalinin 546 nəfəri kişilər, 543 nəfəri qadınlardan təşkil olunmuşdur.
Birinci Çaylı
Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Çaylı kəndi Göylər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çaylı kənd Soveti yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Pirsaat çayı sahilində salındığına görə belə adlanmışdır. Şamaxı rayonunda Birinci və İkinci Çaylı adında iki Çaylı kəndi var. Bu kəndlər 1846-cı ildə ağakişibəyli (Çaylıda dəymədağıldı da deyilən bəy nəslinin bəyinin adı ilə adlandırılmışdır) (Birinci Çaylı) və baxşıbəyli (İkinci Çaylı) adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar. Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır. == Tarixi == Kənd Şirvanşahlar dövlətinin vaxtından mövcuddur. Ərazisi Şirvan xanlığının Xançoban mahalının tərkibində olub. Xançoban mahalında 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı. Mahalın naibi Məlik Umud idi.
Carçı (Marağa)
Carçı — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 13 km şimal-qərbdədir.
Carçı (Zəncan)
Carçı — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Ətraf kəndistanında, Zəncan şəhərindən 12 km şimaldadır.Bunab mikrorayonunda yerləşir. == Əhali == 2006-cı ilin əhali siyahıyalınmasında əhalisi 39 nəfər idi.7 ailədən ibarətdir.
Carçı Film
"Carçı film" — Azərbaycanda yaradıcılıq birliyi. Bədii və sənədli filmlər istehsal edir. == Tarixi == İctimai Televiziyanın nəzdində yaradılmışdır. == Filmoqrafiya == 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV) Dalan (film, 2012) (tammetrajlı bədii televiziya filmi) Daşdan tikilmiş şəhər (film, 2008) Döngələr (2012) Qovğalı kəndinin gecələri (film, 2008) (qısametrajlı bədii televiziya filmi) Səhərə inan...
Carçı daşı
Carçı daşı — Ordubad rayonunun Biləv kəndindən cənubda, hündür təpənin üzərində təbiət abidəsi. Yerli əhalinin məlumatına görə, kəndlə bağlı ən mühüm xəbərlər bu daşın üzərinə çıxan carçı tərəfindən elan edildiyi üçün belə adlandırılmışdır. == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 55.
Nerkin Çaylı
Aşağı Çaylı — Ağdərə rayonunun Yuxarı Çaylı inzibati ərazi vahidində kənd. Tərtər çayının sol sahilində yerləşən və əvvəllər Çaylı adlanan kəndin Aşağı hissəsidir. 1933-cu ildə Aşağı Çaylı kimi qeydə alınan bu kənd sonralar Nerkin (erm. "Aşağı") Çaylı adlandırılmışdı. 1992-ci ildən kəndin əvvəlki adı bərpa olunmuşdur. == Toponim == Aşağı Çaylı kəndi 1828-ci ildə İrandan köcürülmüş ermənilərin Qarabağda (Tərtər çayı sahilində) yerləşdirilməsindən yaranmış kənddir. Ermənicə Nerkin (aşağı) Çaylı adlanmışdır.
Verin Çaylı
Çaylı — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. 1992-ci ildən bu oykonim Çaylı kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Çaylı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çaylı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Yaycı (Culfa)
Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimikası == Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim türkdilli yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu və indiki Ermənistan ərazisində yaşamışdır. == Tarixi == === Tarixi abidələri === Yaycı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Əhalisi == Əhalisi 6343 nəfərdir.
Yaycı (Dərəçiçək)
Yayıcı (Zovaber) — İrəvan xanlığının Dərəçiçək mahalında, sonralar İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuz tayfalarından olan yayıcı etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovaber (Dzovaber) qoyulmuşdur. == Toponimi == 1978-ci ildə kənd ermənicə Tsovabert adlandırılmışdır. XVII əsrə aid erməni mənbəyinə görə adı Yaycılar idi == Əhalisi == XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi ermənilər idi.
Yaycı (Gorus)
Yaycı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim yaycı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Harjis qoyulmuşdur.
Yaycı (Vedi)
Yaycı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd adı == Əhalisi == Kənddə 1897-ci ildə 180 nəfər, 1914-cü ildə 157 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildən etibarən kəndin azərbaycanlı əhalisi zorla ermənilər tərəfindən qovulmuşdur. 1930-cu illərə kimi kənd xaraba qalmış, heç kim yaşamamışdır. 1930-cu ildən başlayaraq kəndə kürdlər yerləşdirilmişdir. == Toponimi == Toponim yaycı türk etnonimi əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Yaycı (Çaldıran)
Yaycı (fars. يايچي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (10 ailə).
Yaycı (İğdır)
Yaycı — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 5 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq yəşkil edir. Ən çox yetişdirilən bitki qarğıdalıdır. == İnfrastruktur == Kənddə ibtidai məktəb, İçməli su şəbəkəsi vardır. Ancaq kanalizasiya isə yoxdur. Sağlamlıq ocağına sahibdir. Kəndə gedən yol asfaltlaşdırılmışdır.
Yaycı düzənliyi
Yaycı düzənliyi — Qaradərə çayının gətirmə konusundan ibarət olub, şimaldan cənuba doğru 10–12 km uzanır. Düzənliyin ən enli yeri 5 km olmaqla, dəniz səviyyəsindən 720–960 m hündürlükdə yerləşir. Yaycı düzü Kərimqulu Dizə kəndindən şimal-qərb istiqamətinə dönərək, Qapıqabağı düzənliyinə qovuşur. Bu düzənlik əsasən allüvial-prollüvial çöküntülər ilə örtülmüşdür. Ərazinin 1000 hektara yaxın torpaq sahəsi suvarılaraq, əkinçilikdə istifadə olunur. Burada da suvarma suyu təminatı zəifdir. Gilan çaydan çəkilən Yaycı arxı suvarma dövrü yeganə etibarlı su mənbəyi rolunu oynayır.
Yaycı kanalı
Yaycı kanalı — Naxçıvan Muxtar Respublikasının Ordubad və Culfa rayonlarında tarixi abidə. Öz başlanğıcını Ordubad rayonunun Sabirkənd yaxınlığında Gilançaydan götürür. Kanal dağların ətəyi ilə Culfa rayonunun Yaycı kəndinə doğru axır. Kanal hazırda istifadə edilməkdədir. Sabirkəndin içərisində kanalın fəaliyyətini təmin etmək üçün hündürlüyü bəzi yerlərdə 3-4 metrə çatan dəstək divarları inşa edilmişdir. Divarlar yonulmamış qaya parçalarından hörülərək palçıqla bərkidilmişdir. Divarlar təmir edilmədiyindən hazırda dağılmış vəziyyət dədir. Sabirkənddən keçən hissədə torpaq yumşaq olduğu üçün kanalın içərisinə və divarlarına daş döşənmişdir. Döşəmənin qalıqları yalnız bəzi qismlərdə salamat qalmışdır. Hazırda kanalın içərisinə beton salınmışdır.
Yaycı nekropolu
Yaycı nekropolu — orta tunc dövrünə aid olub, Şərur rayonunun Aşağı Yaycı kəndindən cənubda yerləşən abidə. Nekropol 1976-cı ildə Arpaçay su anbarı tikilərkən təsadüfən aşkar olunmuşdur. Tikinti zamanı bir neçə qəbir abidəsi dağıdılmış, zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Qəbirlər daş qutulardan ibarət olub müxtəlif istiqamətlərə yönəlmişdir. Onların divarları iri sal daşlarla qurulmuş, üzəri bir neçə daş pilitə ilə örtülmüşdür. Bəzi daş qutular kromlexlə əhatə olunmuşdur. Qəbirlərin üzərində yer səviyyəsindən 0,5-1 m hündürlükdə olan kurqanlar saxlanmışdır.2011-ci ildə Yaycı nekropolunda kəşfiyyat qazıntıları aparılmışdır. Bu qazıntılar zamanı E.Məmmədov tərəfindən üzəri daş kurqanla örtülmüş bir torpaq qəbir açılmışdır. Qəbirdə skelet qalıqları tapılmamışdır. Ancaq 5 ədəd küpə, 1 ədəd şamdan və 1 ədəd kasadan ibarət qablar aşkar olunmuşdur.
Yaycı qalası
Yaycı qalası — Şərur rayonunun Aşağı Yaycı kəndində, Avpaçayın sol sahilində arxeologi abidə. Аrpаçаyın sоl sаhilində, hündür dаğ zirvəsində dаşdаn inşа еdilmiş qаlа strаtеji cəhətdən əlvеrişli mövqеdədir. Qаlаnın bir hissəsi təbii qаyаlаrlа əhаtələnmişdir. Qаlаdа аpаrdığımız tədqiqаtlаr nəticəsində burаdаn хеyli miqdаrdа şirli və şirsiz sахsı məmulаtı, dəmir əşyаlаrın hissələri аşkаr еdilmişdir. Dəmir əşyаlаr ох və nizə tipli Оrtа əsr silаhlаrı ilə təmsil оlunmuşdur. Yаycı qаlаsını burаdаn аşkаr еdilmiş mаddi mаtеriаllаr əsаsındа IХ-ХIII əsrlərə аid еtmək оlаr.
Yayçı (Əcəbşir)
Yayçı (fars. يايچي‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,114 nəfər yaşayır (264 ailə).