Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bastı
Asti
Asti — İtaliyanın Pyemont regionunda şəhər.
Çatı
Çatı – tükdən (qıldan — əsasən keçi qılından) hörülmüş və ya toxunmuş qalın kəndir. Çatıdan heyvanları bağlamaq, şələ, səhəng götürmək üçün istifadə edilərdi. Heyvandarlıqda istifadə etmək üçün üç-dörd, şələ və səhəng götürmək üçün beş-yeddi tağdan toxunur. Çatı toxunduqdan sonra hər iki ucuna yundan toxunmuş rəngli qotazlar tikilir. Çatı əsasən keçi tükündən (qəzilindən) hazırlanır. Çünki yuna nisbətdə keçi tükü daha dözümlü olur. Çatının uzunluğu iki metrə qədər olur.
Heçi
Heçi (çin. 河池市) — Çinin Quansi-Çjuan muxtar rayonunda 4 milyona yaxın əhalisi olan şəhər.
Keçi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Repçi
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Rəcm
Rəcm və ya daşqalaq (lat. lapidatio) — hələ qədimlərdə yəhudilərə və yunanların icra etdikləri ölüm hökmü növü. Quran ayələri daşqalağın əvvəlki qövmllərdə də olmasını təsdiq edir. Məsələn, "Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!"", yaxud, (Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "(Mağarada) nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin.
Rəfi
Rəfi — Kişi adı. Rəfi ibn Leys — 806–810-cu illərdə Orta Asiyada Abbasilərə qarşı olan üsyanın başçısı. Sərdar Rəfi Yanehsari — Astrabadın, Qorqanın valisi. Digər Rəfi (İran) — İranın Huveyzə şəhristanının Neysan bəxşində şəhər və bu bəxşin mərkəzi.
Rəzi
Rəzi — İranın Ərdəbil ostanının Rəzi şəhristanının mərkəzi. Şəhərin əhalisi Azərbaycan türklərindən ibarətdirlər və Azərbaycan türkcəsinə danışırlar.
Seci
Seci− (ərəbcə: سجع), ədəbi terminlərdən biridir və nəsrdə qafiyələri ifadə etmək üçün istifadə olunur Seci ərəb poeziyasının ən qədim forması hesab olunur. Seci istifadə etməklə əldə edilən ritmik diskurslar poeziyanın inkişafına imkan verirdi. Seci sənəti ərəb satirasının inkişafında mühüm mərhələ hesab olunur. Seciler cahiliyyət dövründə uzun müddət poeziya olaraq görülmüşdür. İslamdan əvvəlki ərəb kahinləri insanları heyran etmək üçün seci-li sözlər deyirdilər: “And olsun parlaq aya! And olsun parlayan ulduza! Yağış gətirən buludlara and olsun! Səmadakı quşlara and olsun! Səyyahın yolunu tapdığı işarəyə and olsun... …Biri Necd’e, digəri isə Gavr’a getdi!
Astragalus casei
Astragalus casei (lat. Astragalus casei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tragacantha casei (A.Gray) Kuntze Xylophacos casei (A.Gray) Rydb.
Castin Biber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanada müğənnisi. Pop ikonası hesab olunur. == Həyatı == == Şəxsi həyatı == == Fəaliyyəti == === Karyerasının başlanğıcı === 2007-ci ildə "So So Def Recordings" səsyazma şirkətinin əməkdaşı olan Skuter Braun YouTube-da dolaşarkən təsadüfən Castin Biberin Ne-Yo-nun "So Sick" mahnısına etdiyi kaver ifasına rast gəlib. O, Castinin səsinə məftun olmuş və uzun sürməmişdi ki, onun harada yaşadına dair məlumat əldə etmişdi. Castinin təkcə səsi deyil, üstəlik xarizması da var idi və bu Skuterin diqqətini çəkmişdi. Skuter üçün Castin qənimət kimi bir şey idi. O, vaxt itirmədən Kanadaya yola düşüb. Əvvəlcə anası Castini yəhudi olan Skuterin əlinə əmanət etmək istəməyib. Skuter Castinin anasını bir təhər razı sala bilib.
Pseudococcus cacti
Koşenil yastıcası (lat. Dactylopius coccus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinin yastıca cinsinə aid heyvan növü. Xalçaçılıq sənətində istifadə olunan rəngləri almaq üçün müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən cürbəcür həşəratlardan istifadə olunmuşdur. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenil yastıcasıdır. Azərbaycanda xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi. Meksikada (Amerikada) bitən, xüsusilə kaktus bitkisilə çoxalan, boyaq maddəsi olan həşəratdır. İlin müəyyən vaxtlarında koşenildə boyağın daha çox olduğu vaxt onlar səbətə yığılır, dərhal buxarla öldürülür və "gümüşü" adlanan, üzəri boz təbəqə ilə örtülü, yaxşı növ hesab olunan koşenil alınır. Həmçinin dişi koşenillər qaynar suda da öldürülə bilər, lakin bu zaman gümüşüyə nisbətən daha aşağı növ hesab olunan "qara" koşenil alınır. Koşenilin boyaq maddəsini yun və ipəyi eynilə bitki boyaqları kimi, xüsusilə yüksək bədii türkmən xalçalarında olduğu kimi istifadə olunan çox parlaq, hərarətli rənglərə boyayırlar. Bu maddə ya sərbəst boyaq kimi, ya da boyaqotu ilə birgə işlədilərək parlaqlığı ilə qədim Şərq xalçaları üçün xarakterik olan özünəməxsus çalarlar verir (bunu heç bir digər boyaqlarla almaq olmaz).
Yastı mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Yastı qurdlar
Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastılaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir. Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma, ektoderma, mezoderma adlanan hüceyrə qatlarından ibarətdir.
Yastı sahil
Yastı sahil (rus. берег отлогий, ing. flat coast) — dəniz cərəyanları sahildən gətirilən qırıntı məhsullarını apara bilmədikdə bu məhsullar çimərlikdə qeyri-bərabər formada çökərək əmələ gətirdiyi maili səth və dənizə doğru miqrasiya edən yastı akkumulyativ sahil.
Yastı şibyəyeyən
Yastı şibyəyeyən (lat. Eilema deplana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 16–18 mm-dir. Ön qanadları erkəklərdə çirkli sarı, dişilərdə qırmızı-boz kənarları sarı rəngdədir. Arxa qanadları erkəklərdə dişilərdən açıq rəngdə olub və hər ikisinin kənarlarında sarı haşiyə vardır. Başı sarımtıl, qarıncığı sarı-bozdur. Tırtılı yaşıl rəngdədir, üzəri bozumtul tüklərlə örtülmüşdür. Başı tünd sarıdır. Pupu parıltılı qırmızı qonur olub, qonur barama içərisində yerləşir.
Çistı Klyuç
Safbulaq (əvvəlki adı: Çistı Klyuç) — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Çistı Klyuç kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Altıağac qəsəbə Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çistı Klyuç kəndi Safbulaq kəndi adlandırılmışdır. Kəndin keçmiş rusca adı olan Çistı Klyuç "təmiz, saf" mənasındakı "çistı / çistıy" və "bulaq, çeşmə" mənasındakı "klyuç" sözlərindən ibarət idi. Bu ad hərfi tərcümə yoluyla Safbulaq olaraq rəsmiləşdirilmişdir.
Castin Lonq
Castin Cekob Lonq (ing. Justin Jacob Long; 2 iyun 1978, Ferfild[d], Konnektikut) — amerikalı aktyor. Qorxu və komediya filmlərindəki rolları ilə məşhurlaşıb. O, "Jeepers Creepers", "Accepted", "İdiokratiya", "Məni cəhənnəmə sürüklə", "Kometa", "Barbar" daxil olmaqla müxtəlif filmlərdə rol almışdır. 2007-ci ildə çəkilmiş "Elvin və burunduklar" filmində Elvin Sevili səsləndirib. O, həmçinin "Ed" və "F is for Family" teleseriallarında oynayıb. == Həyatı == Castin Lonq 2 iyun 1978-ci ildə Konnektikutun Feyrfild şəhərində anadan olub. Üç qardaşdan ortancılıdır. Atası Ceyms Lonq Feyrfild Universitetində Latın dili professoru olub, anası Wendy Lesniak isə keçmiş aktrisadır. O, italyan kökənlidir.
Playboi Carti
Playboi Carti (əsl adı: Cordan Terrell Karter; 13 sentyabr 1995[…], Atlanta) — amerikalı repçi, müğənni-mahnı yazarı. Carti 2017-ci ilin aprelində buraxdığı öz adını daşıyan miksteypi sayəsində diqqətləri cəlb edib. Miksteypə daxil olan "Magnolia" və "Wokeuplikethis" (Lil Uzi Vert ilə) sinqlları Billboard Hot 100 cərgəsinin yuxarı sıralarında qərarlaşıb. 2018-ci ildə debüt studiya albomu olan "Die Lit"-i buraxan Carti dinləyicilərin rəğbətini qazanıb. Albom satış rekordları qırmış və ABŞ-nin Billboard 200 albomlar cərgəsində üçüncü pilləyə yüksəlmişdir. Carti iki illik fasilədən sonra 2020-ci ildə geri qayıdaraq ikinci albomu olan "Whole Lotta Red"-i təqdim edib. Albom buraxıldıqdan qısa müddət sonra Billboard Hot 200 cərgəsində birinci yerə çıxmışdır. Bu onun ən müsbət rəylərlə qarşılanan albomu olmuşdur. Playboi Carti uzun müddətdir gözlənilən üçüncü albomunu 2024-cü ildə buraxmağı planlaşdırır. Carti 2019-cu ildə Opium səsyazma leyblını təsis edib.
Tragacantha casei
Astragalus casei (lat. Astragalus casei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Tragacantha casei (A.Gray) Kuntze Xylophacos casei (A.Gray) Rydb.
Xylophacos casei
Astragalus casei (lat. Astragalus casei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Tragacantha casei (A.Gray) Kuntze Xylophacos casei (A.Gray) Rydb.
Yastı pəncə
Yastı pəncə (ing. pes planus) – pəncə tağının müxtəlif dərəcədə çökməsi və ya olmaması nəticəsində pəncənin döşəmə səthinə bütünlüklə toxunmasıdır. Dərəcəsindən asılı olaraq ağrı bədənin müxtəlif nahiyələrində olur.
Coelogyne casta
Coelogyne cumingii (lat. Coelogyne cumingii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin coelogyne cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pleione cumingii (Lindl.) Kuntze === Heterotipik sinonimləri === Coelogyne casta Ridl. Coelogyne longibracteata Hook.f.
Yastı sümüklər
Yastı sümüklər — sahəsi qalınlığından əhəmiyyətli dərəcədə böyük olan skelet sümükləri. Yastı sümüklərə kəllə sümüyü, bel sümükləri, qabırğa sümükləri və çanaq sümüyü daxildir. Yastı sümüklərin əsas funksiyası mexaniki qorumadır (kəllə boşluğunu, döş qəfəsini). Bundan əlavə, yastı sümüklər əzələlərin bağlanması üçün geniş səth sahələrini təmin edir. == Strukturu == Bu sümüklər iki nazik sümük təbəqəsindən ibarətdir. Onların arasında qırmızı sümük iliyi olan müxtəlif miqdarda süngər sümük yerləşir. Yetkinlərdə qırmızı qan hüceyrələrinin çoxu yastı sümüklərdə əmələ gəlir. Kəllə sümüklərində yığcam toxuma təbəqələri kəllə plitələri kimi tanınır. Xarici hissəsi qalın və sərt, daxili — nazik, sıx və kövrəkdir. == Ossifikasiyası == Ossifikasiya yastı sümüyün gələcək yeri tutan differensiallaşmamış birləşdirici toxuma təbəqələrinin əmələ gəlməsi ilə başlayır.