Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Civə
Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element. İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir: HgS+O2→Hg+SO2 Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir). .Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.
Tiso
Tiso — Linyphiidae fəsiləsinə aid hörümcək cinsi.
Tito
Tito — kişi adı. Tito Qobbi — İtalyan opera bariton müğənnisi. Tito Vilanova — keçmiş ispaniyalı futbolçu. Tito Cekson — Amerikalı müğənni-mahnı müəllifi. İosip Broz Tito — Yuqoslaviya inqilabçısı, siyasi, dövlət, hərbi və partiya xadimi.
Tivi
Tivi (Ordubad)
Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Vivo
Vivo Communication Technology Co. Ltd. — Çin texnologiya şirkəti. Dünyanın ən böyük smartfon istehsalçılarından biridir. Vivo 2009-cu ildə Çində yaradılıb. Şirkət 2012-ci ildə "Vivo X1" smartfonunu təqdim edir. 2014-cü ildən başlayaraq xarici bazarlara inteqrasiya edən Vivo, Hindistan və Cənub-Şərqi Asiya ölkələrində fəaliyyətə başlayır. 2017-ci ildə Vivo FIFA-nın Rəsmi Sponsoru olur. Forbes nəşrinin məlumatına görə şirkət, bu razılaşma üçun ildə 60 milyon avroya qədər reklam üçün pul ödəyəcək. 2017-ci ilin birinci rübünün nəticələrinə görə Vivo 600,2 milyon smartfon satır.
Çivi
Çivi — maşın hissələrini birləşdirmək üçün tətbiq olunan hissədir. Onlar ən qədim və sadə maşın hissələrindəndir. Çivilər silindrik və konusformalı olurlar. Çivi ilə birləşən hissələr bir-birinə nəzərən həm hərkətli, həm də sərt bərkidilə bilərlər. Onlar qüvvə ötürmə qabiliyyətinə malikdirlər. Çivilərin ölçüləri onlara düşən yükdən asılı olaraq kəsilməyə, əyilməyə aparılan hesabatlar nəticəsində tapılır. Bu ölçülər standartlaşdırlmışdır.
Çıvı
Çıvı — altay və türk xalq inancında döyüş cini. Çığı və ya Çiği də deyilir. Gecələri bir-birlərinə ox atdıqları deyilər. Bu səbəblə bu varlıqların olduğu bilinən yerlərdə çölə çıxmaqdan qorxurlar və məcbur olub çıxanda da təmkinli davranırlar. Söz mənası, sürətli getmək, çarpıb istiqamət dəyişdirmək, axmaq deməkdir. Divan-ı Lüğət-it Türk də belə yazmaqdadır: "Çıvı cinlərdən bir tayfadır. Türklər buna inanardı ki, iki dəstə bir-biriylə vuruşduğu zaman bu iki bölüğün vilayətlərində oturan cinlər belə öz vilayətlərinin xalqını gözləmək üçün çarpışırlar. Cinlərdən hansı tərəf yenerse onlardan yana çıxdığı vilayət xalqı da yener. Gecə bu cinlərdən hansı qaçsa, onların olduğu vilayətin xaqanı da qaçar. Türk əsgərləri gecə cinlərin atdıqları oktan qorunmaq üçün çadırlarında saxlanarlar.
Stiv
Stiv — ad. Stiv Ditko — ABŞ komiks rəssamı və yazıçısı. Stiv Cobs Stiv Sandvoss — Amerikalı kino aktyor. Stiv Voznyak — Amerikalı texnoloji sahibkar Stiv Şirippa — ABŞ aktyoru. Stiv Miller Stiv Smit Stiv Smit (velosipedçi) — Kanadalı peşəkar dağ motosiklet sürücüsü. Stiv Smit (akademik) — akademik. Stiv Smit (jurnalist) — jurnalist. Stiv Smit (professor) — professor.
Chino Moreno
Kamillo "Çino" Vonq Moreno (20 iyun 1973, Sakramento) — ABŞ musiqiçisi. Deftones metal qrupunun müğənnisi və mahnı yazarıdır. O, həmçinin digər layihələri, Team Sleep, Crosses və Palms-ın üzvüdür. Moreno Kaliforniyanın Sakramento şəhərində anadan olub. Beş uşaqdan ikincisidir. Anası meksikalı və çinli əsilli, atası isə meksikalıdır. Onun ləqəbi "Çino" ispanca çinli deməkdir və o, meksikalıdan çox asiyalıya oxşadığı üçün ona bu ləqəbi veriblər.
Cucumis chito
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Paolo Covio
Paolo Ciovyo (it. Paulo Jovio; 19 aprel 1483 – 11 dekabr 1552) — italyan həkim, tarixçi, bioqraf və yepiskop. Ciovyonun gəncliyi haqqında çox az məlumat var. O, Komoda doğma sakin idi. Ailəsi Komo gölünün Isola Komaçina adasından idi. Notarius olan atası 1500-cü illərdə vəfat etmişdir. Böyük qardaşı Françeskonun təsiri altında humanizm və tarix təhsili aldı. Ədəbiyyatla maraqlansa da Paduaya tibbi öyrənmək üçün göndərildi. 1511-ci ildə məzun oldu. Ciovyo Komoda həkim olaraq fəaliyyət göstərdi, lakin bu şəhərdə vəba xəstəliyi yayıldığı zaman Romaya köçdü, 1513-cü ildə orada məskunlaşdı.
Porto-Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Porto Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Stevo Pendarovski
Stevo Pendarovski (mak. Стево Пендаровски, 3 aprel 1963, Skopye) — makedoniyalı siyasətçi, Şimali Makedoniya Respublikası prezident seçkiləri namizədi. Stevo Pendarovski 3 aprel 1963-cü ildə Üskubda dünyaya gəlmişdir. Ali təhsilini Üskup Müqəddəs Kiril ve Metodius Universitetində almış, 1987-ci ildə universitetin hüquq fakültəsini bitirmişdir. Daha sonra yenə eyni universitetdə magistr və doktorluq dərəcələrinə yiyələnmişdir. 2008-ci ildən Üskup Amerikan Kolleci Universitetində "Beynəlxalq təhlükəsizlik, xarici siyasət və qlobalizasiya" ixtisası üzrə professor köməkçisi vəzifəsində çalışmaqdadır. 2001–2004-cü illərdə prezident Traykovskinin milli təhlükəsizlik məsləhətçisi vəzifəsini icra edən Pendarovski 2004–2005-ci illərdə Dövlət Seçki Komissiyasına rəhbərlik etmişdir. 2005–2009-cu illərdə prezident Zrvenkovskinin xarici siyasət müşaviri olmuşdur. 2014-cü il prezident seçkilərində iştirak edən siyasətçi SDSM-nin namizədi olaraq seçkilərdə müvəffəqiyyətsizlik əldə etmişdir. 2016–2017-ci illərdə millət vəkili olan Pendarovski, 2017-ci ilin noyabr ayından etibarən NATO Milli Koordinatorluq vəzifəsini icra etməkdədir.
Stivi Uander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Stivi Vander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Active Directory
Active Directory (AD) Windows domen şəbəkələri üçün Microsoft tərəfindən hazırlanmış kataloq xidmətidir. O, əksər Windows Server əməliyyat sistemlərinə proseslər və xidmətlər dəsti kimi daxil edilir. Əvvəlcə Active Directory yalnız mərkəzləşdirilmiş domen idarəçiliyi üçün istifadə edilmişdir. Bununla belə, Active Directory, kataloqa əsaslanan şəxsiyyətlə bağlı xidmətlərin geniş spektri üçün çətir başlığına çevrildi. Active Directory Domain Service (AD DS) rolu ilə işləyən server domen nəzarətçisi adlanır. O, Windows domen tipli şəbəkədəki bütün istifadəçiləri və kompüterləri autentifikasiya edir və onlara icazə verir, bütün kompüterlər üçün təhlükəsizlik siyasətlərini təyin edir və tətbiq edir, proqram təminatı quraşdırır və ya yeniləyir. Məsələn, istifadəçi Windows domeninin bir hissəsi olan kompüterə daxil olduqda, Active Directory təqdim edilmiş istifadəçi adı və parolu yoxlayır və istifadəçinin sistem administratoru və ya adi istifadəçi olduğunu müəyyən edir. Həmçinin, o, məlumatın idarə edilməsinə və saxlanmasına imkan verir, autentifikasiya və avtorizasiya mexanizmlərini təmin edir və digər əlaqəli xidmətlərin tətbiqi üçün çərçivə yaradır: Sertifikat Xidmətləri(Certificate Services), Active Directory Federasiya Xidmətləri (Active Directory Federation Services), Yüngül Kataloq Xidmətləri (Lightweight Directory Services) və Hüquqların İdarə Edilməsi Xidmətləri (Rights Management Services). Bir çox informasiya-texnoloji səylər kimi, Active Directory də Şərhlər üçün Sorğu (RFC) istifadə edərək dizaynın demokratikləşməsi nəticəsində yaranmışdır. RFC prosesinə nəzarət edən İnternet Mühəndisliyi İş Qrupu (IETF) geniş iştirakçılar tərəfindən təşəbbüs edilən çoxsaylı RFC-ləri qəbul etdi.
Stivi Niks
Stefani Linn Niks (ing. Stephanie Lynn Nicks 26 may 1948, Finiks) — ABŞ müğənnisi, bəstəkar və prodüser. O, daha çox Fleetwood Mac qrupundakı fəaliyyəti və solo ifaları ilə tanınır. O karyerasına keçmiş sevgilisi və duet yoldaşı Lindsi Bukinqam ilə başlamışdır. Onların birgə yazdığı "Buckingham Nicks" albomu işıq üzü görür, lakin bu, o qədər də uğurlu olmur. Daha sonra, Niks 1975-ci ildə Fleetwood Mac qrupuna qoşulur. Bu müddətdə o, qrupun formalaşması üçün bir sıra işlər görür. Hətta, qrupun Niks ilə birgə yazdığı "Rumours" adlı albomu ABŞ-da 20× platin sertifikatı alaraq dünya üzrə ən çox satılan albomlardan biri olmuşdur. 1981-ci ildə, Fleetwood Mac qrupunun üzvü olaraq qalan Niks solo karyerasına başlamış və Billboard 200-də birinci yerdə olan "Bella Donna" studiya albomunu yayımlayır. O, Fleetwood Mac qrupu ilə səkkiz studiya solo albomu və yeddi studiya albomu buraxmış və təkcə ABŞ-da təsdiqlənmiş cəmi 65 milyon nüsxə satmışdır.
Dennis Tito
Dennis Tito (8 avqust 1940, Kuins, Nyu-York) — milyonçu, dünyanın ilk kosmos turisti. 1940-cı ildə avqustun 8-də ABŞ-də Nyu-York şəhərində doğulmuşdur. kosmik turizm şirkəti Space Adventures, Tito şirkəti ilə razılaşdırma yolu ilə, 28 aprel 2001-ci ildə Soyuz TM-32 missiyasına qoşulub, 7 gün, 22 saat, 4 dəqiqə yer üzündə və 128 dəfə yer üzündə orbitə çıxdı. Tito, onun şirkət və iş üçün faydalı olacağını söylədiyi bir neçə elmi təcrübəni reallaşdırdı.
En Vivo
En Vivo – Amerikalı pop qrupu Ha*Ashın 2-cü canlı albomudur. 6 dekabr 2017-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. En Vivo - Genius.
Il Divo
Il Divo - pop və digər janrları ilə opera və klassik musiqi birləşdirən bir musiqi qrupu, qrup kişi müğənnilər vokal kvartet ibarətdir clásico.1 beynəlxalq krossover kimi tanınan stili: Swiss Urs Büler, İspan Karlos Marin, Amerika Devid Miller və fransız Sebastyen İzambar. Saymon Il Divo qrupu üçün 2001-ci ildən 2003-cü ilin dekabrına kimi dünyada gənc müğənnilər arasında seçimlər keçirdi. İki ildən sonra, son olaraq amerikalı tenor David Millerlə müqavilə bağlandıqdan sonra seçimlər dayandırıldı və beləliklə, dörd kişi müğənnidən ibarət Il Divo qrupu yaranmışdır. Qrup ispan, italyan, ingilis, fransız və latın dillərində mahnılar oxuyur. ABŞ, Avstraliya və Avropada altı aylıq turlarını tamamladıqdan sonra 2006-ci Barbra Streyzandın Şimali Amerika turunda baş tutan iyirmi konsertin hamısında onun xüsusi qonaqları kimi çıxış etdilər. 20 dekabr 2011-ci ildə Paraqvayda baş tutmuş konsertdə 33 min 900 tamaşaçı vardı, bu nəticə onların ən böyük tamaşaçı yığını olan konserti idi.
Millimetr civə
Millimetr civə (mmHg) — digər adı ilə “torr” olaraq da bilinən və Beynəlxalq vahidlər sisteminə (Système International d'Unités, SI) uyğun olmayan bir təzyiq vahididir. 760 mm Hg (760 Torr) 1 atmosfer təzyiqinə bərabərdir. Dəniz səviyyəsində civə ilə dolu bir qab və bir boru ilə açıq hava təzyiqinin 76 sm ölçülməsi ilə meydana çıxan vahiddir.
Mm civə
Millimetr civə (mmHg) — digər adı ilə “torr” olaraq da bilinən və Beynəlxalq vahidlər sisteminə (Système International d'Unités, SI) uyğun olmayan bir təzyiq vahididir. 760 mm Hg (760 Torr) 1 atmosfer təzyiqinə bərabərdir. Dəniz səviyyəsində civə ilə dolu bir qab və bir boru ilə açıq hava təzyiqinin 76 sm ölçülməsi ilə meydana çıxan vahiddir.
Pirinsko Pivo
Pirinsko Pivo — dünyanın qabaqcıl pivə istehsalçılarından biri Carlsberg Group-a məxsus bolqar pivə markası. Ticarət markası və Blaqoyevqrad şəhərində yerləşən eyni adlı pivə zavodu Pirin dağ sisteminin adını daşıyır. Blaqoyevqrad pivə zavodu 1967-ci ildə qurulmuş və 1971-ci ildə Pirinsko adlı öz pivəsini istehsal etməyə başlamışdır. 2002-ci ildə Danimarka pivə nəhəngi Carlsberg pivə zavodunu əldə etdi. Yeni sahibi Blaqoyevqrad pivə istehsalını modernləşdirdi və genişləndirdi, bu layihəyə 60 milyon leva investisiya etdi.