Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cütcü
Cütcü (əvvəlki adı: Maçkalaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Keçmışdə kəndin ərazisi binə yeri və xırmanlıq olmuşdur. XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilən binə Maçkalaşen (erm. "cutcu, əkinçi kəndi") adlandırıldı. 1992-ci ildən kəndin adı Cutcu kimi rəsmiləşdirilmişdir. Oykonim peşə adı ilə bağlı olub, "torpağı becərən, sürən" deməkdir. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Maçkalaşen kəndi Cütçü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cütçü kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Çuqoku (region)
Çuqoku regionu (中国地方, Chūgoku-chihō) və ya Sanin sanyo regionu (山陰山陽地方, San'in san'yō-chihō) — Yaponiyanın Honşu adasının ən qərbi hissəsində yerləşən region. O, beş prefekturadan ibarətdir: Okayama, Şimane, Tottori, Hiroşima və Yamaquçi. Çuqoku (中国, Chūgoku) sözü kancidə Çin sözü ilə eyni cür yazılır. Çincə bu Orta Krallığ deməkdir. Beləliklə, Çinlilər öz ölkəsini cənnət və cəhənnəm arasında olan bir krallığ kimi izah edirlər. Çuqoku regionu isə bu adını keçmiş paytaxt olan Kioto şəhərinə nisbən uzaq və ya yaxın olmadığına görə alıb. Çuqoku regionu şimalda Yapon dənizi ilə sulanır; cənubda onu Şikoku adasında yerləşən eyniadlı region ilə Daxili Yapon dənizi, qərbdə isə Kyuşu adasında yerləşən eyniadlı region ilə Kanmon boğazı ayırır; şərdə o, Kansai regionu ilə həmsərhəddir. Çuqoku dağları regionu iki hissəyə ayırır: Yapon dənizinin sahiləndə uzanan şimal San-in ərazisi və Daxili Yapon dənizinin sahilində uzanan cənub San-yo ərazisi. San-in "dağın kölgəli tərəfi", San-yo isə "dağın günəşli tərəfi" deməkdir. San-in ərazisində əhali sayı San-yo ərazisindən azdır.
Çuqoku regionu

Cütcü (Xocavənd)
Cütcü (əvvəlki adı: Maçkalaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Keçmışdə kəndin ərazisi binə yeri və xırmanlıq olmuşdur. XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilən binə Maçkalaşen (erm. "cutcu, əkinçi kəndi") adlandırıldı. 1992-ci ildən kəndin adı Cutcu kimi rəsmiləşdirilmişdir. Oykonim peşə adı ilə bağlı olub, "torpağı becərən, sürən" deməkdir. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Maçkalaşen kəndi Cütçü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cütçü kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Cütçü (kənd)

Cütçü (rəqs)
Cütçü rəqsi
Elmar Qasımov (cüdoçu)
Elmar Qasımov — Halk ləqəbli Azərbaycanlı cüdoçu. Elmar Qasımov Avropa Çempionatının gümüş və bürünc medalçısıdır. 2009-cu ildə Ermənistanın İrəvan şəhərində keçirilən Gənclərin Avropa Çempionatının qızıl medalçısıdır. Azərbaycanı 2012-ci ildə XXX-cu Yay Olimpiya Oyunlarında təmsil etdi və 7-ci yeri tutdu. 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi və gümüş medal qazandı və Azərbaycan xalqı ona bu medallara görə təşəkkür edir. == Həyatı == Elmar Qasımov 2 noyabr 1990-cı ildə Azərbaycanın Xırdalan şəhərində anadan olmuşdur. Elmar Qasımov 2000-ci ildən idman ilə məşğul olur. Elmar Qasımov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. == Karyerası == Elmar Qasımov birinci uğurunu 2007-ci ildə qazandı. O 20 yaşadək Azərbaycan Çempionatında gümüş, 23 yaşadək Azərbaycan Çempionatında isə bürünc medal qazandı.
Elxan Məmmədov (cüdoçu)
Elxan Məmmədov (26 fevral 1982, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi, dünya və Avropa çempionu. == Karyerası == Karyerasında birinci uğuruna Elxan Məmmədov 2003-cü ildə Azərbaycan Çempionatında bürünc medala sahib olmaqla imza atdı. 2004-cü ilin noyabrında isə Elxan Məmmədov Sloveniyanın Lyublyana şəhərində U-23 Avropa Çempionatının bürünc medalına sahib olmaqla beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı. 2005 və 2006-cı illərdə Azərbaycan Çempionatının qalibi olan Elxan Məmmədov 2007-ci ildə Polşa və Azərbaycanda baş tutan beynəlxalq turnirlərdə müvafiq olaraq bürünc və qızıl medallara sahib oldu. Həmin ilin sentyabrında Elxan Məmmədov həm də Braziliyanın Rio-de-Janeyro şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu. 2008-ci il Elxan Məmmədovun uğurlu mövsümlərindən biri oldu. World Cup seriyalı beynəlxalq turnirlərin Gürcüstan mərhələsində və Çexiya mərhələsində bürünc, Norveç mərhələsində gümüş, Azərbaycan mərhələsində isə qızıl medallara sahib olan Elxan Məmmədov apreldə Lissabon şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu. Həmin ilin avqustunda Elxan Məmmədov həm də Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Kişilər −90 Kq. turnirində mübarizə aparan Elxan Məmmədov olimpiadanın 1/16 final mərhələsində Tacikistan nümayəndəsi Nemətulla Asranqulov ilə üz-üzə gəldi.
Hüseyn Rəhimli (cüdoçu)
Leyla Əliyeva (cüdoçu)
Leyla Əliyeva (1 sentyabr 1997, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Leyla Əliyeva 2012-ci ilin fevralında U-17 Azərbaycan Çempionatının qalibi oldu. Həmin ilin mart-may ayları ərzində Ukrayna, Xorvatiya, Almaniya və Polşada baş tutan yeniyetmələr arasında beynəlxalq turnirləri 2 gümüş və 2 bürünc medalla başa vurdu. 2013-cü ildə o, bu səfər yeniyetmələrin beynəlxalq turnirlərinin Xorvatiya və Polşa mərhələlərinin qalibi oldu, Almaniya mərhələsində isə bürünc medala sahib oldu. İyunda Tallin şəhərində (Estoniya) U-18 Avropa Çempionatının qalibi oldu, avqustda isə Mayamidə (ABŞ) yeniyetmələr arasında Dünya Çempionatını gümüş medalla başa vurdu. Leyla Əliyeva 2014-cü ilin mart-may ayları ərzində yeniyetmələrin beynəlxalq turnirlərinin Türkiyə və Portuqaliya mərhələlərinin qalibi oldu, Almaniya mərhələsini isə bürünc medalla başa vurdu. İyulda Afina şəhərində (Yunanıstan) U-18 Avropa Çempionatının gümüş medalına sahib oldu. Avqustda isə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qızların turnirində mübarizə aparan Leyla Əliyeva turnirin 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Adiya Sayin ilə üz-üzə gəldi. Həmin görüşdə Leyla Əliyeva rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.
Müşviq Cəfərov (cüdoçu)
Nazim Hüseynov (cüdoçu)
Nazim Hüseynov (2 avqust 1969, Bakı) — Azərbaycanlı cüdoçu. Nazim Hüseynov 1992 Barselona Olimpiadasının qızıl medalını qazanaraq tarixdə birinci Azərbaycanlı Olimpiya çempionu oldu. O, həm də 1992 və 1993-cü illərdə Avropa Çempionatının qalibi olmaqa ilə yanaşı iki dəfə Dünya Çempionatının medalını qazanıb. 1995-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. Nazim Hüseynov 1969-cu ilin 2 avqust tarixində Bakı şəhərində ləzgi ailəsində anadan olub. Hüseynovun atası əslən Qusar rayonunun Piral kəndidən, anası isə Dağıstanın Axtı rayonundandır. Nazim Hüseynovun birinci məşqçisi Azərbaycanın əməkdar məşqçisi Tərlan Həsənovdur. Ailəlidir, 2 övladı var. Hələ uşaq yaşlarından idmana maraq göstərən Nazim bir neçə dəfə SSRİ birinciliyində çempion olmaqla yanaşı bir neçə dəfə də mükafatçılar siyahısında olub. Dünya dzü-do arenasında ilk dəfə 1991-ci ildə Budapeştdə keçirilən super dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Nəbi Məmmədov (cüdoçu)
Nəbi Məmmədov (7 avqust) 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub. MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır "Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Ramil Qasımov (cüdoçu)
Ramil Famil oğlu Qasımov (13 avqust 1981, Kirovabad) — Azərbaycanı təmsil edən cüdoçu, 2016-ci il XV Yay Paralimpiya Oyunlarının qalibi. Ramil Qasımov 1981-ci il avqustun 13-də Gəncə şəhərinin anadan olub. Şəxsi məşqçisi Əli Hacıyevdir. Ramil Qasımov üç dəfə — 2003, 2010 və 2012-ci illərdə Azərbycan Çempionatının qalibi oldu. 2007-ci ildə Tailandda baş tutan Universiada Oyunlarının da qızıl medalına sahib olan Ramil Qasımov 2007 və 2008-ci illərdə Avropa Çempionatlarını yeddinci pillədə başa vurdu. Ramil Qasımov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Ramil Qasımov birinci görüşdəcə Rusiya nümayəndəsi Alim Qadanova məğlub oldu və mübarizəsini dayandırdı. Növbəti illərdə Ramil Qasımovun görmə qabiliyyətində problemlər əmələ gəldi və o, 2013-cü ildən para-cüdo üzrə turnirlərdə mübarizə aparmağa başladı. Ramil Qasımov 2015-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatının qızıl medalına sahib oldu. Ramil Qasımov 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
Tofiq Məmmədov (cüdoçu)
Tofiq Faiq oğlu Məmmədov (10 mart 1980; Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2008-ci ildə XIII Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. Tofiq Məmmədov 1980-ci il martın 10-da Sumqayıt şəhərində anadan olub. Şəxsi məşqçisi Əhməddin Rəcəblidir. Tofiq Məmmədov 2006-cı ildə Bromma şəhərində (Fransa) baş tutan Dünya Çempionatının qalibi oldu. 2007-ci ildə isə Tofiq Məmmədov Avropa Çempionatının qızıl medalına sahib oldu. Tofiq Məmmədov 2008-ci ildə Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Litva nümayəndəsi Yonas Stoshusa, 1/4 final mərhələsində Almaniya nümayəndəsi Sebastian Yuna qalib gələn Tofiq Məmmədov, 1/2 final mərhələsində Fransa nümayəndəsi Olivier Sevrisurtu ipponla məğlub elədi və Paralimpiadanın finalı görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Oleq Kretsul oldu. Həmin görüşdə rəqibinə məğlub olan Tofiq Məmmədov, XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Turan Bayramov (cüdoçu)
Turan Etibar oğlu Bayramov (4 aprel 2002, Gəncə)— Azərbaycanı təmsil edən cüdoçu. Tbilisidə keçirilən "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb. Turan Bayramov 4 aprel 2002-ci ildə Gəncə şəhərində anadan olub. O, təhsilini Göygöl rayonu Ərşad Məmmədov adına tam orta məktəbdə almışdır. 2009-cu ildə, o ilk dəfə idmanla məşğul olmağa başlamışdır. Ona idmanı ilk dəfə öyrədən müəllimi Xanəhməd Rzazədə olmuşdur. 2017-ci ildə 13 nömrəli uşaq gənclər mərkəzində məşqlərinə davam edib elə həmin ildən etibarən idmancı fəaliyyətini Məmməd Xudiyevin yanında davam etdirir. 2020-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Bir sıra döyüşlərdə iştirak etmiş və çempionluq əldə etmişdir. 2017-ci ildən etibarən idmancı fəaliyyətini Məmməd Xudiyevin yanında davam etdirir.
Curoku Rakan İva
Curoku Rakan İva (十六羅漢岩, azərb. On altı rakan qayası‎) – Yaponiyanın Yamaqata prefekturasının Yuza qəsəbəsində yerləşən abidə. Abidə vulkanik qayalıqda oyulmuş rakanların (buddizmdə nirvanaya çatmış şəxs) təsvirlərindən ibarətdir. == Xüsusiyyətlər == Abidə Kayzen məbədindən olan zen buddist keşişi İşikava Kankay tərəfindən 1864–1868-ci illərdə hazırlanmışdır. Abidənin adı "16 rakan qayası" olsa da, əslində burada ümumilikdə 22 daş fiqur yerləşir: 16 rakanla yanaşı, Şakyamuni, Mancuşri, Fuqen və arvadı, Avalokiteşvara və Şarira fiqurları da abidəyə daxildir. Abidə dənizdə ölmüş balıqçıların xatirəsinə hazırlanmışdır. Bu abidədəki "mühafizəçilərin" okeana yelkən açan dənizçiləri qoruduğuna inanılır. Abidə "Yaponiyanın 100 balıqçılıq kəndi irsi yeri" siyahısına daxil edilmişdir. Hər il abidə üçün xatirə festivalı keçirilir və gecə fiqurlar işıqlandırılır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Curoku Rakan İva ilə əlaqəli mediafayllar var.
Elçin İsmayılov (cüdoçu)
Tərlan Kərimov (cüdoçu)
Tərlan Kərimov (14 sentyabr 1986, Sumqayıt) — Azərbaycanı təmsil edən samboçu və cüdoçu, sambo üzrə Avropa Çempionatlarının qalibi. Tərlan Kərimov 2008-ci ildə Tbilisi şəhərində (Gürcüstan) sambo üzrə Avropa Çempionatının bürünc medalına sahib oldu. Bir il sonra, 2009-cu ildə isə Tərlan Kərimov Milan şəhərində (İtaliya) baş tutan sambo üzrə Avropa Çempionatının qalibi oldu. Sambo ilə paralel olaraq Tərlan Kərimov cüdo ilə də məşğul olurdu. 2008, 2009 və 2010-cu illərdə Tərlan Kərimov cüdo üzrə Azərbaycan Çempionatlarını qızıl medallarla başa vurdu. 2010-cu ildə Tərlan Kərimov həm də Avstriyanın Vyana şəhərində və Misirin Qahirə şəhərində baş tutan IJF World Cup seriyalı beynəlxalq turnirlərdə müvafiq olaraq bürünc və gümüş medallara sahib oldu. 2011-ci ildə Tərlan Kərimov yanvarda Azərbaycanda IJF World Masters beynəlxalq turnirini bürünc medalla başa vurdu. Daha sonra isə Tərlan Kərimov apreldə İstanbul şəhərində baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. Həmin ilin avqustunda Tərlan Kərimov həm də Paris şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Tərlan Kərimov 2012-ci ilin mayında Azərbaycanda IJF Qran-Pri beynəlxalq turnirində bürünc medala sahib oldu.
Rəşad Məmmədov (cüdoçu)
Rəşad Məmmədov (belar. ́Рашад Мамедаў; 23 iyul 1974) — Azərbaycan əsilli Belarus cüdoçusu. Cüdo üzrə Avropa çempionatının qızıl və bürünc mükafatçısı. Beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası. == Həyatı == 1994-cü ildə Avropa çempionatında beşinci, gənclər arasında Avropa çempionatında isə üçüncü olub. 1997-ci ildə Ostende şəhərində təşkil olunmuş Avropa çempionatında 60 kq çəki dərəcəsində yarışan Məmmədov, bütün rəqiblərini üstələyərək, qitə birinciliyinin qalibi olub. Bununla da o, Belarusun cüdo üzrə ilk Avropa çempionu kimi adını tarixə yazdırıb. 1998-ci ildə Avropa, 2003-cü ildə isə Belarus çempionatında bürünc medal qazanıb.