Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seridia
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Serviyi
Serviyi (fr. Servilly) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03272. 2008-ci ildə əhalinin sayı 265 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arasında) 123 nəfər iqtisadi cəhətdən, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.3%, 1999-cu ildə 70.1%). Aktiv olan 123 nəfərdən 108 nəfəri (65 kişi və 43 qadın), 15 nəfəri işsizdir (7 kişi və 8 qadın). Aktiv olmayan 34 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Səvrilik
Səvri məzhəbi (ərəb. المذهب الثوري‎) və ya Səvrilik — islamın sünni qolunda ilkin hüquq məktəblərindən (məzhəblərindən) biri. Məzhəbin banisi-eponimi Kufədən (müasir İraq) olan məşhur müsəlman hüquq alimi (fəqih) və mühəddis Süfyan əs-Səvridir (716–778). İslman fiqh məktəbləri arasında qısa ömürlü olanlarındandır. Müsəlman İspaniyasına qədər yayılmış və oradan Maliki məzhəbi tərəfindən sıxışdırılmışdır. Səvrinin hüquq məktəbi 11-ci əsrin əvvəllərində tamamilə yox olmuş və onun ardıcılları dörd sünni məzhəbinə (Maliki, Hənəfi, Hənbəli və Şafii) qoşulmuşdur.
Şərili
Şərili — aşıq havası. Naxçıvan Muxtar Respublikası Şərur rayonun adı (Şərur,-Şərir, Şəril) ilə bağlıdır. "Ağır şərili", "Ora şərili","Yüngül şərili", "Qarabağ şərili" adlı havalar mövcuddur. Şərili havalarının məqam əsası segah, musiqi ölçüsü 6/8-dir. Sazda "Şah pərdə" kökündə çalınır. İnstrumenatal variantları da var.
Sevgili canan
Sevgili canan — 1943-cü ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı. Lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Farsca yazılmış “Sevgili canan” qəzəlini dilimizə Mirvarid Dilbazi çevirib uyğunlaşdırmışdır. Bu qəzəl romansı öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər.
Tanrıların sevgisi
Tanrıların sevgisi (it. Affreschi della Galleria Farnese) — Bolonyalı İntibah dövrü rəssamı Annibale Karraççi və onun studiyası tərəfindən, hazırda Romadakı Fransa səfirliyinin yerləşdiyi Farnezi sarayının Farneze qalereyasında yaradılmış monumental freskolar silsiləsidir. Freskolar təqdim edildiyi dövrdən bəri müsbət qarşılanmış, sonradan isə XVI əsrdə Manyerizmin dəyişməsi və Romada Barokko və Klassisizmin inkişaf etməəsinə əhəmiyyətli təsir göstərdiyi qeyd edilmişdir. Papa III Pavelin qohumu kardinal Odoardo Farneze, Annibale Karraççi və onun studiyasına ailə sarayının piano nobile mərtəbəsində yerləşən tağ-tavan örtüklü qalereyanın bəzədilməsini sifariş edir. Zalın bəzədilməsinə 1597-ci ildə başladılmış və 1608-ci ildə — rəssamın ölümündən bir il qabaq iş hazır vəziyyətdə təhvil verilmişdir. 1597-ci ildən 1600-cü ilə kimi Annibale ilə birlikdə qardaşı Aqostino da işlər üzərində çalışmış, həmçinin rəssamın studiyasından olan Covanni Lanfranko, Françesko Albani, Domenikino və Sisto Badalokkio da işlərə kömək etmişlər. Annibale Karraççi daha öncə 1595–1597-ci illərdə sarayın Kamerino adlı kiçik otağını Heraklın həyatından səhnələrlə bəzəmişdi. Herakl mövzusunnun seçilməsinin səbəbi o zamanlar Farneze Heraklının sarayı bəzəməsi idi. Kamerinoda istifadə edilmiş və qədim incəsənəti təlqin edən bu sənət nəzəriyyəsi böyük qalreyaya da keçirilmişdir. Sonradan Metropoliten muzeyinin direktoru olmuş Tomas Hovinq qeyd edir ki, sarayı bəzəyən freskalar və Qədim Roma heykəllərinin toplandığı Farneze kolleksiyasına daxil olan əsərlər arasında çoxlu oxşar xüsusiyyətlər vardır.
Sevgili öpüşü
Palicourea elata (əvvəllər Psychotria elata) — adətən "sevgili öpüşü", "isti dodaqlar" və digər oxşar adlarla tanınan tropik bitki. Meksika, Kosta Rika, Ekvador, Panama və Kolumbiya kimi ölkələrdə, Mərkəzi və Cənubi Amerikanın yağış meşələrində yetişir. Bitki özünün aydın formalı qırmızı diş telləri ilə diqqəti cəlb edir və buna görə də "isti dodaqlar" adlanır. Parlaq qırmızı braktlar onun ən əsas xüsusiyyəti hesab edilsə də, onlar bitkinin əsl çiçəkləri deyil, sadəcə ekstravaqant yarpaqlardır. İnsan dodaqları kimi bu bitki də müxtəlif çeşid və formalarda yetişir. "Palicourea elata" yaxşı öyrənilmiş və əsrlər boyu sənədləşdirilmişdir. Bitki yerli icmalar tərəfindən tibbi məqsədlər üçün istifadə edilir. Faydalarına və ümumi görünüşünə görə bitki həddindən artıq yığılır və təhlükə altındadır.
Seridia solstitialis
Günəbaxanvari güləvər (lat. Centaurea solstitialis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Borhan Şəhidi
Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu – 27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir. == Həyatı == Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər. Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi.
Burhan Şəhidi
Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu – 27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir. == Həyatı == Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər. Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi.
Semidi adaları
Semidi adaları (ing. Semidi Islands) — Kadyak arxipelaqına daxil olan 9 adadan ibarət qrup. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kodyak Aylend borosuna aiddir. Kodyak adasından cənub-qərbində, Alyaska yarımadasının sahilləri ilə Çirikov adası arasında yerləşir. Qrupun ən böyük adaları Aqxiyok və Çovietdir. Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir. Adaların ümumi sahəsi 30,17 km²-dir. Daimi əhali yoxdur.
Seriyi (Alye)
Seriyi (fr. Cérilly) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03048. 2008-ci ildə əhalinin sayı 1379 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 762 nəfər (15-64 yaş) arasında 541 nəfər iqtisadi cəhətdən, 221 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.0%, 1999-cu ildə 68.8%). Fəal 541 nəfərdən 497 nəfər (279 kişi və 218 qadın) işləyir, 44 nəfər işsizdir (20 kişi və 24 qadın). 221 hərəkətsiz 33 nəfər arasında şagird və ya tələbə, 107 nəfər təqaüdçü, 81 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Co Erridi
Co Erridi (ing. Joe Arridy; 15 aprel 1915, Pueblo[d], Kolorado – 6 yanvar 1939, Kanyon-Siti[d], Kolorado) — 1936-cı ildə Koloradoda 15 yaşlı Doroti Draynı zorlamaq və qətlə yetirməkdə ittiham olunan və haqsız yerə edam edilən amerikalı. Co əqli cəhətdən qüsurlu olduğu üçün polis tərəfindən saxta etiraflar etmək üçün manipulyasiya edilib. 1939-cu il yanvarın 6-da 23 yaşında edam olunub. Həmin vaxtdan bəri bir çox insan Erridinin günahsız olduğunu iddia edir. Co Erridy-nin Dostları (ing. Friends of Joe Arridy) kimi tanınan bir qrup yaradıldı və 2007-ci ildə onun məzarı üçün məzar daşın hazırlandı. Onlar həmçinin Erridinin adının təmizlənməsi məqsədilə əfv edilməsi üçün ərizə hazırlamasını dəstəklədilər. Erridinin edamından iki il əvvəl eyni cinayətə görə başqa bir adam, Frank Aguilar edam edilmişdi. 2011-ci ildə Erridi, Kolorado qubernatoru Bill Ritter tərəfindən (ölümündən 72 il sonra) ölümündən sonra tam və qeyd-şərtsiz əfv edildi.
İxtiyarati-qəvaidi-külliyyə
Əbri Xacə ibn Adilinin nücum elminə (astronomiya və astrologiya) dair “İxtiyarati-qəvaidi-külliyyə” (“Ümumi qaydaların seçkisi”) əsəri 1459-cu ildə Azərbaycan türkçəsində yazılmışdır. Əvvəldən və sondan tam, mükəmməldir. Bu nüsxənin katibi, köçürüldüyü il və yer göstərilməmişdir. Aydın nəsx xətti ilə köçürülmüş əlyazma hərəkələrlə verilib. Paleoqrafik, qrafik və orfoqrafik xüsusiyyətlərinə görə nüsxəni XVI əsrə aid etmək olar. London muzeyində, Konyadakı Mövlana muzeyində, İstanbuldakı Topqapı sarayında bu əsərin nüsxələri mühafizə olunur. Əsər 7 babdan (fəsildən) ibarətdir. Əsərin dili sadə və aydındır. Zəngin leksik tərkibə malikdir, nəxslə dilimizdə yazılmış orta əsrlərə aid elmi əsər nümunəsi kimi olduqca dəyərlidir. Xalq dilindən gələn söz və ifədələr abidənin dilində böyük yer tutur.
Onun bəlalı sevgisi
== Məzmun == Tələbə Bəhruz (Mikayıl Kərimov) diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. İstehsalatla yaxından tanış olandan sonra gənc sosioloq aydınlaşdırır ki, məhsulun aşağı keyfiyyətdə olmasının səbəbi rəhbərliyin düzgün aparılmamasındadır. Bir tərəfdən fabrik direktoru, gözəl və cavan Şövkətlə (Nataliya Tağıyeva) Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir. == Film haqqında == Film aktyor Mikayıl Kərimovun kinoda ilk işidir. Film yazıçı Bayram Bayramovun "Bəlalı sevgi" romanı əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Bayram Bayramov, İqor Strelkov Bədii rəhbər: Həsən Seyidbəyli Quruluşçu rejissor: Ziyafət Abbasov Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Əsəd Əsədov Rejissor: Ziya Şıxlinski Operator: Vaqif Muradov Geyim rəssamı: L.Frankenberq Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: Elbrus Vahidov Fotoqraf-rəssam: Tofiq Kərimov (T.Kərimov kimi) İşıq ustası: M.Rəhmanov Montaj edən: Gülşən Səlimova Rejissor assistenti: Y.Əhmədov Operator assistenti: K.Haşımov, Q.Pastuşkov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Musiqi redaktoru: Rauf Əliyev (R.Əliyev kimi) Mahnı mətnlərinin müəllifi: Ramiz Rövşən Redaktor: Seyfəddin Dağlı, Eyvaz Borçalı Filmin direktoru: Aydın Dadaşov Mahnıların mətni: Fikrət Qoca Mahnı ifa edən: Flora Kərimova(titrlərdə yoxdur) === Rollarda === Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Şövkət Mikayıl Kərimov — Bəhruz Hacıbaba Bağırov — Qaraxalov Tofiq Mirzəyev — Sabirov Barat Şəkinskaya — nənə Sona Mikayılova — Xalidə Nelli Mahmudova E.Qarayeva Gümrah Rəhimov — sürücü Rafiq Qasımov Cahangir Aslanoğlu — sərgi iştirakçısı Elxan Ağahüseynoğlu — sərgi iştirakçısı Nadir Əsgərov — işçi Ş.Kamalzadə İ.Brodov Yusif Muxtarov — iclas iştirakçısı === Filmi səsləndirənlər === Əliabbas Qədirov — Bəhruz (Mikayıl Kərimov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Sabirov (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Şövkət (Nataliya Tağıyeva) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Mərziyyə (titrlərdə yoxdur) Sadıq Hüseynov — iclas iştirakçısı (titrlərdə yoxdur) Məhluqə Sadıqova — nənə (Barat Şəkinskaya) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Sərdi (Meşkinşəhr)
Sərdi (fars. سردي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 57 nəfər yaşayır (12 ailə).
Zemfira Səidi
Səidi Zemfira Yaqub qızı 1983-cü ildə Bakı şəhərində anadan olub. Yasamal rayonundakı 167 saylı orta məktəbi bitirdikdən sonra, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram kino və teatr aktyoru" fakültəsinə daxil olmuşdur. Elə həmin ildən Bakı Bələdiyyə Teatrında aktrisa vəzifəsində işə başlamışdır. Teatrın repertuarında olan bir çox tamaşalarda uğurlu çıxışları ilə yanaşı, filmlərdə və dublyaj studiyalarında da çalışır.
Qulamhüseyn Səidi
Qulamhüseyn Əliəsgər oğlu Saidi (4 yanvar 1936, Təbriz – 23 noyabr 1985, Paris) — Azərbaycanlı yazıçı. == Həyatı == Qulamhüseyn Əliəsgər oğlu Səidi 4 yanvar 1936-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ədəbi yaradıcılığa maraq göstərən Q.Səidi 1951-ci ildə həbs olunmuşdur. Lakin fəaliyyətində qanunazidd bir şey olmadığı üçün azad edilmişdir. O, iyirmi yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunmuşdur. Tələbə ikən inqilab əhval-ruhiyyəli müəlliflərdən Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti və başqaları ilə dostluq etmişdir. 1961-ci ildə ali təhsilini başa vuraraq psixoloq ixtisasına yiyələnmişdir. Tehranda hərbi xidmətdə olarkən əsgərlərin həyatından bəhs edən üç hekayə yazmışdır. Əsgəri xidmətini başa vurduqdan sonra Tehran şəhərində qalmış, “Dilguşə” adlı tibb mərkəzi açmışdır. Həmin səhiyyə ocağı tədricən Tehranın ədəbi, fəlsəfi və siyasi fikir adamlarının toplantı yerinə çevrilmişdir.
Nəcəf Şərifi İrəvani
Şeyx Nəcəf Şərifi İrəvaniələsl — Azərbaycanlı şair və yazıçı, "Məqtəl" kitabının müəllifidir. Bu kitabda İmam Hüseyn barəsində Azərbaycanca və Farsca şeirlər və nəsrləri toplayıb, gahdan öz şeirlərində kitabda yazıb. Nəcmi İrəvanidən də neçə şeir nəql edib.
Nəcəf Şərifi İrəvaniələsl
Şeyx Nəcəf Şərifi İrəvaniələsl — Azərbaycanlı şair və yazıçı, "Məqtəl" kitabının müəllifidir. Bu kitabda İmam Hüseyn barəsində Azərbaycanca və Farsca şeirlər və nəsrləri toplayıb, gahdan öz şeirlərində kitabda yazıb. Nəcmi İrəvanidən də neçə şeir nəql edib.
Şəhidi İsrafil İbrahimov
Xacə Zeynalabidin Nəvidi
Əbdi bəy Şirazi (fars. عبدی بیگ شیرازی‎) və ya Xacə Zeynalabidin Nəvidi (fars. خواجه‌زین‌العابدین‌علی‎; 19 avqust 1515, Təbriz – 1580, Ərdəbil) — Səfəvi şairi və tarixçisi. Xacə Zeynalabidin 1515-ci ildə Təbrizdə anadan olmuşdur. "Ruzi-Rövşən"ə görə, ailəsi əslən İsfahandandır, lakin "İranika Ensiklopediyası"nda Şirazdan olduğu qeyd edilmişdir. Gürcüstan və Ərməniyyəyə səfərlər etmişdir. Təbrizdə Şah Təhmasibin saray dəftərxanasında qulluq etmişdir. Şeirlərinin böyük əksəriyyətini onun istəyi ilə və onun adına yazmışdır. Şeir külliyyatının 55 min beytə yaxın olduğu bildirilir. Məsnəvi janrında daha məharətli olmuşdur.
Atatürk'ün Sevdiği Şarkılar
Atatürk'ün Sevdiği Şarkılar (azərb. Atatürkün sevdiyi mahnılar‎), Müzəyyən Sənar və Səfiyyə Aylanın ifa etdiyi Osmanlı musiqisinin nümunələrindən ibarət, Atatürkün sevdiyi mahnılar da daxil olmaqla cəmi 20 mahnıdan ibarət musiqi albomu.
Sizi dünyalar qədər sevirdim
Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...
Məhəmməd Səidi Mehr
Məhəmməd Səidi Mehr (fars. محمد سعیدی مهر‎; d.1963) — İranlı tədqiqatçı alim, Tərbiyət Müdərris Universitetinin fəlsəfə kafedrasının professoru. Məhəmməd Səidi Mehr 1963-cü ildə Tehran şəhərində dünyaya göz açmışdır. Orta məktəbi riyaziyyat ixtisasında bitirdikdən sonra, dini və fəlsəfi məsələlərə marağı səbəbi ilə mədrəsəyə gedib, öz təhsilini orada davam etdirmişdir. Magistr təhsilini İlahiyyat və Doktorluq dissertasiyasını fəlsəfə sahəsində edərək, İngiltərəyə elmi tədqiqat üçün getmişdir. Qayıtdıqdan sonra Tərbiyət Müdərris Universitetində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. Elmi fəaliyyətində bir çox kitab və məqalələrin müəllifidir. “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın “Fəlsəfə, Sosiologiya və Psixologiya elmləri” üzrə redaksiya heyətinin üzvüdür. Kəlam elmi, Məhəmməd Səidmehr, Nurlar nəşriyyatı, 2013 (Bu kitab Azərbaycan dilinə tərcümə edilmişdir).