Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mixel Ştifel
Mixel Ştifel (ing. Michael Stifel; 1487, Esslinqen-na-Nekkare[d], Müqəddəs Roma imperiyası – 19 aprel 1567, Yena, Müqəddəs Roma imperiyası) — Alman riyaziyyatçısı və səyahətçi təbliğatçısıdır; "Tam hesab" kitabının müəllifidir; kitabda onun yazıldığı dövrdə hesab əməlləri, məchul və onun qüvvətlərinin işarələnmələrində aparılan bütün dəyişikliklər öz əksini tapmışdır; kvadrat kökləri işarə etmək üçün simvol daxil etmişdir; ədədi silsiləni mənfi ədədlər obastına genişləndirmiş, həndəsi silsilədə isə mənfi üstlü qüvvət daxil etmişdir. 1487-ci ildə doğulub. 1567-ci ildə vəfat edib.
Stimul
Stimul — insanı hansısa bir işə ruhlandırmaq, onun özünün özünə olmayan inamını artırmaq, hansısa səbəbdən ölən marağını yenidən yaratmaqdır. Stimul olmadan insan bir şeyə çətinliklə nail olur. Stimul bir çox üsullarla göstərilir: bəzən mükafat şəklində, bəzən gözəl sözlər, gözləmədiyin tərif, hədiyyə və s.
Stirol
Stirol (eniletilen, vinilbenzol, etilbenzol) C8H8 — spesifik iyli rəngsiz mayedir. Stirol, demək olar ki, suda həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur, polimerlər üçün yaxşı həlledicidir. İlk dəfə stirol 1831-ci ildə alınmışdır. Ancaq ikinci dünya müharibəsinə qədər stirol və onun polimeri sənayedə tətbiq olunmamışdı.Stirol sənaye miqyasında ilk dəfə Almaniyada 1930-cu ildə alınmışdır. 1933-cü ABŞ -da da ildə stirol istehsalı başlanmış , ancaq sintez olunan polistirol aşağı keyfiyyətə malik idi və daha başa gəlirdi. Ona ancaq toz halında alaraq təziqdə tökmə ücün istifadə edirdilər . Sənayedə stirolu, əsasən (85%-ə qədər), 600-650oC temperaturda, atmosfer təzyiqi altında və qızdırılmış su buxarı əlavə etməklə (3-10 dəfə) etilbenzolun dehidrogenləşməsindən alırlar. Katalizator kimi kalium-karbonat əlavə etməklə dəmir-xrom oksidindən istifadə edilir. Digər sənaye üsulu (qalan 15%-i alırlar) etilbenzolun hidroperoksidindən propilen oksidin alınması prosesində əmələ gələn metilfenilkarbinolun dehidratasiyasından ibarətdir. Etilbenzolun hidroperoksidini etilbenzolun hava ilə qeyri-katalitik oksidləşməsindən alırlar.
Şpinel
Şpinel — mineral, alümoşpinellər qrupu MgAl2O4. Şpinel qrupun başqa mineralları (hersinit, qanit və qalaksit) izomorf sıralar əmələ gətirir. Al qismən Fe3+, Cr3+, Mn3+-la əvəz olunur. Kubik. Kristalları oktaedrik, bəzən kubik, rombododekaedrik. İkiləşmə {111} şpinel qanunu üzrə, bəzən polisintetik, nadir hallarda {211} üzrə. Ayrılma {111} üzrə qeyri-mükəm­məl. Aqreqat: dənəvər, tək-tək dənələr. Rəngi müxtəlif çalarlı, qırmızı, yaşıl, göy, qara, rəngsiz. Cizgisi ağ.
Ştrisel
Ştrisel (alm. Striezel‎) — maya xəmirindən bişirilən şirniyyat növü. Mərkəzi Avropada geniş yayılmış bu piroq adətən xaşxaş və ya almanın içindən avstriya və alman mətbəxində hazırlanır. Adətən uzunsov formada, ştollen kimi (ştrisel —ştollenin sinonimidir, Almaniyanın Drezden şəhərində Avropanın ən qədim bazarlarından olan Ştriselmarkın adından götürülmüşdür.
Stiven
Stiven — ad. Stiven Spilberq — görkəmli Amerika rejissoru, prodüseri və ssenaristi. Stiven Kinq – öz qorxu janrlı romanları ilə məşhur olan ABŞ-lı yazıçı. Stiven Frirz — Akademiya mükafatına namizədliyi olan İngilis film rejissoru. Stiven Hokinq — Stiven Cerrard — İngilis futbolçu. Stiven Soderberq — ABŞ rejissoru.
Sahel
Sahel (ərəb. ساحل)‎, sahel - sahil, sahilkənarı) — Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsudar torpaqlara malik tropik savanna.
Lars Ştindl
Lars Ştindl (26 avqust 1988-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Münhenqladbax klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. Ştindl Almaniyanın Speyer şəhərində anadan olmuşdur. O, futbolçu karyerasına Viesental klubunun gənclər komandasında başlamışdır. 2000-ci ilin yayında Karlsruher klubunun akademiyasına qəbul olmuşdur. Ştindl peşəkar karyerasına Karlsruher klubunda start vermişdir. O, Bundesliqada ilk oyununa 15 mart 2008-ci ildə çıxmışdır. O, Ayntraxt Frankfurt klubuna qarşı oyunda 81-ci dəqiqədə meydana daxil olmuşdur. Ştindl Bundesliqada ilk qolunu 29 noyabr 2008-ci ildə Hannover 96 klubuna qarşı oyunda vurmuşdur. 2010-cu ilin fevral ayında Ştindl Karlsruher klubunu tərk etmişdir. 16 mart 2010-cu ildə o, Hannover 96 klubu ilə müqavilə imzalamışdır.
Mersedes Ştiber
Mersedes Ştiber (4 sentyabr 1974, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. Mersedes Ştiber, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Mersedes Ştiber, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Qriqori Şpigel
Qriqori Oyzeroviç Şpigel (rus. Григорий Ойзерович Шпигель; 24 iyul 1914, Samara – 28 aprel 1981, Moskva) — SSRİ kino və teatr aktyoru. RSFSR-in əməkdar artisti. O, Leninqradda boya fabrikində işləyib. Moskvada həvəskar teatr rejissorluq fakültəsində təhsil almışdır. 1940-cı ildə o, "Mosfilm"də fəaliyyət göstərən məktəbi bitirmiş, daha sonra isə teatr və film aktyoru kimi çalışmışdır. Kişilər üçün qeyri-adi yüksək xarakterik səsi olmuşdur. "Uzaq sahillərdə" filmində mayor Şults rolunu canlandırıb.
Stiven Amell
Stiven Adam Amell (ing. Stephen Adam Amell) — Kanadalı akyor. Ox Kainatı silsiləli seriallarında oynadığı Oliver Kuin / Ox (komiksdəki eyni adlı obraz) və Yeniyetmə Ninja Turtles: Kölgələrdən Çıxış filmidə Kesi Cons rolu ilə tanınır. Amell Kanadanın Ontario çtatının Toronto şəhərində Sandra Enn və Tomas C. Amellin ailəsində anadan olub. Aktyor Robbi Amellin birinci dayısı oğludur. O oğlanlar üçün özəl məktəb olan St. Andrew's Collage-i biritib. Amell karyerasına 2004-cü ildə Yaxın dostlar serialının dördüncü mövsümünün iki seriasında müəllim Liberti Rayd rolunu oynamaqla başladı. Bundan sonra Dantenin Körfəzi serialının birinci mövsümündə Adam rolunu oynasada ikinci mövsümdə bu rol Con Felminqə verildi. 2007-ci ildə ReGenesis serialında oynadığı qonaq roluna görə Ceminay Mükafatı-nı qazandı.
Stiven Bolduin
Stiven Bolduin (ing. Stephen Baldwin; 12 may 1966) — ABŞ aktyoru.
Stiven Brayer
Stiven Brayer (ingl. Stephen Breyer, d. 15 avqust 1938-ci il, San-Fransisko, Kaliforniya) - amerikalı hüquqşünas, ABŞ Ali Məhkəməsinin üzvü. ABŞ prezidenti Bill Klinton tərəfindən təyin edilmişdir. Yəhudi ailəsində doğulmuşdur. Stenford universiteti və Harvard hüquq məktəbində təhsil almış, Harvard hüquq məktəbində dərs demişdir. Brayerin müəllimlərindən biri Nürnberq prosesinin "memarlarından" biri Benjamin Kaplan idi. 1980-ci ildən 1994-cü ilə qədər ABŞ birinci dairə Apelyasiya məhkəməsində hakim olmuşdur (1990-1994-cü illərdə həmin məhkəmənin sədri vəzifəsində çalışmışdır). 3 avqust 1994-cü ildə Senatın təsdiqindən sonra Ali Məhkəmənin üzvü olmuşdur. Məhkəmənin ən liberal hakimlərindən biri sayılır.
Stiven Cerrard
Stiven Cerrard (ing. Steven Gerrard) — İngilis futbolçu. 24 noyabr 2016cı ildə futbolçuluq karyerasını bitirdiyini rəsmən açıqlamışdır. Stiven Cerrard Liverpul ətrafındakı Vistonda anadan olmuşdur. Bura İngiltərənin Mersisayd bölgəsidir. Uşaq vaxtlarından etibarən Liverpul klubunun əsas azarkeşlərindən biri olmuşdur. Həmin müddət ərzində balaca Hinana adlanan kardinal məktəbində oxuyurdu və müxtəlif futbol müsabiqələrində iştirak edirdi. İlk addımlarını öz ana şəhəri olan Uiston Cuniyorsda atdı. 1989–cu ildən etibarən kiçik yaşlıların klubunda iştirak edirdi. Səkkiz yaşında olarkən Liverpulun uşaqlardan ibarət olan klubunda oynamağa başladı.
Stiven Frears
Stiven Artur Frirz (d. 20 iyun 1941[…], Lester) — Akademiya mükafatına namizədliyi olan İngilis film rejissoru. The Queen və The Grifters filmləri ilə "Ən Yaxşı Rejissor" namizədliyində Akademiya Mükafatına namizəd olmuşdur. 2007 Cannes Film Festivalında baş münsif olaraq yer almışdır.
Stiven Frirz
Stiven Artur Frirz (d. 20 iyun 1941[…], Lester) — Akademiya mükafatına namizədliyi olan İngilis film rejissoru. The Queen və The Grifters filmləri ilə "Ən Yaxşı Rejissor" namizədliyində Akademiya Mükafatına namizəd olmuşdur. 2007 Cannes Film Festivalında baş münsif olaraq yer almışdır.
Stiven Harper
Stiven Cozef Harper (ing. Stephen Joseph Harper; 30 aprel 1959, Toronto) — 6 fevral 2006-cı ildən Kanada baş naziri, 2006-cı il yanvarın 23-də növbədənkənar parlament seçkilərində qalib gələn Kanada Mühafizəkarlar Partiyasının lideri. Stiven Harper 1959-cu ildə Torontoda doğulub. Alberta əyalətində Kalqari universitetində iqtisadiyyat fakültəsini bitirib. 1993-cü ildə ilk dəfə parlamentə seçilib, 2004-cü ildə isə sağ cərəyanın əvvəl mövcud olan iki qrupunun birləşməsi nəticəsində formalaşan Mühafizəkarlar Partiyasının lideri olub. Liberalların on iki il hakimiyyətdə qalması 2006-cı il yanvarın 23-də seçkidə müxalifət partiyası olan Mühafizəkar partiyanın seçilməsi ilə sona çatdı. Partiyanın lideri Stiven Harper baş nazir vəzifəsində Pol Martini əvəz etdi. Mühafizəkarlar parlamentdə mütləq çoxluq təşkil etmədiyindən, hakimiyyətdə yalnız müxalifət partiyalarının dəstəyi ilə qala bilərlər. Seçkiqabağı kampaniya dövründə mühafizəkarlar vergiləri aşağı salmaq, cinayətkarlıqla mübarizəni gücləndirmək, hərbi xərcləri çoxaltmaq və ABŞ-la münasibətdə yaranmış problemləri aradan qaldırmaq vədləri vermişdilər. Harper siyasi opponentlərinin onda ultrasağ ideologiyaya olan meyli barədə fikirlərini qəbul etmirdi.
Stiven Hillenburq
Stiven Hillenburq (ing. Stephen Hillenburg; 21 avqust 1961[…], Fort Sill[d], Oklahoma[…] – 26 noyabr 2018, San Marino[d], Kaliforniya) — Amerikalı rəssam, animator, rejissor, "Spanç-Bob" personajının qurucusu. 1979-cu ildən bəri 15 filmdə yer almışdır. 21 avqust 1961-ci ildə ABŞ-də Lavton şəhərində doğulmuşdur. 2018-ci ilin noyabr ayının 26-da 57 yaşında vəfat etmişdir. Hillenburq evli idi və bir oğlu var.
Stiven Hokinq
Stiven Uilyam Hokinq (ing. Stephen William Hawking; 8 yanvar 1942[…], Oksford – 14 mart 2018[…], Kembric) — müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biridir. Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olmuşdur. 1962-ci ildə Oksford Universitetini bitirmiş və nəzəri fizika ilə məşğul olmağa başlamışdır. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü büruzə verir. 1965-ci ildə Ceyn Vayldla evlənir, bir qız və iki oğlan atası olur. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirir. Həmin dövrdən ölümünə qədər fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlamışdır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ əlinin şəhadət barmağı vasitəsi ilə verir.
Stiven Kainat
Stiven Kainat (ing. Steven Universe) — Rebekka Şuqar(en) tərəfindən Cartoon Network üçün yaradılmış amerikan cizgi serialı. Serialda Çimərlik şəhərində (ing. Beach City) yaşayan Stiven Kainat(en) və onun minerallardan təşkil olunmuş kristal yadplanetli dostları — Qarnet(en), Ametist(en) və Perl(en) dünyanı təhlükə yaradacaq şeylərdən müdafiə edir. Serialın pilot epizodu ilk dəfə 2013-cü ilin mayında efirə çıxdı və sonra serial 2013-cü ilin noyabrından başlayaraq 2019-cu ilin yanvarına qədər beş mövsüm olmaqla davam etdi. 2019-cu ilin sentyabrında serialın filmi "Steven Universe: The Movie(en)" buraxıldı, bunun ardınca iyirmi epizoddan ibarət "Steven Universe Future(en)" 2019-cu ilin dekabrından 2020-ci ilin martına qədər yayımlandı.
Stiven Keyz
Stiven Keyz (ing. Stephen McConnell "Steve" Case; 21 avqust 1958[…], Honolulu) — ABŞ milyarderi, "America Online" (AOL) nəhəng internet korporasiyasının yaradıcısı. Stiven Keyz 21 avqust 1958-ci ildə Havay adalarının Honolulu şəhərində anadan olmuşdur. 1980-ci ildə Uiliams kollecini siyasi elmlər ixtisası üzrə bitirib. İki il "Procter & Gamble" şirkətində brend menecer vəzifəsində çalışıb. 1982-ci ildən isə "Pizza Hut Inc."-də marketinq üzrə menecer kimi fəaliyyət göstərib. 1970-ci illərin sonlarında Keyz kompüter şəbəkələri ilə çox maraqlanırdı. O, 1983-cü ildə onlayn rejimində videooyunları təklif edən şirkətə işə düzəlir. Şirkətin oyun kompüterinə qoşulmaq modemin köməyi ilə mümkün idi. O zaman "Atari" oyunları xüsusilə məşhur idi.
Stiven Kinq
Stiven Kinq (21 sentyabr 1947[…], Portlend[d], Men ştatı) – öz qorxu janrlı romanları ilə məşhur olan ABŞ-lı yazıçı. Stiven Edvin Kinq (ingiliscə Stephen Edwin King) 21 sentyabr 1947-ci ildə Men ştatının Portlend şəhərində dünyaya göz açıb. Ailənin ikinci övladı idi. Atasının əsl soyadı Spənski olmuşdur amma o, soyadını daha yaxşı səslənən Kinqə dəyişdirmişdi. Stivenin həyata göz açması ailə üçün gözlənilməz bir hadisə olmuşdur. Belə ki, Stivenin anası Nelli Rut sağlamlığı ilə bağlı problemləri olduğundan uşaq dünyaya gətirə bilməməsini bildirirdi. Ailənin ilk uşağı olan Devid isə ailənin əsl övladı deyildi. Stivenin hələ iki yaşı olanda onun atası ailəni tərk edərək bir daha geri qayıtmamışdır. Uşaqları tənha böyüdən ana isə eyni zamanda iki işdə – çamaşırxanada və çörəkçixanada çalışırdı. Stivenin uşaqlıq illəri İndiana ştatının Fort Ueyn şəhərində (orada onun ata tərəfdən baba-nənəsi yaşayırdılar), Konnektikut ştatının Stratford şəhərində (orada Lois xalası yaşayırdı), Massaçusets ştatının Molden şəhərində və Men ştatının Paunal şəhərində (orada onun xalaları yaşayırdılar) keçmişdir.
Stiven Koen
Stiven Frend Koen (ing. Stephen Frand Cohen; (1938, Ouensboro, Kentukki, ABŞ) — SSRİ tarixi ilə məşğul olan ABŞ tarixçisi. Əsas tədqiqat sahəsi Sovet Rusiyasının 1917-ci ildə Oktyabr Sosialist İnqilabından sonrakı inkişafı və həmçinin ABŞ ilə münasibətləridir. The Victims Return: Survivors of the Gulag After Stalin ISBN 978-1-933002-40-8 Pub. 2010 by PublishingWorks Soviet Fates and Lost Alternatives: From Stalinism to the New Cold War ISBN 978-0-231-14896-2 Published 2009 by Columbia University Press Failed Crusade: America and the Tragedy of Post-Communist Russia ISBN 978-1-933002-40-8 Updated edition Pub. 2000 by W. W. Norton & Company Voices of Glasnost: Interviews With Gorbachev's Reformers ISBN 978-0-393-02625-2 Pub. 1989 by W W Norton & Co Inc Sovieticus: American Perceptions and Soviet Realities ISBN 978-0-393-30338-4 Pub. 1986 by W W Norton & Co. Rethinking the Soviet Experience: Politics and History since 1917 ISBN 978-0-19-504016-6 Pub.1985 by Oxford University Press An End to Silence: Uncensored Opinion in the Soviet Union, from Roy Medvedev's Underground Magazine "Political Diary" ISBN 978-0-393-30127-4 Pub.1982 Norton Bukharin and the Bolshevik Revolution: A Political Biography, 1888-1938 ISBN 978-0-19-502697-9 Pub.1980 by Oxford University Press Stiven Koenin rus dilində məqalələri Провальная американская (двухпартийная) политика в отношении России Arxivləşdirilib 2017-09-25 at the Wayback Machine (28.02.2012) Советский Союз: Жизнь после смерти Arxivləşdirilib 2017-09-25 at the Wayback Machine (21.12.2011) Отчего такой пессимизм по поводу возвращения Путина? (06.10.2011) «Перезагрузка» с Россией: ещё один упущенный шанс?
Stiven Kruqer
Stiven Kruqer (ing. Steven Krueger) — Amerikalı aktyor. Coşua Rossa rolu ilə İlk Doğulmuşlar serialı və Devidson rolu ilə Qusebumps filmi ilə tanınır.
Stiven Mənn
Stiven Mənn — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.