Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şüləver
Şüləver — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Şüləver - Borçalı qəzasının mərkəzi olmuşdur. 1925-ci ildə adı dəyişdirilərək Şaumyan qoyulmuşdur.
Susevər böcəklər
Susevər böcəklər-(lat. ) Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ Bu böcəklərin adları susevər olsa da özləri yaxşı üzə bilmirlər. Hətta çoxları heç üzmür. Işığa çox həvəslə uçurlar. Onlar bataqlıq və durğun suların yaxınlığında yanan işıqlara daha çox gəlirlər. Çünki onlar durğun sularda və bataqlıq yerlərdə yaşayır və artıb çoxalırlar. Sakit yay gcələrində işıq vasitəsilə cücüləri toplayan zaman adamın qulağına hər tərəfdən tappıltı səsləri gəlir. Elə bilirsən ki, göydən daş tökülür. Başını qaldırıb baxanda ətrafında yerə və divara zərbə ilə dəydikdən sonra hələ özünə gəlməyən yaşılımtıl qara rəngli, güzgü kimi parıldaq və çox iri böcəklərin arxası üstə düşüb çapaladığını görürsən. onlar çevrilmək üçün ayaqlarını göydə oynadaraq özünə dayaq nöqtəsi axtarır, saatlarla çapalayır, fırfıra kimi fırlanır və buna nail ola bilmirlər.
Tarık Kutver
Tarık Kutver (1 yanvar 1940, İstanbul – 20 aprel 2011) - Türkiyənin keçmiş milli futbolçusudur. Uzun illər “Qalatasaray”da çıxış edib. Tarık Kutver 20 aprel 2011-ci ildə yaşadığı Çanaqqalanın Ezine rayonunda vəfat edib. == Klub karyerı == Fənərbaxça infrastrukturunda futbol oynamağa başlayıb və oradan 1958-59-cu illərdə Fatih Karagümrük komandasına transfer olunaraq peşəkar futbol həyatına başlayıb. 1962-ci ildə "Qalatasaray"a transfer olunub və orada Superliqa çempionluğunu qazanıb. "Qalatasaray"da 5 mövsüm keçirib. 1967-ci ildə "Mersin Talim Yurdu FK"na transfer olunub. 1970-ci ildə futbolçu karyerasını bu komanda ilə başa vurub.
Mustafa Seyid Sutüvən
Mustafa Seyid Sutüvən(1908–1969) — Türkiyə şairi. Şeirləri "Yücəl", "Sərvəti-fünun", "Oyanış", "Yedditəpə", "Yeni səs", "Türk dili", "Yeni insan", "Yurd və dünya", "Varlıq" kimi dərgilərdə çap olunur. Əruz vəznilə əski tərzdə qəzəl və məsnəvilər də yazır, həcvlər də… Bir ara Nazim Hikmət şeirinə heyran olur və sərbəst şeirə keçir. Yəhya Kamal və Yaqub Qədrinin başlatdığı neo-yunan cərəyanından da təsirlənir və bu təsirlə Qərb qaynaqlarına yönəlir. Yunan və Roma tarixini, Ege tarixini, əski yunan mifologiyasını oxuyur. Əski yunan mifologiyasında Qazdağından (İda) tanrıların dağı kimi bəhs edilir. Mustafa Seyid tanrıların dağı İdanı (Qazdağı) bizim tariximiz baxımından tədqiq edir və onun şeirini bu tarixi mövqedən yazır. Onun məşhur "Sutüvən" şeirinin yazılma tarixçəsi belədir: 1934-cü ildə Atatürk Ədrəmiti ziyarət edəcəkdi. Kaymakam Midhət Kamal bəy Mustafa Seyiddən Qazdağındakı Sutüvən şəlaləsi üçün bir şeir yazmasını, bunu bir daşın üzərinə həkk edərək Atatürk gəlmədən suyun başına qoyacağını deyir. Şair özünün məşhur "Sutüvən" şeirini yazır.
Akkan Suvər
Akkan Suvər — Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti, Mərmərə Qrupu Fondunun prezidenti, "Tərəqqi" medalı laureatı. == Həyatı == Akkan Suvər 1942-ci il avqustun 8-də İstanbul şəhərində anadan olub. O, 1987-1995-ci illərdə Milliyyətci Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub. 1997-ci ildə özünün qərarı ilə tutduğu vəzifədən azad edilib. Aktiv fəaliyyətinə və səylərinə gorə YUNESKO tərəfindən Mərmərə Qrupu Fondu Mədəniyyətlərarası Dialoq Komissiyasına uzv kimi qəbul olunub. 2009-cu il martın 4-də təsis olunmuş Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti və təsisçi üzvüdür. Hazırda Mərmərə Qrupu Fondunun prezidentidir. == Mükafatları == 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Medison skver
Medison skver (ing. Madison Square) — Manhettenin Fletayron rayonunda ictimai park. Park Beşinci prospekt, Brodvey, Şərqi 23-cü küçə, Medison prospekti və 26-cı küçə ilə sərhədlənib. 1686-cı ildə Nyu-York Qubernatoru Tomas Donqan, parkın indi yerləşdiyi ərazilərin çoxunun bələdiyyə mülkiyyətinə verildiyi şəhər nizamnaməsini təsdiqlədi. 1794-cü ildə bu sahədə yoxsullar üçün qəbiristanlıq quruldu. Üç il sonra o, indiki Vaşinqton Skver Parka köçürüldü. XIX əsrin əvvəllərində parkın indi əhatə etdiyi ərazi 97 hektarlıq sahəyə daxil edildi, orada hərbi baraklar, arsenal və kasıblar üçün bir qəbiristanlıq yerləşirdi. 1814-cü ildə bu əraziyə ABŞ-nin dördüncü prezidenti Ceyms Medisonun adı verildi və 36 hektara qədər azaldıldı. meydanın ətrafında tikilmiş malikanələrdə ABŞ-nin 26-cı prezidenti Teodor Ruzvelt, yazıçı Edit Varton və Vinston Çörçillin anası Cenni Çörçill kimi tanınmış şəxslər doğulmuşdular. 1857-ci ildə meydanın qərb hissəsində Meksika-ABŞ müharibəsində iştirak edən general Vilyam Uortun məzarı üzərində obelisk qoyuldu.
Portsmut-skver
Portsmut Skver (ing. Portsmouth Square) — Kaliforniya əyalətinin San Fransisko şəhərində Çin məhəlləsində olan və şərqdə Kearny küçəsi, şimalda Vaşinqton küçəsi, cənubda Clay küçəsi və qərbdə Ualter Lum Place ilə məhdudlaşdırılmış bir park.
Portsmut Skver
Portsmut Skver (ing. Portsmouth Square) — Kaliforniya əyalətinin San Fransisko şəhərində Çin məhəlləsində olan və şərqdə Kearny küçəsi, şimalda Vaşinqton küçəsi, cənubda Clay küçəsi və qərbdə Ualter Lum Place ilə məhdudlaşdırılmış bir park.
Tayms-skver
Tayms-skver (ing. Times square) — Nyu-Yorkda Vest 42-ci prospekt, Brodvey küçəsi və Yeddinci avenyu ilə kəsişdiyi qovşaq və ətrafındakı sahə. Dəqiq sərhədi yoxdur, lakin şərqdə Altıncı avenyu, qərbdə Səkkizinci avenyu, cənubda 40-cı prospekt və şimalda 53-cü prospektə qədər uzanan bir sahə olub Manhettenin Midtovn bölgəsinin qərb tərəfinə qədər uzanır. 1904-cü ilin yeni il axşamı, Tayms-skverə adını verən Nyu-York Taymsın meydandakı yeni binalarına köçməsinin atəşfəşanlıqla qeyd olunması ilə yeni bir ənənə başladı və hər il yeni il bu meydanda atəşfəşanlıqla qeyd olunmağa başlandı. Bu ənənə hələ də davam edir. Hər il meydanda minlərlə insan yeni ili göstərən məşhur işıqlı topun enişini izləyər. Tayms-skver sıx nəqliyyatı ilə məşhur olduğu kimi taksiləri ilə də məşhur bir meydandır.
Melvil Reymond Şunker
Melvil Reymond Şunker (1925, Britaniya Hindistanı – 4 yanvar 2021, Qoa) — Hindistan donanmasının vitse-admiralı, Hindistan Hərbi Dəniz Qüvvələri komandirinin sabiq 6-cı müavini. Hindistan Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Melvil Reymond Şunker 1925-ci ildə Hindistanda anadan olmuşdur. O, 1943-cü ildə əsgər kimi müstəmləkə Hindistanın Hərbi Dənizçilik Könüllüləri Ehtiyatına qatıldı və burada hərbi xidmətinə başladı. Yardımçı patrul gəmilərinin yanında mina gəmilərində də xidmət etdi. İkinci Dünya müharibəsindən sonra Hindistan Kral Donanmasında daimi komissiyaya üzv seçildi. 1956-cı ildə Şunker bir çox gəminin, o cümlədən, Liverpulda istismara verilən "Maysor" gəmisinin kapitanı vəzifəsinə qədər yüksəldi. O, zabit kimi bu gəminin ekipajında oldu. Təxminən iki il gəmidə xidmət etdikdən sonra Koşində yerləşən Silahçılıq Məktəbinə göndərildi. Uzun topçuluq kursu ilk dəfə Hindistanda idi və Şunker burada kurs zabiti idi. Melvil Reymond 1960-cı ildə "Rana" gəmisinin komandiri vəzifəsinə gətirilir.