Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ever Baneqa
Ever Baneqa (29 iyun 1988 Rosario) Argentinalı futbolçu. Hal-hazırda İspaniyanın Sevilya klubunda oynayır. == Klub karyerası == Futbola Boka Cuniors'un uşaq məktəbində başlamış, peşəkar futbola isə 2006-2007 mövsümündə başlamışdır. O, Boka Cuniors'un heyətində 28 oyuna çıxsa da, qol vura bilməmişdir. 2008-ci ildə Valensiya ilə razılaşan Baneqa, 2008-2009 mövsümündə icarə əsasında Atletikoya keçmışdir. Burada 24 oyuna çıxmış və 1 dəfə fərqlənmişdir. 2014-cü ildə isə icarə əsasında Nevels Old Boyz da oynamış, 14 oyuna 1 qol vurmuşdur. Lakin elə həmin il Sevilyaya transfer olunmuşdur. O, Sevilyanın heyətində 34 oyuna çıxmış və 3 qol vurmuşdur.
Ever Given
Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur.23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır. == Təsviri == Gəminin tam adı MV Ever Given classTriple E, uzunluğu 400 metrdir, 224 min ton yükgötürmə gücünə malikdir. Dünyanın ən iri 13 konteyner daşıyan gəmilərdən biridir. Imabari Shipbuilding gəmiqayırma şirkəti tərəfindən 25 dekabr 2015 ildə yaradılıb, 9 may 2018 ildə suya buraxılıb. 11 silindrli Mitsui – MAN B&W 11G95ME-C9 mühərriki ilə təchiz olunub və dəqiqədə 79 dövriyyədə gücü 59 300 kVt (79 500 at gücü) təşkil edir, bu güc gəmiyə 22,8 (42,2256km/saat) düyün sürətə gədər yüksəlməyə imkan verir. Limanlarda manevr etmək üçün əlavə 2500 kVt (3400 at gücü) gücündə qurğulara malikdir. Konteyner tutumu 20124 TEU təşkil edir. Panamada qeydiyyatdadır, texniki xidmətinə görə Almaniyanın Bernhard Schulte Shipmanagement şirkəti cavab verir.
İta Ever
İta Ever (est. Ita Ever 1 aprel 1931, Payde – 9 avqust 2023, Tallin) — Sovet və Estoniya teatr və kino aktrisası. Estoniya SSR xalq artisti (1973). Mədəniyyət üzrə Estoniya Milli Mükafatı laureatı (2007). == Bioqrafiyası == İta Ever 1 aprel 1931-ci ildə Yarvamaa vilayətinin Payde şəhərində anadan olub. İlk dəfə İta Ever 1949-cu ildə Eston Dram Teatrının səhnəsində, onuncu sinif şagirdi, məktəb dram dərnəyinin iştirakçısı olaraq çıxış edir. Arbuzovun "Tanya" pyesində baş rolu oynayır. 1953-cü ildə Rusiya Teatr İncəsənəti İnstitutunun Estoniya Studiyasını bitirir. İyirmi tələbə yoldaşı ilə birlikdə Estoniya Dram Teatrına qəbul edilir. İta Ever bu səhnədə təxminən 120 rol oynayır.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Eqer
Eqer (lat. Agria, alm. Erlau‎) — Macarıstanın Heveş əyalətinin paytaxtı və Şimali Macarıstanın ikinci ən böyük şəhəri. Eqer şəhəri qalaları, termal qurğuları, tarixi binaları, Türk minarələri və qırmızı şərabı ilə tanınır. Eqerin tarixi Daş dövrünə aiddir. Şəhərin əsası XV əsrdə Macarıstanın ilk xristian kralı Müq. Stefan tərəfindən qoyulmuşdur (997-1038). == Coğrafiyası == Eqer paytaxt Budapeştin 135 km şimal-şərqində, Eqer çayı sahilində, Bükk dağının ətəklərində yerləşir. == Tarixi == Şəhərin tarixi Daş dövrünə aiddir. Erkən orta əsrlərdə alman, avar və slavyan tayfaları burada yerləşdi.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz)Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü.Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Never
Never-Fransada Luara çayının sağ sahilində yerləşir.
Tver
Tver (1931–1990-cı illərdə Kalinin) — Rusiya Federasiyasında şəhər, Tver vilayətininin və Kalinin rayonunun inzibati mərkəzi, Moskvadan 150 km aralıda, Tvertsa və Tmaka çaylarının Volqa çayına töküldüyü ərazizidə yerləşir.
Yever
Yever (alm. Jever‎) — Almaniyada Aşağı Saksoniya torpaqlarında yerləşən şəhər, rayon mərkəzi. Yever şəhəri Friziya rayonunun tərkibinə daxildir. Əhalusu 13 932 nəhərdir (31 dekabr 2010-cu il tarixinə). Sahəsi 42,13 kv. km.-dir. Rəsmi kodu - 03 4 55 007 == Tarixi == XVI əsrə kimi Yever şəhəri frizlərin tayfa mülkü olmuşdur. Yerli əhali feodalizmin nə olduğunu bilmirdi və orta əsrlərdə Baltik və Şimal dənizlərində fəaliyyət göstərən dəni quldurlarından ibarət "Vitali qardaşları"na həvəslə daxil olurdular. Sonuncu yerli hakimlərindən biri ölümündən bir qədər əvvəl, 1511-ci ildə Yever şəhərini bu şərtlə Şərqi friz hakimi Edzarda vəsiyyət etdi ki, o, öz oğlunu onun qızı ilə evləndirsin. Edzardın ölümündən sonra onun oğlu Mariya Yeverski ilə evlənməkdən imtina etdiyinə görə şəhər əhalisi onun nümayəndələrini şəhərdən qovdular.
Əhər
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. == Təbii fəlakətlər == 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. == İqtisadiyyatı == 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Ənvər
Ənvər — kişi adı. Ənvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər Sadat — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981) Ənvər Vəliyev — Aktyor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ənvər Arazov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər paşa — 4 avqust 1922 Tacikistan) Osmanlı İmperiyası tarixində əhəmiyyətli Ənvər Əlibəyli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əbluc — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor. Ənvər Həsənov — Azərbaycan aktyoru, ikinci rejissor, koordinator, rejissor assistenti, Azərbaycanın əməkdar artisti (2000). Ənvər İsmayılov Əsgər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR əməkdar mühəndisi (1962). Əsgər Sərvər oğlu İsmayılov — krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, gitaraçı, Ukraynanın xalq artisti Ənvər Çingizoğlu — yazıçı, publisist, geneoloqKəndlər Ənvər Məmmədxanlı (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Happier Than Ever
Happier Than Ever — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu. 30 iyul 2021-ci ildə səsyazma şirkətləri Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Aylişin qardaşı Finneas tək başına etmişdir. İlk növbədə dauntempo pop albomu olan Happier Than Ever, cüzi miqdarda caz və elektropop elementlərini təcəssüm etdirir. Albomda Aylişin şöhrətə yüksəlişindən və bunun mənfi tərəflərindən danışılır. Buraxıldıqdan sonra albom musiqi tənqidçiləri tərəfindən tənqidi rəğbətlə qarşılandı, onlar onun üslubunu, istehsalını və dərin sözlərini təriflədilər. 64-cü İllik Qremmi Mükafatlarında albom və onun adını daşıyan trek müxtəlif kateqoriyalarda, "İlin Albomu", "Ən Yaxşı Pop Vokal Albomu", "İlin Mahnısı" və "İlin Rekordu" daxil olmaqla yeddi nominasiya qazandı. Albomu dəstəkləmək üçün yeddi sinql buraxıldı: "My Future", "Therefore I Am", "Your Power", "Lost Cause", "NDA", "Happier Than Ever" və "Male Fantasy"; ilk üçü ABŞ Billboard Hot 100-ün ilk 10-luğuna daxil oldu. Happier Than Ever ABŞ-da bir nömrəyə yüksələn və digər 27 ölkədə albom hit-paradlarında birinci olan Aylişin ikinci albomu olaraq Billboard 200-ün zirvəsində debüt etdi. Ayliş 3 sentyabr 2021-ci ildə buraxılan "Happier Than Ever: Los-Ancelesə sevgi məktubu" filmində albomda yer alan trekləri canlı ifa etdi.
Abilli (Əhər)
Abilli (fars. ابللو‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (45 ailə).
Aleksandr Sever
Mark Avreli Sever Aleksandr (lat. Marcus Aurelius Severus Alexander), Roma tarixşünaslığında daha çox Aleksandr Sever kimi tanınır (1 oktyabr 208 – 19 mart 235) — 13 mart 222-ci ildən 19 mart 235-ci ilə qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Sever sülaləsinin sonuncu padşahı olmuşdur. Sever Helioqabalın əmisioğlu və xələfi olmuşdur. == Həyatı == Aleksandr Sever padşahlıq etməyə başlayanda onun on dörd yaşı var idi. Hökumətə pretori prefekti hüquqşünas Ulpian rəhbərlik edirdi. İmperiyanın iqtisadi vəziyyəti çətin halda idi və imperator ordunun xərclərini azaltmağa çalışırdı. O, həm də sosial müdafiə və xeyirxahlıq siyasəti həyata keçirirdi. Sasanilərin şərqdə yüksəlişi onu sülh danışıqları aparmağa məcbur etmişdir. O, həmçinin Maynsda german tayfaları ilə danışıqlar aparmağa çalışsa da, legionerləri tərəfindən öldürülmüşdür.
Allı (Əhər)
Allı (fars. اللو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 736 nəfər yaşayır (170 ailə).
Alpout (Əhər)
Alpout (fars. الپاويت‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (21 ailə).
Anbarlı (Əhər)
Anbarlı (fars. عنبرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (6 ailə).
Audiovizual əsər
Audiovizual əsər - müvafiq maddi daşıyıcıya yazılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olmayan) kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (telefilmlər, videofilmlər, diafilmlər, slaydfilmlər, animsiya filmləri və sair). == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145 s.
Ağacəli (Əhər)
Ağacəli — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Müvazəxan kəndistanında, Vərzəqan qəsəbəsindən 25 km. qərbdədir.
Ağıllı evlər
Ağıllı evlər — Ağıllı ev sistemi , işıqlandırma və istilik kimi alətlər və sistemlərin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir. Ev avtomatlaşdırılması kimi tanınan Smart ev texnologiyası; Çox hallarda ev sahibləri ağıllı evlərinə və və ya maşınlara quraşdırılmış smart cihazlarla evlərinin təhlükəsizliyini, rahatlığını və enerji səmərəliliyini nəzarət edə biləcəyi sistemlərdir. Qaraj qapı, həyəcan siqnal sistemləri, qəhvə maşın timer açılması və bağlanması kimi sistemlər ağıllı ev sistemlərinin sadə nümunələridir. == Haqqında == Ancaq ev avtomatlaşdırılması və ağıllı evlərdən danışarkən, istedad və nümunələr daha da irəli səviyyələrə çıxır. Ayrı ayrı çalışan qurğuların əvəzinə bir ağıllı ev bir əsas ev avtomatlaşdırma nəzarətçisi tərəfindən idarə olunan bir çox alt sistemini birləşdirir. Bu əsas avtomatlaşdırma nəzarətçi ev avtomatlaşdırma sistemində idarəçi kimi ev ətrafında olan bütün qurğulara daxil olur, əmr verir və hər şeyi nəzarət edir. == Zamanla təyin edilmiş hadisələr == Ev sahibinin istənilən vaxt və ya evin coğrafi mövqeyinə uyğun olaraq dəyişən gündüz işlərinə uyğun olaraq qurulası sistemdir. Bu xüsusiyyət sayəsində ev hər gün təyin olunan saatlara xüsusi əməliyyatlar həyata keçirir. Məsələn; səhər otağının pəncərələrini açaraq otağı havalandırır , gün batımına və ya doğumuna görə evin kənarında işıqları açır və bağlayır. Bunlar ev avtomatlaşdırma sisteminin işinə səbəb olan vəziyyətlərdir.
Babacan (Əhər)
Babacan (fars. باباجان‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Baharistan (əsər)
Baharistan — Əbdürrəhman Caminin əsəri. "Baharistan" XIII əsrin məşhur didaktik şairi Sədi Şirazinin "Gülüstan"ına nəzirə olaraq 1487-ci ildə yazılmışdır. Bu zaman Caminin 73 yaşı var idi. Caminin əsərləri içərisində "Baharistan" xüsusi yer tutur. Cami əvvəlcə "Baharistan" tipli bir kitab yazmaq fikrində olmamış yalnız Sədinin "Gülüstan" kitabını oğluna oxuyaraq, "birdən" bu fikrə düşmüşdür. O, "Baharistan"ın müqəddiməsində yazır: "...İndiki ürəkaçan bir vaxtda, ürəyimin parçası oğlum Ziyaəddin Yusif ərəb dilini yenicə öyrənməyə, ədəb elmini təzəcə dərk etməyə başladığı bir çağda onu xatırlamaq istəyirəm ki, yeniyetmələr və zəhmətə alışmamış uşaqlar ürəklərinə yatmayan, ağılların çatmayan sözlər eşitdikdə qəlblərinə bir dəhşət, beyinlərinə bir vəhşət çökür. Onun başını qarışdırmaq, tədrisə alışdırmaq üçün mən bəzən məşhur şeyx böyük ustad Müsləhəddin Sədi Şirazinin ən qiymətli təbərrüklərindən - "Gülüstan"dan bir neçə sətir oxuyardım... Bu zaman birdən fikrimə gəldi ki... mən də bu səpgidə bir neçə sətir, bu üslubda bir neçə varaq yazım ki, hazırlar üçün bir dastan, qaiblər üçün bir ərməğan olsun" Cami fikirləşdiyi kimi də edir. Lakin nədənsə bu əsəri dövrünün hökmdarı Sultan Hüseynə ithaf edir.
Ballıqışlaq (Əhər)
Ballıqışlaq (fars. باللي قشلاق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 453 nəfər yaşayır (100 ailə).
Bayramxacə (Əhər)
Bayramxacə — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Düdəngə kəndistanında, Horand qəsəbəsindən 12 km. şimaldadır.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.