EVER

adv 1. bir zaman / vaxt; nə vaxt olursa olsun; the best film we ~ saw gördüyümüz filmier arasında ən yaxşısı; 2. həmişə, daim; həmişəlik, əbədi, ömürlük; Pedants will ever be carping Pedantlar daim yersiz irad tuturlar; 4. heç vaxt, heç bir vaxt; No man can ever understand you Səni / Sizi heç kəs heç vaxt başa düşə bilməyəcək; 5. çox, lap, lap çox; This road is ever so much shorter Bu yol lap çox qısadır;

◊ as good as ~ həmişəki kimi yaxşı; The argument is as convincing as ever Dəlil həmişəki kimi inandırıcıdır; yours ~ yours həmişə sizə sadiq (məktubun sonunda imzadan qabaq yazılır)

EVENTFUL
EVER-LIVING
OBASTAN VİKİ
Ever Baneqa
Ever Baneqa (29 iyun 1988 Rosario) Argentinalı futbolçu. Hal-hazırda İspaniyanın Sevilya klubunda oynayır. == Klub karyerası == Futbola Boka Cuniors'un uşaq məktəbində başlamış, peşəkar futbola isə 2006-2007 mövsümündə başlamışdır. O, Boka Cuniors'un heyətində 28 oyuna çıxsa da, qol vura bilməmişdir. 2008-ci ildə Valensiya ilə razılaşan Baneqa, 2008-2009 mövsümündə icarə əsasında Atletikoya keçmışdir. Burada 24 oyuna çıxmış və 1 dəfə fərqlənmişdir. 2014-cü ildə isə icarə əsasında Nevels Old Boyz da oynamış, 14 oyuna 1 qol vurmuşdur. Lakin elə həmin il Sevilyaya transfer olunmuşdur. O, Sevilyanın heyətində 34 oyuna çıxmış və 3 qol vurmuşdur.
Ever Given
Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur.23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır. == Təsviri == Gəminin tam adı MV Ever Given classTriple E, uzunluğu 400 metrdir, 224 min ton yükgötürmə gücünə malikdir. Dünyanın ən iri 13 konteyner daşıyan gəmilərdən biridir. Imabari Shipbuilding gəmiqayırma şirkəti tərəfindən 25 dekabr 2015 ildə yaradılıb, 9 may 2018 ildə suya buraxılıb. 11 silindrli Mitsui – MAN B&W 11G95ME-C9 mühərriki ilə təchiz olunub və dəqiqədə 79 dövriyyədə gücü 59 300 kVt (79 500 at gücü) təşkil edir, bu güc gəmiyə 22,8 (42,2256km/saat) düyün sürətə gədər yüksəlməyə imkan verir. Limanlarda manevr etmək üçün əlavə 2500 kVt (3400 at gücü) gücündə qurğulara malikdir. Konteyner tutumu 20124 TEU təşkil edir. Panamada qeydiyyatdadır, texniki xidmətinə görə Almaniyanın Bernhard Schulte Shipmanagement şirkəti cavab verir.
Happier Than Ever
Happier Than Ever — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu. 30 iyul 2021-ci ildə səsyazma şirkətləri Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Aylişin qardaşı Finneas tək başına etmişdir. İlk növbədə dauntempo pop albomu olan Happier Than Ever, cüzi miqdarda caz və elektropop elementlərini təcəssüm etdirir. Albomda Aylişin şöhrətə yüksəlişindən və bunun mənfi tərəflərindən danışılır. Buraxıldıqdan sonra albom musiqi tənqidçiləri tərəfindən tənqidi rəğbətlə qarşılandı, onlar onun üslubunu, istehsalını və dərin sözlərini təriflədilər. 64-cü İllik Qremmi Mükafatlarında albom və onun adını daşıyan trek müxtəlif kateqoriyalarda, "İlin Albomu", "Ən Yaxşı Pop Vokal Albomu", "İlin Mahnısı" və "İlin Rekordu" daxil olmaqla yeddi nominasiya qazandı. Albomu dəstəkləmək üçün yeddi sinql buraxıldı: "My Future", "Therefore I Am", "Your Power", "Lost Cause", "NDA", "Happier Than Ever" və "Male Fantasy"; ilk üçü ABŞ Billboard Hot 100-ün ilk 10-luğuna daxil oldu. Happier Than Ever ABŞ-da bir nömrəyə yüksələn və digər 27 ölkədə albom hit-paradlarında birinci olan Aylişin ikinci albomu olaraq Billboard 200-ün zirvəsində debüt etdi. Ayliş 3 sentyabr 2021-ci ildə buraxılan "Happier Than Ever: Los-Ancelesə sevgi məktubu" filmində albomda yer alan trekləri canlı ifa etdi.
İta Ever
İta Ever (est. Ita Ever 1 aprel 1931, Payde – 9 avqust 2023, Tallin) — Sovet və Estoniya teatr və kino aktrisası. Estoniya SSR xalq artisti (1973). Mədəniyyət üzrə Estoniya Milli Mükafatı laureatı (2007). == Bioqrafiyası == İta Ever 1 aprel 1931-ci ildə Yarvamaa vilayətinin Payde şəhərində anadan olub. İlk dəfə İta Ever 1949-cu ildə Eston Dram Teatrının səhnəsində, onuncu sinif şagirdi, məktəb dram dərnəyinin iştirakçısı olaraq çıxış edir. Arbuzovun "Tanya" pyesində baş rolu oynayır. 1953-cü ildə Rusiya Teatr İncəsənəti İnstitutunun Estoniya Studiyasını bitirir. İyirmi tələbə yoldaşı ilə birlikdə Estoniya Dram Teatrına qəbul edilir. İta Ever bu səhnədə təxminən 120 rol oynayır.
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu (ing. Happier Than Ever: A Love Letter to Los Angeles) — Robert Rodriges və Patrik Ozbornun rejissorluğu ilə çəkilmiş ABŞ istehsalı konsert filmi. Filmdə müğənni-bəstəkar Billi Ayliş "Happier Than Ever" albomundan bütün 16 treki canlı olaraq Hollivid-boulda (ing. Hollywood Bowl) ifa edib. Baş tutan çıxışda onu qardaşı Finneas O'Konnell və Los-Anceles flarmoniyası müşayiət edib.
Columba eversmanni
Sarıgöz göyərçin (lat. Columba eversmanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Con Everett Mille
Con Everett Mille (8 iyun 1829[…], Sauthempton, Hempşir qraflığı[d] – 13 avqust 1896[…], London) — Prerafaelit Qardaşlığının yaradıcılarından biri olan ingilis rəssamı və illustratoru. == Həyatı == === Erkən illəri === Mille 1829-cu ildə İngiltərənin Sauthempton şəhərində Cersidə yaşayan məşhur bir ailədə anadan olub. Valideynləri Con Vilyam Mille və Emili Meri Mille idi. Erkən uşaqlığının çox hissəsi Cersidə keçirmişdir və həyatı boyu buraya bağlılığını qoruyub saxlamışdır. Anasının "avtoritar şəxsiyyəti" onun erkən həyatına çox güclü təsir etmişdir. O, incəsənətə və musiqiyə böyük maraq göstərirdi və oğlunun bədii yaradıcılığını həvəsləndirdi, Kral İncəsənət Akademiyasında əlaqələrin inkişafına kömək etmək üçün ailənin Londona köçürülməsini təşviq etdi. Daha sonra “Mən hər şeyi anama borcluyam” dedi.Onun bədii istedadı ona hələ görünməmiş on bir yaşında Royal Academy Schools-da bir yer qazandı. Orada olarkən o, 1847-ci ilin sentyabrında Bedford Meydanı yaxınlığındakı Gower küçəsindəki ailə evində Pre-Rafaelit Qardaşlığını ("PRB" kimi tanınır) qurduğu William Holman Hunt və Dante Gabriel Rossetti ilə tanış oldu.
Corc Everest
Corc Everest — 1790-cı il iyulun 4- də Qvernveyldə (Uels) anadan olmuşdur. Kral Hərbi Akademiyasında təhsil almışdır. 16 yaşında təhsilini başa vurduqdan sonra Corc Hindistana göndərirlər. O, Hindistanda qeodeziya işləri ilə məşğul olur. Hindistanda bir müddət işlədikdən sonra onu Yava adalarına ezamiyyə edirlər. 1814 – 1816-cı illərdə Corc Everest Yava adalarında fəaliyyət göstərdikdən sonra onu yenidən Hindistanda işləməyə çağırırlar. O, yenidən Hindistanda geodeziya işləri ilə məşğul olmağa başlayır. 1816-cı ildən isə Corc Everest Uilyam Lemptonla bərabər Hindistanın geodeziya xəritəsini çəkməyə başlayırlar. Uzun müddətli zəhmətlərdən sonra Corc Everestin rəhbərliyi altında Hindistanın geodezik və siyasi xəritəsi tam dəqiqliyi ilə tərtib olunur. O, həm də 1841-ci ildə Himalay dağlarının xəritəsini tərtib edir və dağın ən yüksək zirvələrini də (Comolunqma) bu xəritədə göstərir.
Eduard Fridrix Eversman
Eduard Fridrix Eversman (Eduard Friedrich Eversmann; 23 yanvar 1794 – 14 aprel 1860, Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) — Rusiyalı təbiətşünas, botanik, zooloq, entomoloq, lepidopteroloq, həkim, və səyyah. Milliyyətcə almandır. == Eversmanın şərəfinə adlandırılmış taksonlar == === Heyvanlar === Spermophilus undulatus Allocricetulus eversmanni (Brandt, 1859) Meriones erythrourus Mustela eversmanii Lesson, 1827 Columba eversmanni Bonaparte (1856) Crossobamon eversmanni Wiegmann (1834) Parnassius eversmanni Kirinia eversmanni (Eversmann, 1847) (= Lasiommata eversmanni; =Esperarge eversmanni). Lycaena eversmanni Lang, 1884 Eversmannia Andrena eversmanni (Radoszkowski, 1867) Aristothereva eversmanni (Zaitzev, 1971) Trox eversmanni Callisthenes eversmanni (Chaudoir, 1850) === Bitkilər === Potentilla eversmanniana Tetradiclis eversmanni Bunge, nom. inval. (= Tetradiclis tenella) == Əsərləri == 1832. Lepidopterorum species nonnullae novae Gubernium Orenburgense incolentes. Nouvelles Memoires de la Societe imperiela des Naturalistes de Moscou. 2: 347–354, 2 cpls. 1841.
Erigeron evermannii
Erigeron evermannii (lat. Erigeron evermannii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Everest
Everest (ing. Mount Everest), Comolunqma (tib. ཇོ་མོ་གླང་མ), Saqarmatxa (nep. सगरमाथा) və ya Jumulanqma (çin. ənən. 珠穆朗玛, pinyin: Zhumulangma) — Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağ. Nepal (1 nömrəli əyalət) və Çin (Tibet Muxtar Vilayəti) arasındakı beynəlxalq sərhəd Everestin zirvə nöqtəsindən keçir.Zirvənin mövcud rəsmi yüksəkliyi 1955-ci ildə Çin və Nepal tərəfindən tanınan bir Hindistan araşdırması tərəfindən 8,848 metr (29,029 ft) olaraq qeyd edilmiş və sonradan 1975-ci ildə bir Çin araşdırması ilə təsdiq edilmişdir. 2005-ci ildə Çin 8844.43 m (29.017 ft.) nəticə ilə dağın qaya hündürlüyünü iddia etdi. Rəsmi hündürlüyün qayanın hündürlüyünün (8,844 m, Çin) və ya qarın hündürlüyünün (8,848 m, Nepal) olub olmaması ilə bağlı Çin və Nepal arasında mübahisə davam etdi. 2010-cu ildə hər iki tərəf Everestin hündürlüyünün 8.848 m olması barədə razılığa gəldilər.1865-ci ildə, Everest rəsmi ingilis adı Kral Coğrafiya Cəmiyyəti tərəfindən Hindistanın ingilis Generalı Andrev Vaufun tövsiyəsi ilə verildi.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.).Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur.Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır. Şimal Baza Düşərgəsinə, Çin Milli Magistralı 318 — dən ayrılan asfalt bir yolla giriş mümkündür. Alpinistlər, hündürlük xəstəliyi riskini və şiddətini azaltmaq üçün, adətən, iqlimləşmə üçün bir neçə gün baza düşərgəsində istirahət edirlər.
Everest dağı
Everest (ing. Mount Everest), Comolunqma (tib. ཇོ་མོ་གླང་མ), Saqarmatxa (nep. सगरमाथा) və ya Jumulanqma (çin. ənən. 珠穆朗玛, pinyin: Zhumulangma) — Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağ. Nepal (1 nömrəli əyalət) və Çin (Tibet Muxtar Vilayəti) arasındakı beynəlxalq sərhəd Everestin zirvə nöqtəsindən keçir.Zirvənin mövcud rəsmi yüksəkliyi 1955-ci ildə Çin və Nepal tərəfindən tanınan bir Hindistan araşdırması tərəfindən 8,848 metr (29,029 ft) olaraq qeyd edilmiş və sonradan 1975-ci ildə bir Çin araşdırması ilə təsdiq edilmişdir. 2005-ci ildə Çin 8844.43 m (29.017 ft.) nəticə ilə dağın qaya hündürlüyünü iddia etdi. Rəsmi hündürlüyün qayanın hündürlüyünün (8,844 m, Çin) və ya qarın hündürlüyünün (8,848 m, Nepal) olub olmaması ilə bağlı Çin və Nepal arasında mübahisə davam etdi. 2010-cu ildə hər iki tərəf Everestin hündürlüyünün 8.848 m olması barədə razılığa gəldilər.1865-ci ildə, Everest rəsmi ingilis adı Kral Coğrafiya Cəmiyyəti tərəfindən Hindistanın ingilis Generalı Andrev Vaufun tövsiyəsi ilə verildi.
Everet Uilyamsa qarşı
Everet Vilyamsa qarşı — 1725-ci ildə baxılmış ingilis məhkəmə işi. "Quldurların məhkəmə işi" də adlanır. Məhkəmə işi cinayət törədilməsini nəzərdə tutan müqavilələrin hüquqi qüvvəsi ilə əlaqədardır. Bu işdə müqavilə silahlı hücum nəticəsində əldə edilmiş qənimətin bölüşdürülməsi ilə bağlı idi. Məhkəmə iddiadan imtina etmişdir.Məhkəmə işi haqqında ətraflı məlumatlar müasir dövrə gəlib çatmamışdır və işə edilən əksər istinadlar 1893-cü ildə nəşr edilmiş Rüblük Hüquq Jurnalındakı işin xülasəsinə əsaslanır, hansı ki həmin xülasə də öz növbəsində Rober Cozef Potye tərəfindən 1802-ci ildə yazılmış öhdəlik hüququ haqqında fransız dilindəki mətnin ingilis dilinə edilmiş tərcüməsinə əsaslanır. == Haqqında == İki quldur - Everet və Vilyams birgə oğurluq nəticəsində əldə etdikləri qənimətləri bölüşdürmək haqqında razılığa gəlirlər. Onlar bir müddət Haunslou Hitdə, eyni zamanda Pegşot, Solsberi, Hampsteddə və başqa yerlərdə bu fəaliyyətlə məşğul olurlar. Bir gün qənimətlər satılanda Con Everet Cozef Vilyamsın mənfəətin bölüşdürülməsi nəticəsində ona düşən ədalətli paydan daha çox götürməyə çalışdığını düşünür. Bəzi naməlum səbəblərə görə, Everet şikayətini məhkəmə qaydasında həll etmək qərarına gəlir. O, Vilyamsa qarşı məhkəmədə iddia qaldırmaq üçün vəkillər və solisitorlar tutur və tələb edir ki, onların ortaq fəaliyyətinin nəticəsində əldə etdikləri mənfəət aşkar edilərək hesablansın və onların payları arasında balans yaradılsın.
Everett Şinn
Everett Şinn (6 noyabr 1876[…] – 1 may 1953, Nyu-York, Nyu-York ştatı) — ABŞ rəssamı. Əsasən realist və modernist üslubda əsərlər yaratmışdır. "Səkkiz" adlı rəssamlar qrupu ilə də işləmişdir. Əsərlərində Nyu-Yorkun çaxnaşmalı şəhər həyatını, ustası olduğu teatr səhnələrini əks etdirmişdir. == İlk illəri == Everett Şinn 1876-cı ildə Nyu-Cersidə 8 uşaqlı ailənin son beşiyi kimi dünyaya göz açmışdır. Atasının ən sevdiyi yazıçı olan Edvard Everett Heylin şərəfinə isə Everett adlandırıldı.İstedadlı bir uşaq olan Şinn 15 yaşında öz buxar mühərrikini ərsəyə gətirdi. Elə bu yaşda Filedalfiya Yay Bağı Kollecinə qəbul olur. Və burada mexanika rəssamlığını, texniki rəsmlər (alətlər, texniki maşın təsvirləri, çertyojlar) çəkməyi öyrənir. Sonra isə Filedalfiya İncəsənət Akademiyasında təhsilini davam etdirir. Rəssamın həyatının böyük hissəsi mətbuat orqanları ilə bağlı olmuşdur.
Everett Şostrom
Everett Şostrom (1921-1992) - amerikalı Everett Şostrom (1921-1992) Amerikalı psixoloq, yazar və prodüser. Amerikan Psixoloji Assosiasiyasının prezidenti olub. 10 bitik müəllifidir. “Anti Karneqi və ya insan manipulyator” adlı kitabı milyonlarla insana özünə inam qazanmaqda kömək edib. E. Şostrom manipulyativ insan xarakterlərinin bölgüsü və özünüinkişaf konsepsiyasının yaradıcılarından biri olmuşdur.
Everqleyds Milli Parkı
Everqleyds Milli Parkı — Amerika Birləşmiş Ştatlarında yerləşən milli park. Park UNESCO-nun Təhlükədə olan Ümumdünya İrsi və Ramsar siyahısındadır. == Yerləşməsi == Everqleyds Milli Parkı ABŞ-nın Florida ştatının Everqleyds və Florida Siti şəhərlərinin arasındakı Monroye, Kolliyer, Mayami-Deyd bölgələrini əhatə edir. Sahəsi 610 484 km²-dir. 2011-ci ildə milli parkı 934 351 nəfər ziyarət edib. Yellouston və Dit Valli milli parklarından sonra ABŞ-nin ən böyük üçüncü milli parkıdır. == Statusu == Milli parkın indiki ərazisi 30 may 1934-cü ildə qorunmaya alınmışdı. Ərazi 6 dekabr 1947-ci ildə milli park statusunu almışdır. 1979-cu UNESCO-nun Dünya irsi, 2010-cu ildə isə Təhlükədə olan Ümumdünya İrsi siyahısına daxil edilmişdir. 4 iyun 1987-ci ildən isə Ramsar siyahısındadır.
Everscale
Everscale (Everskeyl, ing. ever – “həmişə” və scale – “miqyas”, yəni, sonsuz miqyaslı) – beşinci nəsil Proof-of-Stake alqoritmli blokçeyn və kriptovalyutadır. Everscale-in arxitekturası təhlükəsizlik, genişlənmə və adəmimərkəziyyətçilik trilemmasının həllinə diqqət yetirir.. Everscale-in əsas xüsusiyyəti, hər biri blok zəncirlərini təşkil edən yükdən asılı olaraq dinamik olaraq axınlara bölmək qabiliyyətidir. Beləliklə, əməliyyatların paralel icrası təmin edilir ki, bu da saniyədə 1.000.000-dan çox əməliyyatın ümumi icra sürətinə nail olmağa imkan verir.. Everscale tamamilə öz virtual maşınınında - TVM-də (Trustless Virtual Machine) işləyən ağıllı müqavilələr sistemi üzərində qurulub. Blokçeyn vəziyyətində dəyişiklik yalnız ağıllı müqavilənin icrası ilə baş verə bilər. Ağıllı müqavilələr bir növbədə təşkil edilən mesajlar vasitəsilə bir-biri ilə və istifadəçilərlə qarşılıqlı əlaqə qurur. Everscale bazar dəyərinə görə ilk 200 blokçeynlər sırasındadır. == Tarixi == === Blokçeyn startı === TON üzərində işlərin başa çatması elan edildikdən sonra Telegram komandası layihə kodunu GPL lisenziyası altında ictimaiyyətə təqdim etdi.
Eversmann
Eduard Fridrix Eversman (Eduard Friedrich Eversmann; 23 yanvar 1794 – 14 aprel 1860, Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) — Rusiyalı təbiətşünas, botanik, zooloq, entomoloq, lepidopteroloq, həkim, və səyyah. Milliyyətcə almandır. == Eversmanın şərəfinə adlandırılmış taksonlar == === Heyvanlar === Spermophilus undulatus Allocricetulus eversmanni (Brandt, 1859) Meriones erythrourus Mustela eversmanii Lesson, 1827 Columba eversmanni Bonaparte (1856) Crossobamon eversmanni Wiegmann (1834) Parnassius eversmanni Kirinia eversmanni (Eversmann, 1847) (= Lasiommata eversmanni; =Esperarge eversmanni). Lycaena eversmanni Lang, 1884 Eversmannia Andrena eversmanni (Radoszkowski, 1867) Aristothereva eversmanni (Zaitzev, 1971) Trox eversmanni Callisthenes eversmanni (Chaudoir, 1850) === Bitkilər === Potentilla eversmanniana Tetradiclis eversmanni Bunge, nom. inval. (= Tetradiclis tenella) == Əsərləri == 1832. Lepidopterorum species nonnullae novae Gubernium Orenburgense incolentes. Nouvelles Memoires de la Societe imperiela des Naturalistes de Moscou. 2: 347–354, 2 cpls. 1841.
Everson, Vaşinqton
Everson (ing. Everson) - ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən şəhərin əhalisi 2481 nəfər olmuşdur. == Tarixi == Ərazi uzun müddət Nuksak hindilərinin kəndi olmuşdur. Frazer Çayı Qızıl Axını (Fraser River Gold Rush) nəticəsində 1858-ci ildə indiki Everson şəhərinin ərazisindən qərbdə ağdərililər Keçid (The Crossing) adlı koloniya qurdular. 1870-ci illərdə ərazidə məktəb, otel, poçt məntəqəsi, əczəxana fəaliyyətə başladı. 1891-ci ildə bu yaşayış məntəqəsi dəmiryolu çəkilişi səbəbi ilə bir qədər şərqə köçürüldü. Əraziyə 1871-ci ildə burada ilk məskunlaşmış ağdərili Ever Eversonun (1842-1915) adı verildi. Qəsəbənin ərazisi 26 Sentyabr 1892-ci ildə qeydə alındı. Everson 4 May 1929-cu ildə qəsəbə, 17 Mart 1971-ci ildə isə şəhər olaraq rəsmi qeydə alındı.
Everson (Vaşinqton)
Everson (ing. Everson) - ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən şəhərin əhalisi 2481 nəfər olmuşdur. == Tarixi == Ərazi uzun müddət Nuksak hindilərinin kəndi olmuşdur. Frazer Çayı Qızıl Axını (Fraser River Gold Rush) nəticəsində 1858-ci ildə indiki Everson şəhərinin ərazisindən qərbdə ağdərililər Keçid (The Crossing) adlı koloniya qurdular. 1870-ci illərdə ərazidə məktəb, otel, poçt məntəqəsi, əczəxana fəaliyyətə başladı. 1891-ci ildə bu yaşayış məntəqəsi dəmiryolu çəkilişi səbəbi ilə bir qədər şərqə köçürüldü. Əraziyə 1871-ci ildə burada ilk məskunlaşmış ağdərili Ever Eversonun (1842-1915) adı verildi. Qəsəbənin ərazisi 26 Sentyabr 1892-ci ildə qeydə alındı. Everson 4 May 1929-cu ildə qəsəbə, 17 Mart 1971-ci ildə isə şəhər olaraq rəsmi qeydə alındı.
Everton FK
"Everton" futbol klubu (ing. Everton Football Club) — Liverpul şəhərindən ingilis futbol klubu. İngiltərə Premyer-Liqasında çıxış edir. Klub İngiltərə çempionatını yuxarı liqasında 108 sezon keçirib. Bu ingilis futbol klubları üçün rekord göstəricidir. Klub həmçinin doqquz dəfə İngiltərənin çempionu olub, bu klublar arasında dördüncü mövqedir. "Everton" 1888-89-ci ildə İngiltərə Futbol Liqasının və 1992-ci ildə Premyer-Liqanın təsisçilərindən biridir. Klubun çoxsaylı həvəskarları vardır. Ona gərə ona eyni zamanda "Xalq klubu" (ing. The People’s Club) adı verilib.
Everton Vinya-del-Mar FK
Everton (Vinya-del-Mar) (isp. Corporación Deportiva Everton de Viña del Mar) — Çilinin Vinya-del-Mar şəhərindən olan futbol klubu. "Everton" dörd dəfə Çilinin çempionu olub. Paytaxt Santyaqodan olmayan komanda kimi o bu göstəricidə ancaq Kalama şəhərindən olan «Kobreloa» komandasından geri qalır. == Tarixi == 24 iyun 1909-cu ildə İngiltərənin Liverpul şəhərindən olan dənizçilər tərəfindən təşkil edilib.
Everything2
Everything2 (E2) – Wiki texnologiyasına oxşar texnologiya vasitəsilə insan biliyinin bütün sahələrindən informasiyaları toplayan veb-sayt və onlayn cəmiyyətdir. İnternetdə fəaliyyət göstərən ən böyük ensiklopediyalardan biridir. Everything2 (E2)-dən əvvəl, Neyt Oostendorp (Nate Oostendorp), tərəfindən, 1998-ci ildə Everything (E1) saytı yaradıldı. Sayt Slashdot bloqu ilə sıx bağlı idi və bloq tərəfindən reklam olunurdu. E2 proqram təminatı E1 proqramına nisbətən daha funksionaldır. 13 noyabr 1999 və 2000-ci illərdə E1 saytındakı bütün informasiyalar E2-köçürülmüşdür.
Everything Is Love
Everything Is Love – ABŞ müğənnisi Beyonse və ABŞ repçisi Jay-Z-nin 16 iyun 2018-ci ildə birgə hazırladığı albomdur.
Everything You've Come to Expect
Everything You've Come to Expect — The Last Shadow Puppets qrupunun 1 aprel 2016-cı ildə Domino Records tərəfindən buraxılan ikinci albomu. Albom 2014-cü ildə London, Paris və Los-Anceles şəhərlərində qrupun həmmüəllifləri Aleks Törner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Malibuda qrupun üzvü Ceyms Ford qonaq musiqiçi Mett Helders və yeni basçı Zak Daues ilə birlikdə etmişdir. Aranjimanlar əvvəlki albomda olduğu kimi yenidən Ouen Pallett tərəfindən edilmişdir. Üz qabığında 1969-cu ilin noyabrında Cek Robinson tərəfindən çəkilmiş Tina Törnerin rəqs etdiyi zaman çəkilmiş şəkli yer almışdır. Şəkli illüstrator Metyu Kuper dəyişdirərək ona qızılı rəng verib. Everything You've Come to Expect qrupun əvvəlki albomundan fərqli olaraq daha çox maksimalist səviyyədə hazırlanıb. Mahnılar əsasən barokko-pop, mavi göz soul və psixodelik pop janrındadır. Albom desert rock, postpank, fank, disko və italyan film saundtrekləri də daxil olmaqla müxtəlif yerlərdən təsirlənib. Mahnıların sözləri hedonizm, romantika, özünə dəyər və iki gənc kişinin gecə həyatı haqqındadır.
Everyway That I Can
в дополне́ние изобрета́тельно кинодокуме́нт лорне́т пересечённость печёночник подги́б сгово́рчивый толко́во хи́лая бульва́рный примерза́ть раско́льница выпороток anamorphoscope cyclothymia flesh-brush fruit salad guarded lucid wany water-furrowing plough закрепощение промышленник чередование