Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akvamen
Akvamen (ing. Aquaman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Pol Norris və Mort Veyzinger tərəfindən yaradılmış personaj More Fun Comics #73 (noyabr 1941) nəşrində debüt etmişdir. Əvvəl DC antologiyalarının ikinci adı kimi istifadə olunana Akvamen haqqında sonradan bir neçə cildlik solo komiks kitabları çıxarılmışdır. Superqəhrəmanların intibah dövrünü yaşadığı və Gümüş dövrü adlandırılan 1950-1960-cı illərdə Akvamen Ədalət Liqasının təməl üzvlərindən biri olmuşdur. 1990-cı illərdən etibarən müasir yazıçılar Akvamenin xarakterini daha sərt təsvir etmiş, onun hekayə xəttlərində isə Atlantida kralı roluna xüsusi diqqət yetirilmişdir. Personaj 1960-cı illərdə animasiya seriyasında görünməsindən sonra, böyük təsir buraxaraq popular mədəniyyətin geniş qəbul edilmiş simvollarından birinə çevrilmişdir. Onun sağlamlığı haqqında zarafatlar, “Super dostlar” teleserialında zəif təsvir edilməsi, güc və bacarıqlarının zəif olmasının uzun illər komediya verilişləri və stend-ap çıxışları zamanı istifadə edilməsi DC-ni personajı komikslərdə təkmilləşdirməyə və daha güclü təsvir etməyə məcbur etmişdir. Müasir komiks kitablarında personajın ictimayət tərəfindən qəbul edilməsinin bu müxtəlif aspektləri nəzərə alınaraq, o, ciddi, düşüncəli, pis şöhrətlə üz-üzə qalmış, hakimiyyəti əlindən alınmış kral və qovulmuş qəhrəman kimi öz cəmiyyətindən kənarda yerini tapmağa çalışan biri kimi təsvir edilir. Müxtəlif media uyğunlaşdırmalarında görünən Akvamen ilk dəfə 1967-ci ildə çıxarılmış “Supermen/Akvamen: Macəra zamanı” adlı animasiya serialında, daha sonra isə “Super dostlar” animasiya serialında televiziya ekranlarına gətirilmişdir.
Deksamen
Deksamen ( q.yun. Δεξαμενός ) — qədim yunan mifologiyasındakı personaj, Oykeyin oğlu, Olen (Axeya) padşahı. Mnesimaxın atası idi. Kentavr Evrition Mnesimaxı ona həyat yoldaşı olmağa məcbur etmişdi, Deksamen onu Azanla evləndirmişdi. Deksamen Heraklı çağırmış və o, Evritionu öldürmüşdür.
Akvamen (film)
Akvamen eyniadlı DC personajı əsasında 2018-ci ildə çəkilmiş Amerika superqəhrəman filmidir. Warner Bros. Pictures tərəfindən birgə istehsal edilən və yayımlanan film, DC Genişləndirilmiş Kainatının (DCEU) altıncı filmidir. Filmin rejissorluğu Ceyms Vana, ssnarisi isə Devid Lesli Conson-McQoldrik və Vil Beylə aiddir.
Ekzogen proseslər
Ekzogen proseslər — Yer səthində və litosferin üst hissəsində günəş enerjisi, ağırlıq qüvvəsi və orqanizmlərin fəaliyyəti nəticəsində yaranan qüvvələrin təsiri ilə gedən proseslərdir. Ekzogen proseslərə süxurların aşınması, aşınma məhsullarının ağırlıq qüvvəsi, axar su, buzlaq və küləyin fəaliyyəti ilə yerdəyişməsi, çökmə süxurların və bəzi faydalı qazıntı yataqlarının əmələ gəlməsi daxildir. Azərbaycanda duz, maqnitli qum yataqları bu yolla əmələ gəlmişdir.
Elzamin Tağıyev
Elzamin Təhməzov
Əlzaman Rəhimov
Akvamen (film, 2018)
Akvamen eyniadlı DC personajı əsasında 2018-ci ildə çəkilmiş Amerika superqəhrəman filmidir. Warner Bros. Pictures tərəfindən birgə istehsal edilən və yayımlanan film, DC Genişləndirilmiş Kainatının (DCEU) altıncı filmidir. Filmin rejissorluğu Ceyms Vana, ssnarisi isə Devid Lesli Conson-McQoldrik və Vil Beylə aiddir.
Ariy Kamen
Ariy Kamen — Komandor adalarına daxil olan ada. İnzibati cəhətdən Kamçatka diyarı Aleut raroyu ərazisində yerləşir. Arxipelaqın dördüncü adasıdır. Berinq adasından 6,3 km qərbdə yerləşir. Ən hündür nöqtəsi 53 metrdir. Ada şirin sudan məhrumdur. Adadan cənubda hündürlüyü 2 m olan ensiz adacıq vardır. == Tarixi == Ada 1824 ildə О. Y. Kosebu tərəfindən Novıy adlandırılır. 3 ildən sonra adanı Litke ziyarət edir və onu Sivuçim adı verilir. 1848 ildə Ariy olaraq adlandırılır.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. == Ümumi məlumat == Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Kamen dağı
Kamen dağı — Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşən və hündürlüyü 1701 m olan zirvə. İnzibati cəhətdən Taymır və Evenk rayonları arasında yerləşir. Zirvə Putarana yaylası və Ortasibir alçaqdağlığının ən hündür nöqtəsi hesab edilir. Dağın ətəklərindən Xuta və Kotuy çayları başlanğıcını götürür. Zirvə 1971—1972-ci illərdə SSRİ EA Coğrafiya İnstitutu tərəfindən tətqiq edilmişdir.
Kanin Kamen
Kanin Kamen — Kanin yarımadasının şimalında, yaylaya bənzər tirə. İnzibati baxımdan Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Kanin Kamen Timanski tirəsinin davamını təşkil edir. Tirə kristalik şistdən təşkil olunmuşdur. Onun maksimal hündürlüyü 241 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos burnunu əmələ gətirir.
Serdse-Kamen
Serdse-Kamen (çuk. Пыттэлгыянраквын) — Çukot yarımadasının şimal-şərqində yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisində yerləşir. Burundan 11 km qərbdə Enurmino kəndi yerləşir. Çukot dilində — Pıttelqıyanrakvın olaraq «Burun sonunda ayrılmış daş» mənasını verir. Burun 1728 ildə Vitus Berinq tərəfindən Herxard Millerin ekspedisiyası nəticəsində Serdse-Kamen bunu olaraq xəritəyə salmışdır. Bu burnun insan ürəyi ilə heç bir əlaqəsi yoxdur (bənzərlik). 1 sentyabr 1778-ci ildə Ceyms Kuk bu adı xəritədində qeyd edərkən ismin uğursuzluğunu vurğulamışdır. 2009-cu ildə dünyanın ən böyük Morj yerləşim yerləri aşkarlanmışdır. Burada 97 min baş morj aşkarlanmışdır.
Sivuçi Kamen
Sivuçi Kamen adası — Komandor adalarının tərkibinə daxil olan ada. Mednı adasının şimal-qərbində, sahildən 0,1 km aralıda yerləşir. Öz növbəsində uzunluğu 160 metr olan qayalı uzantıdan ibarətdir. Sahilə perepentukulyar formada uzanır. Adada yaşayış yoxdur.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbirüstü abidə qorunub saxlanılmışdı.
Dikiy Kamen adası
Dikiy Kamen adası (fin Satasilmä) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Hündürlüyü 6 metr olan qayalıqdan ibarətdir. Üzərini iynəyarpaqlı meşələr örtmüşdür. Kozlinı və Martinsaari adaları arasında yerləşir. 1920–1940-cı illərdə ada Finlandiyaya məxsus olmuşdur.
Kamen-Muqdıkın adası
Kamen-Muqdıkın adası — Oxot dənizində, Odyan körfəzi, Melkovodnı buxtasında qərarlaşan ada. Materiklə arasında məsafə 250 km təşkil edir. İnzibati cəhətdən Maqadan vilayəti Olski rayonu ərazisinə daxildir. Adada daimi yaşayış yoxdur.
Kamen Opasnosti adası
Kamen Opasnosti adası — Saxalin adasının cənub-şərqində yerləşən Krilon burnundan 14 aralıda yerləşir. Ada Oxot dənizində Laperuz boğazında yerləşir. Öz növbəsində qayalıqdan ibarət olan adadır. Adanın uzunluğu 150 m, eni isə 50 m təşkil edir. Hündürlüyü 7,9 metrdir. Avropalılar ilk dəfə bu ada ilə 1787-ci ilin avqustunda Jan Fransua de Laperuzun ekspedisiyası zamanı tanış olmuşdur. Fransızlar adanı Təhlükəli (fr. La Dangereuse) olaraq adlandırmışlar. Laperuza boğazını xüsusi ilə yay ayları duman basdığından gəmilər üçün böyük təhlükə yaranır. Buradan keçmək məqsədilə dənizçilər dəniz şirlərinin səslərinə qulaq asmalı olurdular.
Kamen İnqrad FK
Kamen İnqrad (Velika) — Xorvatiyanın futbol klubu. == Tarixi == 1929-cu ildə yaranıb. == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Sivuçi Kamen Vostoçnı
Sivuçi Kamen Vostoçnı adası — Komandor adalarının tərkibinə daxil olan ada. Mednı adasının şərqində, sahildən 0,5 km aralıda yerləşir. Öz növbəsində ada Rusiya Kamçatka diyarı Aleut rayonu ərazisinə daxildir. Komandor qoruğu ərazisinin tərkib hissəsini təşkil edir. Adada yaşayış yoxdur.
Starik-Kamen qayası
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Revda şəhər dairəsi bələdiyyə təşkilatının sərhədində, Ural dağlarında yerləşən qaya. Şunut dağından üç kilometr aralıda yerləşən Konovalovski Uval silsiləsinin zirvələrindən biridir. Qaya yaşlı bir insanın başını xatırlatdığından xarakterik forması ilə bu adı almışdır. Geomorfoloji təbii abidə və populyar bir turizm məkanıdır. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində, Konovalovski Uval silsiləsində yerləşir. Şunut dağından 5 kilometr cənub-şərqdə, Bolşaya Lavrovka kəndinin 10,5 kilometr məsafədə yerləşir. Dağın hündürlüyü 648,1 metrdir. Geomorfoloji təbii abidədir. Yuxarıda 25-30 metr hündürlüyündə qəribə qaya formasiyadır. Papaqlı yaşlı bir insanın başını xatırladır.