Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
APA
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir. 2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb. Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Aba
Aba (geyim) — bədəvilərə xas geyim. Aba (şəhər) — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Abalar — türkdilli xalq.
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Ahar
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. == Təbii fəlakətlər == 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. == İqtisadiyyatı == 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Ahe
Ahe (fr. Ahe) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Manihi atolundan 15 km qərbdə, Taitidən 450 km şimal-şərqdə yerləşir. == Coğrafiya == Atollun uzunluğu 20 км, eni — 10 km, quru sahəsi isə 12 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 138 km²-dir. Laqun okeanla adanın qərbində yerləşən boğazla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Manihi kommunasına daxildir. == Tarixi == Ada 6 sentyabr 1839-cu ildə amerikalı Çarlz Vilks tərəfindən kəşf edilir. O, adanı Pikok (ing.
Ahoa
Ahoa — Uollis və Futunada yerləşən kənddir. Kənd Uollis adasının qərb sahilində yerləşən Hahake rayonuna daxildir. 2008-ci ilin statistikasına görə əhalinin sayı 437 nəfərə bərabərdir. Kəndin cənub şərqində adanın ən böyük krater gölü olan Lalolalo gölü yerləşmişdir.
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! (ing. Mother!) — Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb.
Aqa
Bufo marinus (lat. Rhinella marina) — rhinella cinsinə aid qurbağa növü.
Ata
Ata — insanın kişi valideyni. İnsan canlılardan fərqli olaraq öz valideynlərini şüurlu surətdə qəbul edir. Atanın adı şəxsi ada tərkib hissə kimi daxildir. Ata adı müəyyən hallarda nəvədən başlayaraq sonrakı nəsillər üçün soyad əsası kimi də qəbul edilə bilər. İslamda atanın və ananın ehtiramını saxlamaq vacibdir. Bu barədə Qurani-Kərimdə qeyd olunur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim!
Axa
Aya
Aya (ilahə) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Aya (ad) — ad.
Aza
Aza (Ordubad) Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə. Aza (hökmdar) — Manna dövlətinin hökmdarı. Aza (qədim şəhər) — Azərbaycanda qədim şəhər. Aza (Türk mifologiyası) — Türk mifologiyası.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği — Digər Ağa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Kaha
Kaha (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Kaha (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Kahaçay — Sədərək rayonu ərazisində çay.
Naha
Naha (yap. 那覇市; okin. Naafa) — Yaponiyanın Kyuşu regionunda yerləşən Okinava prefekturasının paytaxtı. == Tarixi == Okinavada sosial hərəkat lideri olan Kameciro Senaqa 1957-cı ildə Naha şəhərinin meri olmuşdu.
Ara
Ara (lat. Ara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin tutuquşular fəsiləsinə aid heyvan cinsi. Əlvan rəngli, pilləvarı quyruqlu, iri bədənli (uz. 100 sm-ədək, çəkisi 1600 q-a -dək) və iri dimdikli quşlardır. Çoxunun başının yanlarında tüksüz hissələr var. Rəngində cinsi dimorfizm yoxdur. 6 cinsi və 17 növü məlumdur. Əsl aranın 8 növü var. Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır; bəzi növlərinin arealı çox məhduddur. Meyvə və toxumlarla, həmçinin bitkilərin vegetativ hissələri ilə qidalanır.
Ey ata, ey ana, biz günahkarıq
Ey ata, ey ana, biz günahkarıq! — Əli Şəriətinin dini-fəlsəfi mövzuda yazdığı əsər. == Məzmun == Kitabda Dr. Şəriəti əvvəlcə həyatda tutduğu mövqedən, ona ünvanlanan tənqidlərdən söhbət açır, yaşadığı dövrü analiz edir. Daha sonra maraqlı bir üslub seçərək gənclərin dili ilə əvvəlki nəsilə, onların ata-anasına müraciət etməyə başlayır. Gənc nəsil və köhnə nəsil arasında yaradılmış bu qarşıdurmada oxucunun gözü qarşısında müasir dövrün real mənzərəsi canlanır; dinin zamanla uyğunlaşmasındakı problemlər bütün gerçəkliyi ilə ortaya çıxır. Kitabın ikinci hissəsində isə Əli Şəriəti əks tərəfə, həqiqi mövqeyinə keçərək üzünü dini xurafat kimi qiymətləndirən ziyalılara, gənclərə tutur. İslami ritualların onlara təqdim edilən şəkildə olmadığını açıqla-yaraq kitabın birinci hissəsində gənclərin dilindən tənqid ediləni islami anlayışların əsil mahiyyət və dəyərini ortaya qoyur. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Ey ata, ey ana, biz günahkarıq — Dr.
"ADA" Universiteti
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
AAA batareya
AAA batareya (və ya Üçqat A batareyası) — standart ölçüdə quru hüceyrə batareyasıdır. Bir və ya daha çox AAA batareyası aşağı drenajlı portativ elektron cihazlarda istifadə olunur.Bu ölçülü bir sink-karbon batareyası IEC tərəfindən R03, ANSI C18.1 tərəfindən 24, köhnə JIS standartı UM-4 olaraq və hüceyrə kimyasına görə dəyişən digər istehsalçı və milli standart təyinatlarla təyin edilmişdir. Ölçü ilk dəfə 1911-ci ildə The American Ever Ready Company tərəfindən təqdim edilmişdir. == İstifadə == AAA batareyaları ən çox TV uzaqdan idarəetmə cihazları, MP3 pleyer lər və rəqəmsal kameralar kimi kiçik elektron cihazlarda istifadə olunur. Eyni gərginliyi tələb edən, lakin daha yüksək cərəyan gücünə malik cihazlar, AA batareya tipi kimi daha böyük batareyalardan istifadə etmək üçün nəzərdə tutulmuşdur.AA batareyaları AAA batareyalarından təxminən üç dəfə çoxdur. Müasir elektronikanın artan səmərəliliyi və miniatürləşməsi ilə əvvəllər AA batareyaları üçün nəzərdə tutulmuş bir çox cihaz (uzaqdan idarəetmə, simsiz kompüter siçanları və klaviaturalar və s.) AAA batareya hüceyrələrini qəbul edən modellərlə əvəz olunur.
ADA Məktəbi
ADA Məktəbi — ADA Universitetinin nəzdində fəaliyyət göstərən məktəb. == Tarixi == ADA Məktəbinin təqdimatı 22 fevral 2019-cu ildə ADA Universitetində olmuşdur. == Təhsil modeli == ADA Məktəbinin təhsil modeli xüsusi yeniliklərdən ibarətdir. Bu məktəbin məzunlarının ADA Universitetinə xüsusi şərtlərlə qəbul olunması nəzərdə tutulub. == Tədris proqramı == Məktəbin tədris proqramı Azərbaycan Respublikasının tam orta təhsil standartlarına — milli standartlara və milli kurikuluma və ADA Universitetinin təcrübəsinə əsaslanaraq hazırlanır. Tədris proqramında şagirdlərin akademik baxımdan ali məktəb illərinə daha hazırlıqlı olmalarına diqqət yetirilir; dövrün tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına əhəmiyyət verilir. == Binası == Məktəbin binası yüksək standartlara uyğun olan infrastruktura malikdir. == Qəbul == ADA Məktəbinə ilk qəbulun 2019–2020-ci tədris ilindən etibarən həyata keçirilməsi nəzərdə tutulub. İlk tədris ilində X və XI siniflərə şagird qəbulu planlaşdırılır. Qəbul həm yerli, həm də xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur.
ADA Universiteti
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
ADA sindiromu
ADA – Adenosine Deaminase Deficiency. Bu sindrom maddələr mübadiləsinin autosom-resisiv pozğunluğudur. Bu pozğunluq immun çatışmazlığına gətirib çıxarır. ADA sindromuna bütün dünyada hər 100000 nəfərdən birində rast gəlinir. Onların da 15%-i ağır kombinə olunmuş immun çatışmazlığıdır (SCİD). ADA çatışmazlığı adenozindezominaz fermentinin olmamasından meydana gəlir. Bu sindrom dezoksiadenozinin artmasına gətirib çıxarır. Bu da öz növbəsində aşağıdakılara gətirib şıxarır: bütün hüceyrələrə d-ATF toplanır, bu da ribonukleotidreduktaza və DNT sintezinə mane olur, belə ki hüceyrələr bölünə bilmirlər. İnkişaf edən T-hüceyrələr və B-hüceyrələr ən aktiv mitotik hüceyrələrdirlər və bu şəraitə çox həssasdırlar. Adenozindezaminaza fermentli S-adenozilqomosisteinin inkişafı purin müdafiədə əsas rol oynayır; hər iki maddə inkişaf etməmiş limfosidlər üçün onların yetişməsinə mane olan toksikdirlər.