ABA₁

is. [ ər. ] köhn. Müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun kişi paltarı (əslində ərəb milli paltarıdır).
Kişi çıxardı ki, ağaya yüzlüklər bəxş edərdi; atlar, inəklər vəd edərdilər; ipək abalar, xəz cübbələr verilərdi. Çəmənzəminli.
Çox vədə olurdu ki, həftənin iki ötər, üçüncü günü Molla Rəcəbi küçə ilə qayət qəmgin və ayaqları abasının ətəyinə dolaşa-dolaşa gedən görərsən… B.Talıblı.
Molla nazik, ağ abasını çiyinlərində oynadaraq: – Buna heç şəkk-şübhə ola bilməz, – dedi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ABA I ABA (müsəlman ruhanilərinin üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun pallar, xalat)

Etimologiya

  • ABA Dialektlərdə çox işlənir, “ana” anlamını əks etdirir. Həvva sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov
ABA
ABA

Digər lüğətlərdə