ah-zar
ahəng
OBASTAN VİKİ
Ahal vilayəti
Ahal (türkməncə: Ahal welaýaty) — Türkmənistanda vilayət.
Ahalsıx
Axalsıx və ya Axaltsixe (gürc. ახალციხე; türk. Ahıska) — Gürcüstanda şəhər. == Haqqında == Ak Saka adı Dədə Qorqud dastanlarında bəhs olunan qədim yer adlarındandır: Məgər Başı Açuq Tatyan qələsindən, Aq Səqa qələsindən kafərin casusu vardı… Daha sonrakı tarix səhifələrində ondan X–XI əsrlərə aid qala kimi bəhs olunur. Bir də yeri gəlmişkən qeyd edək ki, mətndə adı çəkilən "Başı Açuq" indiki Kutaisi ərazisinin Şərq mənbələrində rast gəlinən adıdır. Budur, XI yüzillikdə Ak Saka-Cıldır mahalı Böyük Səlcuqlu dövlətinin tərkibindədir. 13-cü əsrdə isə Cənub-Qərbi Qafqazla birgə Çingiz xan və Elxanilər dövlətinə məxsusdur; 14-cü əsrdən bu yerlərdə Çobanilər, Cəlayirilər, Qaraqoyunlular hakimiyyət sürür. 15-ci əsrin axırlarından Ak Saka Osmanlı dövlətinin tərkibindədir; bu zamandan etibarən Azqur, Altunqala, İdə, Koblıyan, Qüzey, Güney və s. kimi 14 sancaqdan ibarət olan Ak Saka paşalığı güclü vilayətə çevrilir; möhkəm qalalar, məscidlər tikilir. Səyahəti əsnasında Ak Sakadan keçən Övliya Çələbi yalçın qaya üzərində daşdan yonulmuş "Ahiska qalası"ndan danışır.
Ahalsıx qalası
Akhaltsikhe qalası (gürc. ახალციხის ციხე) — Gürcüstanın Axaltsixe bölgəsində yerləşən orta əsrlərə aid qaladır. Doqquzuncu əsrdə tikilmiş bu qala Osmanlı İmperiyasının buranı zəbt etməsinə qədər yerli insanlar tərəfindən Lomisa qalası kimi adlanırdı. == Tarix == Kartlis tsxovrebaya görə şəhərin əsası 9-cu əsrdə Tao kralının oğlu sayılan Quaram Mampal tərəfindən qoyulmuşdur. 13-cü əsrdən 14-cü əsrin sonuna kimi şəhər Mesxeti prinsliyinin paytaxtı idi. 1393-cü ildə şəhər Əmir Teymurun hücumlarına məruz qalmışdır. Türk-Moğol işğallarına baxmayaraq qala müqavimət göstərməyə davam etmişdir. 1550-ci ildə İstanbul sülh müqaviləsinə görə Mesxeti prinsliyi bütünlüklə Osmanlı İmperiyasının ərazisinə qatılmışdır. Türklər qalanı ən çox müdafiə məqsədilə istifadə etmişdir. 1752-ci ildə Rabatidə ilk məscid tikilmişdir.
Ahaltəkə atı
Ahaltəkə atı — köçəri Təkə türkmən tayfası tərəfindən yaradılmış at cinsi. Ahal-təkə orta hündür boylu, ensiz bədənli, incə sümüklü atdır. Bəzi ekspertlərin rəyinə görə Axaltəkə atı dünyada ən qədim at növlərindən biridir. Qamətli və uca boylu Axaltəkə atları deyilənə görə səhra şəraitində azca su ilə uzaq yürüşlərə davamlığına görə Marko Polo və Makedoniyalı İsgəndər kimi qədim dövrün məşhur səyahətçilərinin diqqətini özünə cəlb etmişdi. == Tarixi == Axaltəkə cinsinin əmələ gəlməsində Türkmənistanın təbii şəraiti və xalqın yaşayışı böyük rol oynamışdır. Türkmənistanın isti və quru iqlimi, susuz və xarakter bitki örtüyü, səhra şəraiti və eləcə də xalqın keçmişdə köçəri heyvandarlıq həyatı, bu şəraitə uyğun və davamlı, quru bədən quruluşu və iti yerişli Təkə cinsinin yaranmasına səbəb olmuşdur.Köçəri Təkə türkmən tayfası əsrlərlə yetişdirdiyi təmiz cinsli Axaltəkənin başqa at cinsləri ilə qarışmasına yol vermirdi. XIX əsrdə isə Təkələr Rusiya imperiyasının ordusuna məhz həmin atların köməyi ilə uzun müddət müqavimət göstərməyə qadir olduğundan, 1870-ci illərdə Rusiya hərbçiləri Axaltəkənin kökünü kəsməyi qərara alaraq, atların böyük əksəriyyətini məhv etdilər. 20 ildən sonra isə Rusiya alimləri yenidən Axaltəkə at növünü bərpa etməyə başladılar və bu gün dünyada olan həmin atlarının hamısı məhz onların o zaman bərpa etdikləri cins nəsildəndir. ABŞ-n Florida ştatında təmiz cinsli Axaltəkə atları yetişdirən Cessika Eyli Keytin dediyinə görə, Sovet dövründə Axaltəkənin taleyi eniş-yoxuşlu olub, lakin dövlət başçısı Nikita Xruşşovun 5 illik iqtisadi planlaşdırma proqramı bir daha bu at növünün yer üzündən silinmə təhlükəsini gerçəkləşdirdi: "Axaltəkə atları başqa gözəl atlarla yanaşı ət üzrə planı doldurmaqdan ötrü sallaqxanalara göndərilirdi". Axal-təkə atlardan kütləvi surətdə ingilislər Hindistana daşımışlar və Hindistanın at cinslərin yaxşılaşdırılmasında bilavasitə böyük rolu vardır.
Ahaltəkə ekpedisiyası
Axal-Təkə ekspedisiyası — Çar Rusiyasının 1880–1881-ci illərdə Türkmənistanda yaşayan Təkə tayfasına qarşı keçirən cəza yürüşü. == Tarixçəsi == Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Rus əsgərləri onları təqib edərək ya güllələyir, ya da doğrayırdılar. Səhra insan cəsədi ilə dolu idi. General Skobelevin əmri ilə əsgərlər bir canlıya da rəhm etmirdilər. Beləliklə Göytəpədə 20 min nəfər türkmən rus əsgərləri tərəfindən qətlə yetirildi. Bu qətllər elə qəddarlıqla həyata keçirilmişdi ki, rus tarixçiləri uzun illər bu barədə danışmamağa çalışırdılar.
Ahar
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. == Təbii fəlakətlər == 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. == İqtisadiyyatı == 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Aharon Katsir
Aharon Katsir-Kaçalski (ivr. ‏אהרן קציר‏‎; 15 sentyabr 1913, Lodz, Varşava general-qubernatorluğu[d] – 30 may 1972, Ben-Qurion Beynəlxalq Hava Limanı, Mərkəz dairəsi) — biopolimerlərin elektrokimyası üzrə tədqiqat aparan ilk İsrail alimi. 1972-ci ildə Lod Hava Limanında qırğın zamanı həlak olub. == Həyatı == 1914-cü ildə Polşanın Lodz şəhərində anadan olan Aharon Katsir 1925-ci ildə Fələstinə köçür. Burada Yerusəlim Yəhudi Universitetində təhsil alır və ivrit dilində Katsir soyadını götürür. Rexovotda Veysman Elmi İnstitutunun, eləcə də Berkli Kaliforniya Universitetinin tibbi fizika və biofizika departamentinin əməkdaşı kimi fəaliyyət göstərir. 1972-ci ildə Ben-Qurion Hava Limanında 26 nəfərin ölümü, 80 nəfərin yaralanması ilə nəticələnmiş terror aktında həlak olur. Kiçik qardaşı Efrayim Katsir 1973-cü ildə İsrail Prezidenti seçilmişdir. == Mükafatları və xatirəsi == 1961-ci ildə tələbəsi Ora Kedem ilə birlikdə İsrail Mükafatına (təbiət elmləri üzrə) layiq görülmüşdür. İsrail dövləti Katsirin xatirəsinə poçt markası buraxmışdır.
Anass Ahannax
Anass Ahannax (7 fevral 1998, Amsterdam, Niderland) — Eerste Diviziya təmsilçilərindən olan Almere Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Ahannax Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Ahannax öz peşəkar karyerasında debütünü 15 sentyabr 2017-ci ildə etmişdir. O, 76-cı dəqiqədə Dordrext klubu ilə qarşılaşmada Kevin Brandsı əvəz etmişdir. Həmin görüşdə Almere Siti liqa görüşündə Dordrext ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == 22 sentyabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir. == Şəxsi həyatı == Onun əmisi oğlu Soufyan Ahannax da peşəkar futbolçudur. Soufyanın qardaşı (Anassın əmisi oğlu) Alami Ahannax futbol məşqçisi və Mərakeş millisinin keçmiş futbolçusudur.
Diana Ahadpour
Euseius ahaioensis
Euseius ahaioensis (lat. Euseius ahaioensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Soufyan Ahannax
Soufyan Ahannax (9 sentyabr 1995, Amsterdam, Niderland) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Brayton & Houv Albion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. 10 avqust 2017-ci ildə Ahannax İngiltərə Premyer Liqası təmsilçilərindən olan Brayton & Houv Albion klubu ilə beş illik müqavilə imzalamışdır. 21 yanvar 2018 tarixində yenilənib O, futbol məşqçisi və Mərakeş millisinin keçmiş futbolçusu olan Alami Ahannaxın kiçik qardaşıdır. Əmisi oğlu Anass Ahannax da peşəkar futbolçudur.
Zob Ahan FK
Zobahən (fars. باشگاه فوتبال ذوب ‌آهن‎/Başgah Futbal Zobahən) — İran Birinci Futbol Liqasındaki 2 böyük İsfahan komandasından biridir.
Zob Ahan Ərdəbil FK
Zob Ahan Ərdəbil FK - Ərdəbil şəhərinin Ərdəbil Əyalət Liqasında çıxış edən futbol klubu. Zob Ahan Ərdəbil FK klubunun mərkəzi Ərdəbil şəhərində yerləşir. Klubun oyunçularının əksəriyyəti Ərdəbillilərdir. Klub əsasən İran futbol liqasının aşağı diviziyonunda çıxış etmişdir. Klubun ən yaxşı göstəricisi İranın futbol üzrə II liqasında V yer tutmasıdır. Klubun bir çox yetirməsi İranın məşhur futbolçularından olmuşdur. Bunlara misal olaraq Səccad Şahbazzadəni, Kərim Ənsarifərdi göstərmək olar.
Ahal müqaviləsi
Ahal müqaviləsi ( rus. Ахалский договор) həmçinin Ahal-Xorasan Sərhəd Konvensiyası kimi tanınan Qacarlar ilə Rusiya arasında 21 sentyabr 1881-ci ildə İranın Xarəzmin (əsasən indiki Türkmənistan ərazisi) Rusiya İmperiyası tərəfindən ilhaqını rəsmən tanımasını qeyd etmək üçün imzalanmış müqavilədir.
Anda (Ahalsıx bələdiyyəsi)
Anda — Tiflis quberniyasının Axalsix qəzasında (indi Axalsix rayonunda) kənd.. == Toponimkası == Şimali Qafqazda Anttübə (Anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andi "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana (qaroul - monqol sözüdür) nəzərdə tutulur. Qaraul keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır.
Avetis Aharonyan
Avetis Ağaronyan (erm. Աւետիս Ահարոնեան; 4 yanvar 1866, İğdır, İrəvan quberniyası, Rusiya imperiyası – 20 mart 1948, Marsel) — Erməni siyasətçisi, yazıçısı, ictimai xadimi və inqilabçısı. Erməni milli hərəkatının üzvlərindən biri olmuşdur. == Həyatı və fəaliyyəti == Ağaronyan 1866-cı ildə Rusiya imperiyasının Sürməli qəzasında anadan olub. Böyüdükcə doğulduğu yerin Araz çayı və Sürməli yaxınlığında yerləşən Ağrı dağı kimi təbii xüsusiyyətlərindən təsirlənmişdir. Anası Zərdar oxuyub-yazmaq bilirdi və övladına yazıb-oxumağı öyrətməklə onu oxutdurmağı bacarırdı. İbtidai təhsilini kənd məktəbində başa vurduqdan sonra Eçmiədzindəki Gevorkyan Seminariyasını bitirmişdir. Ağaronyan bir neçə il müəllim işləyib, sonra İsveçrənin Lozanna Universitetində tarix və fəlsəfə üzrə təhsil alıb. Bu dövrdə o, o zaman "Troşaq" (Bayraq) qəzetinin baş redaktoru olan Xristofor Mikaelyanla tanış olur. Daha sonra 1900-cü ildən hüquq fakültəsində çalışan Telemak Tutuncyan de Vartavan ilə dostlaşır və müstəqil Ermənistan yaratmaq üçün səylərini birləşdirməyə qərar verirlər.

Digər lüğətlərdə