Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alavus
Alavus — Finlandiyanın Cənub Ostrobotniya bölgəsində yerləşən şəhər. Bölgənin cənub-şərqində yerləşir. Sahəsi 1 151 46 km²-dir və əhalisi 31 avqust 2017-ci il tarixində siyahıyalınmasına əsasən 11 746 nəfər təşkil edir. Alavusda kənd təsərrüfatı və meşəçilik təsərrüfatı əhalinin əhəmiyyətli bir hissəsinin fəaliyyət sahədisir və şəhərdəki sənayenin əksəriyyəti tikinti ilə bağlıdır. Alavusda ümumilikdə 324 km ərazisi olan 60 göl var.
Ağanus
Ağanus — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Ağanus kəndi Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində yerləşir. Adını ərazidəki eyni-adlı mineral bulaqdan almışdır. Bəzi tədqiqatçılara görə, toponim ağ və naus (ərəbcə "məbəd" deməkdir. Sasanilər dövründə zərdüştiliyə sitayiş edənlərin qəbirüstü tikilisi də "naus" adlanırdı) sözlərindən düzəlib, "ağ rəngli məbəd" mənasını ifadə edir. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhmərəmlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == İnfrastrukturu == Ağanus kəndində işğala qədər 1 orta məktəb, mədəniyyət klubu, kitabxana, rabitə qovşağı, 2 mağaza, 1 iaşə obyekti (Turşsu), fəaliyyət göstərirdi.
Ağanus (bulaq)
Ağanus — Laçın rayonunu ərazisində mineral bulaq. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir.
Ağabaş
Ağabaş-İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. == Toponimik izah == Ağabaş — 1590-cı ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Ehtimal ki, Ağa şəxs (yaxud seyid) adından və farsca bəş — əkin yeri sözündəndir. Ermənistanda ağ və ağa sözləri ilə başlayan çoxlu yaşayış məntəqə adları ilə əlaqədar bir məsələni nəzərdə tutmaq lazımdır. Tədqiqat göstərir ki, toponimlərdə ağa formasını kəsb etmiş söz bəzi hallarda əslində əxi (ərəbcə qardaş) sözündən ibarətdir. Orta əsrlərdə Şərqi Anadoluda, Ermənistanda və Azərbaycanda çoxlu əxi dini cəmiyyətləri və zaviyələri vardı. Əxilər şeyxlər idilər. Onların cəmiyyətləri feodal zülmünə qarşı çıxır və sənətkarların mənafelərini müdafiə edirdilər. XV əsrdə Anadoluda əxi (dərviş) cəmiyyətləri geniş yayılmışdı. Şeyxlər vasitəsilə əxilər Yaxın Şərqin dərviş və sufi ordenləri ilə əlaqə saxlayırdılar.
Mağavuz
Çardaqlı (əvvəlki adı: Mağavuz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mağavuz kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Mağavuz kəndi Çardaqlı kəndi adlandırılmışdır. == Toponimikası == XIX əsrdə keçmiş Zəngəzur qəzasındakı eyniadlı kənddən gəlmiş ermənilər yaşayış məntəqəsini Maqavuz kimi rəsmiləşdirmışdilər. 1992-ci ildə kəndin keçmış adı bərpa olunmuşdur. Biləsuvar rayonunun Aşağı Çəmənli kəndindən Şimal qərbdə, Araz çayının keçmış yatağının sol sahilində yeddi təpədən ibarət Çardaqlı adlanan qədim yaşayış yeri də mövcuddur. Cardaqlı "üstü ortulu, bağlı" deməkdir. == Tarixi == Çardaqlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çardaqlı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Havuş
Havuş (əvvəlki adı: Avuş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kənd inzibati ərazi dairəsi tərkibindəki Avuş kəndi Havuş kəndi adlandırılmış, Havuş kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Tavuş
Tovuz mərzi (erm. Տավուշ) — Ermənistan Respublikasının 10 mərzindən biri. Ölkənin şimal-şərqində Azərbaycan və Gürcüstanla sərhəddə yerləşir. Tarixi Qazax qəzasının tərkibində olmuşdur. Mərkəzi İcevan şəhəri olan mərz şimaldan Gürcüstan, cənubdan Geğarkunik (Göyçə mahalı), cənub-qərbdən Kotayk (Dərəçiçək mahalının ərazisi), qərbdən Loru (Dağlıq Borçalı və Pəmbək mahalı) mərzləri ilə, şərqdən isə Azərbaycan rayonları olan Qazax, Ağstafa, Tovuz, Gədəbəy ilə əhatələnib. Keçmiş İcevan, Dilican, Şəmşəddin və Noyemberyan rayonlarını əhatə edir. Azərbaycanlılar yaşamış Qaraqoyunlu mahalının bir hissəsi bu ərazidə yerləşir. Qaraqoyunlu mahalının digər hissəsi isə Göyçə mahalının Krasnoselsk rayonu (indiki Çəmbərək rayonu) ərazisində yerləşir. 1995-ci ildən sonra əraziyə, ermənilər tərəfindən tarixi saxtalaşdırmaq üçün verilmiş ad. Ərazinin əsl adı Tavus adlanmışdır.
Çavuş
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir. İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir. Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir.
Adauş
Adauş — e.ə. IX əsrdə adı çəkilən Assuriya ərazisi. Aratsani çayının cənubunda və Van gölünün qərbində olduğu güman edilir. Alternativ olaraq Böyük Zab üzərində yerləşir. Kirruri ərazisinin bir hissəsidir. III Salmanasar bir kitabədə deyir: "Adauş ölkəsi mənim qüdrətli döyüşümün başlamasından qorxdu və onun sakinləri quşlar kimi qaçaraq evlərini dərələrə və dağlara buraxdılar; ağam Aşurun izzəti onları kədərləndirdi və onlar enib ayaqlarımın dibində dayandı". II Assurnasirpal qeyd edir: "Mən yıxdım, qazdım və yandırdım, Nimme ölkəsini tərk edərək Kirruri ölkəsinə enərək Kirruri, Simesi, Simera, Ulmaniya şəhəri və Adauş, muqriyalılar və murmiyalılar ölkələrindən xərac götürdüm. Atlar, qatırlar, öküzlər, qoyunlar, şərablar və dolu mis küplər onların xəracını təşkil edirdi. Mən onların üzərində bir vali təyin etdim. Mən Kirruridə olarkən öldürdüm və ağam Aşurun izzəti Qozan və Xupuşka (ehtimal olunur ki, bura Gilzan və Xubuşkiyadır) əhalisini kədərləndirdi.
Mağavuz nahiyəsi
Mağavuz nahiyəsi — Qarabağ əyalətinin bir bölgəsi idi. 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olub. == Məğavuz nahiyəsi 1593-cü ildə == 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Məğaviz nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir: Vəqazin Əritaq Çorman Bozdoğan Ərdəş Pərixan Qarıqışlaq Qarasaqqal Şılk Gündüz Bayındır Səgaxar Xəsili Abdallar Bozdoğan II Godgai Daşlı böyük İlxılı Moracıq məzrəsi Ağbulaq Həzili Sos Rəraxsi Daşlı kiçik == Mağavuz nahiyəsi 1727-ci ildə == 1727-ci ildə Məğavuz nahiyəsi Xaçın nahiyəsinin tərkibində yerləşirdi. Məğavuz nahiyəsinin kəndləri: Ələyi kəndi. Kənddə heç kim yaşamırdı. Acıkənd kəndi. Kənddə heç kim yaşamırdı. Ağcakənd kəndi. Gözəlməzrə kimi tanınan bu kənddə heç kim yaşamırdı.
Ağasur (Soyuqbulaq)
Ağasur (fars. اغاسور‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (20 ailə).
Ağaver (İğdır)
Ağaver — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 20 avqust 1745-ci ildə Nadir Şah ilə Osmanlıların "Vağaver" adı verilən yerdə döyüşməsi qeyd edilmişdir. 1901 və 1928-ci illərdə aparılaq qeydlərə görə kəndin adı ermənicədə "duz hörən" anlamına gələn "Ağaver" şəklinde keçir. 1960-cı ildən sonra adı "Çavuşbaxça" olaraq dəyişdirilir. Uzun illər bu adla qeydlərə keçir. 2010-cu ildə təkrar "Ağaver" olaraq adlandırılır. == Coğrafiya == Kənd İğdır il mərkəzindən 12 km uzaqlıqdadır. Ağaver kəndinin şərqində Kadıqışlaq, cənub-şərqində Yüzbaşılar, güneyində Qazancı və Sarıçoban kəndlərinin əkin tarlaları, qərbində isə Hakmehmet kəndi yerləşir. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 241 nəfər azərbaycan türkü yaşayırdı.
Şəhla Ağapur
Şəhla Ağapur və ya Şəhla Ağapur-Benakohell (1976, Tehran) — Almaniyada yaşayan azərbaycanlı rəssam, yazıçı və qalereya direktoru. O, həmçinin yazıçılıq və şairlikdən əlavə heykəltaraşlıqla da məşğuldur. Şəhla Ağapur Tehran şəhərində azərbaycanlı ailədə anadan olmuşdur. O, erkən yaşlarından incəsənət və ədəbiyyatla maraqlanmağa başlamışdır. O, həmçinin jurnalistika ilə də məşğul olmuşdur. İran İslam inqilabından sonra Ayandegan qəzetində çalışmışdır. Dissident jurnalist fəaliyyətinə görə İrandan Almaniyaya miqrasiya etməyə əcbur olmuşdur. Berlinə köçdükdən sonra sərbəst iş formasında çalışmış və Almaniyada və başqa ölkələrdə öz əsərləri nümayiş etdirilən sərgilər təşkil etmişdir. and other countries. 2003-cü ildə Berlin İncəsənət Universitetində İncəsənət ixtisası üzrə magistr təhsilini başa vurmuşdur.
Avuş
Avuş — Şərur rayonunda indiki Havuş kəndinin əvvəlki adı. Avuş — Şərur rayonunda Keçəltəpə dağının ətəyində gur sulu bulaq. Avuş — Şərur rayonu ərazisində çay. Avuş — Şərur rayonunda dağ, Dərələyəz silsiləsinə aiddir.
Gevork Çavuş
Havuş (dəqiqləşdirmə)
Havuş — Azərbaycanın Şərur rayonunda kənd. Yeni Havuş — Azərbaycanın Şərur rayonunda kənd. Havuş piri — Şərur rayonunun eyni adlı kəndinin şimal-şətq qurtaracağında, sıldırım qayalar arasında ziyarətgah. Havuş mədəni — Şərur rayonunun Havuş kəndinin içərisində tarixi abidə. Havuş dağı- Azərbaycanın Şərur rayonunda dağ. Havuş qız qalası - Şərur rayonunda abidə.
Havuş dağı
Havuş — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayrıcında, Havuşçayın sağ sahilində, Havuş kəndindən təqribən 800 m şimal-qərbdə dağ (hünd. 2338,0 m). Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş, şimal-şərq yamacı sıldırımlı günbəzvarı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında izlənilən Havuşçay üstəgəlməsinin şimal-qərb asılı qanadındakı Havuş antiklinalının şimal-qərb qanadında yerləşir. Zirvə hissəsi və yamaclarında çoxsaylı şimal-qərb və şimal-şərq istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları izlənilir.
Havuş mədəni
Havuş mədəni — Şərur rayonunun Havuş kəndinin içərisində tarixi abidə. Hаvuş mədən istismаr yеri. Еyniаdlı kəndin içərisində dərin dərədədir. Hаvuşçаyın sоl sаhilində Dərələyəz sırа dаğlаrının ətəklərində yеrləşmişdir. Yеrаltı filizçıхаrmа məntəqəsində təmizləmə işləri аpаrılmış, Оrtа əsrlərə аid kеrаmikа məmulаtı аşkаr еdilmişdir. Filizin аnаlizi göstərmişdir ki, Hаvuş mədən istismаr yеrindən əsаsən qurğuşun çıхаrılmışdır. Lаkin filizin tərkibində digər qаrışıqlаr dа оlmuşdur . == İstinadlar == == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 154.
Havuş piri
Havuş piri — Şərur rayonunun eyniadlı kəndinin şimal-şətq qurtaracağında, sıldırım qayalar arasında ziyarətgah. Dərinliyi 15 m-dən artıqdır. Eni 3, bəzi yerlərdə 4 m-dir. Giriş hissəsi tağvarı formadadır. İçərisində cızma və qazma üsulu ilə həkk edilmiş əli nizəli döyüşçü rəsmləri var. Mağarada 1x1 m ölçüdə təmizləmə işi aparılmış, 40 sm dərinlikdə insan skeletləri aşkar edilmiş, 1 m dərinlikdən iti uclu qara rəngli silah sınığı tapılmışdır. Qədim insan məskəni olması ehtimal edilən mağaranın pirə çevrilməsi əcdadlara və onların ruhlarına olan inamlarla bağlıdır. Buradakı tək armud ağacından da pir kimi istifadə edilir; övladı olmayan qadınlar ağacın budaqlarından nənni asır və arzularını diləyirlər. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.155.
Havuş qəbiristanlığı
Hаvuş qəbiristаnlığı — Hаvuş kəndininin cənub-şərq tərəfində təpənin yаmаcındа yеrləşir. Qəbirlər qiblə istiqаmətindədir, bаş dаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаn qоyulmuşdur. Bəzi qəbirlərin üzərində dаş yığınlаrınа rаstlаnır. Bəzilərinin isə yаlnız ətrаfınа kiçik həcmli çаy dаşlаrı döşənmişdir. Bu tip qəbirlər Оrtа əsrlər üçün хаrаktеrikdir. Qəbiristаnlığı XI-XVIII əsrlərə аid еtmək оlаr.
Havuş qəbristanlığı
Hаvuş qəbiristаnlığı — Hаvuş kəndininin cənub-şərq tərəfində təpənin yаmаcındа yеrləşir. Qəbirlər qiblə istiqаmətindədir, bаş dаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаn qоyulmuşdur. Bəzi qəbirlərin üzərində dаş yığınlаrınа rаstlаnır. Bəzilərinin isə yаlnız ətrаfınа kiçik həcmli çаy dаşlаrı döşənmişdir. Bu tip qəbirlər Оrtа əsrlər üçün хаrаktеrikdir. Qəbiristаnlığı XI-XVIII əsrlərə аid еtmək оlаr.
Kiçik çavuş
Kiçik çavuş — Azərbaycan Respublikası Silahlı Qüvvələrində seçilmiş və fərqlənmiş hərbi qulluqçulara, kurs keçməsi nəticəsində verilən hərbi rütbədir. Bu hərbi rütbə kiçik komandir heyəti kateqoriyasına aid hərbi rütbədir. Bu rütbə MAXE hərbi qulluqçulara və müddətli hərbi qulluqçulara verilir.
Nüsrətəddin Ağquş
Nüsrətəddin Ağquş (?-1229) - Ərdəbil hakimi. Nüsrətəddin Ağquş həm səlcuqların, həm atabəylərin, həm də xarəzmşahlıların hakimiyyəti dönəmində adlı-sanlı əmir idi. Azərbaycanın bir çox bölgələrində iqtası vardı. Bir müddət Ərdəbil hakimi olmuşdu. 1229-cu ildə çarmıxa çəkildi. Nüsrətəddin Ağquşun Cəlaləddin Məhəmməd adlı oğlu vardı.
Qevorq Çavuş
Samsa Çavuş
Samsa Çavuş və ya Samsa Bəy (türk. Samsa Çavuş, Samsa Bey; ?-1330-cu ildən sonra) — Ərtoğrul Qazinin, Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Samsa Bəy, Osmanlı Dövlətində "Çavuş" titulunu istifadə edən ilk komandirdir. Ayrıca, Samsa Çavuş Osmanlı Dövlətinin quruluşunda fəal iştirak etmişdir. Ərtoğrul Qazi və digər qayılar ilə birlikdə, Anadoluya Söğüt şəhərinə köçmüşdür. Osman Bəy vaxtında bir çox savaşa qatılmışdır. Pelekanon Savaşında işirak etdiyi məlumdur. İznikin 2-ci fəthində və Sorkunun fəthində qəhrəmanlıqlar göstərmişdir. Orxan Qazi,Qaratəkin qalası fəth edilincə, mühafizlərin başçısı olaraq Samsa Çavuşu təyin etmişdir. Ömrünün son günlərini Sakaryada keçirən Samsa Bəy, 1330-cu ildən sonra vəfat etmişdir.
Aqatis
Aqatis (lat. Agathis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinə aid bitki cinsi.
Aramus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Araxus
Vaqaus
Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır. XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Apalus
Blennosperma (lat. Blennosperma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Apalus DC. Coniothele DC. == Növləri == Blennosperma bakeri Heiser Blennosperma chilense Less.
Agave
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Aqava
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Gadus
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Euonymus alatus
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Euseius alatus
Euseius alatus (lat. Euseius alatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Geophilus flavus
Geophilus flavus (lat. Geophilus flavus) — heyvanlar aləminin buğumayaqlılar tipinin dodaqayaqlılar sinfinin geophilomorpha dəstəsinin geophilidae fəsiləsinin geophilus cinsinə aid heyvan növü.
Kuzinellus ignavus
Kuzinellus ignavus (lat. Kuzinellus ignavus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Rhodeus amarus
Avropa kərgəsi (lat. Rhodeus amarus) — Avropada Fransanın Rona çayı hövzəsindən tutmuş, Rusiyanın Neva çayına qədərki ərazilərinə yayılmışdır. İlk olaraq 1782-ci ildə Marcus Elieser Bloch tərəfindən təsvir edilmişdir və Rhodeus sericeus amarus adı verilmişdir . İlk əvvəllər Adi kərgənin bir yarımnövü hüsab edilirdi. Balıq 10 sm-ə qədər böyüyə bilir. Səth sularında, qumlu və lilli dibi olan ərazilərdə yaşayır. Əsasən bitkilər və daha az dərəcədə qurdlar, xərçəngkimilər və böcək sürfələri ilə qidalanır. Balıq əsasən suyun dibinə kürülərini tökürlər. Hər iki fərd cinsi yetkinliyə 1 il, 30–35 mm uzunluğunda olduqda çatır.
Senecio flavus
Senecio flavus (lat. Senecio flavus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sizal aqavası
Sizal aqavası (lat. Agave sisalana) - aqava cinsinə aid bitki növü.