AĞAGÜL

ağaya layiq gül, ağa gülü; ağa oğlu, ağaya layiq oğul.
AĞAƏZİZ
AĞAGÜN
OBASTAN VİKİ
Elşən Ağagülov
Elşən Etibar oğlu Ağagülov (1 iyun 1979, Alpan, Quba rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, "Qarabağ" ordeni kovaleri. == Həyatı == Elşən Ağagülov 1 iyun 1979-cu ildə Quba rayonunun Alpan kəndində anadan olub. Alpan kənd orta məktəbini əla qiymətlərlə bitirib. Hələ orta məktəbdə oxuyan zaman hərbçi olacağını qarşısına məqsəd qoyub. Bu sənəti seçməkdə atasının da tövsiyəsi əhəmiyyətli rol oynayıb. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə sənəd verir və həmin il də qəbul olub və 2000-ci ildə məktəbi əla qiymətlərlə bitirərək zabit kimi xidmətə başlayır. Elşən Ağagülovun Eldəniz adlı digər qardaşı Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və 1996-cı ildə haqq dünyasına qovuşub. Böyük qardaşı Şəhriyar Ağagülov da Azərbaycan Ordusununun zabitidir. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovniki olan Ağagülov Elşən 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ilk gündən sona qədər döyüşlərin komandanlarından biri olub. Hərbi hissənin qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirib.
Şəhriyar Ağagülov
Şəhriyar Etibar oğlu Ağagülov (20 dekabr 1977; Quba, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik, "Azərbaycan Bayrağı" ordeni kovaleri. == Həyatı == Şəhriyar Ağagülov 20 dekabr 1977 - ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. Alpan kənd orta məktəbini əla qiymətlərlə bitirib. Hələ orta məktəbdə oxuyan zaman hərbçi olmağı qarşısına məqsəd qoyub. Bu sənəti seçməkdə atasının da tövsiyəsi əhəmiyyətli rol oynayıb. 1995 - ci ildə sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verir və həmin il də qəbul olub və 1999 - cu ildə məktəbi əla qiymətlərlə bitirərək zabit kimi xidmətə başlayır. Şəhriyarın Eldəniz adlı qardaşı Birinci Qarabağ müharibəsində Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və 1996-cı ildə haqq dünyasına qovuşub. Kiçik qardaşı Elşən Ağagülov isə qəhrəmanlıqda ondan heç geri qalmır. Azərbaycan Ordusununun zabitidir. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovniki olan Şəhriyar Ağagülov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ilk gündən sona qədər döyüşlərin komandanlarından biri olub.
затемнённый молоти́лка неважне́цкий перенасы́щенный повы́биться рационалисти́чность увёрстка воплоти́ться запомина́ние подставить но́жку попи́сывать предика́т прерыва́ющийся психотро́пный шилохво́стый суфлер air-built cinder iconolatry propugnaculum self-recrimination upstart печаль синяк явочный