Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağbənd
Ağbənd – Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində qəsəbə.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == Ağbənd qəsəbəsi Araz çayının sahilində, Ağbənd dağının ətəyindədir. Yaşayış məntəqəsi adını ətəyində salındığı dağın adından almışdır. 1958-ci ildə meydana gəlmiş bu qəsəbəni Bartaz, Vejneli, Dəlləkli, Əmirxanlı, Baharlı, Çöpədərə və Sürtük kəndlərindən gəlmiş ailələr salmışdır. Qazaxıstanın Selinoqrad vilayətində Akbənt qəsəbəsi qeydə alınmışdır. == Ağbənd dağı == Zəngilan rayonu ərazisində dağ. Ağbənd qəsəbəsinin cənub-şərqindədir. Süxurları ağ rəngdə olan dağ Araz çayının dərəsinə doğru bəndi xatırladan formada uzandığı üçün belə adlandırılmışdır.
Ağbat
Ağbat — Arsakda, tarixi Qarabağ ərazisində qədim məntəqə adı.Eramızdan əvvəl ikinci əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycanda) bəzi ərazilər Arsak adlanırdı (məsələn, Ərdəbil şəhristanındakı tarixi Ərşaq bölgəsi). Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. == Tarixi == Ağbat alban xristian dini mərkəzlərindən olmuş Xotavəng monastırının (indiki Kəlbəcər rayonunun Vəng kəndində; kəndin keçmiş adlarından biri də Xotavəng/Xotavank olmuşdur) mülklərindən biri olmuşdur. Ermənicə yazılışda əvvəlinə "H" səsinin əlavəsi ilə haqbat kimidir (yenə orada). Azərbaycan dilində ağ və türk dillərində bət "üz", "səth" sözlərindəndir. 1590-cı ilə aid mənbədə Ağbat adlı bir kənd Borçalı bölgəsində də var. Məzmunca Baranbet (Goranboy rayonu), Girdəbad (Quba rayonu), Tupabad (Zəngilan rayonu) Salavat, Batabat və b. dağ adları ilə eynidir. XVII əsrə aid mənbədə Bərdə mahalında Eranbat kəndi qeyd olunur. == Həmçinin bax == Arsak Alban == Xarici kecid == http://tarixklubulogspot.
Albert
Albert — Dünyada daha çox işlədilən rus adı. Albert Aqarunov — Azərbaycanın Milli Qəhrəmanı. Tank komandiri. Albert Bitran — rəssam Albert Qonzales — Amerikalı haker və kiber cinayətkar. Albert Starçevski — Rus jurnalisiti; ensiklopediyaçı Albert Tağıyev — Azərbaycan iqtisadçısı, iqtisadiyyat üzrə fəlsəfə doktoru.
Asbest
Asbest — şəhər
Egbert
Eqbert (VIII əsr, Uesseks krallığı[d] – 839, Uesseks krallığı[d]) — 802-839-cu illər arasında Uesseks kralı. O, 829-cu ildə Mersiyanı məğlub etmişdir və buna görə də İngiltərə kralı hesab edilə bilər.
Eqbert
Eqbert (VIII əsr, Uesseks krallığı[d] – 839, Uesseks krallığı[d]) — 802-839-cu illər arasında Uesseks kralı. O, 829-cu ildə Mersiyanı məğlub etmişdir və buna görə də İngiltərə kralı hesab edilə bilər.
Bəxt gölü
Bəxt gölü (özb. Baxt, Бахт — «baxt») — Özbəkistanın Daşkənd şəhəri Bəyteymur tümənliyi ərazisinə daxil olan süni göl. Göl Çirçik çayının suları ilə doldurulmuşdur. Göl istirahət zonası rolunu oynayır. Bura park-göl statusu verilmişdir. == Təsviri == Bəxt gölü təqribi olaraq 27 ha ərazini əhatə edir. Göl sanki üçbucaqlı formaya malikdir. Ancaq kənarları düz xətt üzərində yerləşmir. Göl cənub-qərbdən, şimal-şərqə istiqamətlənmiş formaya malikdir. Gölün uzunluğu 900 metr, eni isə 300 metr təşkil edir.
Bəxt üzüyü
Bəxt üzüyü tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. Film Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əsas rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyli, Nəsir Sadıqzadə və Rəfael Dadaşov ifa edirlər. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir. == Məzmun == Bu qrotesk film qəhrəmanlardan biri-Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu (Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar.İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız. Bu çağırış filmin əsasını təşkil edir.
Albert Anker
Albert Samuel Anker (1 aprel 1831[…] – 16 iyul 1910[…]) ən çox uşaq portretləri ilə tanınmış İsveçrəli rəssamdır.
Albert Aqaronov
Albert Aqarunoviç Aqarunov (25 aprel 1969, Bakı – 8 may 1992, Şuşa) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. Əslən dağ yəhudisi olan Aqarunov 1980-ci illərin sonlarında Sovet Ordusu sıralarında xidmət etmiş, sonra Suraxanıya işləməyə qayıtmışdır. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş Aqarunov, tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuşdur. O, sonradan tank komandiri kimi Şuşaya yollanmış, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Aqarunov, müharibənin ilk tank döyüşündə iştirak etmiş, erməni komandir Qaqik Avşaryanı məğlub etmişdir. O, daha sonra Şuşa–Laçın yoluna irəliləmiş, döyüş əsnasında tankdan enmiş, həlak olanların üzərindən keçməsin deyə sürücüyə yol göstərərkən şəhid olmuşdur. Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, bu ada layiq görülən ilk hərbçilərdən olmuşdur. Aqarunov Azərbaycanın milli qürur simvoluna çevrilmişdir, irsi ən çox yad edilən müharibə qəhrəmanlarındandır. Onun şərəfinə xatirə lövhələri, büst, küçə və həmin küçədə heykəl mövcuddur.
Albert Aqarunov
Albert Aqarunoviç Aqarunov (25 aprel 1969, Bakı – 8 may 1992, Şuşa) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. Əslən dağ yəhudisi olan Aqarunov 1980-ci illərin sonlarında Sovet Ordusu sıralarında xidmət etmiş, sonra Suraxanıya işləməyə qayıtmışdır. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş Aqarunov, tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuşdur. O, sonradan tank komandiri kimi Şuşaya yollanmış, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Aqarunov, müharibənin ilk tank döyüşündə iştirak etmiş, erməni komandir Qaqik Avşaryanı məğlub etmişdir. O, daha sonra Şuşa–Laçın yoluna irəliləmiş, döyüş əsnasında tankdan enmiş, həlak olanların üzərindən keçməsin deyə sürücüyə yol göstərərkən şəhid olmuşdur. Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, bu ada layiq görülən ilk hərbçilərdən olmuşdur. Aqarunov Azərbaycanın milli qürur simvoluna çevrilmişdir, irsi ən çox yad edilən müharibə qəhrəmanlarındandır. Onun şərəfinə xatirə lövhələri, büst, küçə və həmin küçədə heykəl mövcuddur.
Albert Azaryan
Albert Vağarşakoviç Azaryan (erm. Ալբերտ Վաղարշակի Ազարյան; rus. А́льберт Вагарша́кович Азаря́н; 11 fevral 1929[…], Böyük Qarakilsə – 5 sentyabr 2023, İrəvan) — SSRİ bədii gimnastı, məşqçisi, beynəlxalq dərəcəli hakim (1970). Əməkdar idman ustası (1954). Ermənistan SSR əməkdar məşqçisi (1966). Ermənistan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi (1967). Üçqat olimpiya çempionu, dördqat dünya çempionu, ikiqat Avropa çempionu, on birqat SSRİ çempionu. == Həyatı == Albert Vağarşakoviç Azaryan 11 fevral 1929-cu ildə Böyük Qarakilsədə anadan olmuşdur. O, 1956-cı ildə Ermənistan Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. halqalarla hərəkətdə ikiqat Olimpiya çempionu (1956, Melburn; 1960, Roma), komanda çempionatında (1956), komanda çempionatında Olimpiya gümüş mükafatçısı (1960, Roma).
Albert Bassermann
Bassermann Albert (7 sentyabr 1867[…], Manhaym – 15 may 1952[…], Sürix) – Alman teatr və kino aktyoru. == Həyatı == 7 sentyabr 1867-ci ildə Manheymdə anadan olub. 1889-cu il tarixindən səhnə fəaliyyətinə başlamışdır. Sonra dörd il Meiningen Teatrında çalışdı və daha sonra Berlinə köçdü. Orada 1899-cu ildən Otto Brahm Teatrında, 1904-cü ildən Alman Teatrında, 1909-cu ildən Lessing Teatrında işləyir. 1909–1915-ci illərdə Berlindəki Deutsche Teatrında Max Reinhardt ilə birlikdə çalışdı. Bir aktyor kimi şöhrəti və etibarlılığı o qədər güclü idi ki, 1911-ci ildə İffland üzüyünü aldı. Filmlərdə rol alan ilk Alman teatr aktyorlarından biri kimi tanınırdı. 1913-cü ildə Digər filmində rol aldı, bundan sonra səssiz film dövrünün ən böyük Alman rejissorları ilə çalışdı. Səhnədə tez-tez oynadığı bir aktrisa olan həyat yoldaşı Elsa da yəhudi idi, buna görə 1933-cü ildə nasistlər Almaniyada hakimiyyətə gəldikdə, Bassermanın işinə böyük hörmət edən Adolf Hitler şəxsən onu boşanmağa dəvət etdi, Basserman imtina etdi və 1933-cü ildə həyat yoldaşı ilə Almaniyadan İsveçrəyə mühacirət edildi.
Albert Birştadt
Albert Birştadt (alm. Albert Bierstadt‎; 7 yanvar 1830[…], Zolingen[d], Reyn əyaləti[d] – 18 fevral 1902[…], Nyu-York, Nyu-York ştatı) — tanınmış Amerika peyzaj rəssamı idi. Onun əsərləri romantik, coşqulu, parlaq çalarlarla zəngin olması ilə böyük şöhrət qazanmışdır.
Albert Ebosse
Albert Dominik Ebosse Boconqo Dika (fr. Albert Dominique Ebossé Bodjongo Dika; 6 oktyabr 1989, Duala – 23 avqust 2014, Tizi-Uzu[d]) — Kamerun, Malayziya və Əlcəzair çempionatlarında çıxış etmiş kamerunlu futbolçu. == Karyerası == Ebosse "Duala Atletika", "Koton Sport" və "Unisport" kimi Kamerun klublarında çıxış etmişdir. O, 2012-ci il aprelin 15-də Malayziyanın "Perak" klubu ilə müqavilə imzaladı. O, yeni klubu ilə liqada debütünü 17 aprel 2012-ci ildə "Sabah" klubuna qarşı 2-2 heç-heçə hesabı ilə bitən qarşılaşmada etdi və klub forması ilə ilk qolunu 4 may 2012-ci ildə keçirilən və 2-2 bərabər hesabla bitən "Terenqanu" klubuna qarşı oyunda vurdu. 2013-cü ilin iyul ayında Ebosse "Kabiliyə" (qısaca "JSK") klubuna keçid etdi. O, 2014-cü ildə 17 qolla Əlcəzair çempionatının bombardiri oldu. == Vəfatı == 23 avqust 2014-cü ildə "JSK" və "USM Alger" komandaları arasında keçirilən ev qarşılaşmasının sonunda komandalar meydanı tərk edərkən naməlum şəxs tərəfindən atılan mərmi Ebossenin başına dəydi. JSK üçün 2-1 hesablı məğlubiyyətlə başa çatan oyunda Ebosse klubunun yeganə qolunun müəllif idi. Ebosse bir neçə saat sonra kəllə-beyin travması nəticəsində xəstəxanada vəfat etdi.
Albert Eksteyn
Albert Eksteyn (alm. Albert Eckstein‎; 9 fevral 1891, Ulm, Vürtemberq krallığı[d] – 18 iyun 1950, Hamburq) — alman pediatrı və akademiki. == Erkən həyatı == Albert Eksteyn Almaniya imperiyasında yəhudi fabrik sahibi bir ailənin ikinci övladı olaraq dünyaya gəlmişdi. Atasının əleyhinə olmasına baxmayaraqo, Frayburq Universitetində tibb təhsili alır. Daha sonra Birinci Dünya müharibəsində orduda xidmətinə görə Birinci dərəcəli Dəmir Xaç ordeni ilə təltif edilir. Daha sonra tibb təhsilini Leypsiq və Münhen Lüdviq-Maksimilian Universitetlərində davam etdirib.1925-ci ildə Düsseldorf Universitetinin uşaq klinikasına rəhbərlik edən müəllim və baş həkim kimi Artur Şlossmannla birlikdə işləmişdir. Eksteyn Frayburq-im-Braysqauda Şlossmanın qızı Erna ilə tanış olur və evlənirlər. 1926-cı ildə sıravi professor rütbəsi aldıqdan, sonra qayınatasının varisi olur. == Türkiyə illəri == 1935-ci ildə Nürnberq qanunları ilə başlayan antisemitizmə görə o, Türkiyənin dəvəti ilə Almaniyanı tərk edərək ailəsi ilə birlikdə Ankarada məskunlaşmağa qərar verir. Eksteyn 1935-ci ildə Ankaraya gələndə o vaxtkı səhiyyə naziri Refik Saydam tərəfindən qəbul edilir.
Albert Eynşteyn
Albert Eynşteyn (alm. Albert Einstein‎; 14 mart 1879[…], Ulm, Vürtemberq krallığı[d], Almaniya imperiyası[…] – 18 aprel 1955[…], Prinstom, Nyu Cersi, ABŞ) — alman fiziki; nəzəriyyəçi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı (1921), ictimai xadim. Almaniya (1879–1893, 1914–1933), İsveçrə (1893–1914) və ABŞ-də yaşayıb (1933–1955). Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü (1926).Adı tarixdə 100 ən nüfuzlu şəxs və tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-cı ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. Iki oğlu və 1 qızı dünyaya gəlir.
Albert Finni
Albert Finni (ing. Albert Finney; 9 may 1936[…] – 7 fevral 2019[…]) — kino aktyoru, kino prodüseri, kinorejissor, müğənni, teatr aktyoru, ssenarist, telerejissor və televiziya aktyoru. == Həyatı == Alis və Albert Finninin oğlu kimi İngiltərənin Lancashire əyalətinin Salford şəhərində anadan olmuşdu. Finni "Kral Dramatik Sənət Akademiyası"nda oxumuşdur. Finney 1963-cü ildə Toni Riçardson tərəfindən uyğunlaşdırılan Henri Fildinqin "Tom Jones" filmində rol aldı. Filmdəki roluna görə "Oskar" mükafatına namizəd olan Finni bu roluna görə "Tom Jones Venesiya Film Festivalı"nda (Volpi Kuboku) ən yaxşı aktyor mükafatına layiq görülmüşdür. Aktyor 1984-cü ildə "Paltar" filminə görə "Berlin Film Festivalı"nda "Ən Yaxşı Aktyor mükafatı"nı qazanıb. "Paltar" və "Vulkanın altında" filmlərinə görə "Ən Yaxşı Dəstəkləyici Aktyor Akademiyası Mükafatı"na namizəd oldu. Ceyn Venham (1957-1961), Anuk Emi (1970-1978) və Keyterin Ettson (1989-1991) ilə evlənmişdir. Aktyor Albert Finney 7 fevral 2019-cu ildə 82 yaşında vəfat etdi.
Albert Fiş
Albert Fiş -(ing. Hamilton Howard "Albert" Fish) Amerika Birləşmiş Ştatlarının məşhur qatili. Tarixdə ən amansız silsilə qatillərdən biri hesab olunan Albert Fişin digər adları Boz Adam, Bruklin Qaniçəni və Xortdan olmuşdur. Albert Fişin yüzdən artıq qətil törətdiyi ehtimal olunur. Dünyada olan silsilə qatillərin ən yaşlısı hesab olunur. Albert Fişin pedofil və ruhi xəstə olduğu rəsmi şəkildə təsdiq olunmuşdur və o, təkcə silsilə qatillər törətmiş ruhi xəstə kimi yox, həm də adamyeyən qatil kimi adını tarixə yazdırmışdır. Qurbanlarının yaşlı, cavan ayırd etmədən bir çoxunun ətini də dadmışdır. == Həyatı == Albert Hamilton Fiş 1870-ci ilin 19 mayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində anadan olmuşdur. 1875-ci ildə atasının ölümündən sonra uşaq evinə düşən Albert Fiş bu həyata ayaq uydura bilməmiş, ruhi sarsıntı keçirmişdir. Anası ilə bərabər yaşadığı dövrdə tez-tez cinsi istismara məruz qalan Fiş ruhi xəstəyə çevrilmiş və şizofren davranışlar sərgiləməyə başlamışdır.
Albert Kamyu
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d] – 4 yanvar 1960[…], Villeblevin[d], Fransa) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.
Albert Kesselrinq
Albert Kesselrinq (alm. Albert Kesselring‎; 30 noyabr 1885[…] – 16 iyul 1960[…], Bad-Nauhaym[d], Qərbi Almaniya) — alman hərb xadimi, lüftvaffe general-feldmarşalı. Hər iki dünya müharibəsində iştirak edən Kesselrinq Üçüncü Reyxin ən uğurlu komandirlərindən biri olmuşdur, Palıd yarpaqları, qılınclar və almazları olan Cəngavər xaçı ilə mükafatlandırılan 27 nəfərdən biridir. İkinci Dünya Müharibəsinin ən populyar alman generallarından biri olduğu üçün müttəfiqlərdən Gülərüz Albert (ing. Smiling Albert), öz əsgərlərindən isə "Albert dayı" (alm. Onkel Albert‎) ləqəbini aldı. == Hərbi karyerası == Kesselrinq hərbi karyerasına 1904-cü ildə fanen-yunker kimi başlamış, artilleriya silahlı qüvvələrin qolu olmuşdur. 1912-ci ildə kəşfiyyat aerostatına müşahidəçi kimi məzun oldu. Kesselrinq Birinci Dünya Müharibəsinin həm Qərb, həm də Şərq cəbhələrində xidmət etdi, bundan sonra Baş Qərargahda işləmək üçün köçürüldü. Müharibədən sonrakı ordunun azalması Kesselrinqə təsir etmədi, 1933-cü ilə qədər Aviasiya Reyxnazirliyinin inzibati şöbəsinə köçürüldü.
Albert Kuznets
Albert Kuznets (est. Albert Eduard Kusnets; 12 avqust 1902, Tallin – 1942) — estoniyalı Yunan-Roma güləşçisi. 1928 Amsterdam Olimpiya Oyunlarının gümüş mükafatçısı.
Albert Lokonqa
Albert-Mboyo Sambi Lokonqa (22 oktyabr 1999, Belçika) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən peşəkar Belçika futbolçusu. "Anderlext" klubunun akademiyasının yetirməsi olan Lokonqa həmin klubda peşəkar karyerasına 2017-ci ildə başlayıb. == Klub karyerası == === Anderlext === Lokonqa Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. Lokonqa Anderlext klubu ilə ilk peşəkar müqaviləsini 10 noyabr 2017-ci ildə imzalamışdır. Lokonqa öz peşəkar karyerasında debütünü 22 dekabr 2017-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli komanda karyerası == Əvvəllər Belçika U17, Belçika U19 və Belçika U21 kimi gənclər yığmasında oynamış Lokonqa 2021-ci ilin mart ayında əsas milli komandanın heyətinə salındı. Onun debütu 2 sentyabr 2021-ci ildə Dünya Kuboku seçmə mərhələsinin Estoniyaya qarşı səfərdə keçirilən oyuna təsadüf etdi, oyun 2:5 qonaqların qələbəsi ilə başa çatdı. O, 74-cü dəqiqədə Eden Hazardı əvəzlədi.
Albert Lottin
Albert-Nikolas Lottin (fr. Albert-Nicolas Lottin; 29 avqust 2001, Paris) — Niderlandın aşağı liqa təmsilçilərindən olan "Yonq Utrext" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == Lottin "Bordo" akademiyası vasitəsilə inkişaf etmişdir. O, Amerikanın GACP şirkəti klubu aldıqdan sonra akademiyaya qəbul olan ilk futbolçu olmuşdur. 14 dekabr 2018-ci ildə Lottin Liqa 1 təmsilçilərindən olan "Bordo" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 5 aprel 2019-cu ildə "Marsel" klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə François Kamanonu əvəz etmişdir. Liqa 1 görüşündə Bordo rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 2020-ci ilin sentyabrında oyunçu Niderlandın "Yonq Utrext" klubu ilə 3 illik müqavilə imzaladı == Şəxsi həyatı == Lottin Fransada anadan olmuşdur. Valideynləri isə Kamerun vətəndaşlarıdır.
Albert Lutuli
Albert Lutuli (1898[…], Bulavayo – 21 iyul 1967, Kvadukuza[d]) — Cənubi Afrikalı siyasətçi, Afrika Milli Konqresinin prezidenti, aparteidə qarşı, Nobel sülh mükafatına layiq görülən ilk Afrikalı. == Həyatı == O, missionerlər üçün tərcüməçilik edən Zululand kökənli Con Bunyan Lutulinin oğlu idi. Atasının ölümündən sonra 10 yaşında Cənubi Afrikaya getdi və əmisinin "Qrutvil" qəbiləsinin başçısının evində Zulu adətlərini öyrəndi. O, anasının camaşırxanadan qazandığı pulla və əldə elədiyi təqaüd ilə təhsil alıb. Durban yaxınlığındakı Adamsda müəllimlik məktəbini bitirib və bu məktəbin ilk üç qaradərili müəllimindən biri olub. 1927-ci ildə qəbilə başçısının nəvəsi olan Nokukhanya Bhengu adlı müəllimə ilə evlənib.1936-cı ildə müəllimlikdən ayrılaraq və 5000 nəfərlik Qrutvil qəbiləsinin başçısı seçildi. Aclıq və yoxsulluq kimi mühüm problemlərlə üzləşdiyi bu dövrdə siyasi fəaliyyətlərdən uzaqlaşaraq Natal Afrika Müəllimlər Birliyi və Cənubi Afrika Futbol İttifaqının katibliyini üzərinə götürdü. O, Zulu Dili və Mədəniyyəti Assosiasiyasını təsis edib, həmçinin Xristian Direktorlar Şurasının, Avropalıların və Afrikalıların Birgə Şurasının və Durbandakı İrqlərarası Əlaqələr Agentliyinin üzvü olmuşdur.1945-ci ildə Afrika milli konqresinə qoşuldu. Növbəti il ​​o, üzvləri qəbilə başçıları və ziyalılardan ibarət olan Yerlilərin Təmsil Şurasına seçildi. Məhz bu zaman ordu qoşunları və polis qaradərili mədənçilərin tətilini yatırmaq üçün zorakılıq tətbiq edib, əkkiz işçini öldürüb, minə yaxınını yaralamışdılar.
Albrext Dürer
Albrext Dürer (almanca Albrecht Dürer; 21 may 1471[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…] – 6 aprel 1528[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…]) — alman rəssamı və qrafiki, Qərbi Avropa İntibahının ən böyük ustalarından biri. Ksiloqrafiyanı əsl incəsənət səviyyəsinə qaldıran Dürer bu sənətin ustası hesab edilir. Şimali Avropa rəssamlarının arasında ilk incəsənət nəzəriyyəçisi olmuşdur. O, rəssamların hərtərəfli inkişafının zəruriliyini təbliğ edərək, alman dilində təsviri və dekorativ-tətbiqi sənəti üzrə praktiki dərsliklər yazmışdır. Müqayisəli antropometriyanın banisidir. Sadalanmışlardan başqa, hərbi mühəndislik incəsənətində də gözə çarpan iz qoymuşdur. Avropa rəssamları arasında avtobioqrafiyanı ilk o yazmışdır. == Həyatı == === Ailəsi. İlk illəri. Təhsili (1471–1490) === Gələcəyin rəssamı 21 may 1471-ci ildə Nürnberqdə, zərgər ailəsində anadan olmuşdur.
Albrext Penk
Albert Penk (25 sentyabr 1858[…], Roydnits[d] – 7 mart 1945[…], Praqa) — alman geoloqu, coğrafiyaçısı, okeanoloqu, Valter Penkin atasıdır. == Tərcümeyi-halı == Albert Penk — biznesmen Emil Penkin (1829–1880) və arvadı Elizabet Penkin (1833–1896) oğludur. 1885–1906-cı illərdə Penk Ven universitetini, 1906–1927-ci illərdə Berlin universitetini professor çalışıb. 1886-cı ildə Penk İde Qanqxoferlə (1863–1944) ailə həyatı qurub. bacısı Lüdviqa Qanqxofera məşhur bavariya yazıçısıdır. Onların oğlu Valter Penk məşhur coğrafiyaçı və geomorfoloqdur. Ferdinand fon Rixthofenanın ölmündən sonra 1906–1927-ci illərdə albert Coğrafiya institutunun direktoru oldu.1906-cı ildə İsveç Krallığının akademiyasının üzvü olur. 1918-ci ilə kimi okeanaqrafiya muzeyinin rəhbəri olur. Penk okeanologiya və iqlimşünaslığı öyrənir. O, 1945-ci ilin mart ayının 7-də Praqada ölür.
Bəxt üzüyü 2
== Film haqqında == Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı “Bəxt üzüyü 2” filmi çəkilib. Filmin çəkilişinə görə Seva rolunun ifaçısı Firəngiz Rəhimbəyli Amerikadan Azərbaycana dəvət olunub. Filmin çəkilişində mümkün qədər ilk “Bəxt üzüyü”ndə oynamış aktyorların iştirakına çalışılıb. Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu filmdən çox razı qalıb. Nüşabə xanım deyib ki, "möhtəşəm bir film alınıb. Film yaxın vaxtlarda tamaşaçıların seyrinə veriləcək”. “Bəxt üzüyü 2“ filminin çəkilişlərini “Planet Parni iz Baku" komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəst-xət üzrə davam edir.
Bəxt üzüyü (film, 1991)
Bəxt üzüyü tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. Film Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əsas rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyli, Nəsir Sadıqzadə və Rəfael Dadaşov ifa edirlər. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir. == Məzmun == Bu qrotesk film qəhrəmanlardan biri-Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu (Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar.İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız. Bu çağırış filmin əsasını təşkil edir.
Bəxt üzüyü 2 (film, 2017)
== Film haqqında == Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı “Bəxt üzüyü 2” filmi çəkilib. Filmin çəkilişinə görə Seva rolunun ifaçısı Firəngiz Rəhimbəyli Amerikadan Azərbaycana dəvət olunub. Filmin çəkilişində mümkün qədər ilk “Bəxt üzüyü”ndə oynamış aktyorların iştirakına çalışılıb. Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu filmdən çox razı qalıb. Nüşabə xanım deyib ki, "möhtəşəm bir film alınıb. Film yaxın vaxtlarda tamaşaçıların seyrinə veriləcək”. “Bəxt üzüyü 2“ filminin çəkilişlərini “Planet Parni iz Baku" komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəst-xət üzrə davam edir.