Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Evoğlu (Ağdam)
Evoğlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. == Toponomik izahı == Evoğlu - Ağdam rayonunda kənd adı. Əsl adı İvəoğlu. Səlcuq oğuzlarının İvə tayfasının adından və “oğlu“, “övladı“ sözündəndir. İvəoğlu Qarabağda Kəngərlərin Qaraxanbəyli tayfasının qollarından biri idi. Bu kənd İbrahim xanın bacısı Gövhər ağaya mənsub 14 ailənin məskunlaşmasından yaranmışdır. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. Əhalisinin əksəriyyəti əkinçilik və maldarlıqla məşğul olur. == Evoğlu kəndində == Şəhid Əsgər Əliyev adına tam orta məktəb Uşaq bağçası [1] kənd ambulator xəstəxanası mədəniyyət evi polis məntəqəsi vardır.
Eyvazlı (Ağdam)
Eyvazlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində kənd.
Gavurqala (Ağdam)
Gavurqala — Azərbaycan respubliksı ərazisində erkən orta əsrlər dövrünə aid şəhər xarabalığı. Gavurqala şəhər yeri Ağdam rayonunun Boyəhmədli kəndi ərazisində yerləşir. Mərkəz hissəsi düz səthlidir. Ətraf ərazidən 6–8 m yüksəklidədir. Burada ilk arxeoloji tədqiqatlar 1958-ci ildə aparılmışdır. Qazıntılar nəticəsində ərazidə III-V əsrlərdən başlayaraq X-XI yüzilliyə qədər yaşayışı özündə əks etdirən 4 metr qalınlığında mədəni təbəqə üzə çıxarılmışdır. Yaşayış yerində əsas inşaat materialı kimi daşdan, bişmiş və çiy kərpicdən, kirəmitdən istifadə edilmişdir. Binalar yüksək sənətkarlıqla tikilmişdir. Ağ daşdan inşa edilmiş Gavurqala kilsəsi şəhərdə memarlığın inkişafını xarakterizə etmək üçün ən gözəl nümunədir. Məbədin Şərq hissəsində xüsusi otaqdan ibarət olan mehrab ellipsvaridir.
Göytəpə (Ağdam)
Göytəpə — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Güllücə (Ağdam)
Güllücə — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd. Güllücə kəndi 1994-cü il aprel ayının 16-da Ermənistan ordusu tərəfindən işğal olunub. 20 Noyabr 2020-ci il işğaldan azad olunub. == Tarixi == 1930-cu ilə qədər Güllücə kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Güllücə kəndi rayon mərkəzindən 26 km. şimalda, Papravənd kəndindən 10 km. şərqdə, Qarabağ düzündə yerləşir. Əslən Qarabağdan olan tanınmış yazıçı Süleyman Sani Aundovun “Nurəddin” adlı əsərində Güllücə kəndinin adı çəkilir, kəndin gözəlliyindən söz açılır; yazıçı təxəyyülünün kiçik əlavələri nəzərə alınmazsa, Axundov, Ağdamın Güllücə kəndi barədə yazıb. Ermənistanın Amasiya rayonunda da Güllücə adlı azərbaycan kəndi var. Lakin Ermənistandakı yüzlərlə digər azərbaycanlı kəndi kimi, Amasiyadakı Güllücədə də azərbaycanlı qalmayıb artıq.
Hacıməmmədli (Ağdam)
Hacıməmmədli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd, düzənlik ərazidə yerləşir. == Toponomiyası == Ağdam rayonunun Əfətli inzibati ərazi vahidində, “Yaşayış məntəqəsi kəbirli tayfasının ulubabalı qoluna mənsub hacıməmmədli tirəsinin Ağburun adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tirənin tam adı hacıməhəmmədhüseynli olmuşdur ki, bu da “Hacı Məmməd Hüseynin nəslindən olanlar, hacıməmmədlilər” mənasındadır === Oykonim === Oykonim Hacı dini titul bildirən termindən, Məmməd şəxs adından və -li mənsubluq bildirən şəkilçidən yaranmışdır. Hacı dini anlamlı sözdür. Qədim dini mərkəz olan Məkkəni ziyarət edən adam Hacı adlanır. Bu sözə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir. Məsələn: “Ol Məkkəyə sağ varsa, əsən gəlsə, sidqi bütün Hacı görkli” . Hacı sözü alınma söz olmasına baxmayaraq, Azərbaycan onomastik sistemində geniş yayılmışdır. Məsələn: Hacı, Hacıağa, Hacıbala, Hacıməmməd, Hacısəməd, Hacıhüseyn və s. şəxs adları; Hacılar (Bərdə r-nu), Hacıalılar (Gədəbəy r-nu), Hacıağalar (Quba r-nu), Hacıbəbir (Sabiradad r-nu), Hacıqədirli (Ağsu r-nu), Hacıələkbərli (Gədəbəy r-nu), Hacıqurbanoba (Xaçmaz r-nu), Hacıağabəyli (Göyçay r-nu), Hacıqurbanoba (Xaçmaz r-nu) və s.
Kosalar (Ağdam)
Kosalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Küdürlü (Ağdam)
Küdürlü (həmçinin Küdüllü) — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. == Oykonimi == Oykonim Azərbaycan dilinin dialektlərində işlənən küdür/küdrü/küdri (quru iqlimli yer, su çıxmayan ərazi) sözündən və -lü şəkilçisindən düzəlib, ərazinin coğrafi mövqeyini təyin edir. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Kürdlər (Ağdam)
Kürdlər — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Əhalisi == === Görkəmli şəxsləri === Əlabbas İsgəndərov — Azərbaycanın Milli Qəhrəmanı Tofiq Vəliyev — Tarix elmləri doktoru, professor Şəmsəddin Əsədov – kənd təsərrüfatı elmləri doktoru, professor == İstinadlar == == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001.
Kəlbəhüseynli (Ağdam)
Kəlbəhüseynli — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündə yerləşir. == Tarixi == Ağdam rayonunda, Xındırıstan inzibati-ərazi vahidində, “Kəndi vaxtilə Kərbəlayi Hüseyn adlı şəxs saldığına görə onun adı ilə adlanmışdır” == Toponomiyası == Oykonimin tərkibindəki kəlbə komponenti kərbəlayi mənasındadır. Kəlbəhüseynli “Kərbəlayi Hüseynə məxsus, Kərbəlayi Hüseynə aid” anlamındadır. Kərbəlayi dini mənalı sözdür. Kəlbəhüseynli kənd adına Masallı rayonunda da rast gəlinir.
Kəngərli (Ağdam)
Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Kəngərli kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kənd Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşir. == Tarixi == Ağdam rayonuda yerləşən 3 Kəngərlidən biri Ağdam şəhərindən 5 km şimal-şərqdə Ağdam-Bərdə şose yolunun sağ sahilində, məşhur Uzundərə adlanan dərənin sağ sahilində yerləşir. Kənd Pirhəsənli tirəsinə aid olduğu (müdriklərin söyləmələrinə görə) üçün kəndə Pirhəsənli-Kəngərlisi deyilir (Ağsu rayonunda yerləşən Pirhəsənli camaatı ilə eyni tirədəndirlər). Uzundərənin sol sahilində daha 2 kiçik kənd Kəngərli tayfasına aid edilir. 1-ci kənd Şirvanlı, 2-ci kənd Qaraağaclar (1963-cü ilə kimi Kəngərli adlanıb) adlanır. Camaat öz aralarında sağ sahildəki kəndi o tay, soldakı kiçik kəndləri bu tay deyə fərqləndirirlər.
Mahrızlı (Ağdam)
Mahrızlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Zəngişalı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Rusiya imperiyasının əhali statistikasına görə kəndin əhalisinin tatarlardan (sonradan azərbaycanlılar) ibarət olmasına baxmayaraq, Tatyana Aristovaya görə. onun adı kürd mənşəli mahrızlı tayfası ilə əlaqədardır. == Tarixi == Tatyana Aristovaya görə. Mahrızlı kəndi 1820-ci ildə İrandan Azərbaycana köçmüş, kürd mənşəli mahrızlı tayfası tərəfindən salınmışdır. Buna baxmayaraq, Rusiya imperiyasının əhali statistikasına görə kəndin əhalisinin tatarlardan (sonradan azərbaycanlılar) ibarət olduğu göstərilir. 1886-cı ildə hazrılanmış və 1893-cu ildə Tiflisdə çap edilmiş "Zaqafqaziya bölgəsinin Əhalisinin sayı haqqında, ailələrin siyahıya alınması" kitabında kənd haqqında məlumatla qarşılaşmaq olar. Kənd "Qafqaz təqvimi"nin 1906-ci il buraxılışında Şuşa qəzasının Çəmənli kənd icmasına daxil idi. Buna baxmayaraq, 1913-cu ildə Rusiya imperiyasının ərazi bolgüsundə edilən dəyişikliklərdən sonra kənd Şuşa qəzasının Zəngişalı kənd icmasının tərkibinə daxil olmuşdur. 1926-cı ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsunə görə kənd Ağdam qəzasının Xındırıstan dairəsinin tərkibinə daxil edilir.
Maqsudlu (Ağdam)
Maqsudlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. == Haqqında == 1993-cü ildə Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatının 6-cı bəndinə əsasən 20 noyabr 2020-ci ildə işğaldan azad edilmişdir. == Əhalisi == Maqsudlu kəndinin yerli əhalisi əsasən türklərdən formalaşıb. Ağ Hunların davamçıları sayılan bu kənd əhalisi Asiyadan Anadoluya daha sonra Naxçıvan ən son Ağdam rayonu ərazisində yerləşib. Xarici görünüşləri əsl türklərə aid hündür boy, rəngli gözləri ilə fərqlənir. Kənd məşhur ağ daş karxanalarıyla məşhurdur. Çullu-kənddə azlıq təşkil etsələr belə onlar Dərbənd şəhərinin keçmiş adı Çol şəhərindən köç ediblər.Ərəblər VII əsrdə Dərbənddə hücum edərkən maldarlıqla məşğul olan bir qrup əhali Arana köç etməyə başlayır yerli əhali onlara çollu deyərək müraciət ediblər,Ağ hun tayfasına mənsub olub,Dərbənd şəhərinin qurucuları hesab olunurlar. == Tarixi == XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan Ağdam şəhərində özü üçün ağ daşdan (Maqsudludan əldə edilən) imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mərkəzə çevrilib.
Mollalar (Ağdam)
Mollalar (Boyəhmədli, Ağdam)
Muradbəyli (Ağdam)
Muradbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kənd əvvəllər Şıxbabalı kənd sovetliyinin tərkibində olub. Sonralar Ağdam şəhər sovetliyinin tərkibinə daxil olaraq Ağdam şəhəri Muradbəyli sahəsi kimi qeyd olunmuşdur. Kənddə təxminən 200-ə yaxın ev mövcud idi. Ermənilər tərəfindən işğal olunduqdan sonra evlərin və tikililərin hamısı məhv edilmişdir.Hal-hazırda peyk çəkilişlərinə əsasən ərazidən əsasən əkin sahəsi kimi istifadə olunur. 10/11/2020-ci il tarixində imxalanmış bəyanata əsasən 20/11/2020-ci il tarixində işğaldan azad olunmuşdur.
Muğanlı (Ağdam)
Muğanlı (Bağbanlar, Ağdam)
Məlikli (Ağdam)
Məlikli (əvvəlki adı: Maniklu) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məlikli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir. Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780–1848) mənsub olduğu üçün belə adlanırdı. 1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir.
Novruzlu (Ağdam)
Novruzlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü il 22 iyul tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın imzaladığı 27 Sentyabr 2020-də başlayan 2-ci Qarabağ müharibəsini bitirən müqaviləyə görə, Ağdam rayonun Novruzlu kəndi 20 noyabr 2020 tarixində işğaldan azad olundu. 1993-cü il 4 iyul statistikasına görə 698 ailə, 2666 nəfər.
Ağdam
Ağdam — Azərbaycan Respublikasının Ağdam rayonunun Ağdam şəhər inzibati ərazi dairəsində şəhər, Ağdam rayonunun inzibati mərkəzi. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq. 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.
Nəmirli (Ağdam)
Nəmirli — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd. Nəmirli kəndi 1994-cü il aprel ayının 23-də Ermənistan ordusu tərəfindən işğal olunub. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Nəmirli – Azərbaycan Respublikasının Ağdam rayonunda kənddir; rayon mərkəzi olan Ağdam şəhərindən 30 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Azərbaycan Respublikasının Ağsu rayonunda da Nəmirli adlı kənd var. İşğala qədərki dövrdə Nəmirli kəndində orta məktəb, mədəniyyət evi, iki kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Erməni işğalçıları hər şeyi dağıdıb yerlə yeksan ediblər. İşğala qədərki dövrün son məlumatına əsasən, Nəmirli kəndinin əhalisi 644 nəfər olub. Əhalinin əsas məşquliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq idi.
Poladlı (Ağdam)
Poladlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ildə kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Yaşayış məntəqəsi Ağdam rayonunda, Qasımlı inzibati-ərazi vahidində, Qarqar çayının sahilində yerləşir. "Oykonim şahsevənlərin şıxlı, əbubəyli, quzanlı, yurdçu, dursunxocalı, təklə və yekəli tirələrindən ibarət olmuş poladlı qolunun adı ilə bağlıdır. XIX əsrin əvvəllərində poladlılar 800 alaçıqdan ibarət olmuşlar". Türkəsilli şahsevənlərin poladlı qolunun adı çox güman ki, Polad şəxs adı ilə bağlıdır. Poladlı "Poladın nəslindən olanlar" anlamını verir. Polad farsca "boz rəngli bərk metal" deməkdir. "Ağdam rayonu".
Pərioğlular (Ağdam)
Pərioğlular — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Qaradağlı (Ağdam)
Qaradağlı (Qaradağlı, Ağdam)
Qarapirimli (Ağdam)
Qarapirimli — Azərbaycan Respublikasının Ağdam rayonunun Papravənd kənd inzibati ərazi dairəsində kənd. Qarapirimli kəndi 1993-cü ilin iyun ayında erməni işğalçıları tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. 1930-cu ilə qədər Qarapirimli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Pir Məhəmməd Qarabağinin ləqəbinin "Qara Pirim" olduğu anlaşılır. Qara Pirim Qarabağın sufizm tarixinin açarıdır. İşğaldan yenicə azad olunan Ağdamın Qarapirimli və Papravənd kəndlərində Mənaqibnamədə adı çəkilən hadisə və yerlərlə bağlı maddi-mədəniyyət abidələrinin varlığı da müəyyən edilib. Maraqlıdır ki, Qarabağın XIX əsr sufizm tarixinin önəmli şəxsiyyəti Həmzə Nigari də ilk təhsilini Qarapirimlidə almışdır. Bəzi mənbələrdə bu kəndin adı Qarapirim kimi də göstərilir. Azərbaycan Respublikasının Goranboy rayonunda da Qarapirimli adlı kənd var.
Qaraqaşlı (Ağdam)
Qaraqaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Qaraqaşlı kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kəngərli kəndi mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Goranboy-Ağdam-Tərtər seçki dairəsi
I Baharlı (Ağdam)
Baharlı, I Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Orta əsrlərdə Baharlı adına ilk dəfə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərinə təsadüf edilir. Bu soyadı XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. Əlişəkər bəy Baharlının nəslinə mənsub insanlar da Baharlı soyadını daşımışlar. XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar. Hal hazırda I Baharlı kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. I Baharlı kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəyin nəslinə mənsubdurlar. Onların ulu babası Mirzə Vəli bəyin oğlu İbrahim bəydir. == Mədəniyyəti == Kəndin on bir illik orta məktəbi var.
Mollalar (Boyəhmədli, Ağdam)
Mollalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Mollalar Ağdam rayonunun Boyəhmədli inzibati ərazi vahidində kənd. Oykonim “mollalar nəslinə mənsub olanlar” mənasındadır. Hal-hazırda kənddə ermənilər yaşayırlar. Onların əvvəlki məskənləri keçmiş DQMV-in Mardakert rayonunun Seysulan kəndidir. Mollalar kəndinin də adı digər kəndlərin adları kimi dəyişdirilib. Ermənilər buranı “Nor Seysulan” (Yeni Seysulan) adlandırıblar. İlk baxışdan “seysulan” erməni sözü kimi görünə bilər, amma bu söz “Seyid Sultan”ın təhrif olunmuş formasıdır.
Mollalar (Əlimədətli, Ağdam)
Mollalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. Kənd əhalisi heyvandarlıq,qoyunçuluq,üzümçülük,bağçılıq və digər sahələrlə məşgul olmuşdur. İqlimi mülayim-istidir.. Kəndin ətrafı sıra dağlarla əhatələnmişdir. Mollalar ərazisində duru və sərin bulaqlar mövcuddur. Burada dağ-bozqır bitkiləri(kəklikotu)və s.geniş yayılmışdır.. Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. İşgal edildikdən sonra kəndin adı dəyişdirilərək "Nor Aygestan"adlandırılmış və buranın gözəl təbiəti olduğu üçün buraya əvvəllər Agdərənin "Çaylı"kəndində yaşayan Ermənilər köçürülmüşdür.. 2020-ci il 10 noyabr kapitulyasiyasına əsasən Ermənistanın Ağdam rayonunu Azərbayacana təhvil verməsindən sonra bu kənd də 20 noyabr 2020-ci ildə öz azadlığına qovuşdu. Mollalar kəndinin oykonimi "mollalar nəslinə mənsub olanlar" mənasındadır.
Muğanlı (Bağbanlar, Ağdam)
Muğanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Muğanlı (Şıxbabalı, Ağdam)
Muğanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Azad Şükürov — Azərbaycanın əməkdar artisti, dosent Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Məmməd Ağdamski
Məmməd Ağdamski Əhməd oğlu — Azərbaycan Respublikasının Əməkdar Geoloqu (1982), Azərbaycan Neftçi Geoloqlar Assosiasiyasının üzvü (1993), ADNA Geoloji Kəşfiyyat fakültəsinin Dövlət Attestasiya Komissiyasının sədri (2007), beş ixtiranın, on səmərələşdirici təklifin, iyirmidən çox elmi məqalənin müəllifi. Məmməd Ağdamski Əhməd oğlu 20 oktyabr 1934-cü ildə Ağdaş şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, tanınmış və qədim şəcərəyə malik, xüsusən mədəni — maarif və incəsənət sahəsində görkəmli şəxsiyyətlər yetirmiş Bədəlbəylilər — Qacarlar nəslindəndir. Məmməd Ağdamskinin atası Əhməd (Bədəlbəyli) Ağdamski (1884–1954) Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1943), Azərbaycanın tanınmış opera artisti (lirik tenor) olmuş, qadın artistlərinin olmaması üzündən qadın rollarını ifa etmiş, pedaqoji fəaliyyətlə məşğul olmuşdur. M.Ağdamski hələ məktəb yaşlarından mühəndis — neftçi olmaq arzusunda olmuş, 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) geoloji – kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1956-cı ildə M.Ağdamski institutu bitirib, təyinatla "Balaxanıneft" Neft və Qazçıxarma İdarəsinə göndərilmiş, qırx ilə yaxın fasiləsiz olaraq burada baş geoloq — geologiya üzrə rəis müavini vəzifəsində çalışmışdır. M.Ağdamski ilk əmək fəaliyyətinə Balaxanı sahəsində 2№-li mədəndə quyuların tədqiqatı üzrə operator vəzifəsindən başlamış, qısa müddət ərzində usta köməkçisi, neftçıxarma ustası vəzifəsinə təyin edilmiş, sonradan bilavasitə öz peşə ixtisası üzrə geoloq işləmişdir. Sonrakı dövrlərdə idarənin geoloji şöbəsində geoloq vəzifəsinə təyin edilmiş, 1958-ci ildə İdarənin neft mədəninə böyük geoloq vəzifəsinə göndərilmişdir. Əvvəlcə 9№-li mədəndə, sonra tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı Musa Bayramovun rəhbərlik etdiyi 8№-li mədəndə böyük geoloq vəzifəsində çalışmışdır. Yüksək təşkilatçılıq, bilik və bacarıqları nəzərə alınaraq İdarənin geoloji şöbəsinin rəisi (1963), İdarənin baş geoloqu (1970), geologiya üzrə rəis müavini vəzifələrinə irəli çəkilmişdir.
Abdal (Ağdam)
Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır. == Tarixi == 1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur. == Toponimikası == ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var. Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir.