Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Addax
Addaks (lat. Addax nasomaculatus) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin addax cinsinə aid heyvan növü.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Almaz
Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib, bilinən ən bərk maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavuazye tərəfindən aşkar edilmişdir. Lavuazye almazı yandırmış və yanma qazının yalnız karbondioksid olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir. == Xüsusiyyətləri == Almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz kristallik quruluşa mailkdir ,ona görə də o dielektrikdir. Almazın metalda və havada sürtünmə əmsalı 0,1-dir. Bu onun səthində nazik absorbsiya olunmuş qaz qatının yaranması ilə bağlıdır. Bu qat yağlayıcı rolunu oynayır.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Amman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Armaş
Armaş — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü əsasında formalaşmışdır.
Arsax
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Ağarx
Ağarx — Azərbaycan Respublikasının Ağsu rayonunun Bozavand kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir. Yaşayış məntəqəsi eyni-adlı arxın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Hidronim isə ağ (Şəffaf) və arx (süni suvarma kanalı) sözlərindən düzəlib. == Din == Kənddə Ağarx kənd məscidi dini icması fəaliyyət göstərir.
Ağbat
Ağbat — Arsakda, tarixi Qarabağ ərazisində qədim məntəqə adı. Eramızdan əvvəl ikinci əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycanda) bəzi ərazilər Arsak adlanırdı (məsələn, Ərdəbil şəhristanındakı tarixi Ərşaq bölgəsi). Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. == Tarixi == Ağbat alban xristian dini mərkəzlərindən olmuş Xotavəng monastırının (indiki Kəlbəcər rayonunun Vəng kəndində; kəndin keçmiş adlarından biri də Xotavəng/Xotavank olmuşdur) mülklərindən biri olmuşdur. Ermənicə yazılışda əvvəlinə "H" səsinin əlavəsi ilə haqbat kimidir (yenə orada). Azərbaycan dilində ağ və türk dillərində bət "üz", "səth" sözlərindəndir. 1590-cı ilə aid mənbədə Ağbat adlı bir kənd Borçalı bölgəsində də var. Məzmunca Baranbet (Goranboy rayonu), Girdəbad (Quba rayonu), Tupabad (Zəngilan rayonu) Salavat, Batabat və b. dağ adları ilə eynidir. XVII əsrə aid mənbədə Bərdə mahalında Eranbat kəndi qeyd olunur.
Ağbaş
Ağbaş (Şabran)
Ağdam
Ağdam — Azərbaycan Respublikasının Ağdam rayonunun Ağdam şəhər inzibati ərazi dairəsində şəhər, Ağdam rayonunun inzibati mərkəzi. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq. 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.
Ağdağ
Ağdağ (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Ağdağ (Zəncan ostanı) — İranda dağ. Ağdağ (Marağa) — İranda kənd. Ağdağ (Göyçə) — İrəvan xanlığının Göyçə mahalında, indi Kəvər (Kamo) rayonunda dağ. Ağdağ — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda dağ. Ağdağ — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda dağ. Ağdağ (Ordubad rayonu) — Ordubad rayonu ərazisində dağ. Ağdağ (Culfa rayonu) — Culfa rayonu ərazisində dağ. Aqtau — Qazaxıstanın Manqıstau (Manqışlaq) vilayətində liman şəhəri.
Ağdaş
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsində şəhər, Ağdaş rayonunun inzibati mərkəzi. XVI əsrdən şəhərdir. 19-cu əsrin əvvəllərində "Üçqovaq" adlanırdı. == Tarixi == XIX əsrin əvvəllərində Şəki xanlığının Ağdaş mahalında kiçik bir kənd olan Üçqovaq, daha sonra "Ağdaş" adlanmışdı. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə — 1819-cu ildə, Şəki xanlığının yerində Şəki əyaləti yaradıldı. Daha sonra, 22 (10) aprel 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən, Şəki əyaləti yeni təşkil edilmiş Kaspi vilayətinin tərkibinə daxil edildi və bundan sonra "Şəki qəzası" adlandı. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, Şəki qəzası əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. Bu dövrlərdə Şəki qəzası inzibati mərkəzinin adına uyğun rəsmən "Nuxa qəzası" adlanırdı. 1873 ildə Nuxa qəzası ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edildi və Ərəş qazasının inzibati mərkəzi isə Ağdaş kəndi oldu. 1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu.
Ağsal
Ağsal — Şərur rayonunun Şimal-Şərqində dağ. Ağsal — Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında, Ağsal dərəsində mineral bulaq.
Ağsay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Ağvan
Ağvani və ya Ağvan — Ermənistanın indiki Sünik mərzində kənd. Ağvan (çay) — Şuşa rayonu ərazisində çay. Qarqar çayının qoludur.
Ağxaç
Ağxaç - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd, türk mənşəli toponim == Haqqında == Ağxaç kəndi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayon mərkəzindən 12 km cənub-şərqdə, Horadiz (Qaradüz) kəndinin yaxınlığında yerləşirdi. Burada 1831-ci ildə 37 nəfər yalnız azərbaycanlı yaşamışdır. XIX əsrin 50-60-cı illərində kəndə ermənilər köçürüldükdən sonra qarışıq kəndə çevrilmişdir. Kənddə ermənilərlə yanaşı, 1873-cü ildə 140 nəfər, 1886-cı ildə 195 nəfər, 1897-ci ildə 242 nəfər azərbaycanlı yaşamışdır. 1904, 1914, 1916-cı illərdə siyahıyaalmada azərbaycanlı və erməni əhalisi qarışıq şəkildə göstərilmişdir. 1918-1919-cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların müəyyən qismi doğma torpaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı yaşamışdır. 1928-1929-cu illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. 1930-cu ildən burada yalnız ermənilər yaşayır.
Ağyal
Ağyal — Gədəbəy rayonu ərazisində dağ; Ağyal — Qazax rayonu ərazisində dağ; Ağyal — Tovuz rayonu ərazisində dağ; Ağyal — Zəngilan rayonu ərazisində dağ.
Ağyar
Ağyar (Dərələyəz) — Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ağyar — Babək rayonu ərazisində dağ; Ağyar — Laçın rayonunun Qanqışlaq kəndi ərazisində dağ.
Ağyaxa
Ağyaxa — (türk. Akyaka) — Qars ilinin ilçəsi. Tarixi Şörəyel mahalının Osmanlı dövləti və müasir Türkiyə Cümhuriyyəti sərhədləri daxilində qalmış hissəsində yerləşdiyinə görə 1922-ci ilə qədər Şörəyel (Osmanlıca شوره کل‎ (Şoregil və Şöregel)), 1922-1961 illəri arasında isə Qızılçaxçax olaraq da adlanırdı.
Axmaz
Axmaz göl — Axmaz — Ağdaş rayonunda gol; Axmaz — Mingəçevir Şəhərindən cənubda, Kurun sol sahilində gol; Axmaz — Sabirabad rayonunda gol; Axmaz — Yevlax rayonunda gol.
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Ayxax
Ayxax (alm. Aichach‎) — Almaniyada, Bavariya federal torpağında şəhər, rayon mərkəzi.
Ağnaz
Ağqaz
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
AGLAE
AGLAE (fr. Accélérateur Grand Louvre d'analyse élémentaire) – Parisdə yerləşən Luvr muzeyinin şüşə piramidasının altında, 15 metr dərinlikdəki zirzəmidə saxlanılan muzeyin zərrəcik sürətləndiricisi. 1988-ci ildən bəri muzeyin bir parçasıdır. Araşdırmaçılar əsərlərin hazırlandığı maddələri öyrənmək və orijinallıqlarını təsdiqləmək üçün AGLAE-nin proton və alfa zərrəcik şüalarını istifadə edir. Bir obyektin tərkibindəki elementlərin miqdarı və kombinasiyaları, mineralın çıxarıldığı mədənlərə və obyektin nə vaxt hazırlandığına dair barmaq izi kimi məlumat verə bilər. == İstifadəsi == Alimlər AGLAE-dən Fransız hökumətinin Napoleon Bonaparta hədiyyə etdiyi bir qılınc qınının təmiz qızıldan hazırlandığını yoxlamaq (həqiqətən elə idi) və "Oturmuş Katib" adlı 4500 illik Misir heykəlinin canlı kimi görünən gözlərindəki mineralları müəyyən etmək üçün də istifadə etdilər (qara qaya kristalı, ağ maqnezium karbonat və damarlar üçün də qırmızı dəmir oksid). Bu, müvafiq araşdırma sahəsi üçün istifadə edilən yeganə zərrəcik sürətləndiricisidir. Maşını idarə edən qrupun rəhbəri Kler Paçekodur. Paçeko Bordo Universitetində antik əşyalar sahəsində doktorluq dərəcəsi almaq üçün AGLAE-də ion-şüalanmaları analizləri ilə işə başlamışdır. 2011-ci ildə qrup lideri olan Paçeko sürətləndiricini üç mühəndisdən ibarət olan komandayla birlikdə idarə edir.
Aqrar
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s. Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı.
Aqtau
Aqtau / Ağdağ (qaz. Aqtau) — Qazaxıstanın qərbində, Xəzər dənizi sahilində Manqışlaq yarımadasında yerləşən şəhər. Şəhər 1964-1991-ci illər aralığında Şevçenko adlandırılıb, hal-hazırda Manqıstau əyalətinin əyalət mərkəzidir. == Tarixi == Aqtaunun yerləşdiyi ərazi neft və uran ehtiyatları ilə zəngin olduğundan SSRİ dövründə 1961-ci ildə bu ərazidə yeni yaşayış məntəqəsinin tikintisinə başlanıldı. Salınan yeni yaşayış məntəqəsi isə 1963-cü ildə şəhər statusu aldı. Şəhərin adı 1963-cü ildən 1991-ci ilə kimi Ukrayna şairi Taras Şevçenkonun xatirəsinə Şevçenko adlandırılsa da 1991-ci ildə şəhərin adı dəyişdirilərək Aqtau (aq [aқ] -ağ, tau [тау] -dağ; Ağdağ) edildi.
Aqyar
Sevastopol (ukr. və rus. Севастополь) və ya Ağyar (krımtat. Aqyar), — Krımda şəhər. == Tarixi == Sevastopol şəhərini türklər Aktıyar və ya Akyar adlandırırdılar. 1783-cü ildən Rus-Türk müharibəsi Türkiyənin Kerç, Yeni qala, Kıl Burun hərb qalalarını və Qara dəniz sahillərinin xeyli hissəsini itirdiyi Küçük Qaynarca sülhü ilə başa çatmışdır. Rusiyanın əldə etdiyi bu yeni torpaqlarda istilaçılara qarşı xalq həyacanları şiddətlənirdi. Müharibədən məğlub çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi. II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. 1783-cü ilin aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın hakimi general Q.A.Potyomkinə "indiki Aktiyarın yerində böyük Sevastopol qalası tikməyə dair" göstəriş verdi.
Ağçay
Ağçay (çay) — Azərbaycanda çay. Ağçay (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Ağçay (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Ağçay (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.