Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axırıncı aşırıma qədər (film, 2002)
Axırıncı aşırıma qədər qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür. == Məzmun == Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür.
Aşırım
Aşırım və ya gədik— dağ silsiləsi və ya massivin darağında eniş sahəsi. Aşırımlar bir dağ dərəsindən digərinə asanlıqla və rahat keçməsinə xidmət edir. Mühüm nəqliyyat yolu üzərində yerləşən dağ aşırımları əsasən xüsusi ada malik olur. Bu aşırımlar mühüm əhəmiyyət kəsb edir. Aşırımların hündürlüyü dağların hündürlüyündən asılıdır. Uralda aşırımların orta hündürlüyü 400 m, Alplarada - 3000 m-ə dək, Himalayda-5500 m-dək, Böyük Qafqazda isə 2500 m-dir. Aşırımdan şose və dəmir yolları, bəzilərindən isə yük heyvanlarının və piyadaların hərəkəti üçün dar cığırlar keçir. Azərbaycanada Ağsu və Biçənək aşırımları mühüm əhəmiyyətə malikdirlər. Aşırımlardan adəti üzrə avtomobil və dəmir yolu keçir. Bəzi aşırımların keçilməsi ancaq at, ulaq və insanların keçməsinə xidmət edir.
Ayçınqıl aşırımı
Ayçınqıl və ya Ay-çonqal aşırımı — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Vənəndçayın mənbəyində aşırım (hünd. 3362,0 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid kvarslı siyenit-dioritləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Ətrafında şimal-şərq istiqamətli eyniadlı dərinlik qırılması və onun şaxələri müşahidə olunur. Ay-çonqal aşırımı Ordubad rayonu ərazisində Ayçınqıl aşırımının yerli əhalisi arasında işlədilən başqa adı (Aiçınqıl aşırımı).
Azərməsçid aşırımı
Azərməsçid aşırımı və ya Həzrəməscid aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbəyində aşırım (hünd. 3474,7 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid qranodiorit və qranosiyenitləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Azərməsçid aşırımının yerli əhali arasında işlədilən başqa adı Həzrəməscid aşırımıdır.
Ağsu aşırımı
Ağsu aşırımı — Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsi (14 km). Dəniz səviyyəsindən 900 m-ə qədər yüksəklikdədir. == Coğrafi mövqeyi == Bu aşırım Böyük Qafqazın cənub ətəklərindəki Ləngəbiz sıra dağlarının orta hissəsində yerləşir. Aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır.
Babadağ aşırımı
Babadağ aşırımı – Azərbaycan Respublikasının Quba və İsmayıllı rayonları sərhədində dağ keçidi. Baş Qafqaz silsiləsinin cənub-şərqində eyniadlı dağın yamacındadır. Hündürlüyü 3380 metrdir. Qaraçay və Girdimançayın hövzələrini birləşdirən yol bu aşırımdan keçir.
Başkənd aşırımı
Başkənd aşırımı - inzibati cəhətdən Gədəbəy rayonu ərazisində, Şahdağ silsiləsinin Kəşəldağ qolunda yerləşən aşırım. Qarabağ müharibəsi zamanı olduqca böyük əhəmiyyət kəsb edən nöqtə olmuşdur. Aşırım 2170 metr yüksəklikdə yerləşir. Gədəbəy rayonu ilə Ermənistan sərhədində, Başkənd kəndi yaxınlığındadır. Oronim Başkənd (oyk.) və aşırımı (kecidi) komponentlərindən düzəlib.
Biçənək aşırımı
Biçənək aşırımı - inzibati cəhətdən Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın mənbə hissəsində olan aşırımdır (hünd. 2346,9 m). Biçənək kəndi ərazisində yerləşir. Öz adını yaxınlığında yerləşən kəndin adından götürmüşdür. Mühüm əhəmiyyət kəsb edən Naxçıvan-Laçın-Yevlax avtomobil yolu aşırım ərazisindən keçir. Naxçıvan ilə Azərbaycanın tazixi torpaqları olan Zəngəzuru birləşdirir. Alt pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacı orta pleystosen yaşlı flüvioqlasial konqlomeratlarla örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir. Aşırımın gəzdək hissəsi və yamacında şimal-qərb istiqamətli eyniadlı fay qırılması və onun şaxələri müşahidə olunur.
Boyəhməd aşırımı
Bəyəhməd aşırımı – Culfa və Ordubad rayonlarının sərhədində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun suayırıcısında aşırım (hünd. 2486,0 m). Boyəhməd kəndindən 2,5 km cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Alt Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Ərəfsə sinklinalının nüvə hissəsində yerləşir. Gəzdəyindən şimal-qərb istiqamətli Göygöl-Şahbuzçay dərinlik qırılması izlənilir. Həmçinin, gəzdəyi və cənub-şərq yamacından şimal-şərqə istiqamətlənmiş fay-yerdəyişmələri keçir.
Bəyəhməd aşırımı
Bəyəhməd aşırımı – Culfa və Ordubad rayonlarının sərhədində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun suayırıcısında aşırım (hünd. 2486,0 m). Boyəhməd kəndindən 2,5 km cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Alt Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Ərəfsə sinklinalının nüvə hissəsində yerləşir. Gəzdəyindən şimal-qərb istiqamətli Göygöl-Şahbuzçay dərinlik qırılması izlənilir. Həmçinin, gəzdəyi və cənub-şərq yamacından şimal-şərqə istiqamətlənmiş fay-yerdəyişmələri keçir.
Cənub Aşırımı
Cənub Aşırımı - Everest və Lhotze, yəni müvafiq olaraq dünyanın ən yüksək və dördüncü ən yüksək dağları arasında aşırımdır. Cənub Aşırımı adətən yüksək küləklər altında qalır və buna görə də əhəmiyyətli dərəcədə qar yığımından azad olur. 1950-ci ildən (Tibet bağlandıqda) Everest ekspedisiyalarının əksəriyyəti Nepaldan çıxaraq cənub-şərq silsiləsi və Cənub Aşırımı yolu ilə gedirlər. Alpinistlər Nepaldakı cənub-şərq silsiləsindən Everestə qalxmağa çalışdıqda, son düşərgəni (adətən IV Düşərgə) Cənub Aşırımında qururlar. Cənub Aşırımına ilk dəfə 12 May 1952-ci ildə Aubert, Lambert və Eduard Viss-Dunantın İsveçrə Dağ Everest Ekspedisiyası dırmanmışdır. Onlar zirvəni fəth edə bilməmişdilər. Cənub Aşırımında alpinistlər ölüm zonasına girirlər. Hündürlükdəki xəstəlik bu yüksəklikdə əhəmiyyətli bir təhlükədir və asanlıqla ölümcül olduğunu sübut edə bilər. Yatmaq da çətindir və alpinistlərin əksəriyyətinin həzm sistemləri əhəmiyyətli dərəcədə yavaşlayır və ya tamamilə dayanır. Bunun səbəbi, bu yüksəklikdə bədənin yeni qida həzm etməkdən daha çox enerji mənbələrindən istifadə etməsidir.
Dağdağan aşırımı
Dağdağan aşırımı – Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın sol qolu Zərnətünçayın mənbə hissəsində aşırım (hünd. 2858,5 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacında vulkanogen törəmələr Orta Pleystosenin flüvioqlasial çöküntülərilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli qırılma pozulması keçir.
Girdəni aşırımı
Girdəni aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2560,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun suayırıcısında gəzdək. Urmis kəndindən 2 km-dək cənub-cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir və şimal-qərb istiqamətli əks-fay qırılma pozulması ilə kəsilmişdir.
Günaxay aşırımı
Günaxay aşırımı — Sarıbaş kəndinin Rusiya ilə sərhəd hissəsində yerləşir. Hündürlüyü 2657 m dir. Dağ Alp-Himalay qurşağında yerləşir. Böyük Qafqaz sıra dağlarına aiddir.
Gədik aşırımı
Gədik aşırımı – Culfa rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Qabaqlısu çayının mənbə hissəsində, Gədikdağdan 500 m şərqdə aşırım (hünd. 2563,0 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin şərq kənarında yerləşir.
Haramı aşırımı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ AŞIRIMI – Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı.
Həzrəməscid aşırımı
Azərməsçid aşırımı və ya Həzrəməscid aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbəyində aşırım (hünd. 3474,7 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid qranodiorit və qranosiyenitləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Azərməsçid aşırımının yerli əhali arasında işlədilən başqa adı Həzrəməscid aşırımıdır.
Kluxor aşırımı
Kluxor aşırımı — Baş Qafqaz silsiləsində, Hərbi Suxumi yolu üzərində yerləşən aşırım. Hündürlüyü dəniz səviyyəsindən 2781 metrdir. Aşırım hissənin uzunluğu 45 km-dir. Brokhauz və Efronun ensiklopedik lüğətində aşırım belə təsvir edilmiş: Kodori dərəsi boyu, Qafqaz silsiləsindən Kluxor aşırımı vasitəsi ilə daşlıq yol keçir. Bu yol Suxumi ilə Çerkessk şəhəri arasında əlaqə vasitəsidir. Aşırım ərazisi ilə iki çay axır: Şimala Şimali Kluxor, cənuba isə Kliçi çayı. == Nəqliyyat == Kluxor aşırımı Hərbi Suxumi yolunun ən yüksək hissəsidir. Yolun Kluxor aşırımından keçən hissəsi avtomobil hərəkəti üçün uyğun deyil. Hərbi Suximi yolundakı nəqliyyat əlaqəsi aşırım ərazisində olan hava şəraitindən asılıdır. Qış aylarında ərazidə tez-tez qar uçqunları müşahidə olunur.
Mamison aşırımı
Mamison aşırımı (oset. Мамысоны æфцæг; gürc. მამისონის უღელტეხილი) — Böyük Qafqazın qərb hissəsindəki Baş Qafqaz silsiləsindən keçən hündürlüyü 2911 m (digər mənbələrə görə 2819 m) olan aşırım. Gürcüstan (Cənubi Osetiya) və Rusiya sərhədlərinin qovşağında olan keçid Mamikdon çayı vadisindən Çançaxı çayı vadisinə aparır. Tarixi Osetiya Hərbi Yolu Gürcüstan (Kutaisi) ilə Rusiyanı (Karcin) birləşdirən keçiddən keçir. Sərhəd keçidi hazırda bağlıdır və yol istifadədə deyil. == Tarix == Böyük Vətən müharibəsi illərində keçid mühüm rol oynamış və 1942-ci ilin iyunundan 1942 -ci il avqustun 15-dək olan dövrdə 46-cı Ordu qüvvələrinin bir hissəsi şimaldan Baş Qafqaz silsiləsindən - Mamison keçidini əhatə edərək müdafiəni təşkil edirdi. 10 iyun 2009-cu ilədək Gürcüstan sərhədçiləri Cənubi Osetiyadan keçid üzərində nəzarəti həyata keçirirdilər. Onların Çançaxi çayının vadisinə geri çəkilmədən sonra Rusiya və Cənubi Osetiya sərhədçiləri ərazini nəzarətə götürür, nəticədə bütün keçid faktiki olaraq Cənubi Osetiyanın nəzarətinə keçir. 2009-cu ilin iyun ayının əvvəlində partladılmış Nikolaevski körpüsünün bərpasından sonra, məlumat gəlir ki, Gürcüstan yenidən Çançaxi çayı boyunca yerləşən Hərbi-Osetiya yolunun bir hissəsinə nəzarəti ələ keçirir.
Qezevçek aşırımı
Qezevçek (gürc. გეზევცეკი, oset. Гезей æфцæг, qaraç.-balk. Гезе ыфцыкъ) — Baş Qafqaz silsiləsinin cənub yamacında olan dağ aşırımı. Aşırım Kabardin-Balkariya və Gürcüstan sərhəddində yerlşir. Aşırım Kabarin-Balkariya Respublikasının ən ucqar cənub nöqtəsidir. == Coğrafiyası == Aşırım Baş Qafqaz silsiləsinin ərazisində, Qezetau və Passis-Mta zirvələri arasında yerləşir. Aşırım Çerek və Rioni çaylarının yuxarı axarlarını əhatə edir. Qezevçek Qərbi Ştul buzlağından Passis-Mta zirvəsinin cənub sirkinə doğru uzanır.Aşırımdan 4 km şərqdə Kabardin-Balkariya, Şimali Osetiya və Gürcüstan sərhədləri birləşir. Ərazidən Baş Qafqaz silsiləsinin cənub yamaclarına panarama açılır.
Qipçi aşırımı
Qıpçaq aşırımı — Kəlbəcər rayonu ərazisində dağ aşırımı. Murovdağ silsiləsində, Yanşaq kəndindən şimaldadır. Oronim Qipçi formasında da qeydə alınmışdir. Qipçiq/qipçix sözü “çarpanaq daş” mənasındadır. Dağın yamacları çarpanaq daşlarla örtüldüyünə görə ona bu ad verilmişdir.Qipçi dağ aşirımı güman etmık olar ki, oronim Qıpçaq adının təhrif olunmuş formasıdır və etnonim mənşəlidir. Azərbaycan dilinin dialektlərində qipçaq sözu “kip”, “yigcam”, “bağlı” mənalarında da işlənir.
Qudurdağ aşırımı
Qudurdağ aşırımı — Baş Qafqaz silsiləsində yerləşən, Azərbaycannın Zaqatala rayonunu Samurçayın yuxarı axarı ilə birləşdirir. Aşırımın hündürlüyü 3259 m təşkil edir.
Qıpçaq aşırımı
Qıpçaq aşırımı — Kəlbəcər rayonu ərazisində dağ aşırımı. Murovdağ silsiləsində, Yanşaq kəndindən şimaldadır. Oronim Qipçi formasında da qeydə alınmışdir. Qipçiq/qipçix sözü “çarpanaq daş” mənasındadır. Dağın yamacları çarpanaq daşlarla örtüldüyünə görə ona bu ad verilmişdir.Qipçi dağ aşirımı güman etmık olar ki, oronim Qıpçaq adının təhrif olunmuş formasıdır və etnonim mənşəlidir. Azərbaycan dilinin dialektlərində qipçaq sözu “kip”, “yigcam”, “bağlı” mənalarında da işlənir.
Rikoti aşırımı
Rikoti (gürc. რიკოთის უღელტეხილი) — Gürcüstanı qərb və şərq hissəsinə ayıran Böyük Qafqazın bir qolu olan Lixi silsiləsinin cənub hissəsindəki aşırım. Burada Dzirula çayının sol qolu Rikotuli çayı axır. Gürcüstanın iki böyük şəhərini birləşdirən Tbilisi-Kutaisi magistral yolu, 1982-ci ildə inşa edilmiş uzunluğu 1722 m olan qaya tuneli sayəsində aşırımdan keçir. 2010-cu ildə tunel üzərində yenidənqurma işləri aparıldı, 2011-ci il noyabr ayında yenilənmə prosesi başa çatdı. == Ədəbiyyat == M. Utmelidze, Gürcüstan Sovet Ensiklopediyası, 8-ci buraxılış, səh.
Rok aşırımı
Rok aşırımı (oset. Ручъы ӕфцӕг, gürc. როკის უღელტეხილი) — Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində, Gürcüstan və Rusiya arasında dağ aşırımı. Aşırım həm də Şimali Osetiya ilə Cənubi Osetiyanı birləşdirir. Rok aşırımı Rezaxo və Soxs zirvələri arasında yerləşir. Rok aşırımı şimalda Zakka çayı və Sanat dərəsini Rokdon çayı ilə və cənubda Zemo Roca kəndi ilə birləşdirir. Rok aşırımının ən hündür nöqtəsi dəniz səviyyəsindən 2996 metr yüksəklikdə yerləşir. == Tarixi == Arxiv məlumatlarına əsasən Rok aşırımından yolun çəkilməsi ideyyası 1839-cu ilə aiddir.1931-ci ildə akademik F.Y.Levinson-Lessinq aşırım ərazisində geoloji araşdırmalar aparmışdır. Akademik 70 yaşında öz həyat yoldaşı ilə birlikdə aşırımdan keçmişdir. Buna səbəb təklif olunan dağ yolunun marşrutunu şəxsən öyrənmək idi.
Sipahi aşırımı
Sipahi aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 1825,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Parağa kəndindən 1,5 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında yerləşir.
Fraktal sıxılma
Fraktal, müxtəlif miqyaslı və ölçülü oxşar forma və rəsmlərdə təşkil olunmuş strukturdur. İlk dəfə olaraq bu termini Benua Mandelbrot, bir çox strukturlarda rast gəldiyi təkrar olunan rəsmləri təsvir etmək üçün işlətmişdir. O, müəyyən etdi ki, fraktalları riyazi təsvir etmək mümkündür və onları çox sadə alqoritmlərlə yaratmaq olar.Əgər hər hansı bir döşəməyə nəzər salsaq, orada çoxlu sayda oxşar, təkrar olunan fraqmentlərə rast gəlmək olar. Bu halda, döşəmənin səthinin necə olması heç bir əhəmiyyət kəsb etmir. Döşəmənin parketdən, betondan olmasından, xalçayla döşənməsindən və s. asılı olmayaraq, şəkillər ən kiçikdən tutmuş, lap böyüyə qədər təkrarlanacaq. Əgər döşəmənin səthinin bir hissəsinin üzünü köçürsək, demək olar ki, eynilə bu hissədən döşəmənin başqa yerində də tapmaq olar. Bundan başqa, əgər bir hissənin ölçülərini dəyişsək, firlatsaq və ya güzgü əksini alsaq, onda oxşar hissələrin sayı daha da çox olacaq. Onda bütün oxşar sahələri və kopyanın üzərində aparılmış bütün (riyazi) çevirmələri saymaq olar. Alınmış verilənlərər (tənliklər sisteminə) adətən, fraktal kodlar deyilir.