Ayçınqıl və ya Ay-çonqal aşırımı — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Vənəndçayın mənbəyində aşırım (hünd. 3362,0 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid kvarslı siyenit-dioritləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Ətrafında şimal-şərq istiqamətli eyniadlı dərinlik qırılması və onun şaxələri müşahidə olunur. Ay-çonqal aşırımı Ordubad rayonu ərazisində Ayçınqıl aşırımının yerli əhalisi arasında işlədilən başqa adı (Aiçınqıl aşırımı).[1]
Ayçınqıl aşırımı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Zəngəzur dağları |
Mütləq hündürlüyü | 3362 m |
Yerləşməsi | |
39°04′39″ şm. e. 46°04′17″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|