Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abidin Dino
Abidin Dino (23 mart 1913, Konstantinopol, Osmanlı imperiyası – 7 dekabr 1993, Paris) — rəssam, yazıçı və siyasətçi. == Həyatı == Abidin Dino 1913-cü ildə İstanbulda doğulub. Uzun müddət xaricdə yaşayan Abidin paralel olaraq yazıçı və siyasətçi kimi də tanınırdı. Birinci Dünya müharibəsi başlayan zaman Avropada səyahətdə olan Abidinin ailəsi Cenevrə şəhərinə gedir. Sənətsevər bir ailənin və çevrənin içində böyüyən rəssamın sənətə olan həvəsi erkən yaşlarında başlamışdı. Ailəsi ilə bir müddət Fransada yaşadıqdan sonra 1925-ci ildə İstanbula qayıdan Dino Robert Kollecinə qəbul olur. Amma dərs oxumağa o qədər də həvəsli deyildi. Belə ki, rəsm, karikatura çəkməyə dərslərindən daha çox vaxt ayırırdı. Get-gedə oxumağı ataraq karikatura və rəsmlərinin sayını artırır və ədəbiyyatla dərindən məşğul olur. Abidinin ədəbiyyata olan marağı, rəssamlığa olan sevgisindən fərqli deyildi.
Abidin Ünal
Abidin Ünal (1953, Pınarbaşı, Kayseri ili) – türkiyəli hərbçi, köhnə Türk Hava Qüvvələri komandanı. == Həyatı == İbtidai məktəbi Qazancıq ibtidai məktəbində, orta məktəbi Pınarbaşı məktəbində və Qarabük Dəmir-Polad məktəbində tamamlamyan Ünal 1968-ci ildə qatıldığı Ankara Kimya Texniki Məktəbindən 1972-ci ildə məzun olmuş və eyni il Hava Hərb Məktəbinə girmişdir. == Hərbi karyerası == 30 avqust 1975-ci ildə Hava Hərb Mktəbindən leytenant rütbəsi ilə məzun oldu və sırasıyla II Ana Təyyarə Qərərgah Komandanlığı Uçuş Təhsil Mərkəz Komandanlığına və III Əsas Təyyarə Qərərgah Komandanlığı komandnalığına, uçuş və hərbi hazırlıq təhsilini tamamladıqdan sonra iyul 1977-ci ildə III Əsas Təyyarə Qərərgah Komandanlığı, 131-ci Eskadrilya komandanlığına təlimçi pilot olaraq təyin eidlmişdir. 1982-ci ildə qatıldığı Hava Hərb Akadmeiyasından 1984-cü ildə məzun oldu və Hava Hərb Məktəbi Kursant Alayına bölük komandanı kimi təyin edildi. 1987-ci ildə ilk F-16-ı ilə birlikdə həərkat icra zabiti və təlimçi pilot olaraq, 1989-cu ildə 142-ci Eskadrilya komandanlığına F-16 komandiri olaraq xidmət etdi. 1990-cı ildə MSB-16 Sistem İdarə Dairə Başqanlığında layihə zabiti olaraq xidmət etdi. 1991-ci ildə 162-ci Eskadrilya komandanlığı F-16 həərkat zabiti olaraq xidmət etdi. 1992-ci ildə bir il müddətlə İngiltərə Kraliyyət Hava Hərb Akademiyasına qatıldı. 1993-cü ildə 192-ci Eskadrilyta komandanlığının F-16 komandanlığı vəzifəsini qəbul etdi. === 1994–2002 === 1994-cü ildə Baş Qərərgah Plan və Prinsiplər Başqanlığı Silahsızlanma və Beynəlxalq Əlaqələr şpbəsində layihə zabiti olaraq çalışdı və 1995-ci ildə Vyanadakı AGİT Türkiyə Daimi Təmsilçiliyi Hərbi müşavirliyinə təyin edilid.
İbn Abidin
Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (İbn Abidin) (d. 1198/1784 – ö. 1252/1836) - Osmanlı imperiyasının son dövrlərində yaşamış ən görkəmli müsəlman fəqihlərindən biri. 1198 (1784)-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, hənəfi məzhəbinin mənsublarından olmuş, da doğulub orada yaşamışdır. Tam adı Səid Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əzizdir. Həzrəti Hüseynin (ə) nəslindən olub atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zühd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Səid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi ve Babüssəğir qəbristanlığında dəfn edildi.
İmam Zeynül-Abidin
Əli ibn Hüseyn (6 yanvar 659, Mədinə – 21 oktyabr 713, Mədinə, Hicaz, Əməvilər xilafəti) — şiələrin dördüncü imamı. Şiələr arasında daha çox Səccad və Zeyn al-Abidin kimi tanınır. İslam qaynaqlarına və şiə tarixçilərinə görə, Mədinədə doğulmuş və gəncliyində atasını Kərbəla çölündə müşayiət etmiş, lakin xəstəlik səbəbiylə Kərbəla döyüşündə iştirak etməmiş və bu səbəbdən qırğından sağ çıxmışdır. Atasının və yaxınlarının Kərbəlada şəhid olmasından sonra tutuldu və əvvəlcə Kufəyə, sonra isə Şama köçürüldü. Zeyn əl-Abidinin təlimləri əsasən dua şəklində idi. Məşhur əsəri dua şəklində yazılmış Səhifeyi Səccadiyyədir. Ayrıca Risalə əl-Hüquq onun digər əsərlərindən biridir. Əli ibni əl-Hüseyn Hicaz ağsaqqalları və alimləri arasında yüksək mövqe tuturdu. Fərəzdağın dediyi məşhur şeiri bu vəziyyətin bariz nümunəsidir. Şiə rəvayətlərinə görə, Zeyn əl-Abidin Vəlid ibn Əbdülməlik zəhəri ilə öldü və əmisi Həsən ibn Əli ilə birlikdə Bəqi qəbiristanlığında dəfn edildi.
Abadin
Abadin — İspaniyanın Qalisiya muxtar bölgəsinin Luqo vilayətində bələdiyyə. == Əhalisi == Abadin bələdiyyəsinin əhalisi 2005-ci ilin əhali siyahıyaalmasına görə 3201 nəfərdir. == Coğrafiyası == Abadín Terra Çanın şimal-şərqində yerləşir. Bələdiyyədən Serra do Xistral, Kordal de Neda, Labrada və Abadin çayları keçir. Orta hündürlüyü 500 m, ən yüksək nöqtəsi isə 1015 m olan Lombo Pequenodur. Abadinin kəndlərində Ouro, Labrada, Abadin, Pontiga, Santandrea, Pedrido, Anllo, Arnela və Fraga Vella çaylarının keçdiyi və dağlarla əhatə olunmuş münbit vadi üstünlük təşkil edir. Bunlar Cordal de Neda, Toxoso, Tremoal, Couto da Cal və A Fraga das Vigas'ın mühüm dağları və yaxınlıqdakı Costa do Sol və O Picouto dağlarıdır. == İqlimi == Orta illik temperatur təxminən 10°C-dir. Yağıntılar yüksəkdir, 1799 mm/il. Qışları soyuq və yağışlı, yayı isə quraq keçir.
Abilin
Abilin — ABŞ-nin Kanzas ştatında şəhər. Abilin — ABŞ-nin Texas ştatında şəhər. Abilin gölü — ABŞ-nin Texas ştatında su anbarı. Abilin — ABŞ-də "Internet2" qeyri-kommersiya konsorsiumu tərəfindən yaradılmış eksperimental yüksək sürətli kompüter şəbəkəsi.
Riding
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Abilin (Texas)
Abilin (ing. Abilene) — ABŞ-nin cənubunda, Texas ştatının mərkəzi hissəsində şəhər. 2006-cı ilin məlumatlarına görə, şəhərin əhalisi 113,888 nəfər olmuş, şəhərətrafı ərazisində 130 min nəfərdən insan yaşayırdı. Abilin mühüm kənd təsərrüfatı və neft istehsalı regionunun mərkəzidir. Şəhərdə pambıq yağı və yem istehsalı inkişaf etmişdir. Burada Abilin Xristian Universiteti, Qardin-Simmons Universiteti və Makmürri Kolleci yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == abilenetx.com — Rəsmi saytı Convention & Visitors Bureau Abilene.com "Collections: City Directories: Abilene". Portal to Texas History. University of North Texas Libraries. (circa 1900s-1950s) "Historical Maps of Texas Cities: Abilene".
Lois Abbing
Loys Abbinq (nid. Lois Abbing; 13 avqust 1992, Qroningen) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Lois Abbing Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Zeynul Abedin
Zeynul Abedin (benq. জয়নুল আবেদিন) — Banqladeş rəssamı. Onun əsas əsərləri xalq həyatı mövzularına həsr olunub, onlardan ən məşhuru "1943 -cü ildə Benqaliyada aclıq" qrafik seriyasıdır. Zeynul Abedin 29 dekabr 1914-cü ildə Şərqi Benqaliyada yerləşən Maymansinqhdə anadan olmuşdur. Atası Təmizuddin Əhməd polis müfəttişi, anası isə evdar qadın idi. O, demək olar ki, bütün uşaqlığını Brahmaputra çayının yaxınlığında keçirmişdir. Daha sonra Brahmaputra çayı onun bir çox rəsmlərində əks olunmuş və həyatı boyu əsas ilham mənbəyinə çevrilmişdir. 1933-cü ildə Zeynul Abedin Kəlkətə Dövlət İncəsənət Məktəbinə daxil olmuşdur. Abeninin Brahmaputra çayına həsr etdiyi bir sıra akvarellər 1938 -ci ildə Bütün Hindistan Sərgisində Qubernator Qızıl medalını qazanmışdır. Beləliklə, Zeynul Abedinin özünəməxsus üslubu yaranmışdır.
Guiding light (1952)
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.
Abdin Fərzəliyev
Fərzəliyev Abdin Ələsgər oğlu (1967, Həmzəli, İliç rayonu) — Abşeron Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Abdin Fərzəliyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1985–1987-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. Təhsili 1974–1984-cü illərdə orta məktəbdə təhsil almışdır. 1985-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-bioloqiya fakültəsinə daxil olmuşdur. 1992-ci ildə isə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirmişdir. Ailəsi Evlidir. 2 qızı var. Atası Fərzəliyev Ələsgər Hüseyn oğlu 1938-ci ildə Şərur rayonunun Həmzəli kəndində dünyaya gəlib.
Sabir Abdin
Sabir Abdin (Sabir Məzlumağa oğlu Abdinov; 16 yanvar 1962, Bakı) — Azərbaycan şairi, AYB-nin üzvü. 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışır. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib. Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur.
Tofiq Abdin
Tofiq Məhərrəmoğlu (Tofiq Abdin 1 sentyabr 1941, Qırmızıkənd, Neftçala rayonu – 24 fevral 2014) — azərbaycanlı publisist, yazıçı. Tofiq Məhərrəmoğlu 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993–2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Uzun müddət "Ədalət" qəzetində türk ədəbiyyatının təbliğiylə məşğul olub. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Uzun illər dövrü mətbuatda müntəzəm çıxış edib. 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb.
Ridinq
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Fletayron Bildinq
Flatiron Building (ing. Flatiron Building; Fletayron Bildinq kimi tələffüz olunur, hərfi tərcümədə "ütü bina" deməkdir) – Nyu-York şəhərinin Manhetten borosunun Brodvey, Beşinci Avenyu və 23-cü küçənin şərqinin birləşdiyi ərazidə yerləşən 22 mərtəbəli bina. Formasına görə ütüyə bənzəməsi binanın belə adlanmasına səbəb olmuşdur. Bundan başqa, göydələnin şərəfinə yerləşdiyi kvartal da adlanmışdır. 1966-cı ildə bina şəhərin orientiri kimi qəbul edimiş, 1989-cu ildə ABŞ-nin Milli Tarixi Abidələr siyahısına daxil edilmişdir. Hazırda Fletayron-bildinq Nyu-Yorkun simvollarından birinə çevrilmişdir. == Yerləşməsi == Fletayron binasının yerləşdiyi indiki ərazi 1857-ci ildə amerikalı kapitalist Amos Eno tərəfindən alınmışdır. O, 1859-cu ildə burada ərazinin əksi istiqamətində Beşinci Avenyu mehmanxanasını tikdirmişdir. 1880-ci ildə Eno Sen-Jermen mehmanxanasını sökdürərək orada 7 mərtəbəli çoxotaqlı Kamberlend evini və kommersiya məqsədilə daha 4 ədəd üçmərtəbəli bina tikdirtdirmişdir. Burada müxtəlif vaxtlarda stomatologiya və corab mağazaları fəaliyyət göstərmişdi.
Ridinq (Pensilvaniya)
Ridinq — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Berks əyalətində şəhər. 87.575 əhalisi olan bu şəhər Pensilvaniyada beşinci böyük şəhərdir. Ştatın cənub-şərq hissəsində yerləşir və Böyük Ridinq ərazisinin əsas şəhəridir. 2010-cu ilin siyahıyaalmasına görə, ölkə ərazisində yoxsul vətəndaşların ən yüksək payı Ridinq şəhərindədir. Son illərdə Ridinq velosipedlərin dayanaçağına çevrilmişdir. Şəhər Beynəlxalq Dağ Velosiped Assosiasiyasının Hərəkət Mərkəzidir və 2017-ci il sentyabr ayının 8-9-da Ridinq Redsport Festivalına ev sahibliyi etmişdir. Delavarlar hindliləri kimi tanınan Delavarlar Ridinq ərazisində məskunlaşan ilk xalq hesab olunurlar. Pensilvaniya koloniyası 1680-ci ildə yaradılmışdır və torpaq sahəsi İngiltərə kralı II Çarlesdən Uilyam Pennə hədiyyə edilmişdir. 120000 km2 -dən çox torpağa sahib olan bu hədiyyə onun atası Ser Uilyam Pennin şərəfinə adlandırılmışdır. Ridinq Filadelfiyadan 105 km şimaı-qərbdə Pensilvaniya ştatında yerləşir.
Loys Abbinq
Loys Abbinq (nid. Lois Abbing; 13 avqust 1992, Qroningen) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Lois Abbing Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Empayr Steyt Bildinq
Empayr Steyt Bildinq (ing. Empire State Building) — Nyu-Yorkun Manhetten adasında yerləşən 102 mərtəbəli göydələn. 1931-ci ildən 1972–ci ilə, Ümumdünya Ticarət Mərkəzinin tikilməsinədək dünyanın ən hündür binası idi. 2001-ci ildə Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələri dağıldıqdan sonra yenidən Nyu-Yorkun ən hündür binası oldu. Binanın arxitekturası art deko stilində işlənmişdir. 1986-cı ildə Empayr Steyt Bildinq ABŞ-nin milli tarixi abidələri siyahısına daxil edilmişdir. 2007-ci ildə bina 1 nömrə altinda amerikanın ən yaxşı arxitektur həlləri siyahısına daxil edilmişdir. Binanın sahibi və müdiri W&H Properties kompaniyasıdır. Göydələn Beşinci avenyu və qərbi 33 və 34-cü küçələr arasında yerləşir. Göydələn öz adını ABŞ-nin Nyu-York ştatının xalq arasında yayılmış adından götürmüşdür, bela ki, onu xalq arasında İmperiya ştatı adlandırırlar.