Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dazıotu
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Yağıotu
Yağıotu (lat. Epilobium) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinə aid bitki cinsi.
Acısu
Acısu — Qazax rayonunda çay. Kurun sağ qoludur. Acısu — Şamaxı rayonu ərazisində çay.
Acılu
Əcili və ya Acılu – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 14 km şimal-qərbdə, Oxçuçayın sağ qolu olan Əfsərli çayının sağ sahilində yerləşirdi. Erməni mənbələrində "Acılu", "Acrlu", "Acrli", "Tunis Acilu" formalarında qeyd edilir. == Etimologiyası == Toponim "acurlu" (acılu) türk etnonimi əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 nəfər, 1908-ci ildə 335 nəfər, 1914-cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər, 1959-cu ildə 69 nəfər azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Amur yağıotu
Amur yağıotu (lat. Epilobium amurense) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü.
Atropatan dazıotu
Atropatan dazısı (lat. Hypericum helianthemoides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab (i, ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqaz endemidir. == Botaniki təsviri == Yarımkolcuqdur. Hündürlüyü 10-20 sm-dir. Gövdəsi çoxsaylı, nazik, yumru, budaqlıdır. Yarpaqlar xətvari, oturaq və qarşı-qarşıya düzülmüş, 4-7 mm uzunluğunda, 1,5 mm enində, nöqtəvarı vəzilidir. Çiçək qrupu salxım, 1-9 çiçəkli, 3-5 sm uzunluğunda, 1 sm enindədir.
Bataqlıq yağıotu
Bataqlıq yağıotu (lat. Epilobium palustre) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü.
Boyayıcı dazıotu
Ensizyarpaq yağıotu
Chamaenerion angustifolium (lat. Chamaenerion angustifolium) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin chamaenerion cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, yoğun, sürünən kökümsovlu bitkidir. Gövdəsi düz, sadə və ya budaqlı, nazik tüklənmiş, aşağısı çılpaq, hündürlüyü 1 m çatır. Yarpaqlarının uzunluğu 4-12 (18) sm, eni 8-20 (30) mm, əsasən ardıcıl düzülmüş, oturaq və ya qısa saplaqlı, uzunsov və ya xəttvari-lansetvari, ucubiz, çılpaq, qıraqları demək olar bütöv və ya xırda vəzili, yaxud vəzivari diş-dişli, üstü tünd yaşıl, parlaq, altı qonurtəhər rəngdədir. Çiçəkləri xırda, uzunsov çicəkaltlıqların qoltuğunda yerləşir və yığılaraq kövrək salxım əmələ gətirirlər. Kasacığının uzunluğu 9-12 mm, lansetvari, xırda tükcüklü dilimlidir. Ləçəklərinin uzunluğu 10-15 mm, eni 5-8 mm, tərsyumurtavari, bənövşəyi, bəzən açıq çəhrayı və ya ağ rəngdədir. Qutucuğu 5-8 sm uzunluğunda, meyvəsaplağı ilə birlikdə xırda tüklüdür. Toxumları 1,5 mm qədər, uzunsov-oval, çılpaq, açıq mixəyidir.
Girdəağızcıq yağıotu
Hibrid çatıotu
== Təbii yayılması: == Vətəni Cənubi Amerikadır. == Botaniki təsviri: == Hündürlüyü 2 m-ə qədər olan, müxtəlif növlərin çarpazlaşması nəticəsində alınan, çox budaqlanan həmişəyaşıl koldur. Yarpaqları iri, ağcaqayınşəkilli, kənarı dişli, açıq yaşıl rənglidir. Yarpaqları növbəli, yumurtaşəkilli və ya ürəkşəkilli, ucu biz, üç-beş hissəli, kənarları dişli, yumşaq tüklü, yaşıldır. Bəzi bağ formalarında yarpaqları sarımtıl-yaşıl, uzun saplaqlıdır. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, iri, uzun çiçək saplaqlarında sallanan, kasaşəkilli, rəngi ağ, sarı, çəhrayı və ya qırmızıdır. Kasacığı 5 dişlidir. == Ekologiyası: == Az miqdarda günəş şüalarına dözür. Suvarılma yazdan - payıza qədər bol, qışda isə az olmalıdır. İki həftədən bir yaz-yay aylarında maye gübrə verilir.
Tükcüklü yağıotu
Tükcüklü yağıotu (lat. Epilobium hirsutum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü. Hündürlüyü 50-150 sm, gövdəsi düz, çox budaqlanmış, aşağı hissədə az tilli, yuxarı hissədə dəyirmidir, uzun bizvari tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Payızda uzun, qalın, pulcuğabənzər yarpaqları olan lətli budaqlar əmələ gətirən qalın kökümsovu vardır. Yarpaqları (təpə yarpaqlarından başqa) qarşı-qarşıya düzülmüşdür, oturaqdır, uzunsov və ya uzunsov neştərvaridir, gövdənin həcmini artırandır, sivri dişlidir, dişcikləri qabağa əyilmişdir, hər iki tərəfdən uzun nazik tüklərlə örtülmüş və uzunluğu 3-12 sm, eni isə 1-3 smdir. Çiçəkləri təkdir, yuxarı yarpaqların qoltuğunda yerləşmişdir. Tac enli qıfşəkillidir, alqırmızı rəngdədir, iridir; ləçəkləri dəyirmi əksinə yumurtaşəkilli olub, iki bölümlüdür, uzunluğu 10-18 mm-dir, eni də eyni ölçüdədir. Qutucuq qismən tüklüdür, uzunluğu 4-8 (10) sm, eni 2 mm-ə qədərdir. Toxumları qonur rəngli olub, üzərində sıx məməciklər yerləşmiş, təpə hissədə dəyirmi, aşağıya doğru isə daralmış formadadır, uzunluğu 2,5 mm, eni 0,5 mm-dir. İyun-sentyabr aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir.
Yapon yağıotu
Epilobium pyrricholophum (lat. Epilobium pyrricholophum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü.
Zəif dazıotu
Aliot
Epsilon Ursae Majoris (εUMa) — Böyük Ayı bürcünün ən parlaq ulduzu. Parlaqlığı 1.76 maqnitudadır. Parlaqlığına görə Yer kürəsindən görünə bilən spektrdə ən parlaq ulduzlar arasında Günəşdən sonra 30-cu yerdədir. Hipparkos Kataloqunda HIP 62956 nömrəsi ilə qeyd olunan ulduza ənənəvi olaraq Aliot adı verilmişdir. Yer kürəsindən 81 işıq ili məsafədə yerləşir. Öz oxu ətrafında dönmə periodu 5,088 gün davam edir.
Acita Kesakambala
Acita Kesakambala (sanskr. अजित केशकंबली; ??; e. ə. V əsr) — e.ə. VI—V əsrlərdə yaşamış Qədim Hindistan materialist filosofu. O, Çarvaka məktəbinin öncül alimlərindən olmuşdur. Kesakambalanın Budda və Mahaviranın həməsri olduğu güman edilir. Onun adı birbaşa olaraq «insan saçından hazırlanmış paltara görə məğlubedilməz olan» deməkdir. Kesakambalanın fikirlərinə görə, həqiqi idrak mənbəyi yeganə cismani təcrübədir. O, dinin ümumi qəbul edilmiş normalarını və mənəviyyatı tənqid etmişdir.
Mühasibat uçotu
Mühasibat uçotu — müəssisələr və korporasiyalar kimi iqtisadi qurumlar haqqında maliyyə və qeyri-maliyyə məlumatlarının ölçülməsi, işlənməsi və ötürülməsi. "Mühasib" sözü ərəb sözü olub hesabat aparan,hazırlayan şəxs mənasını verir. Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də. İdarə heyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır. Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır. Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir. Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırkı vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar. Mühasibat uçotu məlumatları ilə maraqlanan tərəflər mühasibat uçotu məlumatlarının istifadəçiləri adlanır.Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür: daxili istifadəçilər (insiders); kənar istifadəçilər (outsiders). Müəssisə daxilində biznes qərarlarını qəbul etmə səlahiyyətinə malik olan rəhbər,menecer,yaxud sadə işçilər ola bilər.
Veksel uçotu
Veksel uçotu — vekselin ödəniş tarixindən əvvəl alınması üçün veksel sahibi tərəfindən banka köçürülməsi. Bir vekselin uçotu üçün bank, veksel məbləğinin yüzdə bir hissəsi kimi bir haqq alır. Bu faizə endirim dərəcəsi və ya endirim faizi və ya endirim deyilir. Başqa sözlə, bir vekselin mühasibat uçotu, bank tərəfindən vekselin altındakı bir qiymətə diskontla bir faktura almasıdır. Diskont dərəcəsinin ölçüsü fakturanın keyfiyyətinə və ödəmə müddətinə bağlıdır və bank sahibi ilə bank arasındakı müqavilədə müəyyən edilir. Endirim dərəcəsinin ölçüsünə bankın verdiyi kredit faiz dərəcəsi təsir göstərir. Sabit borc məbləği göstərildiyi veksellər üçün faiz hesablanmadan endirim dəyəri düsturla müəyyən edilir: D = B ⋅ T ⋅ I 100 ⋅ 360 {\displaystyle D={\frac {B\cdot T\cdot I}{100\cdot 360}}} , burada D {\displaystyle D} - diskont məbləği; B {\displaystyle B} - veksel; T {\displaystyle T} - vekselin ödəmə tarixindən əvvəlki günlərin sayı; I {\displaystyle I} - bank endirim dərəcəsi. Banklar, ödəmə qabiliyyəti şübhə doğurmayan nüfuzlu firmaların öhdəliklərini ehtiva edən vekselləri, birinci dərəcəli vekselləri nəzərə alır. Bir banknota böyük bank zəmanət verirsə, o zaman bank zəmanəti olmayan (bank avalı) ticarət və ya sənaye firmalarından daha aşağı faizlə uçota alınır. Kiçik və maliyyə baxımından zəif firmaların öhdəlikləri olan dövriyyə vərəqələri banklar tərəfindən mühasibat uçotu üçün qəbul edilmir və ya adi, çox şişirdilmiş faiz dərəcələrindən fərqli olaraq uçota alınır.
Vergi uçotu
Vergi uçotu — vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir. Sözügedən verginin ayrı-ayrı növlərinin uçotu və onların hesablanması Azərbaycan Respublikasının 11 iyul 2000-ci il 905-İQ №-li Qanunu ilə təsdiq edilmiş Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur.Bununla birlikdə vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir. Düzəliş hesablamaları qeyri-sistemli qaydada, yəni hesablama yolu ilə alınan düzəlişləri mühasibat uçotunda əks etdirməklə yerinə yetirilir. Bu vergi hesablaması, cədvəl, yaxud vergi kartları kimi təqdim edilən informasiyaların sistemləşdirilməsi və toplanması üçün nəzərdə tutulan vergi registrlərinin işlənməsinə və təsdiq edilməsinə şərait yaradır. ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq; ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək; vergiödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək; düzgün və dəqiq vergi hesabatını formalaşdırmaq; vergi informasiyasının və vergi hesabatının formalaşdırılması üzərində nəzarət aparmaq. Beləliklə, vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir. Təsərrüfat subyektləri tərəfindən vergilər hesablanarkən zəruri vergi sənədləri tərtib edilir. Vergi sənədləri – vergilərin hesablanmasını, vergi məbləğini və vergi öhdəliyinin həcmini əks etdirən sənədlərdir. Vergi sənədlərinə aşağıdakılar daxildir: uçot-hesabat sənədləri; müşayiətedici sənədlər; vergi uçotu registrləri; bildiriş.
İdarəetmə uçotu
İdarəetmə uçotu — təşkilatın idarəetmə səviyyəsi (daxili istifadəçilər — menecerlər) üçün həmçinin təşkilatın fəaliyyəti ilə bağlı qərarlar qəbul etmək, vacib olan məlumat və göstəriciləri müəyyən etmək, ölçmək, toplamaq, qeyd etmək, şərh etmək, ümumiləşdirmək, hazırlamaq və təqdim etməyin nizamlı sistemi. İdarəetmə uçotunun əsas vəzifəsi təşkilatın hansı vəziyyətdə olduğu və əməliyyat səmərəliliyini artırmaqla yanaşı mövcud resursların necə bölüşdürülməsi lazım olduğu sualına cavab verməkdir. == Tərifi == İdarəetmə uçotunun sadə təriflərindən biri — menecerlər tərəfindən qərar qəbul etmək üçün maliyyə və qeyri-maliyyə məlumatlarının təqdim edilməsidir. Başqa sözlə, idarəetmə uçotu təşkilat daxilindəki direktorlara qərar qəbul etməkdə kömək edir. Xərclər uçotu kimi də tanınmaq olar. Həmçinin biznes məqsədlərinə çatmaq üçün məlumatları ayırd etmək, öyrənmək, deşifrə etmək və rəhbərlərə çatdırmaq üçün qısa yoldur. Toplanmış məlumatlar maliyyə xərcləri və təşkilat tərəfindən qəbul edilən qərarlarla müəyyən edilərək biznes məsələləri ilə bağlı mühasibat uçotunun bütün sahələrini əhatə edir. Mühasiblər təşkilat daxilində əməliyyatların ümumi strategiyasını ölçmək üçün planlardan istifadə edirlər. == İstinadlar == == Ədəbiyyat == Kurt Heisinger and Joe Hoyle, Managerial Accounting, ISBN 978-1-4533452-9-0. James R. Martin, Ph.D., CMA, Management And Accounting Web.
Büdcə uçotu
Büdcə uçotu (ing. budget accounting) — maliyyə və qeyri-maliyyə aktivlərinin və öhdəliklərinin vəziyyəti haqqında pul ifadəsində məlumatların toplanması, uçotu və ümumiləşdirilməsi, təsərrüfat subyektinin bu aktiv və öhdəliklərini dəyişdirən əməliyyatların uçotu üçün nizamlı sistem. == Tərifi == BSE-nin məlumatına görə, büdcə uçotu təsərrüfat uçotunun tərkib hissəsi olan büdcə idarə və təşkilatlarının büdcənin icrası prosesinin və xərclər smetasının uçotudur. Mühasibat uçotu vahid sistem əsasında qurulur, büdcənin gəlirləri və xərcləri haqqında zəruri məlumatlarla təmin edilir, genişləndirilmiş təkrar istehsal məqsədləri üçün gəlirlərin rasional bölüşdürülməsinə və yenidən bölüşdürülməsinə kömək edir. Büdcə uçotunun köməyi ilə büdcənin icrası prosesinin planlı idarə edilməsi, maliyyə-büdcə intizamı və xərclərə qənaət həyata keçirilir. “Maliyyə və kredit ensiklopedik lüğəti” büdcə uçotunu bütün səviyyələrdə büdcənin icrasının gedişi haqqında məlumatların toplanması, qeydiyyatı və ümumiləşdirilməsi sistemi kimi müəyyən edir; təsərrüfat uçotu sisteminin bir hissəsi, o cümlədən onun üç növü: mühasibat uçotunun əsas rolu ilə əməliyyat, mühasibat və statistik. Büdcə uçotu büdcənin icrası prosesi ilə bağlı bütün maliyyə və təsərrüfat əməliyyatlarını əhatə edir. == Büdcə uçotunun vəzifəsi == Büdcə uçotunun vəzifəsi büdcənin icrası prosesini idarə etmək və ona nəzarət etmək (o cümlədən ümumi gəlir və xərclərin uçotu və fəaliyyət növü üzrə, büdcə vəsaitlərinin uçotu).
Əməliyyat uçotu
Əməliyyat uçotu ― mühasibat, statistik və vergi uçotu ilə yanaşı təsərrüfat uçotunun dörd sahəsindən biri. Xarici ədəbiyyatda o, ənənəvi olaraq əməliyyatların təhlili funksiyasına (xərc uçotu və məsuliyyət mərkəzlərindən fərqli olaraq) uyğun gələn idarəetmə uçotunun bölmələrindən biri kimi qəbul edilir. Əməliyyat uçotu cari idarəetmə məqsədləri üçün həm dəyər baxımından, həm də fiziki cəhətdən ölçülən bir təşkilatın iqtisadi həyatının ayrı-ayrı faktlarına nəzarət və nəzarət sistemi kimi istifadə olunur. Əməliyyat uçotu müəssisənin gündəlik cari idarə edilməsi və idarə edilməsi üçün istifadə olunur və təsərrüfat fəaliyyətinin ayrı-ayrı faktları haqqında məlumat verir. Orta əsrlərə qədər cari əməliyyat uçotu məlum deyil. Qədim dövrlərdə sövdələşmə nəticəsində tacirin mülkiyyətinə keçən inventar əşyalarının inventarının yenidən hesablanması adi hal idi. Bu ənənə Yaxın Şərqdə 8000-5000 il əvvəl istifadə edilən token uçotu sistemi çərçivəsində yaxşı izlənilir . Orta əsrlərin sonlarında İtaliya respublikalarının mühasibat işi, köhnə italyan formasına uyğun olaraq, ikili yazıdan istifadəyə əsaslanaraq, artıq mühasibdən iqtisadi həyatın çoxlu faktlarını nəzərə almağı tələb edirdi. Əməliyyat uçotunu inventar uçotundan ayırmaq üçün şərtlər yalnız XX əsrin əvvəllərində istehsalda texnoloji proseslərin mürəkkəbləşdiyi anda inkişaf etdi. standart məsrəf uçotunun, maya dəyərinin hesablanmasının sürətli inkişafına və nəticədə idarəetmə uçotunun yaranmasına səbəb oldu.
Bank uçotu
Bank uçotu (banklarda mühasibat uçotu) — kredit təşkilatının əmlakı və öhdəlikləri, maliyyə və təsərrüfat əməliyyatları haqqında məlumatların toplanması və ümumiləşdirilməsi üçün nizamlı sistemdir. == Bank hesabı tarixi == Pulun meydana çıxması ilə onu dəyişdirmək, borc vermək (faizlə) və ödəmək ehtiyacı yarandı. Bu cür əməliyyat həm unutqanlıq halında, həm də borcun sübutu kimi qeyd tələb edirdi. O qədim dövrlərin əməliyyatları haqqında ritoriklərin - Demosfen və Aristotelin çıxışlarından bir şey öyrənmək olar. Yeməkxanalar/dəyişmə məntəqələri/banklar mühasibat kitablarını saxlayırlar. Kağız (papirus) və dəri baha idi. Planşetlərdə qeydlər aparmağa çalışdılar. Çox vaxt tabletlər mumla örtülmüşdür. Eramızdan əvvəl IV əsrdə hüquq, bankirlərin fəaliyyəti, ticarət əlaqələri haqqında əsas mənbə. e.