Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akkresiya
Akkresiya – maddənin əhatə fəzasından kosmik cismin səthinə düşməsi. Akkresiyaya əks proses maddənin axıb getməsidir. Sıx yerlə şən iki ulduzdan biri o birinə (ağ cırtdana, neytron uld uzuna) və ya qara deşiyə intensiv sürətdə maddə verəndə Akkresiyanın rolu artır. Yeni ulduzların alışmasının ən çox ehtimal olunan səbəbi ağ cırtdanlara Akkresiyalar hesab edilir. Axıb tökülən maddədə adətən hidrogen üstünlük təşkil edir. Ağ cırtdanların özündə isə hidrogen olmur, çünki ağ cırtdan yarananda termonüvə reaksiyaları nəticəsində o, heliuma çevrilir. Ulduzun səthinə düşən hidrogen toplanır və hidrogenin termonüvə reaksiyasının başlanması üçün kifayət edən tempraturadək qızır. Əgər reaksiya istiliyinin ayrılma sürəti istiliyin ötürülmə sürətindən böyük olarsa, yeni ulduzun alışması kimi müşahidə edilən istilik partlayışı baş verir. Neytron ulduzuna və ya qara deşiyə Akkresiya kosmik rentgen şüalanmasının impuls mənbələrinin – rentgen barsterlərinin təbiətini izah edən mexanizm kimi təklif olunmuşdur. Cavan neytron ulduzları – pulsarlar yüksək enerjili zərrəciklərin güclü mənbəyi olduğuna görə, onlara Akkresiya çətinləşir.
Lukresiya
Lukresiya (lat. Lucretia) (təqribən e. ə. 500) — rəvayətə görə, gözəl və kəramətli bir romalı qadın, romalı patrisiya Tarkvini Kollatinin həyat yoldaşı və konsul Spuri Lukresi Trisipitinin qızı. Tit Livi yazırdı ki, Məğrur Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanı zorlayır. Lukresiya olanları ərinə söyləyir və onun gözünün qabağında özünə qəsd edir. Bu hadisə cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxararaq romalıları çarı devirməyə və respublika elan etməyə çağırmışlar. Məhz buna görə onun adı əsrlər boyu Roma tarixində hörmətlə anılır.
Sekresiya
Sekresiya (geologiya)
Aqresiya
Aqressiya (lat. aggredi - "hücum etmək" deməkdir) — bir canlı varlığın digər canlı varlığa fiziki və ya mənəvi hücum edərək zərər vermək istəməsi. Aqressiya hər hansı əşyaya qarşı da yönələ bilər. Şərti olaraq aqressiyanı 2 növə bölürlər: Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün; İnstrumental -məqsədə çatmaq üçün; == Uşaqlarda aqressiyanın səbəbləri == 3 yaşa qədər uşaqlarda aqressiyanın növləri: 1-2 yaşda qıcıqlandırıcı amilə qarşı (iynə vurmada, tanımadığı insanların əhatəsində) 2-2,5 yaşda öz yaşıdlarına qarşı. Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir. 3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir. Öz istəklərinə çatmaq istəyi baş qaldırır (qışqırır və ya ağlayır) === Orqanik səbəblər === Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərmanlı müalicə lazımdır. Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi. Uşağın müşahidə etdiyi aqressiv nümunə : Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, yoldaşı, bir yaxını və ya Tv qəhrəmanı ola bilər.
Lukresiya Qarfild
Lukresiya Qarfild (ing. Lucretia Garfield; 19 aprel 1832[…] – 14 mart 1918, Pasadena, Kaliforniya) — ABŞ-nin Prezidenti Ceyms Qarfildin həyat yoldaşıdır.
Sekresiya (fiziologiya)
Canlılarda ifrazat — Canlıların qəbul etdiyi iri molekullu üzvi qida maddələri mərhələlərlə parçalanır. Alınan maddələrin bir qismi orqanizmin hüceyrələrinin qurulmasında iştirak edir. Digər qismi isə energetik mübadilə nəticəsində tam parçalanır və bu zaman enerji ayrılır. Parçalanma məhsullarının bəziləri orqanizmə lazım olmur, hətta onların bir qismi zərərli məhsullara çevrilir, Orqanizm belə məhsulları necə xaric edir. Canlılarda ifrazat orqanları fərqlidir. Bütün onurğalı heyvanlarda ifrazat orqanları böyrəklərdir. Qədimdən böyrəklərin ifrazat məhsullarını xaric etdiyi məlum olsa da, onların iş mexanizmi çox sonralar öyrənilmişdir. Yaşadıqları mühitdən asılı olaraq, onurğalıların ifrazat orqanların quruluşunda fərqliliklər yaranmışdır. Hətta şirin su və duzlu suda yaşayan balıqların belə ifrazat orqanlarının quruluşunda fərqli xüsusiyyətlərə rast gəlinir. Bunun nəticəsində orqanizmlər öz daxili maye mühitlərini sabit saxlayır.
Sekresiya (geologiya)
Sekresiya - süxur boşluqlarını dolduran, tərkibcə süxurlardan fərqlənən kristallik, yaxud kolloid mineral maddələr. Konkresiyadan fərqli olaraq, maddələrin çökməsi, boşluğun divarlarından mərkəzə doğru gedir, nəticədə müxtəlif rəngli və müxtəlif mineral tərkibli konsentrik-zonal quruluş əmələ gəlir. Boşluğun dolması tam, yaxud qismən ola bilər. Sekresiya badamcıqlar — kiçik ölçülü sekresiya və jeodlar – iri, qismən doldurulmuş boşluqlar şəklində olur. Sekresiya əmələ gəlməsi hipergen və hidrotermal proseslərdə maddənin həqiqi və kolloid məhlullarla gətirilməsi ilə əlaqədardır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Sekresiya vəziləri
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Daxili sekresiya vəziləri
Daxili sekresiya vəzilərinə ya endokrin ya da inkretor - lat. glandulae endokrinatae (lat. endo - daxilə, lat. crino - ifraz edirəm) lat. s. organa incretoria axacaqları olmayan bir sıra vəyilər aiddir; axacaqları olmadıqları üçün bunlar bir də axacaqsız vəzilər - lat. glandulae sine ductibus adını daşıyır. Bəzən bunlara qapalı vəzilər - lat. glandulae clausae deyilir. Bu xüsusiyyət ilə xarici sekresiya vəzilərindən fərqlənir.
Xarici sekresiya vəziləri
Xarici sekresiya vəziləri (lat. Glandulae excretoriae s. apertae) — axacaqlara malikdir, bunların məhsulu həmin axacaqlar vasitəsilə müəyyən üzvlərə tökülür, ya xaricə çıxarılır. Xarici sekresiya vəziləri ifraz etdikləri məhsulların tərkibinə görə üç qrupa bölünür: Selikli vəzilər — məhsullarında çoxlu selik olur, məsələn — damaq vəziləri (lat. glandulae palatinae), dal dil vəziləri (lat. glandula linguales posteriores); Seroz ya zülal vəziləri — ifraz etdiyi şirə çox sulu olsa da çoxlu zülala malikdir, məsələn, qulaqaltı vəzi (lat. glandulae parotis), dil və ya Ebner vəziləri (lat. glandulae linguales Ebneri); Qarışıq (seroz-selikli) vəzilər lat. glandulae seromucose — sekretində həm zülal, həm də selik vardır, məsələn dodaq vəziləri (lat. glandulae labiales), yanaq vəziləri (lat.
Tarkvini və Lukresiya (Rubens)
Trakvini və Lukresiya — Piter Paul Rubensin Qədim Roma tarixi mövzusunda Sekst Trakvini tərəfindən Lukresiyanın zorlanması səhnəsi təsvir olunmuş yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri.
Yelena Lukresiya Kornaro Piskopiya
Yelena Lukresiya Kornaro Piskopiya(it. Elena Lucrezia Cornaro Piscopia, [pisˈkɔːpja]; 5 iyun 1646[…], Venesiya – 26 iyul 1684, Padova) — italyan riyaziyyatçısı və filosofu. Yelena Kornaro Lukresiya Piskopiya italyan riyaziyyatçısı və filosofdur. Avropada ilk doktorluq dərəcəsi almış qadın kimi tarixdə yerini alıb. Venesiyalı zadəgan ailəsindən olan Yelena Piskopiya çox erkən yaşlarında istedadını nümayiş etdirə bilmişdi. Doğulduğu Venesiya o zaman İntibah dövrünün mərkəzi idi və o, Leonardo Da Vinçi kimi öndə olan simaların başlatmış olduğu yaradıcı axını davam etdirirdi. Piskopiyanın inkişafında atasının böyük rolu olub. Atası qızına dövrünün ən yaxşı təhsilini vermişdi. Piskopiyanın özünün də bacarığı tez bir zamanda üzə çıxdı, o, xarici dil öyrənmək və güclü fikirlər irəli sürmək qabiliyyətinə malik idi. Eyni zamanda musiqiyə böyük həvəsi vardı, piano, arfa, skripka çalır, musiqi bəstələyirdi.