Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Albino
Albino (it. Albino) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Bergamo əyalətində yerləşir. Əhalisinin sayı 17 322 nəfər (2004-cü ildə), əhalinin sıxlığı 522 nəfər / km²-dir. Sahəsi 31.32 km² ərazini əhatə edir. Poçt kodu — 24021. Telefon kodu — 00035. Şəhərin himayədarları Briudalı müqəddəs Yuliyan və Saint Albino hesab edilir. Onların şərəfinə 9 yanvarda bayram keçirilir. Şəhərdə Albinoleffe futbol klubu yerləşir.
Alkinous
Alkinous (yun. Ἀλκίνους; m. II-ci yüzilliyi) — Orta platonizmin tanınmış nümayəndələrdən biri. O, müəllimlərin istifadə etdiyi "Platon fəlsəfəsinin dərsliyi" (yun. Ἀλκινόου Διδασκαλικὸς τῶν Πλάτωνος δογμάτων) adlı kitabın müəllifi idi. Bu kitab günümüzə qədər platonizmin ən dəyərli qaynaqlardan biri hesab olunur. Burada məntiq, fizika və əxlaq sahələri üzrə fəsillər vardır və onlar orta platonizm haqqında kifayət qədər dolğun təsəvvür yaradır. Kitab 36 fəsildən ibarətdir. İlk olaraq Alkinous filosofun özəlliklərindən söhbət açır və qeyd edir ki, ən başlıcası onun fəlsəfəyə təbiət tərəfindən verilmiş vergisi olmalıdır. Onun vasitəsi ilə o dünyanın dəyişkən və axıcı olan şeyləri haqqında deyil, düşüncə ilə qavranılan biliklərə yiyələnməlidir.
Abidos
Abidos (q.misir ȝbḏw, q.yun. Ἄβυδος, ərəb. أبيدوس‎, qibt. Ⲉⲃⲱⲧ) — Qədim Misir dövlətinin ən qədim şəhərlərindən və dini mərkəzlərindən biri. Burada axirət tanrılarına (Hentinment, Upuaut və Osiris) sitayiş edilirdi. Orta padşahlıq dövründən başlayaraq Osirisə daha çox sitayiş olunmuşdur. Abidosdan yalnız iki məbədin xarabalığı qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Ayrton, Edward Russell; William Matthew Flinders Petrie. Abydos. iii.
Acinos
Clinopodium (lat. Clinopodium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Albion
Albion — Britaniya adalarının (İrlandiya istisna olmaqla) qədim adı. == Adın mənşəyi == Albion adı ilk dəfə olaraq e.ə. VI əsrdə qədim yunanların, o cümlədən yunan coğrayafiyaşünası Ptolemeyin əsərlərində çəkilmiş, sonralar isə qədim Roma və orta əsrlər ədəbiyyatına keçmişdir. Kral Artur haqqında əfsanələrdə də bir çox hallarda Albion ifadəsindən istifadə olunmuşdur. Fərziyyələrə görə Albion kelt və ya latın (albus - ağ və ya alb - qaya: Duvr yaxınlığındakı əhəngdaşı qayalıqlarının rəngindən götürülmüşdür) mənşəli sözdür. Alba eyni zamanda müasir şotland dilində Şotlandiyanın adıdır. Britaniyalılar üçün Albion adı yüksək məna kəsb edir, digər ölkələrdə isə daha çox istehza məqsədi ilə izah olunur. Keçmişdə Britaniya diplomatiyasını səciyyələndirmək üçün "məkrli Albion" ifadəsindən istifadə olunurdu. Bir sıra mənbələrbə Britaniyanın "Dumanlı Albion" adlandırılmasının əsas səbəbi ilin əksər günlərində adanın dəniz səviyyəsindən aşağı hissəsinin dəniz dumanı ilə əhatə olunmasıdır. == İstinadlar == == Xarici keçidlər == Bernau, Anke, McMullan, Gordon; Matthews, David (redaktorlar ), "Myths of origin and the struggle over nationhood", Reading the Medieval in Early Modern England, Cambridge University Press, 2007, 106–118, ISBN 0521868432 Brereton, Georgine Elizabeth, redaktorDes grantz geanz: an Anglo-Norman poem, Medium Aevum Monographs, 2, Oxford: Blackwell, 1937 == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Achillea albinea
Achillea albinea (lat. Achillea albinea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Aster alpinus
Cistus albidus
Ağımtıl buxurkolu (lat. Cistus albidus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizi ölkələrində rast gəlinir. == Botaniki təsviri == Uzunsov və ya oval-lansetvarı, bozumtul-ağ, möhkəm tükcüklərlə örtülmüş koldur. Çəhrayı, 5 ləçəkli, iri çiçəkləri budaqların uclarında kiçik qruplara yığılmışdır. Maydan iyuna qədər çiçəkləyir. Çiçəkləri çoxləçəkli olmayan qızılgülə bənzəyir, ləçəklərin bünövrəsində çox vaxt qırmızı və ya bənövşəyi xallar olur. Çiçəkləri uzunömürlü deyil, səhər onların kağıza bənzər ləçəkləri açılır, axşam tökülür, solmuş çiçəklərin yerinə iyunun əvvəlindən avqustun ortalarınadək yeni qönçələr əmələ gəlir. == Ekologiyası == Buxurkolu əlverişli olmayan şəraitdə qeyri münbit, qumlu və əhəngli torpaqda, dəniz sahilində bitir. Kölgə və şaxtalar ona pis təsir göstərir.
Erigeron alpinus
Erigeron alpinus (lat. Erigeron alpinus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erinus alpinus
Erinus alpinus (lat. Erinus alpinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin erinus cinsinə aid bitki növü. == Sinonimləri == Dortiguea alpestris Bubani Erinus alpinus var. glaberrimus Font Quer & Maire Erinus alpinus var. macranthus Font Quer Erinus glabratus Nyman Erinus hispanicus Pers.
Haplopappus alpinus
Toiyabea (lat. Toiyabea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Machaerhamphus alcinus
Neoseiulus alpinus
Neoseiulus alpinus (lat. Neoseiulus alpinus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Rumex alpinus
Rumex alpinus (lat. Rumex alpinus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.
Tomaso Albinoni
Tomazo Albinoni (it. Tomaso Albinoni; 8 iyun 1671[…], Venesiya[…] – 17 yanvar 1751[…], Venesiya) — İtaliyalı bəstəkar. Tomazo Albinoni 1671-ci ilin 8 iyun tarixində İtaliyanın Venesiya şəhərində varlı ailədə anadan olmuşdur. Albinoni maddi baxımdan çətinlik çəkmədiyindən musiqi ilə tez-tez məşğul olurdu. Ailədə ən böyük övlad olması, atasının ölümündən sonra ailə daxili və xarici münasibətləri nizamlamaq üçün ailə şirkətinə rəhbərlik etməyə başlamışdır. Albinoni Dilettante Veneto adlı gənc musiqiçi ilə öz musiqi fəaliyyətinə başlamışdır. Albinoni opera müğənnisi Marqarita Raimondi ilə evlənmişdir. 1721-ci ildə Tomazo Albinoninin xanımı Marqarita Raimondinin vəfat etməsi, ona pis təsir etmişdir. 1740-cı illərdə Fransada Albinonin skripka sonatalarından ibarət musiqi kitabı nəşr olunmuşdur. Kitabın ön səhifəsində müəllifin 1741-ci ildə vəfat etdiyi göstərilmişdir.
Tomazo Albinoni
Tomazo Albinoni (it. Tomaso Albinoni; 8 iyun 1671[…], Venesiya[…] – 17 yanvar 1751[…], Venesiya) — İtaliyalı bəstəkar. Tomazo Albinoni 1671-ci ilin 8 iyun tarixində İtaliyanın Venesiya şəhərində varlı ailədə anadan olmuşdur. Albinoni maddi baxımdan çətinlik çəkmədiyindən musiqi ilə tez-tez məşğul olurdu. Ailədə ən böyük övlad olması, atasının ölümündən sonra ailə daxili və xarici münasibətləri nizamlamaq üçün ailə şirkətinə rəhbərlik etməyə başlamışdır. Albinoni Dilettante Veneto adlı gənc musiqiçi ilə öz musiqi fəaliyyətinə başlamışdır. Albinoni opera müğənnisi Marqarita Raimondi ilə evlənmişdir. 1721-ci ildə Tomazo Albinoninin xanımı Marqarita Raimondinin vəfat etməsi, ona pis təsir etmişdir. 1740-cı illərdə Fransada Albinonin skripka sonatalarından ibarət musiqi kitabı nəşr olunmuşdur. Kitabın ön səhifəsində müəllifin 1741-ci ildə vəfat etdiyi göstərilmişdir.
Tonestus alpinus
Toiyabea (lat. Toiyabea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Galanthus alpinus
Galanthus alpinus (lat. Galanthus alpinus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin xədicəgülü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab (i, ii, v) c (i, ii, iii)+ 2b(i) c (ii,v). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Botaniki xarakteristikası == Üzərində çiçək daşıyan gövdəsinin hündürlüyü 10-20 sm-dir və yarpaqlardan uzundur; çiçəkləmə dövründən sonra yarpaqlar böyüyür. Çoxillik ot bitkisidir. Soğanaq 15 mm hündürlükdə, 8-9 (10) mm diametrində, xaricdən parlaq-qonur pulcuqludur. Yarpaqları (çiçəkləmə dövründə) tünd-göy rəngdədir, xətvari, yastı və kütdür, alt tərəfdən fırlıdır, eni 7-15 (20) mm-dir. Çiçəkyanlığının xarici yarpaqcıqları əksinəyumurtaşəkili uzunsovdurlar, uzunluğu 10-20 (25) mm olub, daxili yarpaqcıqlardan uzundur; daxili əksinə yumurtaşəkilli-pazşəkilli yarpaqcıqların uc hissəsi dayaz oyuqludur. Çiçəkyanlığının xarici yarpaqları tərs-yumurtavari, uzunsov, 10-20 (25) mm uzunluğunda, daxildəkilərdən 2 dəfə uzundur.
Macheiramphus alcinus
Macheiramphus alcinus (lat. Macheiramphus alcinus) — macheiramphus cinsinə aid yırtıcı quş növü. Bədəninin uzunluğu 45 sm.-ya kimi olur.
Lupinaster alpinus
Trifolium alpinum (lat. Trifolium alpinum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Bobrovia alpina (L.) A.P.Khokhr. Lupinaster alpinus (L.) C.Presl Ursifolium alpinum (L.) Doweld === Heterotipik sinonimləri === Trifolium alpinum f. angustissimum Bolzon Trifolium alpinum f. dolomiticola Bolzon Trifolium alpinum var. nanum Rouy Trifolium alpinum var.
Eucalyptus albens
Ağ evkalipt (lat. Eucalyptus albens) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii arealı Tasmaniyadır. Avstraliyanın şərq və cənub-şərqini, Yeni Cənubi Uels mərkəzinin qərb yamacları, şərq düzənliklərini, şimaldan Kvinslendə qədər, Viktoriya ştatının cənubundan şimalına doğru və Cippslendin yuxarı rayonlarını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 25 m, gövdəsinin diametri isə 25 sm-ə çatan həmişəyaşıl ağacdır. Gövdəsi pulcuqla örtülmüş, ağ rəngli qabıq əmələ gətirir. Oduncağı açıq rəngli, sərt və möhkəm, zoğları hamardır. Cavan yarpaqları qarşı-qarşıya yerləşmiş, sayı 4-5 cüt, saplağı qısa, neştərvari və ya dairəvi, uzunluğu 4-7 sm, eni 3-9 sm-dir. Yetkin fərdlərdə yarpaqları növbəli düzülmüş, geniş neştər formasında olub, uzunluğu 10-17 sm, eni 2-3 sm, sərt və boz rənglidir. Çiçək çətiri qınlı olub, süpürgəvaridir.
Giulia Albini
Culiya Albini (8 mart 1982, Aritsano[d], Pyemont – 29 may 2012, İstanbul) — İtaliya voleybolçusu və physiotherapist idi. == Həyatı == 8 mart 1982-ci ildə doğulmuşdur. Uzunluq: 1,73 metr, çəkisi: 55 kq. İstanbul Fateh Sultan Mehmet körpüsündən atlayaraq intihar etdi. Albininin cəsədi Qəndilli, Üsküdar burnunda bir balıqçı tərəfindən görüldü. Onun intiharı ictimaiyyət arasında əks-səda doğurdu. == İstinadlar == == Mənbə == Giulia Albini su legavolleyfemminile.it, Lega Pallavolo Serie A femminile.
Phytoseius olbios
Phytoseius olbios (lat. Phytoseius olbios) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius olbios Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Raul Albiol
Raul Albiol (ispan: [raˈul alˈβjol tortaˈxaða] d. 4 sentyabr, 1985) İtaliya Çempionatı təmsilçilərindən Napolidə oynayan ispaniyalı peşəkar futbolçu.
Sant Albans
Sant Albans (ing. St Albans) — İngiltərədə şəhər.
Albıs