Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alovlanan nizə əməliyyatı
"Alovlanan nizə" əməliyyatı (ing. Flaming Dart) — Vyetnam müharibəsi zamanı, 1965-ci ilin fevralında Cənubi Vyetnamda ABŞ hərbi personalına qarşı CVMAC partizanlarının hərəkətlərinə cavab olaraq ABŞ-nin hava əməliyyatı. == Əməliyyat == Əməliyyat iki mərhələdə həyata keçirilib: "Alovlanan nizə I" — 7–8 fevral tarixlərində keçirilən hücumlara cavab olaraq Kemp-Hollovey vertolyot bazasına və Cənubi Vyetnam II Korpusunun Pleykuda yerləşən qərargahına edilən hücumlar ilə eyni gecədə həyata keçirilmişdir. Zərbə ABŞ Hərbi Dəniz Qüvvələri və Cənubi Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən həyata keçirilmişdir. "Alovlanan nizə II" — 11 fevralda amerikalı hərbi məsləhətçilərin yaşadığı Kuinyon şəhərindəki otelin bombalanmasına cavab olaraq keçirilmişdir. İki reyd zamanı Amerika və Cənubi Vyetnam təyyarələri Cənubi Vyetnama göndərilmədən əvvəl Şimali Vyetnam ordusunun əsgərlərinin təlimi ilə əlaqəli Şimali Vyetnamın cənubunda (Vyetnam silahsızlaşdırılmış zonasının şimalında) yerləşən hərbi obyektlərə hücum edilmişdir. == Məna == "Alovlanan nizə" əməliyyatı ABŞ təyyarələrinin müharibə başlayandan bəri Şimali Vyetnamı ikinci dəfə bombardman etməsi idi. 1964-cü ilin avqustunda "Deşici ox" əməliyyatı zamanı yalnız bir hava hücumu edilmişdi.