Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ambarçik buxtası
Ambarçik buxtası — Şərqi Sibir dənizinin şərqində yerləşən buxta. Stolbovoy və Medvejıy burunları arasında yerləşir. Şimal hissəsi dənizə açılır. Materik daxilinə 3 km daxil olur. Ən enli yeri 7 km-dir. Maksimal dərinliyi 4 metrdir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Bəzi hissələr isə sıldırımlıdır. Şərqində Medvejıy körfəzi, qərbində isə Troyan buxtası yerləşir.
Anbarlı
Anbarlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Ambar
Ambar Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari.Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi.XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir.Ehtimal ki,Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır.Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər.Bəzi tədqiqatçılara görə türk dillərində ambar,ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Ambaras məhəlləsi
Ambaras məhəlləsi — Ordubad şəhərində qədim məhəllə == Haqqında == Ordubadçayın sağ sahilindədir, Aşağı və Yuxarı Ambaras adlanan iki məhəllədən ibarətdir. XVIII əsrin əvvəllərində Naxçıvan sancaqının tərkibinə daxil olan Azadciran nahiyəsi Ordubad qəsəbəsinin məhəllələrindən biri kimi adı çəkilir. Mənbələrin məlumatına görə,məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, çeşmə və bir neçə xırda dükan vardı. Meydan bütünlüklə iri çinar ağaclarının kölgələri örtürdü. Ambaras məhəlləsinin meydanı indi də məhəllə mərkəzi rolunu oynayır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 23.
Ambaras məscidi
Ambaras məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid Naxçıvan memarlıq məktəbinə aid edilir. Plan quruluşunun həllində, eləcə də fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları binanın XVII-XVIII əsr tikililərinə uyğun gəldiyini göstərir. Məscidin tavanında taxta üzərində rənglə yazılmış kitabə vardır. El arasında yerləşdiyi məhəllənin adı ilə adlandırılan Ambaras məscidində tədqiq olunan bu kitabədən aydın olur ki, məscid hicri 1284-cü (1867-1868) ildə Cəfərqulu Ağababa oğlu tərəfindən təmir etdirilmişdir. Kitabədə məscidin adı "Ağa Mirzə Cəfər məscidi" kimi qeyd olunmuşdur. Məscidin XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tərəfindən inşa edildiyi ehtimal olunur. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, səh.
Anbarlı (Pərsabad)
Anbarlı (fars. عنبرلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə).
Anbarlı (Əhər)
Anbarlı (fars. عنبرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (6 ailə).
Hindistan zambarı
Hindistan zambarı (lat. Rusa unicolor) — zambar cinsinə aid heyvan növü.
Qiyamət anbarı
Qiyamət anbarı — "Qlobal Toxum Anbarı" layihəsidir. Anbarda dünyadakı bütün bitki toxumlarından var. Bill Qeyts də daxil olmaqla dünyanın bütün zənginlərinin uzun illərdir ki, dağın altında anbar yaratdıqları ortaya çıxıb. "Qlobal Toxum Anbarı" layihəsi 1983-cü ildən bəri Norveçdə həyata keçirilir. Anbar əgər bir gün qiyamət qoparsa, "Nuhun gəmisi" rolunu oynamalıdır. Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb və dünyada həyatın davamını təmin edib. Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn "Svalbard Qlobal Toxum Anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Təxminən yüz ölkədəki "bitki mənşəli gen bankları"nda olan toxum nümunələri Qiyamət Anbarı (Doomsday Vault) adlandırılan bu nəhəng anbarda yığılır.
Su anbarı
Su anbarı — qədim zamanlardan bəri insanların su ehtiyacını ödəmək və əkinçilik sahələrinin sulanması məqsədiylə inşa edilən su strukturlarıdır.Günümüzün müasir anbarları strateji əhəmiyyətə malikdirlər. Çünki; Enerji istehsalında inkişaf etməkdə olan ölkələrdə böyük pay sahibidirlər. Ölkənin əkinçilik həyatı üçün böyük əhəmiyyət daşıyarlar. Daşqın tədbirə məqsədiylə inşaya edildiklərindən, yıxılmaları halında böyük sahələrdə su basqınları yaşanmaqdadır.Bir ölkənin enerji istehsalının ən təbii və ən ucuz yoludur. Hidroelektrik enerji çıxaran anbarlar, digər enerji istehsal növlərinə görə daha ətrafçıdırlar. Tək son zamanlarda böyük anbarların inşaaları dayandırılmışdır. Sahəsi çox böyük anbarlar, olduğu bölgənin iqlimini dəyişdirməkdə və ekoloji tarazlığı dəyişdirməkdədirlər. Xüsusilə bol yağış alan yerlərdə daşqın tədbiri məqsədiylə məzmunalar, anbarlar və göletler inşaya edilməkdədir. Əkinçilik ərazilərin sulanması üçün böyük əhəmiyyət daşıyarlar. Anbarlardan ərazilərə açılan kanallarla su daşınar.
Ambar Ana
Ambar Ana - türk və altay mifologiyasında qadınlıq ilahəsi. Qadınları və qadınların etdiyi işləri güdür. Qadınların işlərinə kömək edir. Onun şərəfinə təşkil edilən mərasimlər vardır. Qadın şamanlar ondan kömək diləyirlər. == Etimologiya == (Am / Em) kökündən törəmişdir. Bu kök türkcədə dişilik bildirir. Məsələn əmmək və əmizdirmək dişil məzmuna malikdir. Anbar mənasındakı ərəbcə ambar sözü ilə əlaqəsi yoxdur. Em kökü eyni zamanda yaxşılaşdırmaq və dərman mənalarıyla də əlaqəlidir.
Araz su anbarı
Araz su anbarı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhəd hissəsində Araz çayının üzərində yaradılmış, su anbarı 1971-ci ildə istifadəyə verilmişdir. Azərbaycan və İran İslam Respublikası dövlətləri tərəfindən birgə tikilmiş bu su anbarı energetika və suvarma məqsədləri üçün birgə də (paritet əsasında) istismar olunur. Araz su anbarının ümumi su tutumu 1350 mln m³, faydalı həcmi 1150 mln m³-dir. Su anbarının uzunluğu 52,0 km, maksimum eni 6,1 km, normal su səviyyəsində dərinliyi 18,2 m-dir. Araz su anbarı bəndinin hündürlüyü 34 m, bəndin üstdən uzunluğu 1026 m, eni isə 12 m-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan torpaq sahələri su ilə təmin edilmişdir. Araz su-elektrik stansiyasında 2 ədədi İran İslam Respublikası ərazisində, 2 ədədi isə Azərbaycan Respublikası ərazisində olmaqla 4 ədəd turbin quraşdırılımışdır. Stansiyanın bir aqreqatının suburaxma qabiliyyəti 66,5 m³/san təşkil edir. Su anbarını çirkləndirən əsas mənbələr. Araz (Naхçıvan) su anbarının çirklənməsində əsas rolu Araz çayı oynayır.
Arpaçay su anbarı
Arpaçay su anbarı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Şərur rayonunun Gümüşlü kəndində yaradılmış su anbarı 1977-ci ildə istifadəyə verilmişdir. Sonrakı illərdə Arpaçay sağ və sol sahil kanalları çəkilib. Dəryaçadan Şərur, Kəngərli və Sədərək rayonlarında 20 min hektardan artıq əkin sahələrinin suvarılmasında istifadə olunur. 2007-ci ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına 18,6 milyon manat məqsədli vəsait ayrılmışdır. Bu vəsait sənaye və tikinti xərclərinin tərkib hissəsi kimi ayrılıb. Vəsaitin 15 milyon manatı Naxçıvanın qazlaşdırılması işinin növbəti mərhələsinin həyata keçirilməsinə, 3,6 milyon manatı isə Arpaçay su anbarının yenidən qurulması və əsaslı təmirinə xərclənib. 2008-ci ildə su anbarında yenidənqurma işləri aparılıb. Arpaçay su anbarının ümumi su tutumu artırılıb. Dəryaçada bir sıra avadanlıqların istismar müddətinin bitməsi, bənddə sızmaların qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma və əsaslı bərpa işləri çərçivəsində su anbarında qülləli suburaxıcının elektrik avadanlığı və avtomatlaşdırma sistemi yenidən qurulub, suburaxıcı şaxtaya gedən yol təmir edilib. Faydalılıq həcmi 140 mln kubmetr olan dəryaçada aparılan əsaslı və yenidənqurma işləri onun maksimal həddə-150 mln kubmetr su ilə doldurulmasına imkan verəcək.
Atatürk su anbarı
Atatürk su anbarı-Adıyaman və Şanlıurfa illəri arasında Fərat çayı üzərində qurulmuşdur, enerji və suvarma məqsədlidir.. GAP Layihəsi içində Karakaya su anbarının 180 m mənsəbində, Adıyaman ilindən 51 km uzaqlıqda, Şanlıurfa ilinin Bozova mahalından isə 24 km uzaqlıqda olub, Fərat Çayı üzərində qurulan anbardır. == İnşası və anbarın quruluşu == 1983-ci ildə tikintisi başlamış olan anbar 1992-ci ildə istismara verilmişdir. 8 turbinə sahib səddin yüksəkliyi 169 metrdir. Qaya tipli bir anbardır. Gövdə həcmi 84,5 milyon m³-dir. Xarici səthi qaya içidə olan gil və torpaqdır. Anbar gölünün təzyiqi ilə ilk inşasındakı yüksəkliyi 10 metr azalmışdır. İnşasına 4 noyabr 1983-cü ildə başlandı. 1994-cü ildə bitirilməsi planlaşdırılan su anbarı suvarma və enerji əldə etmək məqsədilə tikilmişdir.
Ağstafa su anbarı
Ağstafa su anbarı - 1969-cu ildə tam istismara veril­miş­dir. Bəndin hündürlüyü 52 m, anbarın ümumi sututumu 120 mln. m³-dir. Su anbarı respublikanın qərb zonasında yerləşən Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 135 min hektar suvarılan torpaqları su ilə təmin edir. Əsasən Ermənistan ərazisindən Ağstafaçaya axıdılan transsərhəd çirkləndiricilərin hesabına daha çox çirklənməyə məruz qalır. Ağstafaçay üzərində yerləşən Ermənistan ərazisindəki yaşayış məntəqələrindən məişət və sənaye çirkab sularının çaya axıdılması hələ Sovetlər dövründən mövcuddur. Bu tullantılar sututarlarda mürəkkəb biokimyəvi prosesləri sürətləndirir və çirklənmənin artmasına təsir göstərir. Fenollar və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə çoxdur. Su anbarının biogen elementlərlə zəngin olmasına baxmayaraq (nitrat azotu – 2,0 mq/l; dəmir oksidi 1,3 mq/l; silisium 5,5 – 6,0 mq/l; mineral fosfor 0,06 – 0,04 mq/l; nitrit azotu 0,05 mq/l) burada fauna həm növ tərkibinə və həm də miqdarına görə zəif inkişaf etmişdir. Çox güman ki, Ağstafaçayın zəhərli suları su anbarında faunanın inkişafına mənfi təsir göstərir.
Ağstafaçay su anbarı
Ağstafaçay su anbarı — Azərbaycanın Qazax rayonunda, Ağstafaçayın üstündə su anbarı. 1971-ci ildə istifadəyə verilmişdir. Sahəsi 6,3 kilometr2, ümumi həcmi 120 milyon metr3, faydalı həcmi 111 milyon metr3-dir. Bəndin uzunluğu 1,9 kilometr, hündürlüyü 50,2 metrdir. Ağstafaçay su anbarından çəkilmiş 2 magistral kanal (uzunluğu 59 kilometr və 12 kilometr) vasitəsilə Qazax, Tovuz və Şəmkir rayonları ərazisində 74,1 min hektar sahə suvarılır.
Abarqi
Abarqi (şum. 𒀀𒁇𒄀, A.BAR.GI; Ur[d]) — təqribən e.ə. 3500-cü ildə hakimiyyətdə olmuş Ur çarı. Onun məzarı 1926–1927-ci illərdə ingilis arxeoloq ser Leonard Vulli tərəfindən Ur şəhərində tapılmıdır. Abarqinin yanında çariça Şub-adın məzarı yerləşirdi. Bu məzarlarda saray sakinlərinin skeletləri və əşyaları da tapılmışdır.
Axuryan su anbarı
Axuryan (Arpaçay) su anbarı (erm. Ախուրյանի ջրամբար, türk. Arpaçay Baraj Gölü) — Ermənistan-Türkiyə sərhəddində, Axuryan çayının aşağı axınında yerləşən su anbarı. SSRİ və Türkiyə arasında 1973-cü ildə imzalanmış razılaşmaya əsasən inşa edilmişdir, 1980-ci ildə istismara verilmişdir. Uzunluğu 20 km (sərhəd boyunca), su həcmi 525 mln m³-dur. Sərhəddin hər iki tərəfindəki 104 min hektar əkin sahəsinin suvarılması üçün istifadə olunur. Su anbarını tədqiq edən "Geofon" ekoloji təşkilatının rəhbəri Levon Martirosyanın verdiyi məlumata görə anbardakı su ağır metallar və zəhərli maddələr ilə ciddi şəkildə çirkləndirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Дерцян Т. Г., Маргарян Л. А., Пирумян Г. П. Исследование уровня загрязненности вод проточных водохранилищ «Азат», «Кечут», «Ереванское озеро», «Ахурян», «Озеро Арпи» и «Апаран» // Вода: химия и экология (9). 2012. 95—100.
Axıncaçay su anbarı
Axıncaçay su anbarı — Azərbaycan və Ermənistan sərhəddində, Tovuz rayonu ərazisinin cənub-qərbində Axıncaçayın üzərində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-cu ildə istismara verilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 42.5 m, bəndin uzunluğu 690 m və su anbarının ümumi həcmi 14 mln.m³-dur. Suvarma sahəsi 7400 ha-dır.
Ağdamkənd su anbarı
Ağdamkənd su anbarı — Azərbaycanın Ağdam rayonunda, Ağdamkənd kəndinin yaxınlıqlarında su anbarı. 1963-cü ildə istifadəyə verilmişdir. Suyunu Qarqarçaydan çəkilmiş kanaldan alır. Sahəsi 50 hektar, ümumi həcmi 1,6 milyon metr3, faydalı hcəmi 1,4 milyon m3-dur. SSRİ dövründə suvarmada istifadə edilirdi. 1993-cü ildə Ağdamkəndin işğalı ilə Ermənistan qüvvələrinin nəzarətinə keçmiş, 2020-ci ildə isə Vətən müharibəsi nəticəsində azad edilmişdir.
Aşıqbayramlı su anbarı
Aşıqbayramlı su anbarı — İsmayıllı rayonu ərazisində İvanovka kəndi yaxınlığında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir. Dəvəbatan çayının suyunu bənd vasitəsilə saxlamaq üçün yaradılmış bu göl 1951-ci ildə istifadəyə verilmişdir. Göyçay rayonunun pambıq tarlalarını suvarmaq üçün istifadə olunur. Adını yaxınlığındakı eyniadlı kənddən almışdır. Bəzi ədəbiyyatlarda bu su qovşağının adı Aşağı Bayramlı variantında qeydə alınmışdır.
Bolqarçay su anbarı
Bolqarçay və ya Balharı[mənbə göstərin] su anbarı — Azərbaycanın cənub bölgəsində Biləsuvar rayonu ərazisində Bolqarçayın məcrasında yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-ci ildə istismara verilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 17,4 m, uzunluğu 4600 m, su anbarının ümumi həcmi isə 12mln. m³-dur. Suvarma sahəsi 3300 ha-dır.
Boquçan su anbarı
Boquçan su anbarı — Rusiyada Anqara çayı üzərində inşa edilmiş su elektrik stansiyasının su anbarıdır. Krasnoyarsk diyarının Kejemski rayonunun Kodinsk şəhərində yerləşir. == Tarixi == İlkin mərhələdə suyun səviyyəsinin yüksəldilməsi prosesinin iki mərhələdə aparılması nəzərdə tutulurdu: əvvəlcə dəniz səviyyəsindən 185 m nişanına çatmaq planlaşdırılırdı ki, bu da anbarın həcminin 18,45 km³ olmasına bərabər idi. İkinci mərhələdə isə səniyyə 208 m-ə yəni həcminin isə 58 km³ çatdırılması planlaşdırlırdı. Su anbarının doldurulmasının başlanğıcı əvvəlcə 2011-ci ilin dekabr ayında, başa çatdırılması isə 2012-ci ilin dekabrında planlaşdırıldı. Daha sonra su anbarının su ilə doldurmağa başlanması bir neçə dəfə təxirə salındı. Əvvəlcə Boquçan SES-nı inşa edən tikinti şirkəti rəhbərliyinin elan etdiyi kimi 2012-ci ilin mart ayına planlaşdırıldı. Sonra rəsmi səbəblərə görə doldurulma qeyri-müəyyən müddətə təxirə salındı. 2012-ci ilin aprelində bəndin bir qolu bağlandı və beləliklə 29 aprel 2012-ci il tarixdə su anbarının doldurulması prosesinə başlanıldı. Tamamlama müddəti 2013-cü ilin dördüncü rübü elan edildi.
Bratsk su anbarı
Bratsk su anbarı — Rusiyanın İrkutsk vilayətində yerləşən su anbarı. Dünyanın ikinci böyük su anbarı olan Bratsk Su Elektrik Stansiyasının tikintisi nəticəsində Anqara çayı üzərində əmələ gəlmişdir. Adı verilən Bratsk şəhəri sahillərdə yerləşir. Su anbarı gəmiçilik, balıq ovu, taxta daşınması və su təchizatı üçün geniş istifadə olunur. Əhəmiyyətli balıq ehtiyatlarına malikdir. == Əsas xüsusiyyətlər == Bratsk Su Elektrik Stansiyasındakı bənd 1961-ci ildə tikilmiş, anbarın doldurulması 1967-ci ildə başa çatmışdır. Su səthi 5426 km²-dən 5470 km²-ə qədərdir və həcmi 169 km³-ə çatır. Su anbarının faydalı həcmi 35.41 km³, orta dərinliyi 31 m, maksimal dərinliyi 150 m, nasos stansiyasından istismar zamanı səviyyənin dəyişməsi 7.08 m təşkil edir. Təxminən 7400 km uzunluğundakı sahil zolağı böyük çayların - Anqara, Oka, İi və başqalarının birləşməsi zamanı əmələ gəlmişdir. Anbarın eni 20 km-dən çoxdur.
Bənəniyar su anbarı
Bənəniyar su anbarı — Naxçıvan MR-in Culfa rayonu ərazisində Bənəniyar kəndinin qərbində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1989-cu ildə istismara verilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 36.5m, bəndin uzunluğu 960m və su anbarının ümumi həcmi 17.4mln.m³-dur. Suvarma sahəsi 3400ha-dır.
Cavanşir su anbarı
Cavanşir gölü və ya Cavanşir su anbarı — Ağsu şəhərindən cənub-qərbdə yerləşir və Ağsuçaydan qidalanır. 1961-ci ilə qədər təbii göl kimi mövcud olan Cavanşir gölünün ətrafına torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 15m, uzunluğu 2680m və su anbarının həcmi isə 4.6 milyon m³-ə çatır. Suvarılan sahə 900ha-dır.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Anil Ambani
Anil Ambani (ing. Anil Dhirubhai Ambani, hind अनिल अंबानी; d. 4 iyun 1959, Mumbay, Maxaraştra, Hindistan) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Anil Dhirubhai Ambani Group" şirkətinin səhmdarı. == Həyatı == Anil Ambani 4 iyun 1959-cu ildə Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində anadan olmuşdur.Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur. O, kiçik oğlu olan Anilə də yüksək təhsil vermişdir. Anil, Mumbay Universitetində bakalavr dərəcəsi almışdır. Daha sonra isə təhsilini davam etdirmək üçün ABŞ-yə gedir və Pensilvaniya Universitetində magistr dərəcəsinə yiyələnir. Anil Ambani Hindistanda Bollivud film sənayesinin ən böyük istehsalçılarından biridir. == Ailəsi == === Qardaşların münaqişəsi === Atalarının sərvətini bölüşdürmək Anil və böyük qardaşı Mukeş üçün heç də asan olmamışdır. Ataları vəfat etdikdən sonra onlar bir müddət ailə sərvətini birgə idarə edirlər.
Aubari səhrası
Aubari, İdexan-Ubari, Edeyen-Ubari — Liviyanın qərbində yerləşən səhra. Səhranın hündürlüyü 400—500 metr arasında dəyişir. Tənha qum təpələri müşahidə edilir ki, onlarında hündürlüyü 200 metrə çatır. İl ərzində cəmi 10 mm yağıntı düşür. Bütünlüklə bitki örtütündən məhrumdur. Duz gölləri və şoranlıqlara sahibdir ki, buradan doda əldə edilir. Kənarlarında vahələr vardır. Burada əsasən Palma bitir. Əhalisi əsasən köçəri meyvandarlıqla məşğul olur.
Dolores Ambriç
Dolores Ceyn Ambriç — Coan Roulinqin yazdığı Harri Potter kitab seriyasındakı xəyali bir obraz. Obraz, beşinci roman Harri Potter və Simurq Ordeninin əsas düşmənlərindən biridir və Sehrbazlıq Dünyasına Lord Voldemortun dönüşünü bildirən Harri Potter və Albus Dambldordan ələ almaq üçün Sehr Nazirliyi tərəfindən Hoqvartsa yerləşdirildi. Hoqvartsda olanda Ambriç güc qazanır və məktəbi kontrol etmək məqsədi ilə Sehr Nazirliyi tərəfindən "Yüksək Vəkil" olaraq atanır. Qaranlıq Sənətlərə Qarşı Müdafiə müəllimi olaraq atanmasına rəğmən, Ambriç bu haqda praktik şeylər öyrətməyi rədd edər və bu da tələbələrin özlərini necə müdafiə edəcəklərini öyrənmələri üçün Dambldorun Ordusunun qurulmasına yol açar. Ambirç, çox vaxt ən alçaqlıq və nifrət edilən obrazlardan biri olaraq görünür və seriyanın ən yaxşı pis obrazlardan biri olaraq qəbul edilir. Ambriç, Harri Potter və Simurq Ordeni və Harri Potter və Ölüm Hədiyyələri I Hissədə İmelda Staunton tərəfindən canlandırılmışdır. == Bioqrafiyası == Dolores Ceyn Ambriç, Sehrbaz bir ata və Maql bir ananın qızları olaraq dünyaya gəldi. Daha sonra Kuklaçı olan kişik bir qardaşı oldu. Atasının təsiri altında, Dolores sehrli olmayan bacarıqlarına görə anasını və qardaşını alçaldaraq böyüdü. Hoqvarts Cadugərlik və Sehrbazlıq Məktəbində Slizerin Binasına seçildi və heçbir zaman liderlik mövqeyini ala bilmədiyindən məktəbdəki vaxtını boşa keçirdiyini düşündü.
Dxirubxay Ambani
Dxirubxay Ambani (ing. Dhirubhai Ambani, hind धीरूभाई अंबानी; d. 28 dekabr 1932, Çorvad, Britaniya Hindistanı – ö. 6 iyul 2002, Mumbay, Hindistan) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Industries Ltd"nin qurucusu. == Həyatı == Dxirubxay Ambani 28 dekabr 1932-ci ildə Çorvadda anadan olmuşdur. 2002-ci ildə 60 milyard dollar sərvəti ilə dünya ən varlı adamlarının siyahısında ikinci sırada yer almış Dxirubxay Ambani öz biznesinə cəmi 350 dollarla başlamışdır. Belə ki, o, ilk əvvəl səyyar satıcı olmuşdur. Bir qədər gəlir əldə etdikdən sonra əlindəki vəsaiti tekstil sənayesinə yatırır və Əhmədabad zonasında fabrik açır. 1966-cı ildə məşhur "Reliance Industries" şirkətini yaradır və Hindistanın ən varlı adamlarından birinə çevrilir.6 iyul 2002-ci ildə Mumbayda vəfat etmişdir. == Ailəsi == Dxirubxay Ambani Kokilaben Ambani ilə evli idi.
Mukeş Ambani
Mukeş Ambani (ing. Mukesh Ambani, hind मुकेश अंबानी; d. 19 aprel 1957, Aden, Yəmən) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Industries Ltd"nin səhmdarı. == Həyatı == Mukeş Ambani 19 aprel 1957-ci ildə Yəmənin Aden şəhərində anadan olub. Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur. O, böyük oğlu olan Mukeşə yüksək təhsil verir. Mukeş, Mumbay Universitetində tətbiqi kimya ixtisası üzrə bakalavr dərəcəsi alır. Daha sonra isə təhsilini davam etdirmək üçün ABŞ-yə gedir və Stenford Universitetində magistr dərəcəsinə yiyələnir, amma insult keçirmiş atasının xəstəliyi səbəbindən Mukeş təhsilini yarımçıq buraxib Mumbaya qayıdır və "Reliance Industries Ltd"də işə başlayır. Həmin dövrdə şirkət tekstil və lif istehsal edirdi, lakin Mukeş neft emalı ilə məşğul olmağı daha gəlirli hesab etdiyindən, şirkətin profilini dəyişmək qərarına gəlir. Şirkətdə 50 yeni istehsal müəssisəsi yaradır.
Nita Ambani
Nita Ambani (ing. Nita Ambani, hind नीता अंबानी; d. 1 noyabr 1963, Mumbay, Hindistan) — Hindistanlı xeyriyyəçi; dünyanın ən zəngin adamlarından biri olan Mukeş Ambaninin həyat yoldaşı. == Həyatı == Nita Ambani 1 noyabr 1963-cü ildə Hindistanın Mumbay şəhərində, orta sinif bir ailədə anadan olmuşdur. Onun atası Birlada baş icraçı idi. Nita Mumbay Universitetində bakalavr təhsili almışdır. O, həmişə Hind klassik rəqsinə maraq göstərmişdir və bu sahədə karyera qurmaq istəyirdi. Hazırda o, bir müəllim olaraq interyer dizayneri kimi ixtisas kursları keçirir. Nita Ambani qaynatasının adını daşıyan Dxirubxay Ambani Beynəlxalq Məktəbinə rəhbərlik edir. Özünün yaratdığı həmin məktəb Mumbayda 2003-cü ildən fəaliyyət göstərir.
Uyqar Abacı
Uyqar Abacı (türk. Uygar Abacı) — Türkiyə filosofu, tərcüməçisi. O, İstanbul Texniki Universitetinin sənaye mühəndisliyi fakültəsini bitirdikdən sonra Midlseks Universitetində Müasir Avropa Fəlsəfəsi proqramında magistr dərəcəsi almışdır. O, Kant, Hegel, Marks, Haydegger və təsadüflər nəzəriyyəsi üzərində işləmişdir. Hal-hazırda Boğaziçi Universitetində və Upenndə eyni vaxtda fəlsəfə doktoru təhsilini davam etdirir. O, Kant və ontoteologiya üzərində işləyir.