Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anime
Anime (yap. アニメ, azərb. Animasiya‎) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Anime musiqisi
Anison (アニソン) – animelərdə istifadə olunan musiqi və mahnı janrı. Yaponiyaya xasdır. Termin "Anime" və "song" sözlərinin birləşməsindən yaranmışdır. Bir çox musiqi alətindən istifadə olunması, eləcə də, sözləri və mövzusu istifadə olunduğu animeyə uyğun olması ilə xarakterizə olunur. Anison 1970-ci illərdən etibarən populyarlıq əldə etməyə başlamışdır. == Haqqında == Anison daha çox J-pop janrı ilə xarakterizə olunur. Adətən anime seriallarının hər seriyası üçün iki cür mahnıdan istifadə olunur: açılış mahnısı və bağlanış mahnısı. Açılış və bağlanış mahnılarına həmin animelərin OVA buraxılışlarında da rast gəlinir. Yaponiyada bəzi müğənnilərin əsas fəaliyyəti məhz animelər üçün mahnı və musiqi bəstələməklə formalaşır. LiSA, Konomi Suzuki, Nana Mizuki, Eyr Aoy, Aymer, May'n, Kotoko, Yui, Asaka və s.
Charlotte (anime)
Charlotte (シャーロット, Shārotto, azərb. Şarlotta‎) — Yoşiyuki Asayın rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Yaponiyada 5 iyuldan 27 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. 2016-cı ilin martında OVA seriyası buraxılmışdır. ASCII Media Works nəşriyyatının "Dengeki G's Comic" jurnalında iki manqa adaptasiyası nəşr olunur. Hadisələr alternativ reallıqda baş verir: uşaqların müəyyən hissəsi yetkinliyə çatana qədər supergüclərə malik olurlar. Hadisələrin əsas diqqət mərkəzində Yuu Otosaka adlı oğlandır. Yuu digər insanların bədənlərini 5 saniyəliyinə idarə etmək qabiliyyətinə malikdir. Bu, bunun kimi xüsusi güclərə malik olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbin şura prezidenti olan Nao Tomori adlı qızın diqqətini cəlb edir. Anime serialının fikir müəllifi Cun Maedadır.
K (anime)
K (ケイ, Key, həmçinin K Project adı ilə tanınır) — 2012-ci ildə Şinqo Suzukinin rejissorluğu ilə GoHands studiyası tərəfindən çəkilmiş anime serialı. MBS-də 5 oktyabr 2012-ci ildən 28 dekabr 2012-ci ilə kimi yayımlanmışdır. Anime serialı Viz Media tərəfindən Şimali Amerika üçün, Madman Entertainment tərəfindən Avstraliya üçün lisenziyalaşdırılmışdır. Prikvel manqası "K: Memory of Red" Yui Kuroe tərəfindən çəkilmişdir və 28 may 2012-ci ildən 15 avqust 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Aria" jurnalında serializasiya olunmuşdur. Digər prikvel manqası "K: Stray Dog Story" Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ilin noyabrından 2013-cü ilin martına kimi nəşr olunmuşdur. Üçüncü manqa "K: Days of Blue" 2013-cü ilin noyabrından 2014-cü ilin iyuluna kimi, dördüncü manqa "K: Countdown" 2014-cü ilin dekabrından 2015-ci ilin iyuluna kimi Kodansha nəşriyyatının "Aria" jurnalında yayımlanmışdır. Beşinci manqa "K: Missing Kings" "Monthly G Fantasy" jurnalında 2015-ci ilin aprelindən avqustuna qədər çap olunmuşdur. Bundan əlavə beş manqa seriyası — "K: The First", "Gakuen K", "K: Lost small world", "K: Dream of Green" və "K: Return of Kings" hazırda nəşr olunur. "K Side:Blue" və "K Side:Red" adlı iki ranobe 2012-ci ilin oktyabr və noyabr aylarında çapdan çıxmışdır.
Paprika (anime)
Paprika (パプリカ, Papurika) — 1993-cü ildə Yasutaka Tsutsui tərəfindən yazılmış eyniadlı kitabın əsasında çəkilmiş 2006-cı il istehsalı tammetrajlı animesi. == Məzmun == Yaxın gələcəkdə ixtira edilmiş yuxu maşını insanlara bir birinin yuxularına girmək imkan verir. Bu maşın oğurlanır və onu qaytarmaq lazım. == Qəbulu == === Mükafatları və nəmizədləri === Paprika aşağıdaki mükafatları və nəmizədləri almış: == Film adaptasiyası == 2010-cu ildə Volfqan Petersen rejessorluğu ilə animenin film adaptasiyası hazırlanırdı. Fəqət, həmin il oxşar məzmunlu Başlanğıc filmi üzə çıxandan sonra filmin hazırlanması haqqında hər hansı sa yeni məlumat olmayıb.
Ponyo (anime)
«Sıldırım qaya üzərindəki Ponyo» (崖の上のポニョ, Gake no Ue no Ponyo, ing. Ponyo on the Cliff by the Sea) — Studio Ghibli-də Hayao Miyazakinin ssenarisi və rejissorluğu ilə 2008-ci ildə çəkilmiş tammetrajlı anime-film. Bu, onun Ghibli-də səkkizinci, ümumilikdə isə onuncu filmidir. == Məzmun == Hekayə iki beşyaşlı uşaq, Soske adında oğlan və Ponyo balığı haqdadır. Soske və anası sıldırım qayanın üstəndə dəniz mənzərəsi olan evdə yaşayırlar. Soskenın atası balıqtutan gəminin kapitanıdır və evdə nadir hallarda olur. Ponyo çoxsaylı bacıları ilə okeanın dibində dəniz cadugarının evində yaşayır. Bir gün Ponyo insanlara baxmaq üçün evdən gedir və şüşə bankaya düşür. Bu halda onu sahildə Soske tapır. Ponyo Soskeya vurulur və insan olmaq arzusuna gəlir.
Veb-anime
ONA (ing. Original net animation, Orijinal Şəbəkə Animasiyası) və ya Yaponiyada tanınan adı ilə Veb Anime (Web(ウェブ)アニメ, Webu Anime) — anime serialların xüsusi formatı. Bu tip animelər telekanallarda yox, rəsmi olaraq internetdə nümayiş olunur. Treyler və anonslar məhz ONA formatında buraxılır, lakin bəzi animelər yalnız bu halda olur. Məsələn, "Nyoron Churuya-san" animesi Kadokawa Shoten tərəfindən YouTube-da buraxılır. Otakuların yaratdığı və internetdə yaydığı animasiyaları da hərdən ONA-ya aid edirlər. ONA adi anime seriyasından qısa olur və bəzən cəmi bir neçə dəqiqə davam edir.
Ulduzşəkilli anis
Anime News Network
Anime News Network (azərb. Anime xəbər şəbəkəsi‎) və ya ANN — Şimali Amerika, Avstraliya, Cənub-Şərqi Asiya və Yaponiyada anime, manqa, video oyunları, Yapon populyar musiqisi və digər əlaqəli mədəniyyətlərin statusu haqqında məlumat verən xəbər saytı. Vebsaytda icmallar və digər redaksiya məzmunu, oxucuların cari problemləri və hadisələri müzakirə edə biləcəyi forumlar, yapon və ingilis dillərində heyət haqqında məlumat, tematik musiqi, hadisələrin xülasəsi və istifadəçi reytinqləri ilə anime və manqa ensiklopediyası var.
Anime və manqa
Anime (yap. アニメ, azərb. Animasiya‎) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
God Eater (anime)
God Eater (ゴッドイーター, Goddo Ītā, azərb. Tanrı yeyən‎) — Shift şirkəti tərəfindən istehsal olunmuş "God Eater" videooyun seriyası əsasında Ufotable studiyası tərəfindən çəkilmiş anime serialı. 12 iyul 2015-ci ildən 26 mart 2016-cı ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir. == Məzmun == Hadisələr 2071-ci ilin Yaponiyasında baş verir. Demək olar ki, bütün dünya Araqami adlandırılan müəmmalı bədheybətlər tərəfindən məhv edilmişdir. Ancaq bir neçə təşkilat güclü texnologiyalarının köməyi ilə Araqamilərə qarşı döyüşə bilir. Bu təşkilatlardan biri də Fenrirdir. Fenrir Araqamilərlə döyüşmək üçün Araqami hüceyrələrindən hazırlanmış Tanrı arkları adlı xüsusi silahlar istehsal edir. Bu silahlardan istifadə edib Araqamilərə qarşı döyüşən xüsusi şəxslər isə Tanrı yeyən adlandırılır. Tanrı arkları ancaq bir tipdə ola bilər: ya pulemyot, ya da bıçaq.
Yerdəniz hekayələri (anime)
«Yerdəniz hekayələri» (ゲド戦記, Qedo senki) — Qoro Miyazaki tərəfindən Ursula K. Le Guinin kitabları əsasında çəkdiyi tammetrajlı anime film. 29 iyul 2006-cı ildə ekranlara çıxan film yazıçının «Yerdəniz» silsiləsindəki «Uzaq sahil» kitabının məzmunü əsasında çəkilib. «Yerdəniz hekayələri» Hayao Miyazakinin oğlu Qoronun rejissor kimi ilk əsəridir. == Yaranma tarixi == 1980-ci illərin əvvəllərində Hayao Miyazaki Ursulla Le Quinə onun əsərlərini ekranizasiya etmək təklifi ilə müraciət etdi, lakin Miyazaki o zamanlar o qədər də məşhur olmadığından Le Quin onun təklifini imtina etdi. Sonradan rəfiqəsi ona Qonşum Totoronu nümayiş etdirdi və Le Quin Miyazakinin Kurosava və Fellini səviyyəsində dahi olduğunu və onun pərəstişkarı olduğunu söylədi. Bir neçə il sonra Le Quin tərcüməçi Masako Şimidzu Miyazakini tanıdığını bildikdə ona «Yerdəniz» onu hələ də maraqlandırırsa, o, bunu müzakirə etməyə razı olduğunu söylədi. Görüşdükdə Miyazaki rejissorluğu buraxdığını və işi bundan öncə heç bir film çəkməmiş oğluna buraxacağını bəyan etdi. Le Quin bunu bildikdə narahat oldu, lakin ona heç bir mərhələnin Hayaonun icazəsiz olmayacağı inandırıldı. Buna baxmayaraq, sonradan məlum oldu, ki Hayao özü layihədə iştirak etmirdi. Yazıçı üçün xüsusi qapalı nümayişdən sonra Qoro Miyazaki filmin onun xoşuna gəldiyini soruşduqda o, «Hə.
Berserk (anime, 1997)
"Berserk", Yaponiyada həmçinin Kenpū Denki Berserk — Kentaro Miuranın eyniadlı manqa seriyasına əsaslanan Yaponiya anime televiziya serialı. Serial "Nippon Television" və "VAP" tərəfindən istehsal edilmiş, "Oriental Light and Magic" tərəfindən animasiya edilmişdir. "Berserk" serialının rejissoru Naohito Takahaşi olmuşdur. Serialın ssenarisi üzərində Atsuhiro Tomioka, Makoto İtakura, Şinzo Fucita, Şoci Yonemura və "Yu Yū Hakusho"nun baş ssenaristi Yukiyoşi Ohaşi olmaqla beş fərqli ssenarist işləmiş, konsepsiya məsləhətçisi isə Yasuhiro İmaqava olmuşdur. "Berserk" serialının bəstəkarı Susumu Hirasava olmuşdur. Personajları səsləndirən orijinal heyətə Nobutoşi Kanna (Qats), Toşiyuki Morikava (Qriffit), Yuko Miyamura (Kaska) və başqaları daxildir. Bir mövsümdə iyirmi beş seriyadan ibarət anime serialı 1997-ci ilin oktyabrından 1998-ci ilin aprelinə qədər "Nippon TV"-də yayımlanmışdır. Bu, "Berserk" manqasının birinci anime adaptasiyasıdır. Bundan başqa, 2012-ci ildə "The Golden Age Arc" film trilogiyası və 2016-cı ildə onun sikveli olan anime serialı yayımlanmışdır. Anime serialının əsaslandığı manqanın quruluşu orta əsr Avropasından ilhamlanmışdır.
Nise da Silveira
Nise da Silveyra (15 fevral 1905, Maseyio, Braziliya — 30 oktyabr 1999, Rio de Janeyro) — psixiatriya üzrə ixtisaslaşan braziliyalı həkim, Karl Qustav Yunqun tələbəsi. O, xəstələri elektroşok, insulin terapiyası və psixologiya üzrə müalicə etmişdir. Nise da Silveyra ilk dəfə heyvanlar üçün zeoterapiya fəlsəfəsini irəli sürmüşdür. O, əri Mariyo Maqalhaes da Silveyra ilə birlikdə Şüursuz Şəkillər Muzeyini yaratmışdır və Casa das Palmeiras (Palma Evi)— psixiatriya müəssisələrinin keçmiş xəstələri üçün klinikanı yaratmışdı. == Kitabları == Jung: vida e obra, Rio de Janeiro: José Álvaro Ed., 1968 Imagens do inconsciente Rio de Janeiro: Alhambra, 1981 Casa das Palmeiras. A emoção de lidar. Uma experiência em psiquiatria Rio de Janeiro: Alhambra, 1986 O mundo das imagens São Paulo: Ática, 1992 Nise da Silveira Brasil, COGEAE/PUC-SP 1992 Cartas a Spinoza Rio de Janeiro: Francisco Alves, 1995 Gatos, A Emoção de Lidar Rio de Janeiro: Léo Christiano Editorial, 1998 == Mənbələr == Fernando Portela Câmara. "Vida e obra de Nise da Silveira" Psychiatry On-line Brazil, 2002 Id. "A contribuição de Nise da Silveira para a psicologia junguiana" - Psychiatry On-line Brazil, 2004 Gullar Ferreira. Nise da Silveira: uma psiquiatra rebelde, 1996 João A. Frayze-Pereira.
Nise da Silveyra
Nise da Silveyra (15 fevral 1905, Maseyio, Braziliya — 30 oktyabr 1999, Rio de Janeyro) — psixiatriya üzrə ixtisaslaşan braziliyalı həkim, Karl Qustav Yunqun tələbəsi. O, xəstələri elektroşok, insulin terapiyası və psixologiya üzrə müalicə etmişdir. Nise da Silveyra ilk dəfə heyvanlar üçün zeoterapiya fəlsəfəsini irəli sürmüşdür. O, əri Mariyo Maqalhaes da Silveyra ilə birlikdə Şüursuz Şəkillər Muzeyini yaratmışdır və Casa das Palmeiras (Palma Evi)— psixiatriya müəssisələrinin keçmiş xəstələri üçün klinikanı yaratmışdı. == Kitabları == Jung: vida e obra, Rio de Janeiro: José Álvaro Ed., 1968 Imagens do inconsciente Rio de Janeiro: Alhambra, 1981 Casa das Palmeiras. A emoção de lidar. Uma experiência em psiquiatria Rio de Janeiro: Alhambra, 1986 O mundo das imagens São Paulo: Ática, 1992 Nise da Silveira Brasil, COGEAE/PUC-SP 1992 Cartas a Spinoza Rio de Janeiro: Francisco Alves, 1995 Gatos, A Emoção de Lidar Rio de Janeiro: Léo Christiano Editorial, 1998 == Mənbələr == Fernando Portela Câmara. "Vida e obra de Nise da Silveira" Psychiatry On-line Brazil, 2002 Id. "A contribuição de Nise da Silveira para a psicologia junguiana" - Psychiatry On-line Brazil, 2004 Gullar Ferreira. Nise da Silveira: uma psiquiatra rebelde, 1996 João A. Frayze-Pereira.
Ayişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
A Silent Voice (anime)
A Silent Voice (azərb. Səssiz səs‎) və ya Yaponiyada tanınan adı ilə Koe no Katachi (聲の形, azərb. Səsin forması‎) – 2016-cı il istehsalı dram və gənclik anime filmi. Naoko Yamadanın rejissorluğu, Reyko Yoşidanın ssenaristliyi və Kensuke Uşionun bəstəkarlığı ilə Kyoto Animation tərəfindən istehsal olunmuşdur. Anime filmi Yoşitoki Oymanın eyniadlı manqa seriyasına əsaslanır. Yaponiya premyerası 17 sentyabr 2016-cı ildə, digər ölkələrdə isə fevral-iyun 2017-ci ildə baş tutmuşdur. Anime filmi tənqidçilər tərəfindən bəyənilmişdir. == Məzmun == Şoya İşida bütün qazandığı pulları yığıb anasına buraxır və körpüdən tullanıb intihar etməyə hazırlaşır. Tullanmaq istəyən anda yaxınlıqdakı uşaqlar fişəng buraxır və yadına ibtidai məktəbdə onu bu hala gətirən hadisələr yadına düşür. Həmin günlərdə Şoya tamamilə fərqli adam idi və məktəbli yoldaşları ilə münasibətləri yaxşı idi.
Anime və manqa janrları
Anime və manqa, filmlər kimi müxtəlif janrlara bölünürlər: == Məqsədi auditoriyasına görə == Kodomo, tam adı kodomomuke manqa (子供向け漫画) və kodomomuke anime (子供向けアニメ) — 12 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulub. Kodomoda kobudluq və qəddarlıq olmur. Nümunələr: "Maya arı", "Qrendayzer", "Speed Racer". Şonen — 12-dən 16-18 yaşına qədər oğlanlar üçün anime. Xususiyyətləri: şoco ilə müqayisədə daha dinamik süjet. Dostluğa, həyata və ya döyüş idman növlərindəki rəqabətə əsaslanır, xeyli gülməli səhnələrdən ibarət olurlar (məsələn, Dragon Ball Z, Rurouni Kenshin). Qızlar oğlanların cəsurluğunu daha aydın göstərmək üçün qəsdən daha gözəl və seksual çəkilirlər (Tenchi Muyo!, Love Hina,Rosario+Vampire). Janraltıları: sentay, spokon (idman və idmançılar haqqda); harem (bir oğlan və çoxlu qız). Daha yaşlı oğlanlar üçün ayrıca seynen janrı var. Şoco — 12-dən 16-18 yaşına qədər qızlar üçün anime.
Anime və manqa terminləri
== A == Anime – yapon üslubunda cizgi filmlər, xüsusən, Qərblilərin Yaponiyada istehsal olunan bütün cizgi filmlərə verdiyi ad. Digər tərəfdən, bu termin Yapon dilində bütün cizgi filmlərə aid edilir. AMV (Anime Music Video) – Anime Musiqi Videosu – ən az bir anime seriyasının arxada verilən musiqi parçasına uyğunlaşdırıldığı video kliplər Aniparo – hərfi mənada “anime parodiyası” – pərəstişkarların anime obrazlarını parodiya etməsi Anime mövsümləri – Yaponiyada anime seriallar həftəlik yayımlanır. İlin hər rübündə müəyyən tarixdə bir neçə anime sonlanır, yeniləri ekrana gəlir. Bu səbəbdən ilin həmin rübü mövsüm adlanır (qış, yaz, yay, payız) və həftədə yayımlanan anime seriyasının sayına görə serialın davametmə müddəti müəyyənləşir. Animelər adətən, 3 tipik uzunluğa malikdir: 1 mövsümlük anime adətən 12-14 seriyalı, 2 mövsümlü animelər 24-26 seriyalı, 4 mövsümlük animelər isə 52 seriyadan ibarət olur. Yarım mövsümlük anime (6 seriyalı) çox nadirdir, digər bir qeyri-adi halsa animenin 100-dən çox seriya davam etməsidir. Bu uzun seriallar, adətən, daha böyük izləyici kütləsi olan və daha çox xarici lisenziya və yayımı hədəfləyən animelərdir. Auditoriya və müəlliflər serialla maraqlandığı müddətcə bu animelər yayımlanmağa davam edir. == B == BGM (background music) – arxa fonda çalınan musiqi.
Cowboy Bebop (anime filmi)
Cowboy Bebop: The Movie, Yaponiyada film Cowboy Bebop: Knockin' on Heaven's Door adlanır (yap. カウボーイビバップ 天国の扉, lit. Kovboy Bebop: Cənnət qapısının döyülməsi) — 2001-ci ildə çəkilmiş speys vestern bədii anime filmi. Film Hacime Yatate tərəfindən çəkilmiş və 1998-ci ildə Cowboy Bebop anime seriyasının əsasında qurulmuşdur. Orijinal seriyanın müxtəlif həyəti, rejisor Şiniciro Vatanabe, yazıçı Keiko Nobumoto, xarakter dizaynerı Toşihiro Kavamoto, animasiya direktoru Hiroşi Osaka, və bəstəkar Yoko Kanno daxil olmaqla, filmin üzərində işləmişdir. Filmi orijinal yapon və ingiliscə səsləndirən heyət də rollarını davam etmişdir. Film orijinal seriyanın 22-ci və 23-cü seriyası arasında qurulmuşdur. Filmin süjeti, Marsda insan əhalisini məhv etməyi planlaşdıran və naməlum patogendən istifadə edən sirli terrorist üzərində mərkəzlənir. Bebop kosmik gəmisində kəllə ovçu heyəti, terrorist tutmaq üçün işləyir və baş verə bilən hücumdan əvvəl, patogenin mənbəyini tapırlar. Film Vatanabe tərəfindən televiziya seriyasının davamı kimi qəbul olunmuşdur.
Devil May Cry (anime)
Devil May Cry (デビル メイ クライ, Debiru Mei Kurai, azərb. İblis də ağlaya bilər‎) — Şin İtaqakinin rejissorluğu ilə Madhouse studiyası tərəfindən Devil May Cry video oyununun motivləri əsasında 2007-ci ildə çəkilmiş anime serialı. Yaponiyada 14 iyun 2007-ci ildən 6 sentyabr 2007-ci ilə kimi yayımlanmış və 12 seriya davam etmişdir.
Ruhlarla sovrulanlar (anime, 2001)
Ruhlarla sovrulanlar (yap. 千と千尋の神隠し – Sen To Chihiro no kamikakusi, Sen və Tihironun sirli yoxa çıxması; ing. Spirited Away) – 2001-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Hayao Miyazakidir. Animasiya filminin büdcəsi ABŞ dolları ilə 19 milyon, gəliri isə 274,925,095 milyon dollar olub. Animasiya Yaponiya studiyası Studio Ghibli tərəfindən çəkilmişdir. "Ruhlarla sovrulanlar" animasiyası böyük mükafatlar əldə etmiş ən yaxşı animasiya filmlərindəndir. Animasiya tənqidçilər tərəfindən böyük reytinq əldə etmişdir. == Məzmun == Akio və Yukonun qızı Çihiro Oqino qəribə xasiyyətli 10 yaşlı qızdır. Çihiro ailəsi ilə birlikdə yeni evə köçmək məqsədilə səfərə çıxırlar. Çihironun atası Akiro maşınını səhv döngəyə idarə edərək başqa yola çıxır.
Tales from Earthsea (anime)
«Yerdəniz hekayələri» (ゲド戦記, Qedo senki) — Qoro Miyazaki tərəfindən Ursula K. Le Guinin kitabları əsasında çəkdiyi tammetrajlı anime film. 29 iyul 2006-cı ildə ekranlara çıxan film yazıçının «Yerdəniz» silsiləsindəki «Uzaq sahil» kitabının məzmunü əsasında çəkilib. «Yerdəniz hekayələri» Hayao Miyazakinin oğlu Qoronun rejissor kimi ilk əsəridir. == Yaranma tarixi == 1980-ci illərin əvvəllərində Hayao Miyazaki Ursulla Le Quinə onun əsərlərini ekranizasiya etmək təklifi ilə müraciət etdi, lakin Miyazaki o zamanlar o qədər də məşhur olmadığından Le Quin onun təklifini imtina etdi. Sonradan rəfiqəsi ona Qonşum Totoronu nümayiş etdirdi və Le Quin Miyazakinin Kurosava və Fellini səviyyəsində dahi olduğunu və onun pərəstişkarı olduğunu söylədi. Bir neçə il sonra Le Quin tərcüməçi Masako Şimidzu Miyazakini tanıdığını bildikdə ona «Yerdəniz» onu hələ də maraqlandırırsa, o, bunu müzakirə etməyə razı olduğunu söylədi. Görüşdükdə Miyazaki rejissorluğu buraxdığını və işi bundan öncə heç bir film çəkməmiş oğluna buraxacağını bəyan etdi. Le Quin bunu bildikdə narahat oldu, lakin ona heç bir mərhələnin Hayaonun icazəsiz olmayacağı inandırıldı. Buna baxmayaraq, sonradan məlum oldu, ki Hayao özü layihədə iştirak etmirdi. Yazıçı üçün xüsusi qapalı nümayişdən sonra Qoro Miyazaki filmin onun xoşuna gəldiyini soruşduqda o, «Hə.
Aişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Haulun yeriyən qəsri (anime, 2004)
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. == Məzmun == Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Kikinin çatdırma xidməti (anime, 1989)
Kikinin çatdırma xidməti (魔女の宅急便, Majo no Takkyūbin) — 1989-cu ildə Studio Ghibli tərəfindən Hayao Miyazakinin rejissorluğu ilə 1985-ci ildə Yaponiyalı yazıçı Eiko Kadanonun eyni adlı romanı əsasında çəkilmiş anime filmi. Bu Studio Ghibli tərəfindən hazırlanmış dördüncü filmdir. Miyazakinin fikrincə yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatta istədiyini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir. Film eyni zamanda Walt Disney Pictures ilə birgə hazırlanan ilk Studio Ghibli filmidir. 1997-ci ildə ingilis dilində dublaj olduqdan sonra Beynəlxalq Seattle Film Festivalı-nda nümayiş olunmuşdur. == Məzmun == Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrıəlaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir.
The Wind Rises (anime, 2013)
Külək Qalxır (yap. 風立ちぬ; Kaze Tachinu) Hayao Miyazakinin yazıb yaratdığı 2013-cü il yapon animasiya filmidir. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. Film Mitsubishi A5M və Mitsubishi A6M Zero adlı qırıcı təyyarələrinin yaradıcısı Jiro Horikoshinin həyat hekayəsindən bəhs edən, Tatsuo Horinin 1936–37-ci illərdə yazdığı "Kaze Tachinu" adlı qısa hekayəsi əsasında çəkilmişdir. == Film haqqında == == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Hayao Miyazaki Rejissor : Hayao Miyazaki Bəstəkar : Co Hisayşi Prodüser : Toşio Suzuki === Səsləndirmə === Orijinal yapon dilində Anno Hideaki – Jiro Horikoshi Miori Takimoto – Naoko Satomi Hidetoshi Nishijima – Honjo Masahiko Nishimura – Kurokawa Stephen Alpert - Castorp Morio Kazama - Satomi Keiko Takeshita - Jiro's mother Mirai Shida - Kayo Horikoshi Jun Kunimura - Hattori Shinobu Otake - Mrs. Kurokawa Nomura Mansai - Giovanni Battista Caproni İngilis dilində Cozef Qordon-Levitt – Jiro Horikoshi Emili Blant – Naoko Satomi John Krasinski – Honjo Martin Şort – Kurokawa Werner Herzog - Castorp William H. Macy - Satomi Edie Mirman - Jiro's mother Mae Whitman - Kayo Horikoshi Mandy Patinkin - Hattori Jennifer Grey - Mrs. Kurokawa Stanley Tucci - Giovanni Battista Caproni Eliya Vud - Sone == Maraqlı faktlar == Film Hayao Miyazakinin son işidir. Filmin saundtreki Yumi Matsutoyanın "Hikōki-gumo" adlı mahnısıdır.(1973-cü il) 2014-cü ildə ən yaxşı tammetrajlı cizgi filminə görə Oskar mükafatına namizəd olmuşdur. Animasiyada Pol Valerinin "Le cimetière marin" adlı poemasından "Le vent se lève!... Il faut tenter de vivre!" ifadəsi işlədilib.Tərcüməsi: "Külək yüksəlir!...
Anuşe Ansari
Ənuşə Ənsari ( fars. انوشه انصاری‎ — Anušeh Ansâri, ing. Anousheh Ansari; 12 sentyabr 1966-cı il, Məşhəd, İran) — İran əsilli ABŞ vətəndaşı, alim. Prodea systems, Inc.( ABŞ ) şirkətinin yaradıcısı və rəhbəri. 18 sentyabr 2006-cı ildə ilk turist kosmonavt müsəlman qadın oldu. == Mənbə == Lenta.ru: Российская ракета выведет на орбиту первую космотуристку. Lenta.ru: "Союз" с космической туристкой выведен на орбиту. Lenta.ru: Первая космическая туристка вернулась на Землю.
Ayişə Nəbi
Ayişə Nəbi (21 mart 1967, Haqqıxlı, İcevan rayonu) — araşdırmaçı yazar-şair, jurnalist, tərcüməçi, ilahiyyatçı. == Həyatı == Ayişə Məhəmməd qızı Nəbi martın 21-də 1967-ci ildə Qərbi Azərbaycanın Karvansara (İcevan) rayonunun Haqqıxlı (S.Vurğun) kəndində ziyalı ailəsində doğulub. Həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub həmin il Az.Neft-Kimya institutuna daxil olub 1990-cı ildə mühəndis-elektrik ixtisası üzrə məzun oldu. Bir il Az.Sənaye Layihə institutunda gənc mütəxəssis kimi işlərkən “Gənclik” jurnalına dəvət aldı və bir il də orada işlədi. Sonra “Fəryad” və s.qəzetlərdə işlədi. Bu müddət ərzində bədii-publisistik yazılarla dövri mətbuatda müntəzəm çıxış etdi. İlk şeiri “Sovet Ermənistanı” qəzetində çap olundu. Sonra İstanbulda dini təhsil aldıqdan sonra vətənə qayıdaraq yenidən şeir, hekayə, məqalə, araşdırma, tərcümələr edərək ölkə qəzet və dərgilərində çap etdirdi. Türk və dünya ədəbiyyatından bir çox örnəyi dilimizə çevirərək Azərbaycan oxucusuna tanıtmış, eləcə də 20-də çox yerli müəllifin şeir, hekayə, povest, monoqrafiya, elmi əsər və romanlarını Türkiyə türkcəsinə, Edqar A.Po, Edqar Li Masters, Emili Dikinson kimi tanınmışların əsərlərini isə rus dilindən dilimizə çevirmişdir. Yaradıcılığa şeirlə başlayan Ayişə Nəbi “Sükut” (1997, Ağrıdağ), “Laməkan” (2008, Nurlan), “Qaf dağı Anka” (2011, Nurlan) “Qutlu vadiyə vardım” şeirlər, “Ərəb olmaq istəmirəm” (2014) məqalələr, “Yalınayaq şeirlər” tərcümə, “Eşq gözəlləməsi”(uzun hekayə) kitablarının, biri çox araşdırma və publisist məqalələrin müəllifidir.
Ayişə Qəzzafi
Aişə əl-Qəddafi (ərəb. عائشة القذافي‎; 25 dekabr 1976, Tərabülüs əl-Qərb) — Müəmmər əl-Qəzzafinin övladlarından biri, yeganə qızı, Liviyanın BMT İnkişaf Proqramındakı keçmiş xoşməramlı səfiri. Liviya rəhbərinin yeganə qızıdır. İraqın sabiq rəhbəri Səddam Hüseynin vəkillər qrupunun hüquqi işlər üzrə müşaviri olub. 2006-cı ildən əmisi oğlu, polkovnik Əhməd-əl-Qəzzafi-əl-Qəhsiyə ilə nikahda olan Aişə üç övlad anasıdır. Hazırda "Vəetəsəmu" xeyriyyə fondunun rəhbəridir. 2011-ci ildə Liviyada baş vermiş hadisələrlə bağlı olaraq BMT-nin xoşməramlı səfiri statusundan məhrum edilmişdir. Qardaşlarından fərqli olaraq, Aişə Qəzzafi çox soyuqqanlı təsir bağışlayır. Liviya vətəndaş müharibəsinin ilk günlərində o, "Son insan və son gülləmizə qədər döyüşəcəyik. Kişilər həlak olarsa, biz əlimizə silah alacağıq.
Ayişə Ərzan
Ayişə Ərzan (1949, Ankara) — Türkiyə fizikaçısı. == Həyatı == Ayişə Ərzan Ankarada anadan olmuşdur.O sonrakı təhsilini İstanbulda sonra isə ABŞ-nin Brayn Mavr kollecində davam etmişdir. 1970-ci ildə o ilk qazancını qazanmışdır. 1976-cı ildə Stoni Bruk Universitetinin fizika üzrə namizədlik işini müdafiə etmişdir. Ərzan Ankaraya qayıdır və Yaxın şərq Texnika Universitetində fizika şöbəsində işləməyə başlayır. 1977-ci ildə İstanbul Texnika Universitetinə qoşulur. Bu dövr ərzində o sülh və qadın azadlığına görə mübarizə aparmışdır. == Karyerası == 1980-ci ildə o yenidən ölkəni tərk edir. 1981-1990-cı illərdə Ərzan müxtəlif institut və universitetlərdə çalışmışdır. 1981-1982-ci illərdə Cenevrə Universitetinin Teoretikal fizika şöbəsində işləmişdir.
Aişə Qəzzafi
Aişə əl-Qəddafi (ərəb. عائشة القذافي‎; 25 dekabr 1976, Tərabülüs əl-Qərb) — Müəmmər əl-Qəzzafinin övladlarından biri, yeganə qızı, Liviyanın BMT İnkişaf Proqramındakı keçmiş xoşməramlı səfiri. Liviya rəhbərinin yeganə qızıdır. İraqın sabiq rəhbəri Səddam Hüseynin vəkillər qrupunun hüquqi işlər üzrə müşaviri olub. 2006-cı ildən əmisi oğlu, polkovnik Əhməd-əl-Qəzzafi-əl-Qəhsiyə ilə nikahda olan Aişə üç övlad anasıdır. Hazırda "Vəetəsəmu" xeyriyyə fondunun rəhbəridir. 2011-ci ildə Liviyada baş vermiş hadisələrlə bağlı olaraq BMT-nin xoşməramlı səfiri statusundan məhrum edilmişdir. Qardaşlarından fərqli olaraq, Aişə Qəzzafi çox soyuqqanlı təsir bağışlayır. Liviya vətəndaş müharibəsinin ilk günlərində o, "Son insan və son gülləmizə qədər döyüşəcəyik. Kişilər həlak olarsa, biz əlimizə silah alacağıq.
Aişə Sultan
Aişə Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızı Aişə Sultan — 12. Osmanlı sultanı III Muradın qızı Aişə Sultan — 14. Osmanlı sultanı I Əhmədin qızı Aişə Sultan — 22. Osmanlı sultanı II Mustafanın qızı Aişə Sultan — 23. Osmanlı sultanı III Əhmədin qızı Aişə Sultan — 34.
Aniş Qiri
Aniş Qiri (28 iyun 1994, Sankt-Peterburq) — Rusiyada doğulmuş Holland şahmatçısı və qrosmeysteridir. Aniş qrosmeyster titulunu 14 yaş 7 ayda alıb. Qiri 4 dəfə Hollandiya Şahmat Çempionu (2009, 2011, 2012, 2015) və 2010-da Corus Şahmat B qrupunu udub. Hollandiyanı 5 dəfə Şahmat Olimpiadasında təmsil edib (2010, 2012, 2014, 2016, 2018). == Həyatı == 28 iyun 1994-cü ildə Sankt Peterburqda anadan olmuşdur, atası Nepal hindlisi (Sanjay Giri), anası isə Rusiya vətəndaşıdır (Olga Giri). 2002-ci ildə onlar Yaponiyanın Sapporo şəhərinə köçdülər və 2008-ci ilədək orada yaşadılar. 2008-ci ilin fevral ayından onlar Niderlandın Rijswijk şəhərində yaşayırlar. Onun iki bacısı var, Nataşa və Ayuşa. 2013-cü ildə 'Middelbare Məktəbi'ni Grotius kollecini bitirib (Hollandiyanın Delft şəhərində). Riyaziyyat, fizika, coğrafiya və tarix onun sevimli fənnləri olub.
Nisə Bəyim
Nisə Bəyim (azərb. Rəhimova Nisəbəyim İsmayıl qızı‎; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). == Həyatı == Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir. == Yaradıcılığı == Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur.
Nisə Mehdiyeva
Mehdiyeva Nisə Əşrəf qızı — Mikrobiologiya sahəsində ilk qadın elmlər doktoru (1969), professor (1986). == Haqqında == 1928-ci il aprel ayının 12-də Bakıda anadan olmuşdur. O, 1950-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini müvəffəqiyyətlə bitirmişdir. Nisə Mehdiyeva 1950-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) müəllim işləmiş, 1952-1955-ci illərdə SSRİ Elmlər Akademiyasının Botanika İnstitutunun aspirantı olmuşdur. Nisə Mehdiyeva 1955-ci ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1986-cı ildə mikrobiologiya üzrə respublikada ilk professor elmi adını almışdır. Nisə Mehdiyeva 1955-1957-ci illərdə Respublika Elmlər Akademiyasının Rəyasət Heyətində biologiya üzrə elmi katib işləmişdir. 1958-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaq biologiyası laboratoriyasını təşkil edərək akademiyada mikrobiologiya elminin əsasını qoymuşdur. 1968-ci ildə akademiyada ilk dəfə neft mikrobiologiyası sahəsində laboratoriyaya rəhbərlik etmişdir. Nisə Mehdiyeva 1972-ci ildə laboratoriya Mikrobiologiya sektoru, 1994-cü ildə isə Mikrobiologiya İnstitutu statusu almışdır.
Nisə Mirişli
Nisə xanım Məmməd qızı Mirişli — == Həyatı == Nisə xanım Məmməd qızı Mirişli 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Məmməd kişi dəmir yolu mühəndisi, anası tibb işçisi idi. Nisə xanım orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almışdı. Hələ o kiçik yaşlarında öz çalışqanlığı və ictimai həvəsi ilə fərqlənirdi. Nisə xanım məktəbin son illərində artıq peşəsində müəyyənləşdirmişdi. O, şərəfli peşə olan həkimliyi seçmişdi. 1950-ci ildə N.Nərimanov adına Tibb İnstitutuna daxil olur və 1956-ci ildə müalicə-profilaktika fakultəsini bitirir. O, təyinatla Qazı-Məhəmməd rayonuna Traxoma əleyhinə disspanserin baş həkimi vəzifəsinə göndərilir. Qısa müddət ərzində oftalmoloq peşəsinin sirlərinə yiyələnir və rayonun əhalisi arasında nüfuz qazanır. Elə o illərdə onu infeksion xəstəliklərlə mübarizə daha çox düşündürürdü.
Nisə Qasımova
Nisə Qasımova (13 fevral 1954, Bakı) — Müğənni, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Nisə Fətulla qızı Qasımova 1954-cü ilin 13 fevralında Bakı şəhərində anadan olmuşdur. Hələ uşaqlıqdan sarı saçları, yaşıl gözləri və qeyri-adi gözəlliyi ilə yaxınlarından seçilən müğənni musiqiyə maraq göstərir və daim diqqət mərkəzində olurdu. Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayır. Atası Fətulla kişinin tam fərqli sahədə yəni dövlət xidmətində çalışmasına baxmayaraq, milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır. == Yaradıcılığı == Beləcə 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib 9 yaşında olarkən xorun gənc solisti olur. "Günəş adlı yaxın dostum var mənim" məxsusi olaraq onun üçün yazılan bu mahnı ilə müxtəlif konsert proqramlarında çıxış edir. Çox keçmir ki, gənc Nisə 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdindəki " Lalə qızlar ansamblı"na solist kimi dəvət olunur. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edir. Bundan əvvəl SSRİ xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim etmiş Ələkbər Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayır.
Nisə Rzayeva
Nisə Heydər qızı Rzayeva (10 yanvar 1937, Azərbaycan SSR – 8 mart 2017, Mingəçevir) — Azərbaycanın teatr və kino aktrisası, Mingəçevir Dövlət Dram Teatrının aktrisası Azərbaycanın SSR Əməkdar artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü(1965). == Həyatı == N. H. Rzayeva 10 yanvar 1937-ci ildə anadan olmub, 1969-cu ildən Mingəçevir Dövlət Dram Teatrında aktrisa vəzifəsində çalıb və Nisə Rzayeva Mingəçevir Teatrının ilk aktyorlarından biri kimi bu vaxtadək teatrın səhnəsində 100-ə qədər rolun ifaçısı olmuşdur. Onun teatrımızın səhnəsində yaratdığı İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı" – Fəxrəndə xanım, H. Cavid "Ana" – Ana, M. Hüsüyn "Cavanşir" – Zibeydə xanım, G. Xuqayev "Andro və Sandro" – Marqo, Anar "Şəhərin yay günləri" – Dilarə, İ. Əfəndiyevin "Tənha iydə ağacı" – Xan nənə, P. Kilqas "Hakim Martinin səhəri" – İnqa, S. Vurğun "Fərhad və Şirin" – Şirin, İ. Əfəndiyev "Unuda bilmirəm" – Nərmin, N. Həsənzadə "Nabat xalanın çörəyi" – Nabat xala, S. S. Axundov "Eşq və İntiqam" – Yasəmən, S. Rəhman "Əliqulu evlənir" – Nazlı, Ə. Əmirli "Köhnə ev" – Zəhra, S. S. Axundov "Laçın Yuvası" – Pəricahan və.s rolları bu gün də teatrsevərlərin yaddaşındadır, mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir. Nisə Rzayeva şəhərimizin ictimai mədəni həyatında fəal iştirak edib. 1965-ildən Azərbaycan Teatr Xadimlər İttifaqının üzvüdür, Əmək vetranıdır, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, müxtəlif dövlət və ictimai təşkilatların, ayrı-ayrı rayonların Fəxri Fərmanlarına layiq görülmüş, Sosialist Əməyi yarışının iştirakçısıdır. 1982-ci ilin dekabr ayının 2-də Azərbaycan SSR Əməkdar artisti Fəxri adına 02.12.1982, 8 mart 2017-ci ildə 80 yaşında dünyasını dəyişmişdir. Mingəçevir şəhərində dəfn olunub.
Nisə Surəsi
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Şiəlikdə Aişə
Şiələrin Aişəyə baxışı ümumiyyətlə xoş deyil. Bu, ilk növbədə, onun Əhli-Beytə (İslam peyğəmbəri Məhəmmədin ailəsinə) nifrət etməsi və o dövrün "Birinci fitnə"dəki (vətəndaş müharibəsi) hərəkətləri ilə əlaqədardır. Cəməl döyüşündə onun iştirakı geniş şəkildə bu cür hörmətsizlik əlaməti hesab olunur. Şiələr də Aişənin sağlığında siyasi iştirakına görə onu mübahisəli şəxs hesab edirlər. Aişə birinci xəlifə Əbu Bəkrin qızı olduğu üçün siyasi ailə nəslindən idi. Aişə Məhəmmədin siyasi həyatında da fəal rol oynamışdır; o, döyüşçülər arasında müharibədən əvvəl danışıqlara başlamaq, döyüşlər aparmaq və müharibələri bitirmək kimi hərbi bacarıqları öyrəndiyi müharibələrdə onu müşayiət etdiyi bilinirdi. == Tənqidin qanunauyğunluğu == Sünnilər deyirlər ki, Aişə Məhəmmədin xanımı olduğu üçün onu tənqid etmək peyğəmbəri tənqid etməyə bərabərdir. Şiələr isə Quranda həm Nuhun, həm də Lutun xanımlarının vəziyyətinə istinad edərək buna qarşı çıxırlar: Tanınmış Quran təfsirçisi İsmayıl ibn Kəsir bu ayə haqqında demişdir: "Buna görə də ərlərinin bütün məhrəm bilikləri onlara nə kömək etdi, nə də əzabdan çəkindirdi, buna görə də, Allahın “(Onlar Allaha qarşı onlara heç bir fayda vermədilər) kəlamı, zövcələrinin kafir olmalarına görədir." == Məhəmmədin həyat yoldaşı == === Sevimli həyat yoldaşı statusu === Şiələr Aişənin Məhəmmədin sevimli arvadı olduğu fikrini rədd edir və Quran ayəsinə uyğun olaraq Məhəmmədin öz xanımlarından heç birini fərqləndirmədiyinə inanırlar: Həmçinin Məhəmməddən sitat gətirirlər: "Kişinin iki arvadı olsa və onlardan birinə meyl edərsə, Qiyamət günü bir tərəfi aşağı çökmüş halda gələcəkdir." Digərləri, Ümmü Sələmənin Əhli-Beytə bağlılığına görə onun sevimli həyat yoldaşı olduğuna inanırlar. Ümmü Sələmə Məhəmmədin ailəsinə sədaqəti və ölümündən sonra onun əmrlərinə itaət etməsi ilə Aişədən fərqli olaraq təqdim olunur. Əliyə qarşı ordu toplayan Aişədən fərqli olaraq Ümmü Sələmə gərginliyi sakitləşdirməyə çalışırdı.
Abies abies
Adi küknar (lat. Picea abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur.
Aişə Qurbanlı
Aişə Qurbanlı (28 aprel 1993) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Aişə Qurbanlı beynəlxalq turnirlərdə birinci uğurlarına 2015-ci ilin noyabrında African Open turnirində bürünc, Oceania Open turnirində isə gümüş medala sahib olmaqla imza atdı. IJF Qran-Pri seriyalı turnirlərdə onun ən yaxşı nəticəsi 2017-ci ilin aprelində Antalyada baş tutan turnirdə qeydə alıdı (beşinici pillə). Karyerası ərzində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında uğura imza ata bilməyən Aişə Qurbanlı Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Qadınların -48 Kq. turnirində çıxış edən Aişə Qurbanlı olimpiadanın 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Kostaya vaza-ari balı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Anser anser
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
ADİSP
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin] ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. ADİSP 2010-cu il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçkilərdə 5 555 səs (0.24%) topladı.
ANİİA
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biri. == Tarixi == Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin noyabr ayından fəaliyyətə başlayıb və ilk günlərdən Azərbaycanda narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir. Assosiasiya "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir. Assosiasiya müvafiq dövlət qurumlarının daimi hərtərəfli dəstəyilə öz fəaliyyətini göstərilən etimada uyğun olaraq davam etdirməkdədir. ANİİA rəhbərliyi və üzvləri Respublika əhəmiyyətli tədbirlərdə hər zaman təmsil olunur. Ölkə başçısı cənab İlham Əliyevin də iştirakı ilə ölkəmizdə və Belarusiya, Polşa, Ukrayna, Latviya, BƏƏ, Rusiya, Türkiyə kimi ölkələrdə təşkil edilən biznes forumlarda İqtisadiyyat Nazirliyinin birbaşa dəvəti ilə iştirak edirlər. Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər. == Məqsədi == Assosiyasiyanın məqsədi nar təsərrüfatı ilə məşğul olmaq istəyən fermerlərə təmənnasız şəkildə xidmət göstərmək, Azərbaycan narının dünya bazarında "Made in Azerbaijan" brendi kimi tanınmasına dəstək verməkdir.
Abies
Ağ şam (lat. Abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ağ şamağacının Qafqazda bir növü bitir. Həmin növdə Qafqaz aşırımında bitir. Ağ şamağacı 600-700 il yaşayır. Hündürlüyü 55 metrə çatır. Bəzi növlərinin oduncağından musiqi alətləri, mebel hazırlanmasında, sellüloz istehsalında istifadə edilir. Qabığında çoxlu miqdarda qatran vardır. Ağ şamağacının yağı sintetik kamfora almaq üçün xammaldır. Qafqazın qara dəniz sahillərində yaşıllaşdırma məqsədilə əkilir.
Anais
Anahit və ya Anais (erm. Անահիտ) — erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur. E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə Ermənistanın əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər. Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə Ermənistanın müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Starbon xüsusi olaraq qeyd edir ki, "Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar … həmin vaxt Böyük Ermənistan hökmdarı Trdat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi." Strabon, XI, XIX Ermənistanda əsas Anahit məbədləri Erez, Armavir və Artaşatda yerləşirdi. Sofen rayonu ərazisindəki dağlar isə Anahitin taxtı (Athor Anahta) hesab edilirdi.
Anion
Anion — mənfi elektrik yükü daşıyan, elektroliz zamanı müsbət yüklənmiş elektroda - anoda doğru yönələn ion. Anion öz təsir dairəsində atom nüvəsinin müsbət yüklərini kompensasiya edən elektronlardan və bir və ya bir neçə artıq elektron saxlayan atom və ya atomlar qrupundan ibarətdir. Kristallik birləşmələrdə təkatomlu anion yükü vahiddən çox ola bilməz. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Anisok
Añisoc — Afrikanın Ekvatorial Qvineya əyalətində şəhər. Şəhər, ölkənin mərkəzi hissəsində, materik bölgəsindəki Wele-Nzas əyalətində yerləşən yaşayış sahəsidir. 2012-ci ilin təxmini məlumatlarına görə, şəhərdə 16.626 nəfər yaşayır. 2001-ci ildəki rəsmi siyahıyaalınma nəticələrinə görə 7586 nəfər var idi. Añisoc, ölkənin beşinci ən böyük əhalisi olan şəhər mərkəzidir.
Anison
Anison (アニソン) – animelərdə istifadə olunan musiqi və mahnı janrı. Yaponiyaya xasdır. Termin "Anime" və "song" sözlərinin birləşməsindən yaranmışdır. Bir çox musiqi alətindən istifadə olunması, eləcə də, sözləri və mövzusu istifadə olunduğu animeyə uyğun olması ilə xarakterizə olunur. Anison 1970-ci illərdən etibarən populyarlıq əldə etməyə başlamışdır. == Haqqında == Anison daha çox J-pop janrı ilə xarakterizə olunur. Adətən anime seriallarının hər seriyası üçün iki cür mahnıdan istifadə olunur: açılış mahnısı və bağlanış mahnısı. Açılış və bağlanış mahnılarına həmin animelərin OVA buraxılışlarında da rast gəlinir. Yaponiyada bəzi müğənnilərin əsas fəaliyyəti məhz animelər üçün mahnı və musiqi bəstələməklə formalaşır. LiSA, Konomi Suzuki, Nana Mizuki, Eyr Aoy, Aymer, May'n, Kotoko, Yui, Asaka və s.
Anisum
Cirəgülü (lat. Pimpinella) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Adi cirəgülü birillik bitki olub, hündürlüyü 50-60 sm-dir. Gövdəsi düzqalxan, dairəvi, yuxarı tərəfi budaqlanandır. Kökətrafı və gövdənin aşağı hissəsinin yarpaqları uzun saplaqlı, bütöv və dayaz üçpərli, dairəvi-böyrəkşəkilli formalı, kənarları iridişli, orta uzunluqlu saplaqlı, qovuşuq olmaqla kənarları ikiyə bölünmüş, yan seqmenti normal, son seqmenti isə üçpərlidir.Yuxarı yarpaqları 3 və 5-ə bölünmüş dar xətti seqmentlidir. Çiçəkləri kiçik 5 üzvlü, ağ rəngli olub, mürəkkəb çətir çiçək qrupunda formalaşmışdır. Meyvələri müəyyən edilməyən sallaq meyvədir. Yumurtavari və ya tərs armadvari formalı, yan tərəfdən azacıq yastılaşmış, əsası geniş, zirvəsi isə daralmışdır. Zirvəsi beşdişli, kasacığı və dişiciküstü yarılmış vəziyyətdədir. Meyvənin yuxarı tərəfi kələ-kötür, nahamar, xarici tərəfi qabarıq, daxili tərəfi isə yastıdır.
Aniva
Aniva (rus. Ани́ва) ya da Rutaka (yap. 留多加) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinin tərkibinə daxildir.
Ansel
Ansel (fr. Ancelle, oks. Ancela) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05004. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 831 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatına və heyvandarlığa (əsasən qoyunlara) əsaslanır. 1950-ci ildən bəri ailə turizmi inkişaf edir.
Anser
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).
Artse
Artse (erm. Արծն; yun. Ἄρτζε) — X–XI əsrlərdə şərqi Anadoluda mövcud olmuş tarixi şəhər. == Tarixi == Artse Bizans imperiyasının Feodosipol şəhərinin 55 kilometr (34 mil) şərqində, Basiani vilayəti daxilində, Ermənistan və İberiya ilə olan sərhəddə, Araz çayının sol sahilində yerləşirdi. Şəhərin adı Eskorial taktikası (təq. 971/975-ci il) əsərində Bizans strateqinin yeri olaraq qeyd edilir. Şəhər 979-cu ildə Barda Sklirin üsyançı ordusunun Pankaliya döyüşündə məğlub edilməsində kömək etdiyinə görə III David Kuropalata verilmişdir. Buna baxmayaraq, III Davidin ölümündən sonra şəhər 1000-ci ildə İberiya katepanlığının bir parçası olmuşdur. Şəhər haqqındakı məlumat Siciliyalı İohannın yazılarındandır. O, qeyd edir ki, Artse Suriya, Ermənistan və başqa yerlərdən tacirləri cəlb edən böyük bir ticarət mərkəzi idi.
Ankhe
Ankhe (vyet. An Khê) — Vyetnamın Zyalay vilayətində şəhər, birinci dərəcəli inzibati bölgü. Əhalisi 63,118 nəfərdir. Sahildəki Kuinyon və Mərkəzi dağlıqdakı Pleyku arasında mühüm QL-19 magistral yolu üzərində yerləşən Ankhe Vyetnam müharibəsi zamanı strateji əhəmiyyətə malik idi. == Tarixi == 1965-ci ilin avqustunda ABŞ-nin 1-ci süvari diviziyası Ankhe yaxınlığında Kemp Redkliff bazasını qurmuşdu. Həmin ilin sentyabrında şəhərdən 30 km aralıda Annin döyüşü baş vermişdi. Kemp Redkliff 1970-ci ilin sonuna qədər ABŞ ordusunun müxtəlif bölmələri tərəfindən istifadə edilmiş, sonra Vyetnam Respublikası Silahlı Qüvvələrinə təhvil verilmişdir.