Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Apogey
Apogey – Ayın və ya Yerin süni peykinin orbitinin Yerdən ən uzaq nöqtəsidir. Ayın apogeyi 406700 km-dir. .
Abomey
Abomey — Beninin Zu departamentinin paytaxtıdır. Abomey kommunası 142 kvadrat kilometr ərazini əhatə edir və 2012-ci ildə 90.195 nəfər əhalisi var idi. Abomey, Abomey Kral saraylarına, 1600–1900-cü illərdə Dahomeya krallarının yaşadığı və 1985-ci ildə UNESCO tərəfindən Ümumdünya irsi olaraq seçilmiş kiçik ənənəvi evlərin toplusuna sahibdir. == Tarix == Abomey 17-ci əsrdə Dahomeya krallığının (1600–1904) paytaxtı olaraq qurulmuşdu. Şəhər Do-Aklin, padşahının oğlu tərəfindən təsis edilmişdir. 1700-cü illərdə Dahomey sürətlə genişlənərək ətrafdakı bir çox krallıqları mənimsədi və qul ticarəti ilə zənginləşdi. Bir neçə cəhddən sonra fransızlar 1692-ci il noyabrın 16-da kral Behanzini məğlub etdilər. Bundan sonra şəhərin əhəmiyyəti azaldı. Bu gün şəhər daha az əhəmiyyət kəsb edir, lakin yenə də turistlər arasında məşhurdur və sənətkarlıq mərkəzi kimi tanınır. == Abomey Kral sarayları == Abomey Kral Sarayları, Fon xalqının 17-ci əsrin ortaları və 19-cu əsrin sonları arasında inşa etdiyi bir qrup torpaq tikililərdir.
Adıgey
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Apuley
Apuleyus, rusca Apuley (lat. Apuleius Lucius, təxminən m. 125–170) — Qədim Roma yazıçısı, şairi, orta platonçu filosof. Roma imperiyasının Afrika əyalətinin Madavr şəhərində doğulub. Məşhur "Metamorfozalar" ("Qızıl eşşək") romanının müəllifi. Yazıçının latınca əsərləri qalmışdır. == Həyatı == === Mənşəyi === Apuley özünü yarınumidiyalı-yarıqetuleyalı hesab edirdi. Ehtimal ki onun doğma dili hansısa yerli semit şivələrində biri olmuşdur. Şəhər özünüidarəsində yüksək vəzifə sahibi olan atası karlı adam olduğundan, Apuley, ibtidai təshsilini öz doğma şəhərində başlayıb, Karfagendə davam etdirmişdir. Yuli Sezarın əmri ilə yenidən tikilən Karfagen, tamamilə dirçəlir və çiçəklənərək II əsrdə Afrika əyalətinin mərkəzi, valinin iqamətgahı və əyalət senatının iclas yeri olur.
Neogey
Adıgey Respublikası
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıgey dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıgey tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Adıgey ədəbiyyatı
Adıgey ədəbiyyatı — adıge dilində yaradılmış ədəbi əsərlər kompleksi. == Tarixi == Adıgelərin xalq poeziyası (Nart dastanları, qəhrəmanlıq, əmək və mərasim nəğmələri) zəngindir. Adıge əlifbası Oktyabr inqilabından sonra yaranmışdır. Yazılı ədəbiyyat sovet dövründə inkişaf etmişdir. Adıge ədəbiyyatının banisi xalq şairi Suq Teuçej olmuşdur. Bədii nəsr Tembot Keraşevin adı ilə bağlıdır. Əhməd Xatkov, Sovet İttifaqı Qəhrəmanı Hüseyn Andruxayev və Murad Paranukun şeirlərində, Dmitri Kostanov, Əsgər Yevtıx, Yusif Tlusten və başqalarının hekayə, povest və romanlarında sosializm quruculuğu, xalqlar dostluğu mövzuları əsas yer tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ж. Ф. Бовикина, Дмитрий Кэстан, Адыгейский научно-исследовательский институт экономики, языка, литературы и истории. Вопросы истории адыгейской советской литературы. — Адыгейский науч.-иссл.
Bayram Apoyev
Bayram Fəti oğlu Apoyev (Apoyev Bayram Fəti oğlu (Ağrıdağ)) — tanınmış alim-şair; Azərbaycan Yazıçılar Birliyinin üzvü; "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi". == Həyatı == B.F.Apoyev 15 aprel 1957-ci ildə Goranboy rayonunun Cinli-Boluslu kəndində anadan olmuşdur. 1964- 1974-cü illərdə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kənd orta məktəbində təhsil almışdır. 1978-ci ildə V.İ.Lenin adına APİ-ni ( indi ADPU ), 1988-ci ildə Azərb. ETPEİ –nin (indi Azərbaycan Respublikası Təhsil İnstitutu) aspiranturasının əyani şöbəsini bitirmişdir. 1989-cu ildə “ İbtidai siniflərdə diyarşünaslıqdan istifadənin təlimin keyfiyyətinə təsiri ” mövzusunda dissertasiya müdafiə edib pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1991-ci ildə müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında müəllim, 1994-cü ildə həmin kafedrada dosent vəzifəsinə seçilmişdir. 1994-2002-ci illərdə Pedaqogika və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.2007-ci ildən hal-hazıra kimi Pedaqoji fakültəsinin dekanı vəzifəsində işləyir.100- ə yaxın elmi əsərin, o cümlədən 22 adda elmi monoqrafiya, dərslik, dərs vəsaiti və elmi- metodik vəsaitin,100-dən yuxarı qəzet məqaləsinin müəllifidir.2017-ci ildə " Nizami Gəncəvinin pedaqoji ideyalar sistemi " mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, iki oğlu, iki qızı var. == Kitabları == 1.
Vladimirovskoe (Adıgey)
Vladimirovskoe (adıq Владимировскэр) — Adıge Respublikasının Qiaqin rayonunda kənd. Kənd Kelermesskoe inzibati mərkəzinə tabedir. Qiaqin rayonunun cənub hissəsində, Ulka çayının sağ sahilində yerləşir. Kelermesskoe kənd yaşayış məntəqəsinin mərkəzindən 5 km cənub-şərqdə, rayon mərkəzi Qiaqin şəhərindən 15 km cənub-şərqdə və Maykop şəhərindən 23 km şimal-şərqdə yerləşir. Kəndin sahəsi 0,69 km2-dir ki, bu da kənd yaşayış məntəqəsi ərazisinin 0,51%-ni təşkil edir. Kənd Zəkuban maili düzənliyində, düzənlikdən dağətəyi zonaya keçiddə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 208 metr yüksəklikdədir. Ərazinin relyefi cənub-qərbdən şimal-şərqə doğru meyilli olub və təpəli və dalğalı yüksəklikləri ilə diqqəti cəlb edir. Çay dərələri ilə ərazi kəsilib. Kənd ərazisində ən yüksək nöqtə dəniz səviyyəsindən 208 metrdir.
APOEL FK
APOEL FK — Kiprin futbol klubu. 1926-cı ildə yaradılıb. Ölkədə ən uğurlu klublardan biridir. == Tarixi == APOEL 1926-cı ildə şəhərin yunan sakinlərinin oynadığı futbol komandası yaratmaq istəyən bir qrup gənc tərəfindən yaradılıb. Sonra qırx nəfərlik bir qrup Nikosiyadan olan yunanların oynayacağı bir futbol klubu yaratmaq üçün qənnadı salonunda görüşdü. Klubun ilk prezidenti Giorgos Pulias idi. == Avropa kuboklarında iştirak == 30 dəfə Avropa kuboklarında iştirak edib. 2011/12 mövsümündə Çempionlar Liqasında 1/4 finala irəliləyib.
Abomey Kral sarayları
Abomey Kral sarayları — Benində, əvvəllər Dahomeya krallığının paytaxtı olmuş Abomey şəhərində 40 hektar ərazi üzərində qurulmuş 12 saraydan ibarət kompleksdir. Krallıq 1625-ci ildə, 19 əsrin sonlarına qədər Avropa qul tacirləri ilə ticarəti üstün tutan və hərbi əsirlərini satdıqları güclü bir hərbi və ticarət imperiyasına çevirmiş Fon xalqı tərəfindən qurulmuşdu. Saraylarda 8000 nəfərə qədər yerləşə bilirdi. Kral sarayına akuehue kimi tanınan iki mərtəbəli bina daxil idi. Krallıq 1625–1900-cü illərdə hakimiyyətdə olmuş on iki padşahın rəhbərliyi altında ikən Afrikanın qərb sahillərinin ən güclülərindən birinə çevrildi. UNESCO sarayları Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısına daxil etmişdir. Bunun ardınca, Abomey 15 mart 1984-cü ildə kral saraylarını və muzeyləri tornado vurulduğundan ərazi Təhlükədə olan Dünya irsinin siyahısına daxil edilmişdi. Bununla birlikdə, bir sıra beynəlxalq qurumların köməyi ilə bərpa və abadlıq işləri başa çatdırıldı. Abomeydə aparılan düzəliş işləri və alınan hesabatlara əsasən, UNESCO Benindəki Abomey Kral saraylarını 2007-ci ilin iyul ayında Təhlükədə olan Dünya İrsi Siyahısından çıxarmaq qərarına gəldi. == Tarix == Abomeynin gizli ərazisi daxilində, səltənətin 12 hökmdarı tərəfindən inşa edilən saraylar 1695–1900-cü illərdə imperiyanın ənənəvi mədəniyyət mərkəzi olaraq fəaliyyət göstərirdi.
Abxaz-adıqey dilləri
Abxaz-adıq dilləri — Şimali Pontik və ya Şimali-qərb Qafqaz olaraq da bilinən dil ailəsi. Buraya Abxaz-abaza və Adıq (Çərkəz) dili daxildir. Adıq dilinin, Aşağı Adıqca və Kabarda çərkəz (Yuxarı Adıqca) olmaqla iki əsas dialekti tapılar. Adıqların Ubıx klanının şifahi Ubıx dialekti ise ölü dildir. Abxaz-adıq dilləri dil bilimciləri tərəfindən Hind-Avropa dilləri Avropaya yayılmamışdan öncə Şərqi Avropada danışılan dillərdən qaldığı qəbul edilir. Bu səbəbdən Abxaz-adıq dillərinin dünyada danışılan başqa heç bir dillə yaxından qohum olmayan qədim bir dil ailəsi olduğu düşünülür. Abxaz-adıq dillərində saitlər (vokalizm) yarımsistemi zəif inkişaf etmişdir. Samitlər (konsonantizm) yarımsitemi mürəkkəb və geniş inkişaf etmişdir. Bu dillərin fonoloji sistemi (2-3) sait və (80) samit fonemlərdən ibarətdir.
Tam ögey qohumluq
Tam ögey qohumluq — əvvəlki ailədən uşaqları olan valideynlərin ailə qurduqdan sonra uşaqlarının bir-biri ilə qohumluq münasibətləri. Tam ögey bacı-qardaşlar bir ailədə böyüsələr də, bir-birləri ilə bioloji qohumluqları yoxdur . Bir atadan ya anadan olan olan uşaqlar sadəcə ögey qardaş-bacı sayılırlar.
Ögey ata (film)
Ögey ata – Azərbaycan filmi. == Məzmun == Filmin qəhrəmanı Kəramətin bir çoxlarından fərqi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolunda kimi hiss edir. Öz diliylə desək, "çox böyük hörmətə sahibdir". Düzdür, borcu hörmətindən daha çoxdur, amma onun xeyli borcu var. Hər zaman "halallıqla" dolanmaq istəsə belə, sonda "haqsızlıqla" qarşılaşır. Əgər Kəramət Kəramətdirsə bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və hər şey bundan başlayır. == Film haqqında == Martın 14-də "Park Cinema"-da "Ögey ata" filmi jurnalistlərə təqdim olunub. "Planet Parni iz Baku" studiyasının çəkdiyi bu ekran əsərinin ssenarisi və baş rolu aktyor Fərda Xudaverdiyevə məxsusdur. Prodüser Tahir İmanov bildirdi ki, kollektiv bir hissə ilə kifayətlənməyərək silsilə halında bir neçə bu tipli film çəkəcək.
Ögey ana (film, 1958)
Ögey ana — Rejissor Həbib İsmayılovun filmi. Azərbaycanda ən populyar filmlərdən biridir. Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın (Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın İsmayıllı rayonunun Buynuz kəndində cərəyan edir. 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalı Film Üçüncü mükafat almışdır. Film aktrisa Nəsibə Zeynalovanın kinoda ilk işidir. Filmdə Cəmilə ilə İsmayıl çayı keçərkən ikisi də suya düşürlər. Bu səhnə oktyabr ayında çəkildiyindən hər iki aktyor soyuqlayıb qızdırmışdı. Cəmilənin otağına yarasa girməsi səhnəsinin çəkilişlərində həm oyuncaq, həm də həqiqi yarasadan istifadə etmişdilər. Prokata çıxdığı zaman filmə 21,8 milyon tamaşaçı baxmışdı.
Ögey ana (teleserial, 2017)
"Ögey ana" — Sain Qəhrəmanın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Serial yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, Ögey ana - Sevincin uşaqların ürəyinə yol tapmaq cəhdlərindən bəds edir.
Ögey ata (film, 2013)
Ögey ata – Azərbaycan filmi. Filmin qəhrəmanı Kəramətin bir çoxlarından fərqi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolunda kimi hiss edir. Öz diliylə desək, "çox böyük hörmətə sahibdir". Düzdür, borcu hörmətindən daha çoxdur, amma onun xeyli borcu var. Hər zaman "halallıqla" dolanmaq istəsə belə, sonda "haqsızlıqla" qarşılaşır. Əgər Kəramət Kəramətdirsə bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və hər şey bundan başlayır. Martın 14-də "Park Cinema"-da "Ögey ata" filmi jurnalistlərə təqdim olunub. "Planet Parni iz Baku" studiyasının çəkdiyi bu ekran əsərinin ssenarisi və baş rolu aktyor Fərda Xudaverdiyevə məxsusdur. Prodüser Tahir İmanov bildirdi ki, kollektiv bir hissə ilə kifayətlənməyərək silsilə halında bir neçə bu tipli film çəkəcək.