Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yarımtağ
Yarımtağ – (rus. полусвод, ing. half-arch) qapalı olmayan iri müsbət platforma strukturası.
Benal Nevzat İstar Arıman
Benal Nevzat İstar Arıman (1903, İzmir, Aydın vilayəti – 20 iyul 1990, İstanbul) — ilk Türk qadın millətvəkillərindən biri. == Həyatı == Türkiyədə qadınlara millət vəkili seçmə və seçilmə haqqı (dekabr 1934-cü il) verildikdən sonra qadınlar ilk olaraq 1935-vi ildə fevral ayının 8-də millət vəkili seçkisinə qatılıblar. Mustafa Kamal Atatürkün 1919-cu ilin may ayının 19-da başlatdığı mübarizəyə qadınlar bölgələrdə yığıncaqlar və mitinqlər keçirərək dəstək verdilər. Müəllimlər Cəmiyyətinin rəhbəri Naki Elgün xanım 1920-ci il yanvar ayının 13-də, soyuq bir qış günündə Sultanəhmet Meydanında keçirilən mitinqdə belə deyirdi: "Qarşımızda açıq iki yol var: Biri tariximizlə və şanımızla davam etmək; digəri, yadlara tariximizi həvalə edib əbədiyyata aparmaqdır". Qadınların bu mübarizələri, Qurtuluş Döyüşü 1923-cü ilin 9 sentyabr tarixinə kimi – İzmirdə zəfərlə bitənə qədər sürdü. Mustafa Kamal Atatürk, bu qəhrəman türk qadınlarına layiq olduqları hüquqların hamısını təslim etdi. Bu hüquqlara mədəniyyət, təhsil, geyim inqilabı, seçmə və seçilmə haqqı daxil idi. Nəhayət 1934-cü il dekabrın 5-də Parlamentin qapısı qadınlara açıldı. Türk Qadınlar Birliyi seçmə və seçilmə haqqının qazanılmasını qeyd etmək üçün Sultanəhmet Meydanında mitinq keçirdi və Bəyazitdən Taksimə kimi yürüş etdi. Qadınların ilk dəfə səs vermələri 1935-ci ilin 8 fevralında reallaşdı.
Sarımsaq
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.
Sarımsaq bageti
'Sarımsaq bageti' - Fransa mətbəxi. Baget, uzunsov yumru çörək, Fransanın simvollarından biridir, xüsusilə Parisin. Eyfel qülləsi, şərab, beret və ya pendirin simvola çevrilməsi kimi. Fransadan kənarda da çoxlu növ baget var, onlar dünyanın çox ölkəsində məşhurlaşıblar. Fransız mətbəxi tərəvəzlərdən tez-tez istifadə etməsi ilə xarakterizə olunur: kartoflar, qabıqlı lobya, bütün növ soğanlar, ispanaq, kələm, pomidor, badımcan, kərəviz, göbələklər – bütün bunlar appetayzerlərin (iştaha açıcıların), əsas yeməklərin və qarnirlərin əsasıdır. İlkin yemək adətən sup olur, ən məşhuru isə kəvər sup-püredir.
Sarımsaq turşusu
Sarımsaq turşusu - Azərbaycan və bir sıra başqa şərq ölkələrinin mətbəxinə aid olan ənənəvi turşulardan biridir. == Lazım olan ərzaqlar == 1 litrlik banka üçün 10 baş sarımsaq (təxminən yarım kilo) 4 ədəd dəfnə yarpağı 4 ədəd mixək 5-6 ədəd yumru qara istiot 2 xörək qaşığı iri duz Təxminən 2 stəkan üzüm sirkəsi == Hazırlanma qaydası == Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın. Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün. Bankanı bağlayın. Ehmallıca o tərəfə bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.
Sarımsaq çörəyi
Sarımsaq çörəyi — sarımsaq,zeytun yağı və ya kərə yağı ilə örtülmüş bir növ çörəkdir. Bu çörək adətən baget şəklində hazırlanır. Bəzi versiyaları,Çeddar, Mozzarella və Brınza kimi müxtəlif pendir növləri ilə örtülür. Bəzi restoranlarda məzə kimi serv olunur.
Krımçaq dili
Qırımçaq dili — Krımda türk-yəhudi qırımçaqların (yəhudilərin bir subetnik qrupu) danışdıqları türk dili. Ümumiyyətlə, krım-tatar dilinin bir ləhcəsi sayılır. Bu dildə danışanların sayı 785 nəfərdir.
Kəvərəbənzər sarımsaq
Haruo Arima
Haruo Arima — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ko Arima
Ko Arima (22 avqust 1917, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Rimma Abdullayeva
Rimma Əli qızı Abdullayeva ((24 oktyabr 1931, Ağdam – 27 yanvar 2017, Bakı) — Azərbaycanın əməkdar mədəniyyət işçisi (2007), film direktoru, prodüser. == Həyatı == Rimma Abdullayeva 24 oktyabr 1931-ci ildə Ağdamda anadan olub. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirdikdən sonra "Mosfilm" kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil alıb. Rimma Abdullayeva "Bir cənub şəhərində", "Qətldən sonra yeddi gün", "Yol əhvalatı", "Qaladan tapılan mücrü", "Qəm pəncərəsi", "Avqust gələndə", ЭSahilsiz gecəЭ və digər ekran əsərlərində film direktoru işləyib, Azərbaycanın görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışıb, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak edib. Rimma Abdullayeva 27 yanvar 2017-ci ildə vəfat etmişdir. == Filmoqrafiya == Abşeron ritmləri (film, 1970) — rol: direktor Avqust gələndə (film, 1984) Bir axşam... (film, 1985) Bir cənub şəhərində (film, 1969) Dantenin yubileyi (film, 1978) Ən vacib müsahibə (film, 1971) İmtahan (film, 1987) Qaladan tapılan mücrü (film, 1982) Qəm pəncərəsi (film, 1986) Qətldən yeddi gün sonra (film, 1991) Ötən ilin son gecəsi (film, 1983) Sahilsiz gecə (film, 1989) Sumqayıtın əks-sədası (film, 1992) Ürək... Ürək...
Rimma Kazakova
Rimma Fyodorovna Kazakova (rus. Ри́мма Фёдоровна Казако́ва; 27 yanvar 1932, Sevastopol, Krım MSSR – 19 may 2008) — rus şairəsi. == Həyatı == Rimma Kazakova 27 yanvar 1932-ci ildə Sevastopolda doğulub. 19 may 2008-ci ildə Odintsovoda vəfat edib.
Rimma Zyubina
Rimma Zyubina (ukr. Римма Анатоліївна Зюбіна; 23 avqust 1971, Ujqorod) — Ukraynalı teatr və kino aktrisası, teleaparıcı, ictimai xadim. 2017–2019-cu illərdə "Ukraynada çəkiliş" reytinqinə görə ən yaxşı aktrisa kimi tanınıb. Çoxsaylı teatr mükafatlarının, o cümlədən iki dəfə Kiyev Pektoral Mükafatının, eləcə də bir sıra beynəlxalq mükafatların laureatı olmuşdur. == Bioqrafiya == Rimma Zyubina Zakarpatiyanın Ujqorod şəhərində anadan olub. Atası hərbçi olduğu üçün üç yaşından yeddi ilinədək Macarıstanda yaşayırır. Məhz Macarıstanda bacısının baş rolda oynadığı "Zoluşka" tamaşasına baxandan sonra uşaq arzusu olaraq aktrisa olmaq fikrinə düşür. Uşaqlıqdan baletlə məşqul olur, musiqi məktəbində oxuyur, həmçinin 17 yaşından etibarən Zakarpatiya Dram Teatrının nəzdində fəaliyyət göstərən "Rovesnik" uşaq teatrında, studiya teatrında iştirak edir. Ujqorod Mədəni-Maarif Məktəbini fərqlənmə diplomu ilə bitirir, bundan sonra bir neçə teatrda işləməyə dəvət edilir, lakin o, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetini seçir. Bir il burada oxuduqdan sonra Ujqoroda qayıdır və yerli dram teatrında işə düzəlir.