AYILMAQ

f.
1. Yuxudan oyanmaq, yuxudan durmaq.
Gün dağlara yayıldı; Hər bir yatan ayıldı. A.Səhhət.
Xan səsə yuxudan ayıldı.
Əvvəl qulaqlarına inanmayıb durdu, yatağının üstə oturdu. Çəmənzəminli.

2. Bayğınlığı, sərxoşluğu keçmək, özünə gəlmək; huşa gəlmək, gözlərini açmaq. Sitarə xəyalatdan ayıldı.
Yengələr ona gəlin otağında “təlim” verirdilər. Çəmənzəminli.
[Salmanov] çaxır boçkası kimi doldurub qarnını, üç günə ayılmaz. S.Rəhman.

3. məc. Gözü açılmaq, fəaliyyətə gəlmək, hərəkətə gəlmək, qəflət yuxusundan ayılmaq, canlanmaq.
Hamı bu on ilin müddətində lazımınca ayılıbdır. Ə.Haqverdiyev.
Çərxin əcəba seyri də min babət olurmuş; Millət ayılıb talibi-hürriyyət olurmuş! M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AYILMAQ canlanmaq
  • AYILMAQ oyanmaq — durmaq
  • AYILMAQ 1. AYILMAQ Gülsüm qarı yuxudan gülə-gülə ayılıb, yatağının üstə oturdu (Çəmənzəminli); DURMAQ [Gülbadam:] Cəbi! Anan sənə qurban, Cəbi! Oyan, dur, ged

Antonimlər (əks mənalı sözlər)

  • AYILMAQ AYILMAQ – BAYILMAQ Gün dağlara yayıldı; Hər bir yatan ayıldı (A.Səhhət); Get onu içəri gətir. Tafta, sən də get, deyəsən bayılmışdır, ya da bəlkə ölmü

Etimologiya

  • AYILMAQ Sözün kökü indi müstəqil işlədilməyən ay (пробуждаться) feilidir, -ıl qayıdış növün şəkilçisidir. (Bəşir Əhmədov
AYILMA
AYILTMA

Digər lüğətlərdə