Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arzuman küftəsi
Aşıq Arzuman
Aşıq Arzuman (Əliyev Arzuman Xıdır oğlu; 23 iyul 1966, Daşkənd, Basarkeçər rayonu – 5 iyun 2010, Bakı) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Arzuman 23 iyul 1966-cı ildə Göyçə mahalının Daşkənd kəndində dünyaya gəlmişdir. 1983-cü ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunmuşdur. 1986-cı ildən 1988-ci ilə qədər hərbi xidmətdə olmuş və 1991-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir. 1993–1994-cü illərdə Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. Arzumanın aşıq sənətinə böyük həvəsi olduğundan özü bu sənəti öyrənmişdir. Ustad dərsi almasa da, o, saz çalmağı və ifa etməyi məharətlə bacarmışdır. Məlahətli səsə malik Aşıq Arzuman xeyli saz havalarını bilməklə yanaşı bir neçə dastan da bilirdi. Aşıq Arzuman 5 iyun 2010-cu ildə 44 yaşında Bakı şəhərində ürək dayanmasından vəfat etmiş və Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. == Mənbə == Araz Yaquboğlu.
Arzuman körpüsü
Arzuman körpüsü — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən — Sisian) rayonunun Dərəbas kəndində yerləşən və orta əsrlərə aid birtağlı daş körpüdür. == Haqqında == Dərəbas kəndi qədimdən Türk-Oğuz boylarının yurdu olmuşdur. Yazılı mənbələrdə adı 844-cü ildən çəkilən və ətrafı qədim qəbir və abidələrlə zəngin olan Dərəbas ("Dərə başı" anlamında) kəndinin adı və Arzuman körpüsünün adı türkcədir. Dərəbas kəndinə ilk ermənilər XIX əsrin əvvəllərində İrandan və Türkiyədən köçürülüb gətirilmişlər.
Vaqif Arzumanlı
Vaqif Arzumanlı (1947, Quba rayonu – 9 iyul 2014, Nabran, Xaçmaz rayonu) — Professor, Filologiya elmləri doktoru, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki. Filoloq-tarixçi, Politoloq. == Həyatı == 1947-ci ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olub. On bir illik məktəbi qızıl medalla bitirdikdən sonra 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxumuşdur. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləmiş, 1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri vəzifəsində çalışmışdır. V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru işləmişdir. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edir. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviridir. V.Arzumanlı 1973-cü ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildən professor adı almışdır , Beynəlxalq Eko- İnformasiya Akademiyasının akademikidir (1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1979),Azərbaycan Jurnalistlər Birliyinin üzvü(2000), "Alman-Azərbaycan Cəmiyyəti" İdarə Heyətinin üzvü(1992), Beynəlxalq "Soydaş" Assosiasiyasının vitse-prezidenti (1994), Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti(1996),"Quba Xeyriyyə Cəmiyyəti"nin sədri (1996),Türkiyəni və S.Dəmirəli Sevərlər Cəmiyyətinin həmsədri (1999), İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzinin Prezidentidir(2002). V.Arzumanlı "Elturan"("Milli məsələlər") (1992) və "Diasporun səsi" (2009) jurnallarının və "Ədəbi Əlaqələr" toplusunun (2005)Baş redaktoru, "Qartal" nəşriyyatının direktorudur(1999).
Zülfüqar Arzumanov
Zülfüqar Ata oğlu Arzumanov (d. 28 sentyabr 1971; Xaçmaz, Azərbaycan - ö. 1992; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Zülfüqar Arzumanov 1971-ci il 28 sentyabrda Xaçmaz rayonunun Yergüc qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan Zülfüqar Arzumanov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu. Əsgər Zülfüqar Arzumanov, Xaçmaz rayonunun Yergüc qəsəbəsində dəfn olunub. Arzumanov zülfüqar xaçmaz rayonu arzu kendinde 1971 ci ilde anadan olub ve 1989 cu ilde herbi xidmte gedib ve herbi xidmeti müveffeqiyyetle başa vurub ve sonra 1991ci ilde könüllü olaraq qarabaq döyüşlerine qatılıb qarabaq döyüşlwrin de cox feal olub oz esger yoldaşları ile birlikde agdam rayonunun tam yeddi kendini alıb ve daha sonra arzumanov zülfüqara rembo leqebi verilib ve daha sonra ermeniler terefinde başına pul kesilib ve buna baxmayaraq arzumanov zülfüqar cesurcasına düşmenlerden qorxmayıb vuruşmağa davam edib ve oz silahı ile mermisi bitene qeder döyüşüb mermisinin bitdiyini görende geri dönüb mermi alarken düşmen terefinden snayperle başından vurulub ve yerindece vefat edib arzumanov zülfüqarın esger yoldaşları terefinden ordan güçle çıxardılıb ve evine laiqi şekilde gönderilib 1992 ci ilde döyüş bölgesinde şehid olub.
Arkadi Arzumanyan
Artaşes Nikolayeviç Arzumanyan (5 (17) may 1898, Şuşa – 1985) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1954). == Həyatı == 17 may 1898-ci ildə Şuşada anadan olmuşdur.Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərmişdir. Repertuarında Cəfər Cabbarlının "1905-ci ildə" əsərindəki Salamov obrazı xüsusilə məşhur olmuşdur.1985-ci ildə vəfat edib.
Artaşes Arzumanyan

Mikael Arzumanyan
Mikael Arzumanyan (erm. Միքայել Ալբերտի Արզումանյան; 12 iyul 1973, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri və general-leytenantı, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun komandiri.
Arzuxan Əlizadə
Arzuxan Əlizadə (18 mart 1965, Bakı) — Azərbaycan Milli İstiqlal Partiyasının V sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Arzuxan Baxşəli oğlu Əlizadə 18 mart 1965-ci ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri 75 saylı orta məktəbi qızıl medalla bitirib.1981–1983 və 1985–1986-cı illərdə Bakı şəhəri, Razin qəsəbə sovetində hərbi inspektor vəzifəsində işləyib. 1983–1985-ci — ci illərdə Moskva yaxınlığında ordu sıralarında hərbi xidmətdə olub. 1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. 1992–1993-cü illərdə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib. 1993–1996-cı illərdə təsisçisi olduğu istehsalat kommersiya müəssisəsinə rəhbərlik etməklə biznes fəaliyyəti ilə məşğul olub. 1996–2000-ci illərdə Müstəqil Vəkillər Kollegiyasının üzvü olaraq vəkillik fəaliyyəti göstərib. 2001–2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin "Dövlət hüququ" kafedrasının Baş müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda 2001–2005-ci illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olaraq "Fövqəladə vəziyyət şəraitində vətəndaşların Konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqları" mövzusunda namizədlik üzərində işləmişdir.
Osmanov Ərzuman
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Ərzuman Osmanov

Arzular... Arzular...
Arzular... Arzular... qısametrajlı cizgi filmi rejissor Vahid Talıbov tərəfindən 1988-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada insanın hansısa məqsədə, ideala təbii olaraq can atmasından və mənəviyyat korlanarsa, bu səyin, bu arzunun da pozula biləcəyindən danışılır. == Məzmun == Burada insanın hansısa məqsədə, ideala təbii olaraq can atmasından və mənəviyyat korlanarsa, bu səyin, bu arzunun da pozula biləcəyindən danışılır. == Film haqqında == Fəlsəfi-poetik pritça bir fikir ətrafında birləşmiş "Yük", "Çevrə", "Qəribə adam" adlı üç novelladan ibarətdir. Film böyüklər üçün nəzərdə tutulmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Yefim Abramov Rejissor: Vahid Talıbov Operator: Ramiz Ağayev Rəssam: Nikolay Koşkin Bəstəkar: Mobil Babayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Arzamas
Arzamas — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir == Tarixi == Arzamas şəhəri (Rusiya) Şamka çayının Teşi çayına (Oka çayının sol qolu) töküldüyü mənzərəli bir yerdə salınmışdır. Arzamas tarixən mordva tatarlarının məskənidir. Ad yerli mordvalıların tayfa adı olan "arza" və ya "erza" adı ilə bağlıdır. Ryazan yer adı da bu böyük tayfanın adı ilə əlaqədardır.1. Arzamasın ərazisi XV əsrdən Rus dövlətinin (daha doğrusu, hələ Moskva knyazlığının) tərkibinə daxil edildisə də bu ərazilərə rusların geniş ayaq açmaları qalaların tikilib möhkəmləndirilməsilə XVI əsrdə başa çatdı. XVI əsrdən başlayaraq Moskva çarı xüsusi inayət göstərdiyi boyarları istila olunmuş ərazilərdə, o cümlədən Arzamas qəzasında torpaqlarla mükafatlandırırdı. Məhz Kazan xanlığının istila olunub məhv edildiyi vaxtdan dərhal sonra, bu torpaqlara ruslar köçürüldü və yerli əhalinin xristianlaşdırılmasına başlanıldı.2.(Qeyd: İvan Qroznı Arzamas qalasını Kazan üzərinə üçüncü yürüşündə ələ keçirmişdi) Arzamas artıq 1578-ci ildən rus şəhəri sayilmaqdadır; şəhəri dağıdılmış mordva-erza qalasının yerində salırdılar, o hələlik Moskva knyazlığının son hüdudunda dayanırdı. Bununla XVI əsrdə Bryansk-Tula-Arzamas xətti Moskva Rus dövlətinin sərhəddini təşkil edirdi. 1743-cü ildə tatarların, mordvalıların, marilərin, çuvaşların zorla xristianlaşdırmaya qarşı üsyanları başlandı. Missioner yepiskop D. Seçenevin tatarları xaçlama zamanı tətbiq etdiyi qəddarlıqlar əhalinin səbir kasasını doldurub daşıran damla oldu.
Saruman
Saruman — 3-cü çağda Orta Dünyaya Vaların təmsilçisi olaraq gələn ilk sehrbaz. Saruman nə insan, nə də elfdir. O istaridir. İnsanlar arasında tanındığı Saruman adı rohancadır. == Görünüşü == Saruman yaşlı insan cildində təsvir olunur. 3-cü çağın sonlarında saç-saqqalının çoxu ağarmışdır. Ağzının ətrafındakı tüklər qaradır. Uzun boylu, uzn sifətli, dərin gözlüdür. Ağ paltar geyinir. == Şəxsi xüsusiyyətləri == Görünüş və xasiyyət olaraq Qandalfa bənzəyir.
Arçman
Arçman — Türkmənistanın Beherden rayonunda, təxminən 11 km məsafədə yerləşən eyniadlı isti bulaqları ilə məşhur olan kənd. == Etimologiya == Rəvayətə görə, isti bulaqlar (və kənd) dəri xəstəliyindən sağaldıqdan sonra onun müalicəvi xüsusiyyətlərini kəşf edən bir çobanın adını daşıyır. Türkmənlərin qədim əfsanəsinə görə Arçman adlı bir çobanı bütün xəstəliklərin sirayətedicisi hesab edərək onu öz doğma kəndlərindən didərgin salırlar. O, özünə sığınacaq axtararkən bir bulağa rast gəlir, onun suyundan içir, sonra bu suda çimərək özünü tamamilə sağlam sayır. Müalicə əhəmiyyətinə malik bu bulaq o vaxtdan Arçman bulağı adlanır. == Tibbi turizm == Arçman Sanatoriyası (türkm. Arçman şypahanasy ) 1915-ci ildə açılmışdır.2001-ci ildə prezident Niyazov keçmiş sovet obyektlərini əvəz edən kurortu açmış və bura 2009-cu ildə 920 çarpayılıq mərkəzə çevrilmişdir. Kurortun yaxınlığında Qoçqar ataya həsr olunmuş kiçik bir məqbərə var. === Limnologiya === Su bir qədər qələvidir və sulfid səviyyəsi aşağıdır; içməli su kimi təsnif edilir. Xlor, natrium, kalsium və maqnezium kimi minerallarla zəngindir.
Arzular... Arzular... (film, 1988)
Arzular... Arzular... qısametrajlı cizgi filmi rejissor Vahid Talıbov tərəfindən 1988-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada insanın hansısa məqsədə, ideala təbii olaraq can atmasından və mənəviyyat korlanarsa, bu səyin, bu arzunun da pozula biləcəyindən danışılır. == Məzmun == Burada insanın hansısa məqsədə, ideala təbii olaraq can atmasından və mənəviyyat korlanarsa, bu səyin, bu arzunun da pozula biləcəyindən danışılır. == Film haqqında == Fəlsəfi-poetik pritça bir fikir ətrafında birləşmiş "Yük", "Çevrə", "Qəribə adam" adlı üç novelladan ibarətdir. Film böyüklər üçün nəzərdə tutulmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Yefim Abramov Rejissor: Vahid Talıbov Operator: Ramiz Ağayev Rəssam: Nikolay Koşkin Bəstəkar: Mobil Babayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Arzamas (sayt)
Arzamas — mədəniyyət tarixinə həsr olunmuş Rusiya saytı.
Arzular Dənizi
Arzular Dənizi — Ayın görünməyən hissəsindəki hamar ovalıqlardan biri. Astronomiyada ay üzərindəki belə ovalıqlar şərti olaraq "dəniz" adlandırılır. Ayın cənub yarımkürəsində 20-45 en dərəcələri arasında və 140-180 uzunluq dairəsində yerləşir. Yaxınlığında Leybnits, Norman, Puankare, Kok, Jül Vern, Pavlov, Qaqarin və Van de Qraaf kraterləri, daxilində isə Tomson krateri yerləşir.
Arzular tortu
== Ərzaqlar == Biskvit üçün 1 stəkan un; 4-5 ədəd yumurta;8 1 stəkan şəkər (200qram). Krem üçün 200 qram kərə yağı; 7 x.q. qatılaşdırılmış süd; 1-1,5 .q. sirop; malina siropu. == Hazırlanma qaydası == Biskviti hazırlayıb bişirəndən sonra, soyumaq üçün 8-12 saat müddətində kənara qoymaq lazımdır. Sonra həmin bu biskviti iki hissəyə bölün ki, arasına sirop çəkmək üçün iki korj alınsın. Kremi hazırlamaq üçün: kərə yağın üzərinə qatılaşdırılmış südü və malina siropunu əlavə edib (çəhrayı rəng alınsın deyə) mikserlə çalın. Hazırladığınız kremi kopjların üzərinə çəkib, onları üst-üstə yerləşdirin. Tortun üstünə kremi səliqəli sürtün. Çalışın ki, tortun üstü hamar olsun.
Aşağı Oruzman
Aşağı Oruzman — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Başkeçid şəhərindən 4 km güneydə dəniz səviyyəsindən 1220m yüksəklikdə yerləşir. Kənd qədim türk məskənidir. Bu toponim oğuzoğlu Uruzu xatırladır. 1536-cı ilin sənədlərində(Baratlıların bölgü kitabında) ORMOZON toponiminə rast gəlirik. Bu isə bu kəndin nə qədər qədim olduğunu sübut edir.Bunu rus,yunan,gürcü və.s mənbələri də təsdiq edir. == Coğrafiya == Kənd dağlıq yerdə yerləşir.Oruzman iki çay arasında (Təvədöy(Xram) və Qaraçay(Söyüdlü))hündür bir yerdə yerləşir.Kənd bir neçə kəndlə qonşudur. Bunlar: Yuxari Oruzman, Salxoz, Qarakilsə, Dəllər, Bəzəkli, Hamamlı, Başkeçid rayonu, Armudlu... == Məşğuliyyəti == Məşğuliyyəti əsasən maldarlıq qismən də əkinçilikdir. Maldarlıqla məşğul olanlar əsasən dağlara yaylağa çıxırlar.
Yuxarı-Oruzman
Yuxarı Oruzman — Dumanis (Başkeçid) rayonunun böyük və qədim kəndlərindən biri. Hazırda kənddə 205 ailə yaşayır və kəndin 1100 nəfər sakini var. Kənddəki orta məktəb 200-ə qədər şagird və 20 müəllim heyətinin istifadəsindədir.
Yuxarı Oruzman

Ərziman Əliyev
Ərziman Mikayıl oğlu Əliyev — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru. == Həyatı == Ərziman Əliyev 2004–2007-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. Ərziman Əliyev Mikayıl oğlu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməmişdən əvvəl Göycay Rayon polis idarəsinin rəisi vəzifəsində işləyib. Polis general-mayor rütbəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilən zaman verilib.
Aroman dili
Arumın dili (yun. Κουτσοβλάχικη γλώσσα ή Βλάχικη γλώσσα) — Hind-Avropa dillərinin Roman qrupuna aid olan dildir. Arumın dili Cənub-şərq Avropada yaşayan arumınların danışan dilidir. Bu dilin rumın dili ilə kök və dil tərkibinin ortaq olmasına baxmayaraq rumın dili, slavyan dillərindən və arumın dili yunan dilindən təsir alıblar və bir-birindən dəyişiliblər. == Nümunə == Aroman dilində bir dua Tatã a nostru cai eshci pi tser, s-ayisascã numa a Ta, s-yinã Amirãrilja a Ta, s-facã vreare-a Ta, cum pi tserlu, ashi sh-pisti loc. Pãne-a nostrã atsea di cathi dzuã dã-nã-u sh-azã shi ljartã-nã amãrtiile-a noastre ashi cum lji-ljirtãm sh-a amãrtoshlor a noshci. Shi nu nã-du la pirazmo, ala aveaglji-nã di atsel arãulu. Cã a Ta easte Amirãrilja shi puteare a Tatãlui shi Hiljlui shi a Ayului Spirit, torã, totãna shi tu eta-a etilor. Amen.
Arumın dili

Arçman bulağı
Asuman Baytop
Asuman Baytop 27 Mart 1920-ci ildə İstanbul-da anadan olub.Atası Mustafa Kamal Atatürk-ün həkimlərindən olan Mehmet Kamil Bərk (1878–1958) idi. == Həyatı == Asuman Baytop btidai, orta və orta məktəb təhsilini Sainte-Pulchérie Fransız Qızlar Orta məktəbində və Şişli Terakki Liseyində tamamladı. Daha sonra İstanbul Universiteti Fen Fakültəsi, Əczaçılıq Bölməsində universitetə başladı. 1943-cü ildə məzun olduqdan sonra Farmakobotaniya və Genetika İnstitutunda Elm Fakültəsində köməkçi vəzifəsində çalışmağa başladı. Ord. Prof. dr. Alfred Heilbronn ilə birlikdə ümumi botanika, farmakobotanik və farmakognoziya tədqiqatları aparmışdır.Sürix-ə gedərək ETH’nın Əczacılıq Məktəbində doktorantlığı Prof. Dr. Hans Flück-ün nəzarəti altında tamamladı.1949-cu ilin iyununda İstanbul Universiteti Əczaçılıq Məktəbinə qayıtdı.
David Ayzman
David Yakovleviç Ayzman (rus. Дави́д Я́ковлевич А́йзман; 14 (26) mart 1869, Mikolayev, Xerson quberniyası[d] – 26 sentyabr 1922, Puşkin[d], Sankt-Peterburq quberniyası[d]) — yəhudi əsilli Rusiya yazıçısı, dramaturqu. == Həyatı == David Yakovleviç Ayzman 26 mart 1869-cu ildə Rusiya imperiyasının tərkibindəki Mikolayev şəhərində, yəhudi ailəsində anadan olmuşdur. O, yəhudi kasıblarının həyatından hekayələr və povestlər (onların bir çoxu "Bilik" birliyinin toplularında dərc edilmişdir) yazmışdır. Ayzman "Tikanlı kol" faciəsində (1907; Rusiyada 1920-ci ildə nəşr olunub) inqilabi mübarizənin romantik pafosunu Bibliya motivlərinin stilizasiyası ilə birləşdirir. O, "Ağ roman", "Qara roman" hekayələrində (hər ikisi 1908) modernist cərəyanları izləmişdir. Ayzman 26 sentyabr 1922-ci ildə vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Максимович А., М. Горький и Д. Я. Айзман, в книге: М. Горький. Материалы и исследования, т. 2, М.—Л., 1936.