ARZUM

mənim arzum; arzu ilə həyata gələn.
ARUZXAN
ARZUMAN
OBASTAN VİKİ
Arzum Onan
Arzum Onan (31 oktyabr 1973, Ankara) — Türk kino aktrisası və model.
Mənim bir arzum var
"Mənim bir arzum var" (ing. I have a dream) — amerikalı hüquq müdafiəçisi, 1964-cü il Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin 1963-cü il 28 avqust tarixində Vaşinqtona yürüş zamanı Linkoln memorialının qarşısında 200–300 min nümayişçinin önündə etdiyi məşhur çıxışı. Bu çıxışında o, gələcəkdə ağların və qaradərililərin bərabər hüquqlara malik olduğu bir Amerika görmək istədiyini ifadə etmişdir. Bu çıxış natiqlik sənətinin incilərindən hesab edilir. Öz üslubuna görə zənci baptist moizəsinə bənzəyir və İncilə, ABŞ İstiqlal Bəyannaməsinə, Qulların azad edilməsi haqda manifestə və ABŞ Konstitusiyasına allüziyalarla zəngindir. Millətimizin azadlığı uğrunda mübarizə tarixində azman bir hadisə kimi qalası bu nümayişdə sizinlə bir yerdə olduğuma görə xoşbəxtəm! Yüz il bundan əvvəl, rəmzi olaraq abidəsinin kölgəsinə yığışdığımız böyük amerikalı Avraam Linkoln Azadlıq bəyannaməsini imzaladı. Bu əlamətdar sənəd haqsızlığın dözülməz əsarəti altında inləməkdə olan milyonlarla qul zəncilərin qəlbində ümid işığı yandırdı. Bu, köləliyin uzun gecəsindən sonra sevincə açılan dan yerinə bənzəyirdi. Ancaq indi, yüz il keçəndən sonra müdhiş fakt qarşısında qalmışıq.
Arkadi Arzumanyan
Artaşes Nikolayeviç Arzumanyan (5 (17) may 1898, Şuşa – 1985) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1954). == Həyatı == 17 may 1898-ci ildə Şuşada anadan olmuşdur. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərmişdir. Repertuarında Cəfər Cabbarlının "1905-ci ildə" əsərindəki Salamov obrazı xüsusilə məşhur olmuşdur. 1985-ci ildə vəfat edib.
Artaşes Arzumanyan
Artaşes Nikolayeviç Arzumanyan (5 (17) may 1898, Şuşa – 1985) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1954). == Həyatı == 17 may 1898-ci ildə Şuşada anadan olmuşdur. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərmişdir. Repertuarında Cəfər Cabbarlının "1905-ci ildə" əsərindəki Salamov obrazı xüsusilə məşhur olmuşdur. 1985-ci ildə vəfat edib.
Arzuman küftəsi
Arzuman küftəsi — Azərbaycan mətbəxindən olan ət və toyuq yeməyi. Naxçıvan bölgəsi üçün karakterikdir. Yemək 8-10 nəfər üçün hazırlanır. == Hazırlanması və servis edilməsi == Bütöv toyuq təmizlənir və qaynayan suda yarımhazır olana kimi bişirilir. Şabalıd suda pörtülür, turş gavalı soyuq suda isladılır. Hazırlanmış şabalıd və gavalı üstü zəfəranlanmış toyuğun içərisinə doldurulur. Ət və baş soğan balta ilə xırdalanır (və yaətçəkən maşından keçirilir), ədviyatlar vurulub yaxşı yoğurulur. Hazır qiymə təmiz yuyulmuş və qaynadılmış tənzifin içərisinə 1,5-2 sm qalınlığında yayılır, qiymənin ortasına hazırlanmış toyuq qoyulur və tənzifin ucları bir yerdə düyünlənib, qiymə toyuğun hər yerini örtmək şərtilə ona girdə forma verilir. Bu zaman bir əllə tənzifın ucları bir-birinə çatdırılır, o biri əllə qiymə toyuğun cəmdəyinə sıxılır və axırda tənzifin ucları bərk bağlanır. Küftə, 5-6 litrlik qazanda sümüklərdən hazırlanmış bulyona salınıb bişirilir.
Aşıq Arzuman
Aşıq Arzuman (Arzuman Xıdır oğlu Əliyev; 23 iyul 1966, Daşkənd, Basarkeçər rayonu – 5 iyun 2010, Bakı) — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Arzuman 23 iyul 1966-cı ildə Göyçə mahalının Daşkənd kəndində dünyaya gəlmişdir. 1983-cü ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunmuşdur. 1986-cı ildən 1988-ci ilə qədər hərbi xidmətdə olmuş və 1991-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir. 1993–1994-cü illərdə Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. Arzumanın aşıq sənətinə böyük həvəsi olduğundan özü bu sənəti öyrənmişdir. Ustad dərsi almasa da, o, saz çalmağı və ifa etməyi məharətlə bacarmışdır. Məlahətli səsə malik Aşıq Arzuman xeyli saz havalarını bilməklə yanaşı bir neçə dastan da bilirdi. Aşıq Arzuman 5 iyun 2010-cu ildə 44 yaşında Bakı şəhərində ürək dayanmasından vəfat etmiş və Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. == Mənbə == Araz Yaquboğlu.
Mikael Arzumanyan
Mikael Arzumanyan (erm. Միքայել Ալբերտի Արզումանյան; 12 iyul 1973, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri və general-leytenantı, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun komandiri.
Vaqif Arzumanlı
Vaqif Arzumanlı (1947, Quba rayonu – 9 iyul 2014, Nabran, Xaçmaz rayonu) — professor, filologiya elmləri doktoru, beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki. Filoloq-tarixçi, politoloq. 1947-ci ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olub. On bir illik məktəbi qızıl medalla bitirdikdən sonra 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxumuşdur. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləmiş, 1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri vəzifəsində çalışmışdır. V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru işləmişdir. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edir. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviridir. V.Arzumanlı 1973-cü ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildən professor adı almışdır , Beynəlxalq Eko- İnformasiya Akademiyasının akademikidir (1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1979),Azərbaycan Jurnalistlər Birliyinin üzvü(2000), "Alman-Azərbaycan Cəmiyyəti" İdarə Heyətinin üzvü(1992), Beynəlxalq "Soydaş" Assosiasiyasının vitse-prezidenti (1994), Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti(1996),"Quba Xeyriyyə Cəmiyyəti"nin sədri (1996),Türkiyəni və S.Dəmirəli Sevərlər Cəmiyyətinin həmsədri (1999), İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzinin Prezidentidir(2002). V.Arzumanlı "Elturan"("Milli məsələlər") (1992) və "Diasporun səsi" (2009) jurnallarının və "Ədəbi Əlaqələr" toplusunun (2005)Baş redaktoru, "Qartal" nəşriyyatının direktorudur(1999).
Zülfüqar Arzumanov
Arzuman körpüsü
Arzuman körpüsü — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən — Sisian) rayonunun Dərəbas kəndində yerləşən və orta əsrlərə aid birtağlı daş körpüdür. == Haqqında == Dərəbas kəndi qədimdən Türk-Oğuz boylarının yurdu olmuşdur. Yazılı mənbələrdə adı 844-cü ildən çəkilən və ətrafı qədim qəbir və abidələrlə zəngin olan Dərəbas ("Dərə başı" anlamında) kəndinin adı və Arzuman körpüsünün adı türkcədir. Dərəbas kəndinə ilk ermənilər XIX əsrin əvvəllərində İrandan və Türkiyədən köçürülüb gətirilmişlər. == Toponimi == Dərəbaş kəndi yaxınlığından keçən dağ çayı üzərində yerləşən Arzuman körpüsü, adını onu tikdirən şəxsdən almışdır. Lakin həmin şəxsin kimliyi haqqında məlumat yoxdur. Körpünün tikilmə tarixi mənbələrdə orta əsrlərə aid edilir. Orta əsrlər memarlığının incəliklərini özündə əks etdirən bu körpü estetik görünüşü ilə fərqlənir. == Memarlıq xüsusiyyətləri == Arzuman körpüsündə istifadə olunan daşlar təbii formada olsa da, tağbəndə düzülən daşlar xüsusi səliqə ilə yonulmuşdur. Körpünün tağbəndini tamamlayan daş cərgəsi ümumi hörgü səviyyəsindən geri çəkilmiş, ikinci hörgü cərgəsi isə 5–6 sm önə çıxarılmışdır.