Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Armen Atayan
Armen Arşaki Atayan (rus. Արմեն Արշակի Աթայան; 21 may 1922, İrəvan – 8 aprel 2021) — Ermənistan-sovet və Ukrayna incəsənət xadimi, rəssamı. SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssam Tatyana Yablonskayanın ikinci əri və rəssam Qayane Atayanın atasıdır. == Həyatı == Armen Arşaki Atayan 1922-ci ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində, Arşak Atayanın ailəsində anadan olmuşdur. O, İrəvan Pionerlər Sarayının orkestrində oxumuş, fortepiano, mandolin, bariton truba və trombon kimi bir neçə alətdə ifa etmişdir. 1937-ci ildə atası həbs olunanda Atayan ailəyə kömək etmək üçün müxtəlif estrada qruplarında çıxış etmişdir. O, 1941-ci ildə İrəvan Rəssamlıq Texnikumunu bitirmişdir. O, İkinci Dünya müharibəsi illərində könüllü olaraq cəbhəyə getmiş və tank bölməsinin orkestrində, sonra Zaqafqaziya cəbhəsinin orkestrində xidmət etmişdir. Atayan orduda xidmət etdikdən sonra İrəvan Rəssamlıq və Teatr İnstitutuna daxil olmuşdur.
Arşak Atayan
Arşak Gevorqi Atayan (erm. Արշակ Աթայան; 20 iyun 1877, Böyük Tağlar, Şuşa qəzası – 19 avqust 1938) — Ermənistan-sovet şairi, nasiri, dramaturqu, tərcüməçisi və ictimai xadimi. 1935-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. == Həyatı == Arşak Gevorqi Atayan 20 iyun 1877-ci ildə Rusiya imperiyasının Böyük Tağlar kəndində (indiki Azərbaycanda) anadan olmuşdur. O, Üçkilsə, Tiflis və Şuşada təhsil almışdır. Atayan 1898–1902-ci illərdə çar ordusunda xidmət etmişdir. O, 1903–1904-cü illərdə Tiflisdə çıxan "Molot" jurnalının redaksiyasında korrektor işləmişdir. Atayan Salmas yaxınlığındakı erməni kəndləri haqqında məlumatları qələmə almış, xalq mahnılarını və folklorunu toplamışdır. O, 1907–1911-ci illərdə Qacar ​​dövlətinin bir hissəsi olan İsfahan şəhərinin Yeni Culfa məhəlləsində dərs demiş, Rusiya–İran Bankının İsfahan şöbəsinə rəhbərlik etmişdir. Atayan 1922-ci ildən Ermənistan SSR-də yaşamağa başlamışdır.
Qayane Atayan
Qayane Armenovna Atayan (rus. Гаянэ́ Арме́новна Атая́н, erm. Գայանե Արմենի Աթայան; 23 sentyabr 1959, Kiyev) — erməni əsilli Ukrayna rəssamı. Rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın qızıdır. Qayane Atayan 23 sentyabr 1959-cu ildə Ukrayna SSR-in paytaxtı Kiyev şəhərində, rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın ailəsində anadan olmuşdur. O, 1983-cü ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Atayan anasını özünün əsas müəllimi hesab etdiyini bildirmişdir. O, 1986-cı ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Atayan 1982-ci ildən bir çox rəsm sərgilərinin iştirakçısı, 1986-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvüdür. Qayane Atayanın əsərləri Kiyev Milli Rəsm Qalereyasında, Zaporojya, Xmelnitski incəsənət muzeylərində, Tayvandakı Əjdaha muzeyində, Ukraynada və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
Rafael Atayan
Rafael Arşaki Atayan (erm. Ռաֆայել Արշակի Աթայան; 30 oktyabr 1907, Yeni Culfa – 4 dekabr 1990, İrəvan) — Ermənistan-sovet nasiri, ədəbiyyatşünası, müəllimi, tərcüməçisi. O, filologiya elmləri namizədi, 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. Şair, nasir və tərcüməçi Arşak Atayanın oğludur. Rafael Arşaki Atayan 20 iyul 1877-ci ildə Qacar dövlətinin bir hissəsi olan İsfahan şəhərində. Yeni Culfa məhəlləsində anadan olmuşdur. O, orta təhsilini Yeni Culfadakı erməni məktəbində və ingilis kollecində almışdır. Atayan 1923-cü ildə ailəsi ilə birlikdə Ermənistana köçmüşdür. O, 1927-ci ildə İrəvan Dövlət Universitetini bitirmişdir. Atayan 1923–1925-ci illərdə "Armenpress"də ingiliscə tərcüməçi, 1925–1928-ci illərdə "Avanqard" qəzetinin məsul katibi, 1928–1934-cü illərdə "Sovet Ermənistanı" qəzetində şöbə müdiri, sonra 1934–1935-ci illərdə oranın məsul katibi kimi çalışmışdır.
Tayana Tüdegeş
Tayana Tüdegeş (rus. Тайана Васильевна Тудегешева, 19 noyabr 1957, Ust-Anzas[d], Kemerovo vilayəti – 15 fevral 2022, Sankt-Peterburq) — Şor yazıçısı, şairi. O, Rusiya Yazıçılar Birliyinin üzvüdür. 19 noyabr 1957-ci ildə Şor türklərinin ölkəsi Şoryanın Taştagol bölgəsi Ust-Anzas kəndində anadan olmuşdur. Atası Şor dili müəllimi Vasili olmuşdur. Tayana şer yazmağa VI sinifdə oxuyarkən başlamışdır. 1998-ci ildə Şor ədəbiyyatında ilk kitabı olan "Şoryam" nəşr edilmişdir. 2000-ci ildə Rusiya Yazıçılar Birliyinə üzv olmuşdur. Qorki adına Ədəbiyyat İnistitutundakı ədəbiyyat dərslərinə qatılmışdır. 2000-ci ildə Tayana Vasilyev qızı Tüdegeşyeva şerlərini toplu halda "Poyuşçiye strelı vremen" adlı kitabında nəşr etdirdi.
AtaBank
"AtaBank" ASC — 100% yerli kapitala malik Azərbaycan bankı. 2020-ci ildə müflis olaraq ləğv edilib. == Tarix == 1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. AtaBank yüksək texnologiyalı universal bank hesab olunur və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir. O, ölkənin ən etibarlı maliyyə strukturlarındandır. AtaBank-ın fəaliyyət tarixinin ən önəmli hadisələri aşağıdakılardır: 1997 — Bakı Banklararası Valyuta Birjasının tamhüquqlu üzvü oldu. 2001 — SWIFT sisteminə qoşuldu. 2001 — Milli ödəniş sistemi olan AZİPS-in üzvü oldu. 2001 — Azərbaycan Banklar Assosiyasınin üzvü oldu. 2002 — Bakı Fond Birjası AtaBank-ı öz üzvləri sırasına daxil etdi.
Atakama
Atakama səhrası (isp. Desierto de Atacama) — Cənubi Amerikanın qərb sahilində, Çilinin ərazisində yerləşən (22° və 27 °C.e. arasında) səhra. İkinci Sakit okean müharibəsinə (1879 — 1883) qədər Boliviyaya aid idi. Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Elə buna görə də, bu səhra Yer kürəsinin ən quraq yeri hesab olunur. Atakama səhrası orta hündürlüyü 610 metrə çatan dağlıq və təpəlik ərazilərdən ibarətdir. Daşlı, qumlu səhradır. Səhranın uzunluğu 960 km-ə çatır. Sahilində yanvar ayının orta temperaturu — 19 - 20 °C, iyul ayında isə 13 - 14 °C təşkil edir.
Axtaxana
Axtaxana (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Axtaxana (Qafan) — Qafan rayonunda kənd. Axtaxana (Salmas) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd.
Ayapana
Ayapana (lat. Ayapana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Katakana
Katakana, 10-cu yüzillikdə Yaponiyada yaranan Əlifbadir. Bu xətt Çindən Yaponiyaya gətirilmiş Kanci xətdindən yaranib.
Mahayana
Mahayana (sanskr. महायान, hərfi olaraq "Böyük təkər"; çin. 大乘, da-çen; tib. ཐེག་པ་ཆེན་པོ་, theg-pa chen-po) — Theravada ilə yanaşı, əsasən sanskrit dilində yazılmış sutralara qədər uzanan və fəlsəfə (xüsusilə ontologiya) və təcrübə üsulları ilə fərqlənən bir sıra regional "məktəbləri" özündə birləşdirən, buddizmin mövcud iki əsas istiqamətindən biri. Mahayana buddizmi Hindistanda yaranmışdır. Mahayana buddizmi öz tarixi ərzində Hindistandan Çin, Yaponiya, Vyetnam, Koreya, Tibet, Nepal, Butan, Monqolustan kimi digər Asiya ölkələrinə, eləcə də Rusiyanın bəzi bölgələrinə yayılmışdır. Mahayana, buddistlərin bütün canlıların rifahı üçün Oyanışa nail olmaq üçün səy göstərdiyi buddist yolunun Böyük arabasıdır. Mahayana nəzəriyyəsi və təcrübəsi bodhichittanın inkişafına və Prajnaparamitanın şəxsiyyətsiz (transsendental) müdrikliyinə əsaslanır. Mahayana Bodhisattva yolu ilə gedənlər üçün təlimlər toplusudur (nəticədə vaxtaşırı ona başqa ad tapmaq olar — Bodhisattvayana). Buraya Sutra və Tantra daxildir.
Ramayana
Ramayana (sanskr. रामायण) — qədim Hindistanın iki əsas eposundan biridir. Digər epos isə "Mahabharata"dır. Sanskrit dilində yazılmış bu qədim hind epik eposun müəllifi əfsanəvi şair Valmiki hesab olunur. Ehtimal ki, epos təqribən e.ə. IV əsrdə Şərqi Hindistanda yaranmışdır. Orta əsrlərdə vişnuizmin (hinduizmin bir növü) müqəddəs kitablarından idi. Ramanın şücaətindən bəhs edən poemanın, gəlmə arilər və Cənubi Hindistanın yerli əhalisi arasında toqquşma ilə bağlı tarixi hadisələr əsasında yarandığı ehtimal olunur. Mahabharatadan sonra ən böyük hind epik poeması olan "Ramayana"da ictimai və mədəni inkişafın daha yüksək səviyyəsi öz əksini tapmışdır. "Ramayana"hind (Kalidasa, Bhatti), habelə Cənub-Şərqi Asiya ölkələri ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir.
Tayanna
Tayanna (ukr. Тетяна Михайлівна Решетняк; 29 sentyabr 1984, Çernovtsı) — Ukrayna müğənnisi.
Anayasa
Konstitusiya və ya Anayasa — dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. == Etimologiya == "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir. "Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" felindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, "constitution" sözü Azərbaycan dilində də "yaranma", "təşkil etmə", "meydana gətirmə", "qurma", "təsis etmə", "bərqərar etmə" kimi başa düşülməlidir. Fransız dilindəki "constituer" feli latınca "qoymaq", "yerləşdirmək", "meydana gətirmək", "təsis etmək" mənalarını verir. "Constituer" feli latınca "com" önsözü və "statuere" felindən yaranmışdır.
Tatyana
Tatyana — ad. Tatyana Qubina — Qazaxıstanı təmsil edən su poloçusu. Tatyana Petrova — Rusiyanı təmsil edən su poloçusu. Tatyana Fyodorova — Azərbaycanı təmsil edən voleybolçu. Tatyana Omelçenko — Azərbaycanı təmsil edən qadın güləşçi. Tatyana Şinkarenko — Ukraynanı təmsil edən həndbolçu. Tatyana Xmırova — Rusiyanı təmsil edən həndbolçu. Tatyana Samoylova — Rusiyanın Xalq artisti. Tatyana Zatulovskaya — Tatyana Yosipoviç Tatyana Qorbunova — Rusiyanı təmsil edən bədii gimnast.
Ataman
Ataman (türkcə-başçı) və ya otaman (ukr. Отаман) — Qədim türklərdə sonralar isə kazaklarda qoşun başçısı. Ataman vəzifəsi hərbi demokratiya ünsürü daşıyırdı və irsi deyildi. Müharibə zamanı üçün seçilən atamanları varına görə deyil, ağıllarına, igidliyə və başqa şəxsi keyfiyyətlərinə görə seçirdilər. Lakin ataman vəzifəsi də bir çox başqa vəzifələr kimi tarixi transformasiyaya uğramışdı. Sonrakı dövrlərdə atamanlar həm də xüsusi mülkiyətinə, hakimiyətə loyallığına görə seçilirdilər.
Qayana
Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir. Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir. Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi.
Utyana
Utyana (lit. Utena) — Litvada şəhər. Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Euseius papayana
Hiroşi Katayama
Hiroşi Katayama (d. 28 may 1940) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 38 oyun keçirib.
Kristof Atanqana
Kristof Atanqana Assimba (fr. Christophe Atangana Assimba; 2 mart 2000, Duala) — Kamerun futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" FK-nın qapıçısı. == Karyera == Kristof Atanqana karyerasına İspaniya "La Liqa" təmsilçisi " Atletik Bilbao"da başlamışdır. 2016-cı ildə o, İspaniyanın dördüncü divizionunda "Baskoniya"ya icarəyə göndərilmişdir. 2021-ci ildə Atanqana Azərbaycanda "Qəbələ" ilə müqavilə imzalamışdır. O, 10 dekabr 2021-ci ildə "Qəbələ"nin heyətində "MOİK" ilə 2:1 hesabı qələbə ilə nəticələnən oyunda debüt etmişdir.
Mentha thayana
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Miconia grayana
Miconia grayana (lat. Miconia grayana) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Patasana (roman)
Patasana — Əhməd Ümidin 2006-cı ildə nəşr olunan kitabı. Arxeoloqların hekayəsinin danışıldığı epizodun baş qəhrəmanı Esradır. Qazıntıya cavabdeh şəxs olan Esra baş verən hadisələri danışan, şərh edən, zaman-zaman oxucuya yol göstərən personajdır. Esra və komandası kapitan Eşreflə qatili tapmaq üçün işə başlayır. Qazıntı ətrafında qətllər davam edir və nəhayət qazıntı qrupundan Kamal da öldürülür. Komanda mətbuat konfransı keçirir və orada verilən açıqlamalar zamanı qatil üzə çıxır.
Prunus grayana
Prunus grayana (lat. Prunus grayana) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinin gavalı cinsinə aid bitki növü.