Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Attutan (Meşkinşəhr)
Attutan (fars. ات توتان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 15 nəfər yaşayır (6 ailə).
Atlıxan
Atlıxan — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Atlıxan oyk, sadə. Qusar rayonunun Quzuqışlaq i.ə.v.-də kənd. Qusarçayın sahilində, Yan silsiləsinin ətəyindədir. Oykonim Atlıxan şəxs adı ilə bağlı yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, Atlıxan əslən Kuzun kəndindən olan bir tayfa başçısının adıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 664 nəfər əhali yaşayır. == Təhsilin vəziyyəti == Bir orta məktəb binası var.
Arzuxan Əlizadə
Arzuxan Əlizadə (18 mart 1965, Bakı) — Azərbaycanlı ictimai-siyasi xadim, Milli Məclisinin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının V sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Arzuxan Baxşəli oğlu Əlizadə 18 mart 1965-ci ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri 75 saylı orta məktəbi qızıl medalla bitirib.1981–1983 və 1985–1986-cı illərdə Bakı şəhəri, Razin qəsəbə sovetində hərbi inspektor vəzifəsində işləyib. 1983–1985-ci — ci illərdə Moskva yaxınlığında ordu sıralarında hərbi xidmətdə olub. 1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. 1992–1993-cü illərdə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib. 1993–1996-cı illərdə təsisçisi olduğu istehsalat kommersiya müəssisəsinə rəhbərlik etməklə biznes fəaliyyəti ilə məşğul olub. 1996–2000-ci illərdə Müstəqil Vəkillər Kollegiyasının üzvü olaraq vəkillik fəaliyyəti göstərib. 2001–2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin "Dövlət hüququ" kafedrasının Baş müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda 2001–2005-ci illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olaraq "Fövqəladə vəziyyət şəraitində vətəndaşların Konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqları" mövzusunda namizədlik üzərində işləmişdir.
Atlıxan Cahangirov
Atlıxan Paşa oğlu Cahangirov (1919, Qayalı, Qubadlı rayonu) – Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi 1919-ci ildə Zəngəzur qəzasının (Qubadlı) Qayalı kəndində doğulub. Qubadlıda orta məktəbi bitirdikdən sonra Pedoqoji İnstitutda və iki illik Partiya məktəbində təhsil alıb. Qubadlı rayon partiya komitəsində bir sıra vəzifələrdə çalışan Atlıxan Cahangirov 1951-ci ilin aprelindən 1954-cü ilin iyuluna kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Andre Antuan
Andre Antuan (fr. André Antoine) — fransız rejissoru, aktyor və teatr nəzəriyyəçisi. == Yaradıcılığı == Parisdə “Azad teatr” (1887) və “Antuan teatrı” (1897) təşkil etmiş, 1906-14-cü illər də “Odeon” teatrının direktoru olmuşdur. E. Zolya, Qonkur qardaşları, L. N. Tolstoy, İ. S. Turgenev, H. İbsen və b.-nın əsərlərini tamaşaya qoymuşdur. Andre Antuan həyatın doğru-düzgün inikasına, obraz və hadisələrin, kütləvi səhnələrin bədiiliyinə, həyatiliyinə, eləcə də tərtibat və geyimin tamaşanın məzmununa uyğun olmasına çalışmış, melodram və meşşan dramaturgiyasının əleyhinə çıxmışdır. Bəzi tamaşalarında naturalizm meyilləri də olmuşdur. A. Antuan 1914-cü ildən teatr tənqidi və kino sahəsində fəaliyyət göstərmişdir.
Antuan Burdel
Emil Antuan Burdel (30.10.1861, Montoban – 1.10.1929, Le Vezine) — fransız heykəltəraşı. == Həyatı == Tuluzada (1876–84), Parisdəki zərif sənətlər məktəbində (1884–86) oxumuşdur; 1893–1908-ci illərdə O, Rodenin emalatxanasında assistent işləmişdir. 1884-cü ildən Paris salonu sərgilərinin iştirakçısı olmuşdur. Roden impressionizmini qəbul etməyən Burdel monumentallığa və incəsənətin sintezinə can atmış, antik klassikaya və arxaikaya əsaslanaraq relyef sənətini dirçəltmişdir. == Fəaliyyəti == “Ox atan Herakl” (tunc, 1909, Müasir Milli İncəsənət Muzeyi, Paris), gen. K.M. Alvearın tunc abidəsi (1913–23, Buenos-Ayres), “Fransa” heykəli (tunc, 1925, Paris), A. Mitskeviçin abidə si (tunc, 1909 –29, Paris), “Avtoportret” (maska, 1925), “Safo” (1924 –25; hər ikisi Burdel muzeyi, Paris) və s. əsərlərin müəllifidir. Görkəmli ictimai xadimlərin çoxsaylı portretlərini (100-ə yaxın) yaratmışdır: Lüdviq van Bethoven (tunc, 1887– 1929; 21 variant), A. Frans (tunc, 1919; hər ikisi Burdel muzeyi) və s. Arxaikləşən neoklassisizm ruhunda Yelisey Çölü Teatrının barelyeflərini hazırlamışdır (gips, 1912). Burdel həmçinin monumental rəngkar (Yelisey Çölü Teatrının freskaları, 1910–12) və qrafik (J. Klemanso və Q. Floberin kitablarına illüstrasiyalar) kimi də işləmişdir.
Antuan Jüsse
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
Antuan Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Antuan Lavuazye
Antuan Loran Lavuazye (26 avqust 1743[…], Paris, Fransa krallığı[…] – 8 may 1794[…], Konkord meydanı, Birinci Fransa Respublikası) — müasir kimyanın banisi. Antuan Lavuazye' (fr. Antoine Laurent de Lavoisier) – fransız kimyaçısı. 1743-cü ildə anadan olmuşdur.1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır. == Həyatı == Lavuazye zəngin bir burjua ailəsində doğulmuşdu. Atası Paris Parlamentinin nəzdində olan 400 vəkildən biri idi və oğlunun da vəkili olmasını istəyirdi, lakin Lavuazye üçün təbii elmlər daha maraqlı idi, belə ki, o eyni zamanda hüquq, riyaziyyat, astronomiya, botanika, mineralogiya, geologiya və kimya üzrə təhsil almışdı. == Təhsili == Lavuazye ilk təhsilini Mazarini Kollecində almış, sonra hüquq məktəbinə getmiş və 1764-cü ildə hüquq üzrə lisenziya almışdı. Lavuazye hüquq kursunda təhsil alaraq eyni zamanda o dövrdə Parisin ən yaxşı professorlarının rəhbərliyi altında təbii və dəqiq elmləri öyrənmişdir; riyaziyyat və astronomiyanı o , La Kailya adlı məşhur rahibin yanında, botanikanı Bernar de Jüssienin rəhbərliyi altında öyrənmiş, mineralogiya və geologiya kursunu Hettar, kimya kursunu isə Ruelin yanında keçmişdi. 1765-ci ildə Lavuazye Paris Elmlər Akademiyasının tapşırığı ilə yazdığı "Böyük şəhərin küçələrinin ən yaxşı şəkildə işıqlandırılması üsulu haqqında" adlı işini təqdim etmiş və 1766-cı ildə bu iş Akademiyanın qızıl medalına layiq görülmüşdü. 1763–1767-ci illərdə Lavuazye Fransanın mineraloji xəritəsinin tərtib edilməsində Hettara kömək etmək üçün onunla birlikdə bir neçə dəfə səyahətə çıxmışdı.
Antuan Qallan
Antuan Qallan (fr. Antoine Galland, 4 aprel 1646[…], Paris – 17 fevral 1715[…], Paris) — fransız şərqşünas, antikvar, tərcüməçi, Avropada"Min bir gecə" əsərinin ilk tərcüməçisi kimi məşhurlaşmışdır. Qədim Yazılar Akademiyasının üzvü (1701), "Kollec d & Frans"da ərəb dili müəllimi (1709-cu ildən). == Həyatı == Fransız şərqşünası Antuan Qallan 1646-cı ildə Rollo şəhərində (Pikardiya vilayəti) sənətkar ailəsində anadan olmuş, 1715-ci ildə Parisdə vəfat etmişdir. Noyon və Parisdəki Plessi kollecində təhsil almışdır. "Kollec dö Frans"da Şərq dilləri sahəsində ixtisaslaşaraq, Konstantinopolda Fransa səfirliyində işləmişdir (1670). İki dəfə Ləvan şəhərinə elmi məzuniyyətə göndərilmişdir. Şərqdə işlədiyi müddətdə Şərq xalqlarının dilləri, adət və ənənələri, ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Çoxlu əlyazmaları, şəkilləri, mərmər əşyaları və qədim yazıları toplayıb öyrənmişdir. 1701-ci ildə o, Fransanın Qədim Yazılar Akademiyasının üzvü təyin olunmuşdur.
Antuan Qrizman
Antuan Qrizman (fr. Antoine Griezmann, [ɑ̃twan ɡʁjɛzman]; 21 mart 1991, Makon, Fransa) — fransalı peşəkar futbolçu. Fransa milli komandasının və İspaniyanın Atletiko Madrid klubunda çıxış edir. Qrizman dünyanın ən yaxşı oyunçularından biri hesab olunur və o, çox yönlü olması, oyun zəkası, hücum çıxışı və topdan kənar atributları ilə tanınır. Qrizman böyük klub karyerasına ilk mövsümündə Sequnda Divizionunu qazanaraq Real Sosyedadda başladı. 2014-cü ildə o, 30 milyon avroya o vaxtkı klub rekordu üçün Atletiko Madridə keçdi və UEFA Avropa Liqasısını, UEFA Superkubokunu, İspaniya Superkubokunu və La Liqanın Ən Yaxşı Oyunçusunu qazandı. O, 2016 və 2018-ci illərdə Ballon d'Or və ən yaxşı FIFA kişi oyunçusu mükafatına namizəd olub. 2019-cu ildə Qrizman 120 milyon avro dəyərində bir transferlə "Barselona"ya imza atarkən, bütün zamanların beşinci ən bahalı oyunçusu oldu. Orada o, 2021-ci ildə Atletiko Madridə qayıtmadan əvvəl Kopa del Reyi qazandı və sonra isə, klubun bütün zamanların ən çox qol vuran oyunçusu oldu. Beynəlxalq səviyyədə, Qrizman 2010-cu ildə 19 yaşadək futbolçular arasında Avropa Çempionatının qalibi oldu və 2014-cü anın 22 yaşında Fransa millisində debüt etdi; o vaxtdan bəri 120-dən çox oyun keçirərək, Fransanın beşinci ən çox oyun keçirən oyunçusu kimi sıralanır və 40-dan çox qol vurmaqla həm də ölkənin bütün zamanların ən çox qol vuran üçüncü oyunçusudur.
Antuan Riqodo
Antuan Pocer Riqodo (fransiz dilində: Antoine Roger Rigaudeau; 17 dekabr 1971-ci ildə anadan olmuşdur) ― peşəkar fransız basketbol oyunçusu. 2015-ci ildə FİBA şərəf zalı siyahısına daxil edilmişdir.. == Peşəkarlıq karyerası == Antuan Riqodo Fransanın Şole (basketbol klubu) (1987—1995), PO-Ortez (basketbol klubu) (1995—1997), Virtus (basketbol klubu, Bolonya) (1997—2003), Dallas Maveriks (basketbol klubu, ABŞ) (2003), Valensiya (basketbol klubu, İspaniya) (2003—2005) komandalarında çıxış etmişdir. O, 1997-1998-ci il və 2000-2001-ci il mövsümlərində Virtus (basketbol klubu, Bolonya) komandasının tərkibində Avroliqa çempionu olmuşdur. Antuan Riqodo, həmçinin 2002-2003-cü il mövsümündə Dallas Maveriks komandasının tərkibində Milli Basketbol Assosiasiyasında NBA-da çıxış etmişdir. == Fransa yığması == 2001-ci ildə hələ basketbol üzrə Avropa çempionatına qədər Antuan Riqodo Basketbol üzrə kişilərdən ibarət Fransa yığma komandasının tərkibində 127 oyun keçirdikdən sonra beynəlxalq basketbol oyunlarından uzaqlaşmışdır, lakin 2005-ci ildə o, basketbol üzrə Avropa çempionatına qayıtmağı qərara almış, bürüc medal qazanmış, turnir qurtardıqdan sonra yenidən idmandan getmişdir. == Məşqçilik fəaliyyəti == Antuan Riqodo 2015-ci ildən Paris-Levallua basketbol komandasının məşqçisidir.
Antuan Vatto
Antuan Vatto(fr. Jean Antoine Watteau; 10 oktyabr 1684[…], Valansyen, Eno qraflığı, Fransa krallığı – 18 iyul 1721[…], Nojan-sür-Marn, Fransa krallığı) — fransız boyakarı. == Həyatı == Fransız rəngkarlığının görkəmli nümayəndələrindən biri də Antuan Vattodur (1684–1721). O, öz dövründəki real həyatı təsvir etmişdir. Yaradıcılığındakı gözəllik, zəriflik rokoko sənətkarlığının əsas istiqamətini təşkil edirdi.
Ataxan Paşayev
Ataxan Əvəz oğlu Paşayev (1 may 1938, Disər, Ordubad rayonu – 4 avqust 2022, Bakı) — Azərbaycan tarixçisi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi. == Həyatı == Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963–1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966–1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olmuşdur. == Fəaliyyəti == 1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında "XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. 1984-cü ildən "Azərbaycan arxivi" jurnalının baş redaktorudur. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilıb. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).
Antuan Kombuare
Antoine Kombouare (16 noyabr 1963, Numea) — Fransız futbol mütəxəssisi. 16 fevral 1963 tarixində Fransanın Nouméa şəhərində anadan olmuşdur. Futbol karyerasında 1982-ci ildə PSJ FK klubu ilə başlayan Kombouare, müxtəlif klublarda futbol oynayıb və 1994-cü ildə futbol karyerasını sonlandırıb. Məşqçilik karyerasına isə 1998-ci ildə başlayan Kombouare, ilk olaraq PSJ FK-da köməkçi məşqçi kimi işləyib və sonra baş məşqçi təyin olunub. Daha sonra başqa klublarda da məşqçi kimi çalışan Kombouare, son illərdə Fransa və yurtdışındakı klublarda çalışıb. Hazırda Kombouare, Fransa 1-ci Divizionunda yerləşən Nant klubunun baş məşqçisi və idarə heyətinin bir üzvüdür. Antuan Kombouare futbolçu karyerası ərzində bir çox uğurlara imza atıb. Futbolçu karyerası ərzində Fransa Liqa 1 komandalarından olan Nant FK və PSJ FK kimi komandalarda çıxış edib. O, PSJ-də oynayarkən komandanın kapitanı olub. Məşqçilik karyerasında o, 2009–2011-ci illər arasında PSJ-ni çalışdıraraq Fransa Liqa 1 çempionluğunu qazanıb.
Antuan Anri Bekkerel
Antuan Anri Bekkerel (fr. Antoine Henri Becquerel; 15 dekabr 1852[…], Paris – 25 avqust 1908[…], Pen Kastel malikanəsi[d], Kruazik[d]) — tanınmış Fransa fiziki, 1903-cü il Fizika üzrə Nobel mükafatı laureatı. Radioaktivlik sahəsində aktivliyin ölçülməsi — Bekkerel ölçü vahidinə əsaslanır ki, bu da Antuan Anri Bekkerelin adı ilə bağlıdır. == Həyatı == Antuan Anri Bekkerel 1852-ci ildə Parisdə dünyaya göz açmışdır. Atası və babası tanınmış fizik olmuşlar. Bekkerel orta təhsilini Böyük Lüdoviq litseyində almış, 1872-ci ildə Politexnik məktəbinə daxil olmuşdur. İki ildən sonra isə Körpülər və Yollar Ali Məktəbinə daxil olmuş və mühəndis təhsili almışdır. Tələbəlik illərində müəllimlik də etmişdir. Daha sonra Milli Təbiətşünaslıq Muzeyində atasının assistenti vəzifəsində çalışmışdır. Burada işığın polyarlaşmasına dair təcrübələr aparmış, həmçinin Yer kürəsinin temperaturu haqqında elmi məqalələr üzərində işləmişdir.
Antuan Fransua Prevo
Antuan Fransua Prevo (fr. Antoine François Prévost; 1 aprel 1697[…] – 25 noyabr 1763[…]) — Fransa yazıçısı. Romanı "Manon Lesko" ilə daha çox tanınır.
Antuan Jerom Balar
Antuan Jerom Balar (fr. Antoine-Jérôme Balard; 30 sentyabr 1802 – 30 mart 1876) — fransız kimyaçısı, 1844-cü ildən Paris Elmlər Akademiyasının üzvü. == Həyatı == Antuan Jerom Balar 1802-ci il sentyabrın 30-da Monpelyedə anadan olmuşdur. 1826-cı ildə o, Monpelyedə əczaçılıq fakültəsini bitirmiş və 1834-1836 illərdə əczaçı kimi çalışmışdır.. O 1836-1845-ci illərdə Əczaçılıq Məktəbində və Monpelye Universitetində, 1845-ci ildə Sorbonnada, 1846-1851-ci illərdə Parisdəki Ali Normal Məktəbdə və 1851-ci ildən isə Kolleci de Fransda. dərs demişdir. == Elmi fəaliyyəti == Elmi tədqiqatın əsas sahəsi qeyri-üzvi kimyadır. (1826-cı ildə o Aralıq dənizi duz mədənlərinin duz məhlullarını tədqiq edərkən murid( lat.muria – duzlu məhlul) adlı yeni element kəşf etmişdir. Paris Elmlər Akademiyasının J.L.Gey-Lyussak və L.J.Tenarın daxil olduğu Komissiyası Baların yeni kəşfini təsdiq etmiş, lakin adı uğursuz olduğu üçün, yeni “Bromo” adını təklif (yunanca bromos üfunətli deməkdir) etmişlər. 1830-cu ildə London Kral Cəmiyyəti alimi ən yüksək mükafatlardan biri olan Kral medalı ilə təltif etmişdi.
Antuan Loran Lavuazye
Antuan Loran Lavuazye (26 avqust 1743[…], Paris, Fransa krallığı[…] – 8 may 1794[…], Konkord meydanı, Birinci Fransa Respublikası) — müasir kimyanın banisi. Antuan Lavuazye' (fr. Antoine Laurent de Lavoisier) – fransız kimyaçısı. 1743-cü ildə anadan olmuşdur.1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır. == Həyatı == Lavuazye zəngin bir burjua ailəsində doğulmuşdu. Atası Paris Parlamentinin nəzdində olan 400 vəkildən biri idi və oğlunun da vəkili olmasını istəyirdi, lakin Lavuazye üçün təbii elmlər daha maraqlı idi, belə ki, o eyni zamanda hüquq, riyaziyyat, astronomiya, botanika, mineralogiya, geologiya və kimya üzrə təhsil almışdı. == Təhsili == Lavuazye ilk təhsilini Mazarini Kollecində almış, sonra hüquq məktəbinə getmiş və 1764-cü ildə hüquq üzrə lisenziya almışdı. Lavuazye hüquq kursunda təhsil alaraq eyni zamanda o dövrdə Parisin ən yaxşı professorlarının rəhbərliyi altında təbii və dəqiq elmləri öyrənmişdir; riyaziyyat və astronomiyanı o , La Kailya adlı məşhur rahibin yanında, botanikanı Bernar de Jüssienin rəhbərliyi altında öyrənmiş, mineralogiya və geologiya kursunu Hettar, kimya kursunu isə Ruelin yanında keçmişdi. 1765-ci ildə Lavuazye Paris Elmlər Akademiyasının tapşırığı ilə yazdığı "Böyük şəhərin küçələrinin ən yaxşı şəkildə işıqlandırılması üsulu haqqında" adlı işini təqdim etmiş və 1766-cı ildə bu iş Akademiyanın qızıl medalına layiq görülmüşdü. 1763–1767-ci illərdə Lavuazye Fransanın mineraloji xəritəsinin tərtib edilməsində Hettara kömək etmək üçün onunla birlikdə bir neçə dəfə səyahətə çıxmışdı.
Antuan Nikola Düşen
Antuan Nikola Düşen (fr. Antoine Nicolas Duchesne; 7 oktyabr 1747, Versal – 18 fevral 1827, Paris) — fransız botaniki. == Əsərləri == Manuel de botanique, contenant les propriétés des plantes utiles, 1764 Essai sur l’histoire naturelle des courges paru dans l’Encyclopédie méthodique de Jean-Baptiste de Lamarck 1764. Histoire naturelle des fraisiers contenant les vues d'économie réunies à la botanique et suivie de remarques particulières sur plusieurs points qui ont rapport à l'histoire naturelle générale, Didot jeune, Paris 1766 Le Jardinier prévoyant, contenant par forme de tableau, le rapport des opérations journalières avec le temps des récoltes successives qu'elles préparent. 11 vols. P. F. Didot jeune, Paris 1770-1781 Sur la formation des jardins, Dorez, Paris 1775. Le Porte-feuille des enfans, mélange intéressant d'animaux, fruits, fleurs, habillemens, plans, cartes et autres objets.... Mérigot jeune, Paris, [n.d., probably 1784]. Le Livret du ″Porte-feuille des enfans″, à l'usage des écoles... d'après la loi du 11 germinal an IV. Imprimerie de Gueffier, Paris, an VI – 1797.
Antuan Ogüsten Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Antuan de Monkretyen
Antuan de Monkretyen (fr. Antoine Monchrestien de Watteville; 1576 – 1621) — fransız iqtisadçısı, merkantilist == Həyatı == Antuan de Monkretyen hesab edirdi ki, "insanların xoşbəxtliyi sərvətdədir, sərvət isə əməkdədir", bolluq yalnız yerli məhsulların istehlakı, onun istehsalçılarının işi olduğundan və mənfəətin ölkə daxilində qaldığı halda qanunidir. Əcnəbiləri Fransadan sərvəti çıxaran nasosla müqayisə edir və onların qovulmasını, sənayenin inkişafını və onun məhsulunun təkmilləşdirilməsini təklif edir və iqtisadi həyata dövlətin müdaxilə etməsinin, vergilərin alınmasının və ticarət mənfəətinin tərəfdarı olmuşdur. Monkretyen xarici ticarəti genişləndrməyə kömək etməyi təklif etməmiş və əsərlərində monotarizmin izləri qalsa da o, merkantilizmin əksinə olaraq təbii sərvətə (Taxıla, duza, çaxıra və. s) birinci dərəcəli əhəmiyyət verir. O, hesab edirdi ki, dövləti qızılın və gümüşün miqdarı yox, "həyat və geyim üçün lazım olan predmetlərin olması varlı edir. == Əsərləri == Siyasi iqtisadın traktatı.
Jan-Antuan Nolle
Jan-Antuan Nolle (fran. Jean Antoine Nollet; 1700—1770) — fransız keşişi (abbot) və fizik (1739-cu ildən Paris Elmlər Akademiyasının üzvü). O, Fransız natiq René Reaumur ilə əməkdaşlıq etdi. O, dərsliklər daxil olmaqla, fizika üzrə əsərlərin müəllifidir. == Bioqrafiya == 19 noyabr 1700-cü ildə Pempre şəhərində Kompyenyadən gələn fermerlər ailəsində anadan olub. İlk təhsilini Bove Kollecində aldı. Sonra Parisdə oxudu. 1735-ci ildə eksperimental fizika müəllimi olub. Turin və Navarre Kollecində professor, 1761-ci ildə Mezieres İncəsənət Məktəbində işləmiş, sonralar isə Bordo və Versaillə müəllimlik etmişdir. Elektrik, molekulyar fizika və optika sahəsində araşdırmalar aparıb.
Lui Antuan Bugenvil
Lui Antuan Bugenvil (12 noyabr 1729[…], Paris – 31 avqust 1811[…], Paris) — fransız dəniz səyyahı, vitse-admiral (1791), Fransa Elmlər Akademiyasının üzvü (1795). == Həyatı == 1750-ci il -dən hərbi xidmətdə olmuşdur. Kanadada və Avropada Yeddiillik müharibədə iştirak etmişdir. 1763–65 illərdə Folklend adalarını öyrənmiş, 1766–69-cu illərdə birinci fransız dövr-aləm ekspedisiyasına rəhbərlik etmişdir. Ekspedisiya dövründə Lui ziada və Tua motu arxipelaqlarını, Solomon adalarını və Yeni Hebrid arxipelaqında bir neçə adanı kəşf etmişdir (bəzi hallarda təkrarən). Bugenvilin dövr-aləm səyahəti, bir çox alimin (təbiətşünaslar, astronomlar və b.) iştirak etdiyi ilk elmi ekspedisiyalardan biridir. Səyahəti haqqında “Dövr-aləm səyahətinin təsviri” (1771–72) əsərini yazmışdır. 1772-ci ildə Cənub qütbünə ekspedisiyanın layihəsini təklif etmişdir. 1781–82-ci illərdə Fransa donanmasının hərbi əməliyyatlarında ABŞ tərəfində Şimali Amerikada istiqlaliyyət müharibəsində (1775–83) iştirak etmişdir. Konstitusiyalı monarxiyanın tərəfdarı olmuş, Fransa inqilabı zamanı bir ne çə ay məhbus həyatı (1794) yaşamışdır.
Con-Antuan No
Con-Antuan No (əsl adı: Eugène Léon Édouard Torquet; fransız: Con-Antoine Nau; 19 noyabr 1860, San-Fransisko, Kaliforniya – 17 mart 1918) — Fransız yazıçısı və şair, simvolizmin nümayəndəsi, Qonkur mükafatının ilk laureatı (1903). == Həyatı == Con-Antuan Nault 1845-ci ildə Fransadan Kaliforniyaya mühacirət edən, üç il sonra San-Fransiskoda fransız mühacirlə evlənən, 1860-cı ildə ABŞ vətəndaşı olan və 1864-cü ildə tif xəstəliyindən vəfat edən fransız mühəndis və sahibkarın ailəsində anadan olub. 1866-cı ildə dul Torke üç uşağı ilə birlikdə Havr şəhərinə qayıtdı, dörd il ərzində evləndi və 1877-ci ildə Parisə köçdü. Con-Antuan Le Havre Liseyində, sonra isə Parisdə Rollin Kollecində oxuyub. Orada o, bohem yazıçıları ilə, xüsusən də Simvolizmin öncülləri olan Suitistlər və Hidropatlar ilə dost oldu. "Chat noir" ("Qara pişik") jurnalı ilə əməkdaşlıq edib.